Məhkəmə qərarları › İş №2-1(118)-807/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-807/2025

22.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-807/2025 22.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçının nümayəndəsi həmçinin vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, **********8200 nömrəli və xx.xx.2023-cü il tarixli, **********8202 nömrəli “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” Qərarların ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Cavabdeh tərəfindən AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin İnzibati şikayətin təmin edilməməsi haqqında **********157800 saylı , xx.xx.2023 – cü il tarixli və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin3 saylı Ərazi Vergilər idarəsi tərəfindən qəbul olunmuş vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında xx.xx.2023 – cü il tarixli “**********8200 və **********8202 nömrəli qərarları ləğv edilməsi” nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2023-cü il tarixli, **********8200 nömrəli və xx.xx.2023-cü il tarixli, **********8202 nömrəli “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” Qərarların ləğv edilməsi”ni məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri X12 tərəfindən qəbul olunmuş **********157800 saylı, xx.xx.2023-cü il tarixli Qərarla, operativ vergi nəzarəti nəticələrindən iddiaçının şikayəti təmin edilməyərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər idarəsi tərəfindən qəbul olunmuş vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında xx.xx.2023 – cü il tarixli “**********8200 və **********8202 nömrəli qərarları dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bu səbəbdən də AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin İnzibati şikayətin təmin edilməməsi haqqında **********157800 saylı , xx.xx.2023 – cü il tarixli və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin3 saylı Ərazi Vergilər idarəsi tərəfindən qəbul olunmuş vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında xx.xx.2023-cü il tarixli “**********8200 və **********8202 nömrəli qərarları ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Mübahisələndirilən **********8200 saylı Qərarla AR Vergi Məcəlləsinin 58.10 – cu maddəsinin tələblərini rəhbər tutaraq əmək məcəlləsinə əsasən tərəfimdən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 8 nəfər fizikişəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 16 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi barədə Qərar qəbul olunmuşdur. Qərarın qəbul olunması əsası kimi cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 00871 N-li Aktına , həmçinin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmuş işçilərin siyahısına nəzərdən keçirərək AR ƏM – də nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunaraq aklaşdırılandığı qeyd olunmuşdur. Hesab edir ki, yaranmış vəziyyət cavabdeh tərəfindən düzgün qiymətləndirilməyərək tam əsassız Qərar qəbul olunmuşdur . Belə ki , yoxlama zamanı qeyd olunan və guya əmək müqaviləsi bağlamadan işə cəlb olunmuş 8 nəfərin heç biri ilə əmək müqaviləsi bağlanmamışdır. Yoxlamaya gələn əməkdaşlar gözəllik salonunda olan bütün şəxslərin yalnızşəxsiyyətinimüəyyən edib və sonradan onların hamsının işçi olduğunu qeyd edərək mübahisələndirilən qərarı qəbul etmişdir. Vergi Məcəlləsinin 58.10 – cu maddəsinin tələblərinin pozulması qeyd olunsa da , bildirmək istəyir ki, həmin maddəyə nəzər saldıqda görürük ki , salonda müştərilərə xidmət göstərən fiziki şəxslərin fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi fəaliyyətə başlayana qədər sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsinə dair qəbz əldə etməsə, həmin halda işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə məsuliyyət nəzərdə tutulmuşdur. Bir daha bildirmək istəyir ki , salon kimi fəaliyyət göstərən obyektdə fəaliyyət göstərən şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosialsığorta haqqının ödənilməsi haqqında qəbz” əsasında fəaliyyət göstəriblər. Bu barədə vergi orqanına məlumat və sübutlar təqdim olunsada təssüf olsun ki, buna hüquqi qiymət vermək əvəzinə qərəzli mövqe nümayiş etdirmişdir. Belə ki, yoxlama zamanı salonda müştəri kimi gələn şəxsləri də, işçi kimi göstərilməsi, həmçinin salonda fərdi qaydada vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş işçilərlə belə əmək müqaviləsinin bağlanmadığı iddia olunmuşdur. Mübahisələndirilən **********8202 saylı Qərarla isə AR VM – nin 58.7.1 – ci maddəsinin əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə 1000 manat məbləğində vergiməsuliyyətinə cəlb edilməsi barədə Qərar qəbul olunmuşdur. Qərarın qəbul olunması əsası kimi cavabdeh tərəfindən gözəllik salonunda keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi tərəfindən əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulması faktı aktlaşdırıldığı qeyd olunur. Mübahisələndirilən Qərarda və qərarın qəbul olunmasında istinad olunan aktda göstərilən xidmətlərə görə pul ödənilsədə əvəzində müştəriyə ödənişi təsdiq edən sənəd təqdim edilmədiyi, obyektdə nəzarət kassa-aparatının quraşdırılmadığı, obyektin təsərrüfat subyekti kimi vergi orqanında qeydiyyatda qoyulmadığı müəyyən edildiyi qeyd edilsə də, faktiki olaraq gəlinən nəticənin əleyhinə Qərar qəbul olunmuşdur. Necə ola bilər ki , kassa - aparatının və qeydiyyata alınmayan bir subyektdə ödəniş qəbzinin verilməsimümkün olsun. Ümumiyyətlə hər iki Qərarda obyektin təsərrüfat subyekti kimi vergi orqanında heç kimin adına qeydiyyatda qoyulmadığı, obyektin iddiaçının icarə əsasında götürməsi, yalnız izahata istinad olunaraq işçilərlə əmək müqaviləsinin bağlanması məsuliyyətini yarada bilməz. Belə ki, necə müəyyən olunmuşdur ki , iddiaçı həmin salonu özü ayr-ayrılıqda subicarəyə verməmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dinlənilən X6, öz izahatında qeyd edilən təsərrüfat subyektinə müştəri kimi getdiyini, lakin vergi orqanının əməkdaşları tərəfindən işçi kimi qeyd edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Mehmet Tekin öz izahatında, Maisə xanımı tanımadığını, 2004-cü ildən Azərbaycanda yaşadığını, əvvəl əmək müqaviləsi üzrə işlədiyini, daha sonra isə masanı icarəyə verməyə başladığını, Maisə xanımın salonu yeni açıldığı zaman işləmək üçün müraciət etdiyini, bir nəfər taparaq əl işilərini onun üzərində göstərdiyini, səhəri gün isə Vüqar adında bir şəxsin ona zəng edərək, salonda nə vaxtdan işlədiyini ondan soruşduğunu və həmin şəxsdən kim olduğunu soruşduqda şəxsin vergi əməkdaşı olduğunu bildiyini bildirmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı, İddiaçı cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsulliyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********8200 nömrəli və xx.xx.2023-cü il tarixli, **********8202 nömrəli qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. 3 saylı Ərazi Vergilər İdarəsi aşağıdakı səbəblərə görə iddia ərizəsini əsassız hesab edir: Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********9724 nömrəli (xx.xx.2023-cü il tarixli **********9912 nömrəli dəyişiklik Qərarı nəzərə alınmaqla) Qərarına əsasən vergi ödəyicisi kimi 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan İddiaçı məxsus olan və ünvan 1 ünvanda yerləşən “Light Beauty” adlı təsərrüfat subyektində Vergi Məcəlləsinin 50.1.3, 50.1.6 və 50.1.7-ci maddələrində göstərilən məsələlər üzrə xx.xx.2023-cü il tarixdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Nəzarət tədbiri zamanı vergi ödəyicisi barəsində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktına görə xx.xx.2023-cü il tarixli, DVX seriyalı 032361 nömrəli, 8 (səkkiz) fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halına görə xx.xx.2023-cü il tarixli, DVX seriyalı 000871 nömrəli aktlar tərtib edilmişdir. Tərtib edilmiş aktların doğruluğu vergi ödəyicisi tərəfindən imzalanmaqdan imtina edildiyi üçün təsərrüfat subyektində keçirilmiş nəzarət tədbirinin nəticələri üzrə qəbul ediləcək qərarlar üzrə materiallara baxılmada iştirakla əlaqədar xx.xx.2023-cü il tarixli **********300700 və xx.xx.2023-cü il tarixli **********079500 nömrəli bildirişlər göndərilmiş və vergi ödəyicisi xx.xx.2023-cü il tarixdə saat 11:00-da 3 saylı Ərazi Vergilər İdarəsinə dəvət edilmişdir İddiaçı Vergi Məcəlləsinin 39.5-ci maddəsində göstərilən hüquqlarından istifadə edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatına və 3 saylı Ərazi Vergilər İdarəsinə xx.xx.2023-cü il tarixli (qeydiyyat tarixi: xx.xx.2023-cü il, AVİS nömrəsi: **********116700 və **********400800) etiraz təqdim etmiş və vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X10 xx.xx.2023-cü il tarixdə nəzarət tədbirinin nəticələri üzrə qəbul ediləcək qərarlar üzrə materiallara baxılmada iştirak etmişdir. Vergi ödəyicisi və onun səlahiyyətli nümayəndəsi operativ vergi nəzarətinin nəticələri üzrə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə qərar çıxarılmasını xahiş etmiş, bunu fərdi sahibkarın məqsədinin icarəyə götürdüyü təsərrüfat subyektini fərdi qaydada bərbər fəaliyyəti göstərən fiziki şəxslərə subicarəyə verməkdən ibarət olması ilə əsaslandırmış və müraciətinə aktda adları əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslər kimi qeyd olunan 8 (səkkiz) fiziki şəxsin izahatını əlavə etmişdir. Vergi ödəyicisinin nümayəndəsi Q.Quliyev qəbul zamanı şifahi izahatında İddiaçı icarəyə götürdüyü təsərrüfat subyektini bərbər fəaliyyəti ilə məşğul olan müxtəlif fiziki şəxslərə subicarəyə verməklə sahibkarlıq fəaliyyəti göstərmək istədiyini, xx.xx.2023-cü il tarixdə vergi orqanı tərəfindən olunmuş xəbərdarlıqdan sonra obyektdə fəaliyyət göstərən X2 xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyatdan keçərək ********** nömrəli, X1 xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyatdan keçərək ********** nömrəli VÖEN aldığını, digər şəxslərin də VÖEN alaraq fəaliyyət göstərəcəyini, adı işçi kimi qeyd olunan X15 operativ vergi nəzarəti tədbiri zamanı ümumiyyətlə obyektdə olmadığını, operativ vergi nəzarəti tədbiri zamanı adları işçi kimi göstərilən şəxslərin izahatlarının alınmadığını, etiraza əlavə edilmiş izahatlara əsasən həmin şəxslərin işçi olmadığının müəyyən edildiyini bildirmiş və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması üçün aparılan araşdırma ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə “Vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə” xəbərdarlıq təqdim edilmiş (AVİS **********308300), bundan sonra təsərrüfat subyektində fəaliyyət göstərən X4 “Fərdi qaydada bərbər fəaliyyəti”, X3 isə “Qadın gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsi” fəaliyyət növü üzrə operativ vergi nəzarətinin həyata keçirildiyi xx.xx.2023-cü il tarixədək vergi ödəyicisi kimi qeydiyyatdan keçərək VÖEN almış, X4 “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınması üçün xx.xx.2023-cü il tarixdə dövlət büdcəsinə ödəniş etmişdir. Qeyd olunan hallar nəzərə alınaraq, 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********312100 nömrəli xidməti məktubla Bakı şəhəri X13 üzrə Baş İdarəsinə müraciət edilərək xx.xx.2023-cü il tarixli, DVX seriyalı 000871 nömrəli aktda adları göstərilən fiziki şəxslərin, o cümlədən nəzarət tədbiri keçirilməzdən əvvəl fərdi qaydada bərbər fəaliyyət növü üzrə qeydiyyatdan keçərək VÖEN almış X4 və X1 İddiaçı ilə faktiki əmək münasibətlərində olduğu qənaətinə gəlməyə əsas verən hallar barədə məlumat verilməsi bildirilmişdir. Bakı şəhəri X13 üzrə Baş İdarəsinin xx.xx.2023cü il tarixli **********327800 nömrəli cavab məktubunda fərdi sahibkarın xx.xx.2023-cü il tarixdə (yoxlama zamanı obyektdə olmamışdır) “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2023-cü il tarixli **********9757 nömrəli Tələbnamə ilə tanış olduğu, lakin onun tərəfindən araşdırmaya hər hansı əmək müqaviləsi bildirişi və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” təqdim edilmədiyi, fərdi sahibkarın təqdim etdiyi izahatında yoxlama zamanı aşkar edilmiş 8 (səkkiz) nəfər fiziki şəxsin muzdlu işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyini etiraf etdiyi bildirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49-cu maddəsində qeyd olunan qərarlardan birinin çıxarılması məqsədilə operativ vergi nəzarəti tədbiri zamanı tərtib edilmiş sənədlər və vergi ödəyicisinin təqdim etdiyi dəlillər ətraflı araşdırılmış, İddiaçı ilə nəzarət tədbiri zamanı aşkar edilmiş işçilərin əmək münasibətlərində olduğu, lakin onlarla əmək müqaviləsi bağlanılmadığı, habelə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu üçün vergi ödəyicisinə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********8202 nömrəli qərara əsasən 1000 (bir min) manat, xx.xx.2023-cü il tarixli **********8200 nömrəli qərara əsasən 16000 (on altı min) manat olmaqla, ümumilikdə 17000 (on yeddi min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunanlar bir daha təsdiq edir ki, fərdi sahibkarın yol verilmiş qanun pozuntusuna haqq qazandırmaq üçün heç bir hüquqi əsası sübutu yoxdur. Qeyd etmək lazımdır ki, İddiaçı inzibati şikayətində əsas sübut kimi istifadə etdiyi qaydanın tələblərinin pozulması barədə gətirdiyi dəlillərin konkret iş üzrə heç bir hüquqi əsası yoxdur. Qeyd olunan qayda vergi orqanının əməkdaşlarının daxili fəaliyyətini tənzimləyir və onun tələblərinin pozulması, İddiaçı Vergi Məcəlləsində nəzərdə tutulmuş vəzifələrinin pozulmasına hüquqi haqq qazandırmır. Belə ki, qeyd edildiyi kimi Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində və Əmək Məcəlləsinin 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə əməl edilməsi İddiaçı hüququ deyil, birbaşa vəzifəsidir. Bununla əlaqədar gətirilən əks əsasın qeyd etdiyimiz kimi heç bir hüquqi əsası yoxdur. Digər tərəfdən İddiaçı öz şikayət ərizəsində və nümayəndəsinin izahatında iddia etməsinə baxmayaraq, vergi orqanının əməkdaşları tərəfindən qərəzli yanaşma və digər hərəkətlər barədə əsaslı sübut gətirməmişdir. Bundan başqa izahatında da bir daha faktiki olaraq təsdiq edilmişdir ki, onun tərəfindən heç bir yazılı icarə müqaviləsi olmamış, yalnız şifahi qaydada 50-50 nisbətində birgə fəaliyyət haqqında şifahi razılıq olmuşdur. Lakin göstərilən hal təsdiq edir ki, İddiaçı məqsədi mövcud qanunvericiliyin tələblərini pozaraq, faktiki əmək münasibətlərini icarə münasibətləri ilə pərdələmək olmuşdur. Lakin qeyd etdiyimiz kimi bu halı belə hüquqi cəhətdən rəsmiləşdirməmişdir. Qeyd etmək lazımdır ki, göstərilən halların məcmusuna qiymət verərək belə nəticəyə gəlmək olar ki, göstərilən işçilərin təkzib barədə izahat vermələri, işin hüquqi mahiyyətini dəyişmir. Vergi Məcəlləsinin: 16.1.7-2-ci və 16.1.9-cu maddələrinə görə vergi orqanında uçotda olan sifarişçi tərəfindən bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fərdi qaydada fəaliyyət göstərən şəxslərin həmin dövr üzrə vergi öhdəliyinin yerinə yetirilməsini təsdiq edən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” təqdim etməklə işlərə cəlb edilməsini və nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələridir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. 23.2-ci maddəsinə görə yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və onların vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə bilərlər. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 50.1.3-cü maddəsinə əsasən vergi orqanları əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. 50.1.7-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 58.7-ci maddəsinə görə bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət- kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminalİar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə 58.7.1-ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2-ci maddəsinə görə təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3-cü maddəsinə əsasən təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 58.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən əmək münasibətləri bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərar ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı “ Qaydaların 3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsi ilə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin, 24.0.1-ci maddəsi ilə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə görə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Bu funksiyaların həyata keçirilməsinin təmin edilməsi qanunla müəyyən edilmiş vergiləri ödəməklə bağlı fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yaradır. Konstitusiyanın 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Konstitusiyanın 73- cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sğorta, işsizlikdən sğorta və icbari tibbi sğorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Pzezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasını təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirilməsini təmin edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin struktruna daxil olan qurumdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə görə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verir. İddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsaslanaraq İddiaçı, İddiaçı (VÖEN **********) cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsulliyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********8200 nömrəli və xx.xx.2023-cü il tarixli, **********8202 nömrəli qərarların ləğv edilməsi haqqında iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə aiddir: “Vergi ödəyicisinin vergi qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********8202 nömrəli və xx.xx.2023-cü il tarixli, **********157800 nömrəli qərarlar və digər sənədlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1)subyektiv hüququnun olub-olmamasını, 2)cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 3 saylı Ərazi Vergilər İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı ünvan 2stərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 3 saylı Ərazi Vergilər İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 3 saylı Ərazi Vergilər İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, İddiaçı barəsində 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********8200 nömrəli və xx.xx.2023-cü il tarixli, **********8202 nömrəli “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” Qərarlarından məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlər ötürülməmişdir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Quba rayonu, Yeni Körpü 1 ünvanı olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh orqan tərəfinən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********8200 nömrəli və xx.xx.2023-cü il tarixli, **********8202 nömrəli “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” Qərarlara əsasən İddiaçı barəsində operativ vergi yoxlaması ilə xx.xx.2023-cü il tarixədək əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində, əmək müqaviləsi (kontraktı) qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 16000 manat məbləğində mailiyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hal-hazırda barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********8200 nömrəli və xx.xx.2023-cü il tarixli, **********8202 nömrəli qərarlarını mübahisələndirir. Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar maddi və prosessual normaların kobud pozuntuları ilə müşayiət olunduğundan, həmin yoxlamanın nəticələrinə dair inzibati akt qanunsuz sayılmalı və ləğv olunmalı, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən: 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.3. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 41-ci maddəsinə əsasən; 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. 41.2. Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: () 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2-ci maddəsinə əsasən Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.5-ci maddəsinə əsasən Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 –49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Bundan başqa, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Həmçinin vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhkəmə hesab edir ki, qanunun normasına bu şəkildə istinad edilməklə vergi ödəyicisinin barəsində yoxlama tədbiri keçirilməsi sahibkarlıq subyektinin fəaliyyətinə müdaxilə kimi qiymətləndirilməlidir və bu əsasla təyin edilmiş yoxlama qanuni sayıla bilməz. Məhkəmə qeyd edir ki, iş materiallarından aydın olur ki, hazır ki mübahisə vergi orqanı tərəfindən aparılmış operativ vergi yoxlaması nəticəsində yaranmışdır. Belə ki, həmin yoxlama nəticəsində vergi orqanı tərəfindən İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulması aşkar edilmiş, Vergi Məcəlləsinin 58.10-cu maddəsi rəhbər tutulmaqla, xx.xx.2023-cü il tarixli, DVX seriyalı 000871 nömrəli operativ vergi nəzarətinin nəticəsi haqqında akta istinad edərək iddiaçıya 16000 maliyyə sanksiyası tətbiq edilmişdir. “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”na əsasən: 1.4. Operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 2 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 1.6. Operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. 1.10. Operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. 1.13. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 2.1. Operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 2.2. Operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. 2.3. Vergi ödəyicisi vergi orqanının vəzifəli şəxsinin (şəxslərinin) operativ nəzarət tədbirlərini həyata keçirmək, o cümlədən xronometraj metodu ilə müşahidə aparmaq üçün ona məxsus obyektə daxil olmasına icazə vermədikdə və ya həmin tədbirlərin həyata keçirilməsinə şərait yaratmadıqda operativ vergi nəzarəti tədbirlərini həyata keçirməli olan, o cümlədən xronometraj metodu ilə müşahidə aparmalı olan vergi orqanının vəzifəli şəxsi (şəxsləri) və vergi ödəyicisi tərəfindən imzalanan sərbəst formada akt tərtib edilir. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda öz qeydlərini edə bilər, habelə aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır və göstərilən pozuntularla əlaqədar vergi ödəyicisi barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və aidiyyəti hüquqi aktların tələblərinə uyğun olaraq həmin protokolu baxılması üçün məhkəməyə göndərir. 2.4. Operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. 2.5. Tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. 2.6. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır.

10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi 10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. 10.2. Operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. 10.3. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq 21 məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. 10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. 10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. 10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. 10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. Məhkəmə cavabdeh orqan etirazda qeyd etdiyi dəlilinə münasibətdə bildirir ki, yuxarıda qeyd edilən aktın tərtib edilməsi hələ özlüyündə aktda qeyd olunan hadisənin, faktın baş verməsini təsdiq edə bilməz. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən, inzibati orqan yalnız həmin aktı qəbul etməklə kifayətlənməməli, həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İş materiallarından da göründüyü kimi inzibati orqan tərəfindən məhkəməyə həmin aktı qəbul etməyi zəruri edən şərtlərin mövcudluğuna dair hər hansı sübut təqdim edilə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda qeyd edilən Vergi Məcəlləsinin 41.1-ci maddəsinə tələblərinə əsasən görə vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Məhkəmə bildirir ki, iş materiallarına elektron daşıyıcıda əlavə edilmiş video çəkilişdən görünür ki, yoxlama zamanı mübahisə predmeti olan iddiaçıya məxsus “Light Beauty” adlı təsərrüfat subyektində 1 nəfər xanım işləyir. Bununla yanaşı məhkəmə iclasında şahid qismində dinlənilən (vergi orqanı tərəfindən operativ vergi yoxlaması zamanı əmək müqaviləsi (kontraktı) qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilən 8 nəfər fiziki şəxsdən biri olan ) X6 öz izahatında qeyd edilən təsərrüfat subyektinə müştəri kimi getdiyini, lakin vergi orqanının əməkdaşları tərəfindən işçi kimi qeyd edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş digər şəxs vergi orqanı tərəfindən operativ vergi yoxlaması zamanı əmək müqaviləsi (kontraktı) qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilən 8 nəfər fiziki şəxsdən biri olan ) Mehmet Tekin də öz izahatında Maisə xanımı tanımadığını, 2004-cü ildən Azərbaycanda yaşadığını, əvvəl əmək müqaviləsi üzrə işlədiyini, daha sonra isə masanı icarəyə verməyə başladığını, Maisə xanımın salonu yeni açıldığı zaman işləmək üçün müraciət etdiyini, bir nəfər taparaq əl işilərini onun üzərində göstərdiyini, səhəri gün isə Vüqar adında bir şəxsin ona zəng edərək, salonda nə vaxtdan işlədiyini ondan soruşduğunu və həmin şəxsdən kim olduğunu soruşduqda şəxsin vergi əməkdaşı olduğunu bildiyini bildirmişdir. Məhkəmə həmçinin bildirir ki, operativ vergi nəzarətinin keçirilməsi ilə bağlı təqdim olunmuş icraat materiallarına əsasən, iddiaçı tərəfindən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 8 nəfər fiziki şəxsin siyahısı tərtib edilmiş, onların, həmçinin təsərrüfat subyektinin direktoru izahatları alınmış, alınmış izahatlar iş materiallarına əlavə edilmişdir. Həmin izahatlardan da aydın olur ki, vergi orqanın işçi kimi qeydiyyata aldığı 8 nəfər fiziki şəxsdən 5 nəfəri qeyd edilən obyektdə işçi olaraq fəaliyyət göstərməmişdir. Beləliklə iş materialları ilə təsdiq edilir ki, vergi orqanı vergi ödəyicisinə məxsus təsərrüfat obyektində operativ vergi yoxlaması həyata keçirən zaman işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslər kimi qeydə aldığı 8 nəfər fiziki şəxsin işçi olmasına baxmayaraq, cavabdeh tərəfindən açıq-aşkar bəlli olan faktlar və məlumatlar faktiki olaraq inkar edilməklə, iddiaçıya əsassız və qanunsuz maliyyə sanksiyası tətbiq etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 58.13-cü maddəsinə bu Məcəlləyə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İnzibati icraat haqqında Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 54-cü maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə şəxs məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********8200 nömrəli “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərar qanunsuz olduğundan ləğv edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********8200 nömrəli “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” Qərarı ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar