Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-803/2021 25.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Xələnc-Fındığan Bələdiyyəsinin 19.01.2021-ci il tarixli, 50 saylı cavabı ilə, müşayiət edilən hərəkətləri ilə iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsinə, X1 adına Xızı rayonunun Xələnc kəndində fərdi yaşayış evinin tikintisi üçün, mülkiyyət hüquqları ilə 0.12 ha torpaq sahəsinin ayrılmasına dair Xızı rayonu Xələnc- Fındığan Bələdiyyəsinin 28.11.2005-ci il tarixli, 12 saylı qərarının ləğv edilməsinə, iddiaçının həmin əmlaka hüquqlarının tanınaraq torpaq sahəsinin adına keçirilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin iş üzrə cavabdeh Cavabdeh üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “Xələnc-Fındığan Bələdiyyəsinin 19.01.2021-ci il tarixli, 50 saylı cavabı ilə, müşayiət edilən hərəkətləri ilə iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsinə, X1 adına Xızı rayonunun Xələnc kəndində fərdi yaşayış evinin tikintisi üçün, mülkiyyət hüquqları ilə 0.12 ha torpaq sahəsinin ayrılmasına dair Xızı rayonu Xələnc-Fındığan Bələdiyyəsinin 28.11.2005-ci il tarixli, 12 saylı qərarının ləğv edilməsinə, iddiaçının həmin əmlaka hüquqlarının tanınaraq torpaq sahəsinin adına keçirilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin iş üzrə cavabdeh Cavabdeh üzərinə qoyulması” dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xızı rayonu Xələnc Bələdiyyəsinin 28. 11. 2005-ci il traixli, 12 saylı qərarı ilə X1 adına Xızı rayonunun Xələnc kəndində fərdi yaşayış evinin tikintisi üçün, mülkiyyət hüquqları ilə 0,12 ha (1200 kv. m.) torpaq sahəsi ayrılmışdır. Ayrılmış həmin torpaq sahəsində, yerquruluşu (situasiya) planına uyğun olaraq ərazinin dönmə nöqtələri müəyyən edilmiş, görülməli tikinti- inşaat işlərinin rəsmi razılığı aidiyyəti strukturlarla razılaşdırılmışdır. Məlumat üçün bildirir ki, mübahisəli torpaq sahəsi formal olaraq qardaşı qızı X1 adına rəsmiləşdirilmiş, hamıya o cümlədən torpaq ayırma və inşası nəzərdə tutulan tikililərin razılaşdırılmasını həyata keçirən strukturlara da bəlli idi ki, əslində həmin torpaq sahəsinin əsl sahibi (mülkiyyətçisi) iddiaçıdır. Belə ki, əvvəlcədən sövdələşdirilmişdir ki, bir müddətdən sonra X1 adından iddiaçının adına keçirilməli idi. Həmin torpaq sahəsinin “tələb-təklif qaydasında” alqı-satqısı prosesində alıcı qismində öz şəxsi vəsaiti ilə ödəyici kimi faktiki özü iştirak etmişdir. Aldığı andan həmin torpaq sahəsin faktiki sahiblik etmişdir, torpağın uyğun relyeflənməsi, fərdi evin, zəruri tikilinin hasarın (və s.) inşası, qurğuların avadanlıqların quraşdırılması və digər zəruri tətbirlərin yerinə yetirilməsi ilə bağlı, ümumi əmlakların reallaşdırılması dəyərinin artırılması mənim şəxsi vəsaitim hesabına əldə edilmişdir. Hazırda da həmin əmlaklar faktiki olaraq iddiaçının maneəsiz və məhdudiyyətsiz sahibliyində, istifadəsində və sərəncamında saxlanılmaqdadır. Arxayınlıq üçün adına, X3 tərəfindən 02.05.2014-cü il tarixdə, 7E-01/128 No ilə reyestrdə notariat qeydiyyatını tapmış, əmlak və digər hüquqların ötürülməsinə dair etibarnamə verilmişdir. Bu yaxınlarda, mübahisəli əmlakın adıma keçirilməsi üçün əvvəl onun adına çıxarış alınması zərurəti barədə iş üzrə üçüncü şəxs X2 bidirdikdə o əvvəl razılığını bildirmiş, sonradan çıxarış alındıqdan sonra naməlum səbəblərdən adına keçirilməsindən imtina edərək, 02.05.2014-cü il tarixli etibarnaməni ləğv etmişdir. Bununla bağlı X1 adına Xızı rayonunun Xələnc kəndində fərdi yaşayış evinin tikintisi üçün, mülkiyyət hüquqları ilə 0,12 ha (1200 kv. m.) torpaq sahəsinin ayrılmasına dair Xızı rayonu Xələnc-Fmdığan Bələdiyyəsinin 28. 11. 2005-ci il traixli, 12 saylı qərarının ləğv edilməsinə və həmin torpaq sahəsinin adıma sənədlərşdirilməsinə dair qərar qəbul edilməsi barədə Xələnc-Fmdığan Bələdiyyəsinə mçüracciət etsəm də, bələdiyyənin 19.01.2021-ci il tarixli, 50 saylı cavabı ilə müraciəti təmin edilmədiyindən konstituasiya hüquqlarım pozulmuşdur. Beləliklə, Bələdiyyənin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilərək, 19.01.2021-ci il tarixli, 50 saylı məktubu ilə müşayiət olunan hərəkətlərinin “İnzibati İcraat haqqında Qanun”un normaları ilə müəyyən olunan tələbləri kobud şəkildə pozaraq tələbin təmin edilməsindən imtina olunmuşdur. Aşağıdakı əsaslara görə X3 mübahisəli əmlaka qeydiyyata alınan hüquqlarından məhrum edilərək, Xızı rayonu Xələnc Bələdiyyəsinin 28. 11. 2005-ci il traixli, 12 saylı qərarı ləğv edilməli, mənim həmin əmlaka hüquqları tanınaraq, torpaq sahəsinin adına keçirilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin iş üzrə Cavabdeh üzərinə qoyulması barədə iddia tələbimin hüquqi əsaslı olmasını hesab edir.... Məhkəmə tərəfindən müvafiq sərəncam verilmiş, iddiaçı 05.05.2021-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş, iddiası ilə bağlı sübutları məhkəməyə təqdim edəcəyini bildirsədə, 08.06.2021-ci il, 28.07.2021-ci il, 25.08.2021-ci il tarixlərdə məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəmə sərəncamını icra etməmiş, müvafiq sənədləri məhkəməyə təqdim etməmiş, xəbərdarlıq edilməsinə baxmayaraq müvafiq məhkəmə iclaslarına gəlməmiş və məhkəmə ilə əlaqə saxlamamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə iddiaçının müvafiq xəbərdarlıq edilsə də, məhkəmə iclaslarına gəlməməsini zəruri sənədləri məhkəməyə təqdim etməməsini və hər hansı vasitələrlə məhkəmə ilə əlaqə saxlamamasını məhkəmə icraatından yayınma kimi qiymətləndirir və iddianın geri götürüldüyü qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X6 şikayətinə dair 08 iyul 2013-cü il tarixli Qərardadı ilə İnzibati-iqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericilikdə nəzərdə tutulmamasının, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə müraciət etmək hüququnu istisna etməməsi qərara alınmışdır. İddiaçıya izah olunsun ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququnun təmin olunması qərara alınmışdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “Xələnc-Fındığan Bələdiyyəsinin 19.01.2021-ci il tarixli, 50 saylı cavabı ilə, müşayiət edilən hərəkətləri ilə iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsinə, X1 adına Xızı rayonunun Xələnc kəndində fərdi yaşayış evinin tikintisi üçün, mülkiyyət hüquqları ilə 0.12 ha torpaq sahəsinin ayrılmasına dair Xızı rayonu Xələnc- Fındığan Bələdiyyəsinin 28.11.2005-ci il tarixli, 12 saylı qərarının ləğv edilməsinə, iddiaçının həmin əmlaka hüquqlarının tanınaraq torpaq sahəsinin adına keçirilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin iş üzrə cavabdeh Cavabdeh üzərinə qoyulması”na dair iddiası geri götürülmüş hesab edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-803/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-803/2021
25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver