Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-805/2021 24.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən iddiaçının adına Abşeron rayon Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququna dair aparılmış qeydin (18.06.2013-cü il tarixdə **********81 reyestr nömrəli çıxarış) qismən, Abşeron rayon İcra Hakimiyyətinin 05.09.2006-cı il tarixli, 314 saylı sərəncamına əsasən ona ayrılmış 0,05 ha torpaq sahəsi hissəsində ləğv ediməsi və həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasında cavabdehin imtinasının qanunsuz hesab edilməsi və hüquqlarının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ cavabdeh tərəfindən iddiaçının adına Abşeron rayon Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququna dair aparılmış qeydin (18.06.2013-cü il tarixdə **********81 reyestr nömrəli çıxarış) qismən, Abşeron rayon İcra Hakimiyyətinin 05.09.2006-cı il tarixli, 314 saylı sərəncamına əsasən ona ayrılmış 0,05 ha torpaq sahəsi hissəsində ləğv ediməsi və həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasında cavabdehin imtinasının qanunsuz hesab edilməsi və hüquqlarının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Abşeron rayon İcra Hakimiyyəti Başçısının 12.08.1992-ci il tarixli 373 saylı sərəncamı ilə Cavabdeh2 Novxanı sovxozu ərazisindən 0,10 ha bağçılıq- bostançılıq üçün torpaq sahəsi ayrılmışdır. Abşeron rayon İcra Hakimiyyətinin 05.09.2006-cı il tarixli 314 saylı sərəncamına əsasən həmin bağ sahəsinin 0,05 ha hissəsi Cavabdeh2 və ailə üzvünün razılığı ilə iddiaçının adına keçirilmişdir. Həmin sərəncam əsasında iddiaçının adına Abşeron rayonu Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 0,05 ha bağ sahəsinin ayrıc sənədi tərtib edilmiş və bağçılığın üzvlü kitabçası verilmişdir. İddiaçı tərəfindən həmin torpaq sahəsinə dair Novxanı bələdiyyəsinə müvafiq olaraq hər il torpaq vergisi ödənilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün onun tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilmiş və həmin İdarə tərəfindən ona 15.01.2020-ci il tarixdə imtina məktubu verilmişdir. İmtina məktubundan məlum olmuşdur ki, 3-cü şəxs Cavabdeh2 ayrılmış 0,10 ha torpaq sahəsinin 0,05 ha hissəsi sonradan sərəncamla iddiaçıya ayrılmasına baxmayaraq, onun müraciəti əsasında bütünlüklə 0,10 ha torpaq sahəsi 3-cü şəxs Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 18.06.2013-cü ildə qeydə alınmışdır. Həmçinin, məktubda baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin bir hissəsinin Samur-Abşeron su kanalının mühafizə zolağında yerləşdiyi aşkar edildiyi və bu səbəblərdən ərizəmin icrasının mümkün olmaması qeyd edilmişdir. Cavabdeh2 Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat qismən, qanuni əsaslarla iddiaçının istifadəsində olan 0,05 ha torpaq sahəsinə dair hissədə əsassızdır və buna görə də, torpaq sahəsinin ona məxsus hissəsinə dair aparılmış əsassız qeydiyyat ləğv edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunnun “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində yazılı məlumat verilməlidir. Həmin Qanunun 16.2ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Cavabdeh tərəf onun müraciətindən sonra hüquqların dövlət qeydiyyatı zamanı buraxılan səhvdən məlumatlı olsa da, həmin səhvin düzəldilməsi üçün qanunla üzərinə düşən vəzifələri icra etməmişdir. Belə olan halda, 3-cü şəxsin adına aparılmış əsassız qeydin ləğv edilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Eyni zamanda, Abşeron rayon İcra Hakimiyyətinin 05.09.2006-cı il tarixli 314 saylı sərəncamına əsasən həmin torpaq sahəsinin 0,05 ha hissəsi qanuni əsaslarla istifadədə olduğundan həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydə alınması barədə cavabdeh inzibati orqanın imtinası qanunsuz hesab edilməli və həmin torpaq sahəsinə mülkiyyət hüquqları qeydə alınmalıdır. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. (...) Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Cavabdehin iddiaçının hüquqlarının qeydə alınmasından imtina üçün torpaq sahəsinin bir hissəsinin Samur-Abşeron su kanalının mühafizə zolağında yerləşdiyinin aşkar edildiyi və bu səbəbdən ərizənin icrasının mümkün olmamasına istinad etməsini əsassızdır. Belə ki, iddiaçıya bu əsasla hüquqların qeydə alınmasından imtina edən inzibati orqan, həmin torpaq sahəsini artıq 18.06.2013-cü ildə Cavabdeh2 adına qeydə almış və həmin qeydiyyat aparılarkən Samur-Abşeron su kanalının mühafizə zolağında yerləşməsi müəyyən edilməmiş və belə fakt mövcud olsa belə, qeydiyyatın aparılmasına maneə olmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, İddiaçı Abşeron ravonu, Novxanı kəndində yerləsən 0.05 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 27 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Təqdim edilmiş sənədlər ekspertiza edilərkən, Abşeron ravonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsinin Abşeron rayon İcra hakimiyyəti başçısının 05 sentyabr 2006-cı ıl tarixli 314 saylı sərəncamından çıxarışla iddiaçıya ayrıldığı müəyyən edilmasinə baxmayaraq iddiaçıya ayrılmış 0.05 ha torpaq sahəsinin əvvəllər Abşeron rayon İcra hakimiyyəti başçısının 12 avqust 1992-ci il tarixli 373 nömrəli sərəncamdan çıxarışla Cavabdeh2 adına verilmiş 0,10 ha torpaq sahəsinin sənəd üzrə bir hissəsi olduğu aşkar edilmişdir. Yuxarıda göstərilən Abşeron rayon İcra Hakimiyyəti başçısının 12 avqust 1992-ci il 373 nömrəli sərəncamından çıxarışla Cavabdeh2 ayrılmış 0,10 ha torpaq sahəsinin 18.06.2013-cü il tarixdə **********81 reyestr nömrəli çıxarışla mülkiyyət hüququ artıq bir dəfə tam şəkildə rəsmiləşdirilmişdir. Sözügedən torpaq sahəsi 20.06.2013-cü il tarixdə X1 alqı-satqı müqavilə əsasında özgəninkiləşdirilmiş və sonuncu daşınmaz əmlakın dövlət reyestrindən sözügedən torpaq sahəsi üzərində yerləşən bağ evinə dair vahid daşınmaz əmlak kimi 27.06.2013-cü il tarixdə çıxarış əldə etmişdir. Baxış keçirilmiş ərazidə yerləşən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsinin Samur-Abşeron su kanalının mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. İddiaçının idarəyə təqdim etdiyi 27.12.2019-cu il tarixli ərizəsinin icrası, ilk növbədə başqa şəxsin torpağa olan hüquqları ləğv edilməklə təmin edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydlərə hər hansı əsassız müdaxilə həmin şəxsin xüsusi mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Eləcə də, İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən müvafiq olaraq mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Belə ki, iddiaçının 0.05 ha torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 27 dekabr 2019-cu il tarixli müraciətinə imtina 15.01.2020-ci il tarixdə verilmişdir. Qeyd edilənlərə əsasən, cavabdeh orqan iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hesab olunur ki, iddiaçı prosessual müddəti ötürdüyü üçün də iddia mümkün sayılmamalıdır. Belə ki, mübahisələndirilən qərarlar qəbul edildikdən sonra iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş müddət ərzində mübahisələndirilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Abşeron rayon İcra hakimiyyəti başçısının 05 sentyabr 2006-cı il tarixli 314 saylı sərəncamından çıxarışa əsasən iddiaçıya ayrılmış Abşeron ravonu, Novxanı kəndində yerləsən 0.05 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçı 27.12.2009-cu il tarixdə cavabdeh orqana müraciət etmiş, həmin orqan tərəfindən iddiaçıya 15.01.2020-ci il tarixdə imtina cavabı verilmişdir. İddiaçı isə məhkəməyə 23.02.2021-ci il tarixdə müraciət etmişdir. Belə olduğu tədqirdə hazırkı iş üzrə mübahisə predmeti olan qərardan şikayət verilməsinin müddəti ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən iddiaçının adına Abşeron rayon Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququna dair aparılmış qeydin (18.06.2013-cü il tarixdə **********81 reyestr nömrəli çıxarış) qismən, Abşeron rayon İcra Hakimiyyətinin 05.09.2006-cı il tarixli, 314 saylı sərəncamına əsasən ona ayrılmış 0,05 ha torpaq sahəsi hissəsində ləğv ediməsi və həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasında cavabdehin imtinasının qanunsuz hesab edilməsi və hüquqlarının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-805/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-805/2021
24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver