Məhkəmə qərarları › İş №2-1(118)-803/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-803/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-803/2023 18.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Xaçmaz Bələdiyyəsinə qarşı “X5 adına Xaçmaz Bələdiyyəsi tərəfindən verilmiş 02 saylı, xx.xx.2007-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Xaçmaz Bələdiyyəsinə qarşı “cavabdeh X5 adına 120 kv.m. torpaq sahəsinin ayrılmasına dair Xaçmaz şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı Qərarının, həmin qərar əsasında DƏDRX 5 saylı ərazi idarəsi tərəfindən verilmiş sahəsinin planı və ölçüsü sənədini almış, daha sonra DƏDRX 5 saylı ərazi idarəsindən xx.xx.2008-ci il tarixli seriya MH 001.4958 saylı çıxarışın və torpaq sahənin planı və ölçüsünə dair sənədin etibarsız hesab edilməsi, cavabdeh tərəfindən həmin sahədə aparılmış qanunsuz tikilinin sökülməsi və əvvəlki vəziyyətinə qaytarılmaqla onun əməli istifadəsinə verilməsi barədə Qərar qəbul edilməsi” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, X5 üçüncü şəxs qismində qəbul etdiyi və X5 adına Xaçmaz Bələdiyyəsi tərəfindən verilmiş 02 saylı, xx.xx.2007-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz şəhər Bələdiyyəsinin 18 fevral 2003-cü il tarixli 02 saylı tarixli qərarı ilə ona Xaçmaz-Niyazoba yolunun sağ tərəfində mağaza tikintisi üçün 600 kv.m, torpaq sahəsi satılmış və həmin torpaq sahəsinə 10 metr enində giriş-çıxış üçün torpaq sahəsi nəzərdə tutulmuşdur. Qeyd edilən torpaq sahəsinə onun mülkiyyət hüquqlarımı təsdiqləyən 23 iyul 2003-cü il tarixdə JN-0008 kod 30201004 saylı Dövlət aktı verilmişdir. İddiaçı həmin sahədə tikinti işlərinə başlamış, bünövrə atmış, 8 kubik daşı hündürlüyü tikili inşa etmiş, lakin qeyd edilən sahənin ona qanuni əsaslarla verilməsinə baxmayaraq cavabdeh bələdiyyə həmin sahəni müxtəlif qanunsuz qərarlar qəbul etməklə 3 dəfə müxtəlif şəxslərə satmış və o bu barədə məhkəməyə müraciət etmiş və həmin qərarlar qanunsuz hesab edilməklə onun hüquqları bərpa edilmişdir. Lakin buna baxmayaraq cavabdeh olan Bələdiyyə yenə də qanunsuz hərəkətlərini davam etdirməklə bu əraziyə, dair xx.xx.2007-ci il tarixli 02 saylı Qərarı ilə cavabdeh X6 120 kv.m. torpaq sahəsini satılsa da həmin torpaq sahəsinin ilkin xəritə verilməmişdir. İddiaçı bu barədə məlumatı ona həmin əraziyə dair çıxarışın verilməsi ilə bağlı cavabdeh DƏDRX 5 saylı ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur.O da məlum olmuşdur ki, cavabdeh S.Mahmudov ləğv edilmiş DTXK-dən A. MK502758 saylı torpaguı sahəsinin planı və ölçüsü sənədini almış, daha, sonra DƏDRX 5 saylı ərazi idarəsindən xx.xx.2008-ci ü tarixdə seriya MH ******* saylı Çıxarış və torpaq sahənin planı və ölçüsü sənədini, almışdır. Bu sənədi əlində əsas tutaraq ona məxsus torpaq sahəsini 20 kv.m. ölçüdə zəbt edərək avtomobil təmiri sexi tikintisini aparmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Xaçmaz əvvəl) xx.xx.2003-cü il tarixli 02 saylı qərarı ilə Xaçmaz şəhəri ərazisindən qeyri- yaşayış sahəsi üçün ayrılmış 600 m2 torpaq sahəsi ilə bağlı iddiaçının özünün iddia ərizəsində göstərmiş olduğu kimi mülkiyyət hüquqlarını təsdiqləyən 23 iyul 2003-cü il tarixdə İN-008 KOD30201004 saylı Dövlət Aktı almışdır. Beləliklə yuxarıdakılardan göründüyü kimi bundan sonrakı dövrdə İddiaçı- İddiaçı şəxsi mülkiyyətinə aid torpaq sahəsi ilə əlaqədar sonradan baş verən hər hansı kənar müdaxilə və ya digər hər hansı bir hadisənin olubolmamasının Xaçmaz bələdiyyəsinə heç bir aidiyyati və xəbəri yoxdur. İddiaçı ərizəsinin 11-ci abzasında göstərdiyi “cavabdeh bələdiyyə həmin sahəni müxtəlif qanunsuz qərarlar (?) qəbul etməklə 3 dəfə (?) müxtəlif şəxslərə satmış olması və bu barədə məhkəməyə müraciət etdiyinə görə həmin qərarların qanunsuz hesab edilərək onun (A.İsmayılın) hüquqlarının bərpa edilməsi barədə” Xaçmaz bələdiyyəsində heç bir məhkəmə qərarı və ya hər hansı bir digər məlumat yoxdur. İddiaçı 3-cü şəxs; X5 adma 120 m torpaq sahəsinin ayrılmasına dair Xaçmaz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı Qərarının və həmin qərar əsasında AR DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş seriya MH ******* saylı Çıxarışın və torpaq sahəsinin planı və ölçülərinə dair müvafiq sənədin etibarsız hesab edilməsinin cavabdeh qismində Xaçmaz bələdiyyəsinin üzərinə qoyulması barədəki iddia tələbinə onun aşağıdakı səbəblərə görə qanunsuz olduğunu hesab edirlər. Xaçmaz bələdiyyəsinin 3-cü şəxs; X5 adma 120 m2 torpaq sahəsinin ayrılmasına dair Xaçmaz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı qərarında iddiaçıya verilmiş sözügedən 600 m" torpaq sahəsinin İddiaçı (20 il bundan əvvəl) Xaçmaz bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 02 saylı qərarına aidiyyatı olması barədə heç bir qeydiyyat (cümlə) yoxdur. Belə ki, İddiaçı iddia ərizəsində göstərdiyi kimi ona Xaçmaz bələdiyyəsinin 18 fevral 2003-cü il tarixdə 02 saylı qərarı ilə satılmış 600 m" torpaq sahəsinin mülkiyyət hüquqlarını təsdiqləyən İN.0008 KOD 30201004 saylı Dövlət Aktı 23 iyul 2003-cü il tarixdə verilmiş, 3-cü şəxs S.Mahmudova isə DƏDRX 5 saylı Xaçmaz Ərazi idarəsində xx.xx.2008-ci il tarixdə (iddiaçıya yuxarıda göstərilən sənədlər əsasında mülkiyyət hüququna sahib olduğundan (5 il sonra) M.H ******* saylı Çıxarış verilmişdir ki, belə olan halda AR MM-nin 152-ci maddəsində göstərildiyi kimi mülkiyyət hüquqları olan hər iki şəxsin onların özlərinə mənsub olduqları əmlaklarından istifadə etmək, sahiblik etmək və sərəncam verməkdə Xaçmaz bələdiyyəsinə heç bir aidiyyatı yoxdur.İndiki halda hər iki mülkiyyətçi eyni hüquqa malik olduqları halda birinə 20 il əvvəl, digərinə isə (3-cü şəxsə) 4 ildən sonra qonşuluqdakı ərazidən torpaq sahəsi ayrılması haqqında verilmiş bələdiyyə qərarının ləğv edilməsi barədə heç birinin digərinə qarşı iddia qaldırmasını doğru hesab etmirlər.Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X7 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsindən göründüyü kimi Xaçmaz bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 02 saylı qərarı ilə Xaçmaz şəhəri ərazisindən ayrılmış 600 m torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarını təsdiqləyən İN 008 KOD 30201004 saylı Çıxarış 23 iyul 2003-cü ildə verilmişdir. X2 isə Xaçmaz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı qərarı ilə satılmış 120 torpaq sahəsinə dair AR DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin AN 005658 saylı torpağın planı və ölçüsü və seriya MH0014958 saylı çıxarış (mülkiyyət hüququ) sənədləri iddiaçıdan 5 il sonra xx.xx.2008-ci ildə verilmişdir. Beləliklə hər ikisinə aid Xaçmaz bələdiyyəsinin torpaq ayrılması barədə qərarına görə AR MM-nin 139.1 -ci maddəsinə əsasən mülkiyyət hüquqi və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmışdır. İndiki halda onun əlində ona məxsus AR DƏDRX Xaçmaz Rayon Ərazi İdarəsinin reyestr nömrəsi **********172, AA05658 saylı xx.xx.2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü” DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH X2 0014958, reyestr **********172, qeydiyyat nömrəsi ********** xx.xx.2008-ci il tarixli Çıxarış” əsasında veriliş 120 m torpaq sahəsində AR Dövlət şəhərsalma və Arxitektura Komitəsi, dövlət standartlarına uyğun olaraq İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların layihələndirməsi” tərəfindən verilmiş X 081462 saylı , qeydiyyat nömrəsi L 15009 xx.xx.2015-ci il tarixli lisenziyasını etirazına əlavə edərək demək istəyir ki, onunla eyni hüquqa malik olan İddiaçı və ya hər hansı bir digəri kimdir ki, 3 -cü şəxs haqqında (mənim) iddia qaldıraraq onu əmlakdan məhrum etməyə qalxsın. Halbu ki, 15 ildir ki onun faktiki istifadəsində olan 120 m torpaq sahəsinin və orada inşa etdiyi tikilinin onun ərizəsində göstərmiş olduğu torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. İddiaçı ilə onun torpaq sahəsi arasında 20-30 il bundan əvvəl qazılmış köhnə xəndək hal-hazırdada öz yerində mövcud olmaqdadır. Lakin bütün bunlara baxmayaraq 2019-cu ildən başlayaraq İddiaçı eynən indiki məsələ ilə bağlı iddiasına Xaçmaz rayon Məhkəməsi, Sumqayıt Apelyasiya Məhkəməsi və son olaraq İş 2(102)-3609/2020; xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılaraq onun iddia tələbi təmin edilməmişdir. Ona görə də İddiaçı ona məxsus torpaq sahəsi ilə bağlı Xaçmaz bələdiyyəsi qərarının və digər əlaqədar idarələrin sənədlərinin ləğv edilməsi barədəki tələblərinin rədd edilməsini, bununla da onun hüquqlarının toxunulmasına yol verilməməsi üçün ədalətli qərar qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən üçüncü şəxs iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Xaçmaz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarının surəti, Xaçmaz Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 02 saylı qərarının surəti, JN-0008 saylı, 30201004 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surəti, Daşınmaz əmlakın dövlət reyestri xidmədi tərəfindən verilmiş MH seriyalı 00144958 saylı çıxarış surəti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/5922 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ Xaçmaz Bələdiyyəsinin qəbul etdiyi xx.xx.2007-ci il tarixli 02 saylı qərarından məlumatlı olduğu vaxtdan yaranmış olur. Xaçmaz Bələdiyyəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, mübahisə predmeti olan qərar Xaçmaz Bələdiyyəsi tərəfindən qəbul edilmişdir. Belə olduğu tədqirdə Xaçmaz Bələdiyyəsi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçı tərəfindən qərarın ləğv edilməsi ilə bağlı prosessual müddətlərə riayət edib-etməməsi ilə bağlıdır. Belə ki, Xaçmaz Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli 02 saylı qərar barəsində iddiaçı digər məhkəmə çəkişmələri ərəfəsində məlumatlı olunmuş, sonralar Xaçmaz Bələdiyyəsinə həmin qərara əsas olmuş sənədlərin verilməsini istəmiş, lakin həmin qərarları əldə edə bilməmiş və bu səbəbdən də xx.xx.2022-ci ildə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi verilməklə mübahisələndirilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı hissəsinə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qərar Xaçmaz Bələdiyyəsi tərəfindən qəbul edildiyinə və həmin təşkilatın yerləşdiyi ərazi Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğuna görə hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazır ki, iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə işin faktiki hallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya Xaçmaz Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 02 saylı qərarı əsasında verilmiş JN-0008 saylı, 30201004 saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı” ilə Xaçmaz şəhərində 0.06 ha torpaq sahəsi mövcud olmuş və həmin torpaq sahəsi 2003-cü ildən onun istifadəsindədir. İddiaçı həmin torpaq sahəsində yeni bir tikilinin tikildiyinin şahidi olmuş, bununla bağlı DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, ona aid olan torpaq sahəsinə dair X5 adına MH seriyalı 00144958 saylı çıxarış olması ilə bağlı məlumat əldə etmişdir. İddiaçıya o da məlum olmuşdur ki, X5 adına MH seriyalı 00144958 saylı çıxarış məhz Xaçmaz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı əsasında verilmişdir. İddiaçı müvafiq qərarın bələdiyyə tərəfindən qanunsuz yolla qəbul edildiyi qənaətinə gələrək, ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Xaçmaz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarını araşdıraraq hesab edir ki, qeyd olunan qərar bələdiyyə tərəfindən qəbul edilməsi qanunamüvafiq deyil. Belə ki, qeyd edilən torpaq sahəsi uzun illər iddiaçının istifadəsində olmuş və bu torpaq sahəsinə dair məhz Xaçmaz Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 02 saylı qərarı əsasında torpaq sahəsinin ayrılmasından bələdiyyə məlumatı olmuşdur. X4 həmin torpaq sahəsinin başqa şəxsin istifadəsində olması ilə bağlı məlumatlı olduğu halda əsassız olaraq 3-cü şəxsin adına qərar qəbul etmişdir. Bundan başqa məhkəmə tərəfindən ekspertiza təyin edilərək mütəxəssis rəyi alınmış və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/5922 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən də məlum olmuşdur ki, X5 adına MH seriyalı 00144958 saylı çıxarışın koordinatları İddiaçı mülkiyyətində olan JN-0008 saylı, 30201004 saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı”nın koordinatları ilə üst-üstə düşür. Bu halın məlum olması iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, bələdiyyə qərarlarından da göründüyü kimi inzibati orqan tərəfindən ilkin olaraq mübahisəli ərazidə İddiaçı torpaq sahəsi ayrılmışdır. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Xaçmaz Bələdiyyəsi qanunun tələblərini pozmaqla qəbul etdiyi mübahisə predmeti olan qərarlar iddiaçının hüquqlarını pozduğundan Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndində formalaşdırdığı hüquqi mövqeyi nəzərə alan məhkəmə hesab edir ki, mübahisə predmeti olan Xaçmaz Bələdiyyəsinin qərarları qanunsuz inzibati akt olduğundan ləğv olunmalıdır. Belə ki, İnzibati İcraat haqqında Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu səbəbdən də şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Xaçmaz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı qanunsuz olduğundan ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədəçatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Xaçmaz rayon X1 torpaq sahəsinin ayrılması haqqında xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar