Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-807/2022 09.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1994-cü ildən xx.xx.2002-ci il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq hüququ yarandığı tarixdən, yəni 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması”-na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək “xx.xx.1994-cü ildən xx.xx.2002-ci il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq hüququ yarandığı tarixdən, yəni 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1975-ci ildən, xx.xx.1994-cü ilədək, və xx.xx.1994-cü ildən, xx.xx.2002-ci ilədək 2 nömrəli trestin 20 saylı səyyar mexanikləşdirilmiş dəstəsində və xx.xx.1999-cu ildən həmin müəssisə "xxxx" SC-nin 2 saylı müəssisəsi olmuşdur, və həmin müəssisədə xx.xx.2002-ci ilədək "xxxx" SC-nin 2 saylı müəssissində işləmişdir. Onun ümumi əmək stajı 27 ilə qədər olmuşdur. Onun ümumi stajı 27 il olmaqla, pensiyaya çıxmaq hüququ verən iş stajı olduğu üçün 57 yaşda əmək pensiyasına çıxmaq hüququ verir. Müvafiq sənədləri toplamaqla xx.xx.2021-ci ildə cavabdeh təşkilata müraciət etmiş, lakin xx.xx.2021-ci il tarixli məktubunda cavabdeh ona fərdi pensiyanın minumum az olduğunu göstərmişdir. (31800, 00) manata qarşı (15836,83). Qarşı tərəf iddiaçıya pensiya təminatından imtina edərkən, bunu sosial kapitalının az olması və 1994-2002-ci illərdə işlədiyi müəssisənin fəaliyyəti olmadığı ilə əlaqələndirilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştlişərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(118)-807/2022 nömrəli inzibati iş vardır. İddiaçı Ə.N.Şəfiyev DSMF-nin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" SC-nin 2 saylı müəssisəsində elektrik qaynaqçısı işlədiyi dövrü müəssisədə aparılmış çoxsaylı yoxlamalar nəticəsində fəaliyyətinin olmaması aşkar edilməsi səbəbindən sosial sığorta stajı kimi nəzərə almamışdır. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az (19 il 3 ay 24 gün (xx.xx.1975xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1994-cü İl tarixləri arasındakı dövrlər və 2006-2021-ci illər üzrə cəmi 5 ay)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 31800,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15836,83 manat təşkil edir. Yuxarıda göstərilən səbəblərdən, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa malikdirlər. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci bəndinə əsasən bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İstinad olunan Qanunun müvafiq maddəsindən də məlum olur ki, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. İş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" SC-nin 2 saylı müəssisəsinin xx.xx.2002-ci il tarixli 09/28 nömrəli arayışında iddiaçı Ə.Şəfiyevin xx.xx.1994-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə elektrik qaynaqçısı vəzifəsində işlədiyi, həmçinin həmin vəzifənin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsinə əsasən güzəştli sayıldığı göstərilmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Belə ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Məhkəmə prosesində iddiaçı Ə.Şəfiyev Dövlət Sosial X7-Xızı regional filialı tərəfindən verilmiş müəssisənin 1991 -2005-ci illərə dair hesabat məlumatlarını özündə əks etdirən xx.xx.2021 -ci il tarixli **********3 nömrəli məktubu məhkəməyə təqdim etmişdir. Bununla əlaqədar olaraq bildirirlər ki, iddiaçı X3 Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara və məhkəmə prosesində təqdim etdiyi Dövlət Sosial X7-Xızı regional filialı tərəfindən verilmiş "xxxx" SC-nin 1991- 2005-ci illərə dair hesabat məlumatlarını özündə əks etdirən xx.xx.2021-ci il tarixli **********3 nömrəli məktubuna əsasən onun 01.01 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 1 ay 21 gün (xx.xx.1974-xx.xx.1975-ci il xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı xx.xx.1994- xx.xx.2002ci illərdə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının ümumi iş stajı kifayət qədər olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsinin rəhbəridir. Müəssisə 1959-cu ildən fəaliyyəti göstərir. Trestin 10 idarəsi olmuşdur. 1990-cı ildə "xxxx" İdarəsi olmuşdur. Sovet hökuməti dağılandan sonra 1995-ci ildə Tikinti şirkəti adlandırılmışdır. “Sumqayıtsənayetikinti” Kombinatı olaraq adlandırılmışdır. SU 21, Su 24, Su 26 və ATP, Təmir quraşdırma və sair. 1997-ci ildə bir hissəsi SC olmuş, bir hissəsi Əmlak komitəsinin nəzdinda qalmışdır. 1997-ci ilin sentyabr ayında “Sumqayıtsənayetikinti” Kombinatı SC-ə çevrilmiş, "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisə olaraq adlandırılmışdır. Bu günə qədər də müəssisə fəaliyyət göstərir. Məhkəmənin və cavabdehin suallarına cavab olaraq bildirmişdir ki, DSMF-nin nümayəndəsi Eyvaz adlı şəxs gəlmişdir. İki nəfər işçi olub- SU - 24 idarəsinin işçiləri. Onların SU 24-də işlədiyi dövrlərlə bağlı araşdırma aparılmasını bildirmişdir. Tresitin SU 24 Əmlak komitəsi başqa şəxsə satılmışdır. Onların sənədləri itmişdir. Akt tərtib tərtib edilmiş, imzalanmışdır. Lakin qeyd hissəsi yazılmamışdır. Sonra da aktda belə qeyd edilmişdir ki, həmin idarənin ona heç bir aidiyyatı yoxdur. O, sənədlərin itməsi barədə akt olduğu üçün imza etmişdir. DSMF-yə hesabatlar vermişdir. Vergi orqanında hesabatlar var. Özü pensiyaya çıxmışdır. Əmək haqqı cədvəlləri saxlanılmır, işçilərin şəxsi vərəqələri var. Hamısı şəxsi vərəqələrə işlənmişdir. Borc olub, ödənilib, qalan borc isə prezidentin sərəncamına əsasən silinmişdir. Şəfiyev Ələkbər qaynaqçı işləmişdir. Əmək haqqı kartoçkaları var. DSMF dən istənilən vaxt gəlib sənədlərə baxa bilərlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı xx.xx.1994-cü ildən xx.xx.2002-ci il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq hüququ yarandığı tarixdən, yəni 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" SC-nin 2 saylı müəssisəsində elektrik qaynaqçısı işlədiyi dövrü müəssisədə aparılmış çoxsaylı yoxlamalar nəticəsində fəaliyyətinin olmaması aşkar edilməsi səbəbindən sosial sığorta stajı kimi nəzərə almamışdır. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az (19 il 3 ay 24 gün (xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1994cü İl tarixləri arasındakı dövrlər və 2006-2021-ci illər üzrə cəmi 5 ay)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 31800,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15836,83 manat təşkil edir. İddiaçı xx.xx.1994- xx.xx.2002-ci illərdə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının ümumi iş stajı kifayət qədər olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, "xxxx" SC-nin 16 noyabr 2002-ci il tarixli, 09/28 saylı arayışında edilir ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1994-cü ilədək Sumqayıt Metal Quraşdırma zavodunda və xx.xx.1994-cü ildən xx.xx.2002-ci ilədək "xxxx" SC-nin 2 saylı müəssisəsində elektrik qaynaqçısı peşəsində işləmişdir. Bu peşə üzrə xx.xx.2007-ci il Nazirlər Kabinetinin qərarının 35-ci bölməsi üzrə güzəştli şərtlərlə pensiyaya çıxma hüququ verilir. İddiaçı tərəfindən əmək haqqı alamsı ilə bağlı sənədlər məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqan qeyd edir ki, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" SC-nin 2 saylı müəssisəsində elektrik qaynaqçısı işlədiyi dövrü müəssisədə aparılmış çoxsaylı yoxlamalar nəticəsində fəaliyyətinin olmaması aşkar edilməsi səbəbindən sosial sığorta stajı kimi nəzərə almamışdır. Lakin həmin müəssisənin rəhbəri şahid kimi ifadə vermiş, bu halı təkzib etmişdir. Məhkəmə prosesi gedişindədə cavabdeh inzibati orqan bununla bağlı əlavə araşdırma aparmamışdır. Beləliklə müəyyən edilir ki, iddiaçı mübahisəli dövrdə "xxxx" SC-nin 2 saylı müəssisəsində elektrik qaynaqçısı peşəsində işləmiş, əmək haqqı almış, müvafiq hesabatlar aparılmışdır. Eyni zamanda iddiaçının işlədiyi elektrik qaynaqçısı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinə imkan verən peşələrin siyahısına daxildir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Əmək pensiyaları haqqında” qanunun qüvvəyə minənə qədər 25 ildən çox umumi sığorta stajına malik olmuş və həmin dövrlərin 12 il 6 ayından çox hissəsini zərərli içlərdə işləmişdir. “Əmək pensiyaları haqqında” qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Əmək Pensiyaları haqqında Qanunun 9-cu maddəsinə əsasən: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən 9.1-ci maddədə “ 57” rəqəmləri “ 60” rəqəmləri ilə, “ 52” rəqəmləri “ 55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Qanunun 2-ci maddəsinə əsasən Bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minir. Hazırkı mübahisəyə münasibətdə pensiya kapitalı ilə bağlı tələb irəli sürülə bilməz. Məhkəmə hesab edir ki, iddiaçıya pensiya təyinatı ilə bağlı tələbinə cavabdeh inzibati orqanın pensiya kapitalı ilə bağlı normaları tətbiq etməsi aşkar qanun pozuntusudur. Beləki bununla bağlı qanunvericilikdə aydın formada ifadə olunmuş tənzimləmə mövcuddur. Cavabdehin imtinasında istinad etdiyi müddəalar “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Halbuki, iddiaçı pensiya hüququ həmin tarixdən əvvəl yarandığı üçün ona “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə istinadən həmin tarixə qədər qüvvədə olmuş qanunvericiliyə əsasən pensiya təyin olunmasını istəyir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəyə “Əmək Pensiyaları haqqında” Qanunun xx.xx.2017-cı il tarixədək qüvvədə olmuş müddəaları tətbiq olunmalıdır. Həmin normalara əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda istinad olunan normalara görə, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: şəxs xx.xx.2017-cı il tarixədək müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin yuxarıda qeyd edilən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin şərtlər iddiaçıya münasibətdə mövcuddur. Bu baxımdan, yuxarıda istinad olunan normalara əsasən iddiaçı ona 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı tələbində haqlı sayılmalıdır. Qeyd edilənlər cavabdeh inzibati orqanın iddianın rədd edilməsi ilə bağlı pensiya kapıtalının çatmaması dəlilinin hüquqi əsasının olmadığını götərir. Beləliklə qeyd edilənlər iddia tələbinin əsaslı olduğunu göstərir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının hüququ 57 yaşında yarandığı üçün ona həmin tarixdən pensiya təyin edilməli, lakin pensiyanın hesablanması və ödənilməsi onun inzibati orqana müraciətindən üç il əvvələ hesblanmalıdır. İş materiallarından görsənir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə inzibati orqana müraciət etmişdir. Ona görədə məhkəmə heab edir ki, onun pensiyası xx.xx.2018-ci il tarixdən hesablanmalı və ödənilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı, xx.xx.1994-cü ildən xx.xx.2002-ci il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq 57 yaşının tamam olduğu (xx.xx.2015-ci il) tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı, xx.xx.1994-cü ildən xx.xx.2002-ci il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-807/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-807/2022
09.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver