Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-806/2023 20.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddiaçının oğlu X1 cəzasınını qalan hissəsinin çəkməsi üçün Azəbaycan Respubliaskına ekstradisiya edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının oğlu X1 cəzasınını qalan hissəsinin çəkməsi üçün Azəbaycan Respubliaskına ekstradisiya edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər sırasında yalnız Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Penitensiar Xidmətinin saxlanılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu xx.xx.1975-ci il təvəllüdlü X3 müvəqqəti olaraq Rusiya Federasiyasının Moskva şəhərində yaşayan bacısının yanına getmişdir. Orada qalarkən sürücülüklə məşğul olub ailəsini dolandırarkən adı istintaqa məlum olmayan şəxslərin təsiri ilə cinayət əməli törətmiş və Moskva şəhəri Sovelyov rayon məhkəməsinin 17 dekabr 2015-ci il tarixli 1-431/15 saylı hökmü ilə RF Cinayət Məcəlləsinin 162-ci maddəsinin B bəndinin 4-cü hissəsi ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökm Moskva şəhər Apelyasiya Məhkəməsinin 28 mart 2016-cı il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Rusiya Federasiyası Ali Məhkəməsinin hakimi H.Y.Zemskovun 27 dekabr 2018-ci il tarixli №5-UKS18- 726 qərarı ilə kassasiyz şikayətinin qəbulundan imtina edilmişdir. Göründüyü kimi, artıq şikayət veriləsi yuxarı məhkəmə instansiyası qalmadığına, habelə iddiaçının ahıl qadın olmaqla Şamaxı şəhərində yaşadığına, oğlu Nizaminin iki yetkilik yaşına çatmayan uşaqlarına baxmağa maddi imkanı olmadığına görə iddiaçı Moskva şəhərinə oğlunun cəza çəkdiyi Tver vilayətinin Bejeç şəhərində yerləşən CCM-nə görüşünə gedə bilmir, ona sovqat göndərməyə belə imkanı yoxdur. Ona görə də dəfələrlə Azərbaycan Respublikasının Ədliyyə Nazirinə rəsmi ərizə ilə müraciət edərək oğlu X2 Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün cəzasının qalan hissəsinin Azərbacan Respublikasının cəzaçəkmə müəsisəslərindən birində çəkinəsi üçün Rusiya Federasiyasından Azərbaycan Respublikasına verilməsi (ekstradisiyası) məsələsinə baxılmasına köməklik etməsini xahiş etsə də, onun müraciəti müsbət həllini tapmamışdır. İlkin ərizəsindən sonra təxminən bir ildən artıq müddətə araşdırmalar aparılsa da, xx.xx.2020-ci il tarixli, 17/4 0380 saylı məktubla AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Əməliyyat rejim idarəsinin rəisi M.Seyidovun imzası ilə yalnız N.Cəfərovun yaxın müddətdə Azərbaycan Respublikasına gətirilməsinin məqsədəmüvafıq hesab edilməməsi göstərilmişdir. Amma məktubda gətirilmənin nə üçün məqsədəmüvafiq olmamasının səbəbi göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə iş üzrə materialları araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzasının qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 06 mart tarixli Moskva Konvensiyası: Maddə 4. Bir məhkumun köçürülməsi üçün tələb olunan həm hökm çıxaran döğvlətdən, həm də idarə edən Dövlətdən gələ bilər. Məhkumun özü, yaxın qohumları, qanuni nümayəndəsi və vəkili məhkumun köçürülməsi tələbi ilə Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlaraına müraciət edə bilər. Maddə 5. Məhkumun köçürülməsi aşağıdakı şərtlər daxilimdə həyata keçirilə bilər: -şəxsin həbs cəzaına çəhkum edilməsi barədə məhkəmə hökmü qanuni qüvvəyə minmiş olduqda; -bu Konvensiyanın 4-cü maddəsinin 2-ci hissısində göstərilən şəxslər tərəfindən köçürmə müraciəti olduqda; -məhkumun yazılı razılığı varsa və ya məhkum yaşına, fiziki və ya mənəvi vəziyyətinə görə iradəsini sərbəst ifadə edə bilmirsə, bu halda qanuni nümayəndəsinin razılığı vasrsa; -şəxs qəbul və ötürülməni həyata keçirən Razılığa gələn tərəflərin qanunlarına görə azadlıqdan məhrumetmə ilə cəzalandırılan cinayətlərə görə məhkum edilmişdirsə; -köçürmə tələbinin qəbulu zamanı çəkilməmiş həbs müddəti ən azı altı ayı vardırsa; -hökm çıxaran dövlətlə idarə edən dövlət arasında məhkumun köçürülməsi və qəbulu barədə razılaşma mövcuddursa. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuiş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları: 1.1. Bu Qaydalar azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi barədə müraciətlərin qəbulunu və bununla bağlı həyata keçirilən sənədləşmə prosedurlarını müəyyən edir. 1.2. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyasına, “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 6 mart tarixli Moskva Konvensiyasına və bir sıra dövlətlərlə bağlanmış ikitərəfli müqavilələrə (bundan sonra – beynəlxalq müqavilələr) əsasən həyata keçirilir. 3.1. Müraciət bu Qaydaların 2.2 və 2.3-cü bəndlərinə uyğun təqdim edildikdən sonra Penitensiar xidmət İdarə vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərir. Sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar xidmətə təqdim olunur. 3.2. Hökmü çıxaran dövlətdən daxil olmuş müraciət bu Qaydaların 2.4-cü bəndinə uyğun təqdim edildikdən dərhal sonra həmin müraciət və ona əlavə edilmiş sənədlər mahiyyəti üzrə baxılması üçün İdarə tərəfindən Penitensiar xidmətə göndərilir. 3.3. Penitensiar xidmət hökmü çıxaran dövlətdən daxil olmuş müraciəti və ya sorğu əsasında əldə edilən sənədləri aldığı gündən 3 iş günü müddətində məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün aşağıdakı qurumlara göndərir: 3.3.1. məhkumluğu barədə məlumatın alınması, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi (yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına münasibətdə), habelə məhkumun gətirilməsinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə; 3.3.2. şəxsin Azərbaycan Respublikasına qəbul edilməsinin Azərbaycan Respublikasının suverenliyinə, təhlükəsizliyinə və ya başqa mühüm maraqlarına ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə; 3.3.3. məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə. 3.4. İdarə Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin təkliflərini nəzərə alaraq sənədlərin müvafiq konvensiyaların tələblərinə uyğunluğuna dair rəyini Penitensiar xidmətə göndərir. 3.5. Müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır. 3.6. Rəy Penitensiar xidmətin əməliyyat-rejim üzrə rəis müavini tərəfindən imzalanır və Nazir müavini - Penitensiar xidmətin rəisi tərəfindən təsdiq edilir. 3.7. Məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi barədə müsbət rəy olduqda zəmanət məktubu hazırlanaraq İdarə tərəfindən viza verilir və Nazir müavini - Penitensiar Xidmətin rəisi tərəfindən imzalanır. 3.8. Zəmanət məktubuna aşağıdakı sənədlər əlavə edilir: 3.8.1 Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini və ya Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş məhkumun Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olmasını təsdiq edən sənəd; 3.8.2 Məhkumun azadlıqdan məhrum edilməsinə əsas olan əməlin cinayət olduğunu göstərən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə Cəzaların İcrası Məcəlləsinin və digər aidiyyəti qanunvericilik aktlarının maddələrinin mətni. 3.9 İdarə Penitensiar Xidmət tərəfindən imzalanmış Zəmanət məktubunu aidiyyəti üzrə hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına göndərir. 3.10 Hökmü çıxaran dövlətin məhkumun verilməsi barədə qərarı müsbət olduqda Penitensiar xidmətin razılığına əsasən İdarə məhkumun qəbul edilməsini təsdiq edən məlumatı hökmü çıxaran dövlətin səlahiyyətli orqanına göndərir. 3.11 Məhkumun verilmə yeri, vaxtı və qaydası tərəflərin cəzanı icra edən orqanları tərəfindən müəyyənləşdirilir. 3.12 Bu Qaydaların 2.5-ci bəndində göstərilən hallar nəzərə alınmaqla, Penitensiar xidmət və ya İdarə tərəfindən məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi barədə müraciətin nəticəsi barədə maraqlı şəxslərə və ya hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına məlumat verilir. 4.1. Məhkum olunmuş şəxslər cəzanın qalan hissəsinin çəkilməsi üçün qəbul edildikdən sonra Penitensiar xidmət hökmün icrası haqqında qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edir. Məhkəmə çıxarılmış hökmdən çıxış edərək onun icrası haqqında qərar qəbul edir. 4.2. İdarə bir ay müddətində hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına hökmün tanınması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını və həmin qərarın icrası barədə məlumatları təqdim edir. Göstərilən normalardan göründüyü kimi qanunvericilik azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzasının qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat qaydalarını müəyyən etmişdir. Həmin Qaydalara görə xarici ölkədə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzasının qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı edilmş müraciət əsasında Penitensiar Xidmətdə inzibati icraat başlanır. Penitensiar Xidmət Ədliyyə Nazirliyin Beynəlxalq Əməkdaşlıq İdarəsi vasitəsilə hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərir, sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar Xidməyə təqdim olunur. Penitensiar xidmət Ədliyyə Nazirliyin Beynəlxalq Penitensiar xidmət sorğu əsasında əldə edilən sənədləri aldığı gündən 3 iş günü müddətində mçəhkum olunmuş şəxslərin Azərbaycan Respubkasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün müvafiq quruma göndərir. Müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavam məktubları daxil olduqdan sonra Penitensiar Xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzasının qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlnaır. Rəy Penitensiar Xidmətin əməliyyat-rejim üzrə rəis müavini tərəfindən imzalanır və Nazir müavini- Penitensiar Xidmətin rəisi tərəfindən təsdiq edilir. Məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi barədə müsbət rəy olduqda zəmanət məktubu hazırlanaraq İdarə tərəfindən viza verilir və Nazir müavini - Penitensiar Xidmətin rəisi tərəfindən imzalanır. İdarə Penitensiar Xidmət tərəfindən imzalanmış Zəmanət məktubun aidiyyəti üzrə hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına göndərir. Hökmü çıxaran dövlətin məhkumun verilməsi barədə qərarı müsbət olduqda Penitensiar xidmətin razılığına əsasən İdarə məhkumun qəbul edilməsini təsdiq edən məlumatı hökmü çıxaran dövlətin səlahiyyətli orqanına göndərir. Penitensiar xidmət və ya İdarə tərəfindən məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi barədə müraciətin nəticəsi barədə maraqlı şəxslərə və ya hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına məlumat verilir. Məhkəmə çıxarılmış hökmdən çıxış edərək onun icrası haqqında qərar qəbul edir. İdarə bir ay müddətində hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarəna hökmün tanınması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını və həmin qərarın icrası barədə məlumatlartı təqdim edir. Göründüyü kimi, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı ardıcıllıqla bir sıra hüquqi hərəkətlərin edilməsi təmin olunmalıdır. İddiaçı oğlunun Azərbaycan Respublilkasına ekstradisiya edilməsi öhdəlyinini cavabdehin üzərinə qoyulmasını tələb etsə də, konkret olaraq yuxarıda istinad olunan Qaydalarda göstərilmiş hansı hərəkətin edilməsini istədiyini göstərməmişdir. Belə ki, sözügedən hərəkətlərin bir qismi inzibati aktın qəbul edilməsi qaydasında, digərləri inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan faktiki xarakterli hərəkətlər kimi həyata keçirilməlidir. Penitensiar Xidmətin şəxsin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu və ya imtina barədə rəyi inzibati akt üçün tələb olunan meyarlara, o cümlədən “hüquqi nəticə” yaratmaq xüsusiyyətinə malikdir. Cavabdeh inzibati orqanın məhkumun gətirilməsi ilə bağlı müraciətin nəticəsi barədə qəbul etdiyi rəy müsbət olduğu təqdirdə sorğu verən dövlət məhkumun ölkə ərazisinə gətirilməsi ilə bağlı ilkin mərhələdə üzərinə düşən öhdəliyi bilavasitə yekunlaşdırmış olur, yəni məhz həmin rəydən sonra zəmanət məktubu tərtib edilərək hökmü çıxaran ölkəyə göndərilir, yalnız bundan sonrakı mərhələdə sorğu edilən ölkə məhkumun verilməsi ilə bağlı müvafiq tədbirlər görərək müvafiq nəticəyə gəlməlidir. Xidmətin rəyi mənfi olduğu təqdirdə isə şəxsin ölkə ərazisinə gətirilməsi üçün tələb olunan sonrakı zəruri hərəkətlərin edilməsinə yol verilmir. Başqa sözlə, müvafiq rəy hakimiyyət tədbiri olmaqla şəxs haqqında hüquqi nəticə yaradan inzibati akt statusundadır. Eyni zamanda, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzasının qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat aparılarkən cavabdeh inzibati orqan tərəfindən Qaydaların 3.1-3.3, 3.7, 4.1, 4.2-ci bəndlərində göstərilən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər də edilir. Beləliklə, cavabdeh tərəfindən şəxsin Azərbaycan Respublikasına qəbul edilməsini məqsədəuyğunluğu barədə rəy qəbul edilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı olduğu üçün məcburetmə haqqında iddialara, Qaydalara 3.1-3.3-cü bəndlərində göstərilən hərəkətlərin edilməsi barədə tələbi isə öhdəliyin icrası haqqında iddialara aiddir. Bu hal hazırki iddia tələbinin İPM-nin 2.2-ci maddəsində göstərilən iddia növlərindən hər hansı birinə aid edilməsini mümkünsüz hesab edir. Göründüyü kimi, hazırki iddia tələbinin qeyri-müəyyən, aydın olmayan məzmunda tərtib edilməsiu ona mahiyyəti üzrə baxılmasını mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddiaçının oğlu X1 cəzasınını qalan hissəsinin çəkməsi üçün Azəbaycan Respubliaskına ekstradisiya edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-806/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-806/2023
20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver