Məhkəmə qərarları › İş №2-1(118)-808/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-808/2020

02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-808/2020 02.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X4, cavabdeh təşkilatın nümayəndəsi X1 iştrakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı X2 “cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2019-cu il tarixli, **********176247 saylı və xx.xx.2019-cu il tarixli **********193461 sayllı qərarların ləğv edilməsi tələbinə” dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: 3 saylı X6 “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-ci il tarixli **********176247 saylı Qərarı ilə "İddiaçı" MMC-yə cəmi 2.202.749.92 manat məbləğində əlavə vergi və sanksiyalar hesablanmışdır. Belə ki, xx.xx.2018-ci il tarixli **********163857 saylı qərarına əsasən "İddiaçı" MMCdə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair xx.xx.2018-ci il tarixli **********9164057 saylı vergi yoxlaması aktı tərtib olunmuşdur. Yoxlama materiallarından Vergilər Nazirliyinə inzibati şikayət təqdim olunmuşdur. Şikayət əsasında şikayət instansiyasında inzibati icraata başlanılmışdır. xx.xx.2019-cu il tarixli **********824700 saylı məktuba əsasən xx.xx.2019-cu il tarixli **********179591 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar ilə Cəmiyyətdə Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinin tələblərinə müvafiq olaraq vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması təyin edildiyi bildirilərək inzibati icraat dayandırılmışdır. 3 saylı X6 xx.xx.2019-cu il tarixli **********179591 saylı qərarına əsasən "İddiaçı" MMC-də növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və xx.xx.2019-cu il tarixli **********180150 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Yoxlama materiallarına baxılmış və xx.xx.2019-cu il tarixli **********193461 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” Qərar qəbul edilmiş və əvvəlki yoxlama ilə hesablanmış vergi məbləğinin 315.993.92 manat artıq hesablanması müəyyən edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-ci il tarixli **********176247 və xx.xx.2019-cu il tarixli **********193461 saylı Qərarlar əsassızdır və ləğv edilməlidir. xx.xx.2019- ci il tarixli **********176247 saylı Qərar əsasında "İddiaçı" MMC-də guya ümumilikdə 1.468.621,98 manat vergilərin azaldılması müəyyən olunmuş və 734.127,94 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Həmin vergi yoxlama materiallarında əlavə dəyər vergisinin hesablanmasına dair əsaslandırmalar qanuna zidd olduğundan həmin aktda qeyd olunanlarla razı olmamışlar və onu imzalamaqdan imtina etmişdirlər. Sözü gedən səyyar vergi yoxlaması aktında 1.468.621,98 manat ƏDV üzrə vergilərin azaldılmasının əsası kimi "İddiaçı" MMC-nə daşınmaz əmlakın Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(85)-598/2016 saylı Qətnaməsinə əsasən "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən “xxxxxxxxxxx” QSC Bank olmayan Kredit Təşkilatının idarəetməsinə verilmiş problemli kreditlər üzrə yaranmış 7.553.167.74 manat borc əvəzinə "xxxxxxxxxxx” QSC Bank olmayan Kredit Təşkilatının (bundan sonra “xxxxxxxxxxx” QSC adlanır) mülkiyyətinə verilməsi göstərilmişdir. Verginin hesablanmasının hüquqi əsası kimi Azərbaycan Respublikası Vergi Nazirliyinin Vergi Siyasəti Departamentinin tövsiyyəsi əsasında 159.5-ci maddəsinə istinad edilir. Bununla bağlı bildirilir ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyrikommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Bundan sonra aktda göstərilmiş ardıcıllıq, yəni “əmlakın alınması və istehsalı ilə baxlı çəkilən xərclərə görə ödənilmiş və əvəzlşdirilmiş ƏDV həmin əmlakın qalıq dəyərinə mütənasib hissəsində yenidən hesablanaraq dövlət büdcəsinə bərpa edilməsi” müddəası Vergi Məcəlləsində ümumiyyətlə mövcud deyil. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Bundan başqa əgər vergi orqanı bu əməliyyatı təqdimetmə hesab edirsə onda VMnin 218.4.3-cü maddəsinə əsasən həyata keçirən şəxslər sadələşmiş verginin ödəyicisidirlər və bu əməliyyat üzrə sadələşdirilmiş vergi hesablanmalı idi. Əlavə olaraq qeyd edilməlidir ki, "İddiaçı" MMC-nin banka kredit təminatı qismində girov (ipoteka) qoyulmuş əmlakının kredit əvəzinə banka (“xxxxxxxxxxx” QSC) verilməsi Azərbaycan Respublikası Prezidentinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” xx.xx.2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Məhkəməsinin Qətnaməsi ilə həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 saylı Fərmanının 2.3.-cü bəndinə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivləri (kreditləri) “xxxxxxxxxxx” QSC-nin idarəedtməsinə verilmiş, həmin Fərmanın 2.3.cü bənində əsasən isə həmin kreditlər üzrə borcların təminatı olan girov (ipoteka) qoyulmuş əmlak üzərində sərəncam vermək vəzifəsi “xxxxxxxxxxx” QSC-nin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İV-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının sadalanan müddəaları nəzərə alınmaqla yuxarıda istinad edilmiş Prezidentin Fərmanına əsasən Məhkəmə tərəfindən kreditlər üzrə borcun təminatı olan girov (ipoteka) qoyulmuş əmlakın bank müəssisəsinə verilməsi təqdim etmə sayıla bilməz. Eyni zamanda, Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM” adlanır) 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-nin 269.5.-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. MM-nin 269.5.-ci maddəsi nəzərə alınmaqla "İddiaçı" MMC ilə bank arasında əsas öhdəlik kredit müqaviləsinə (predmeti borcun müqavilə şərtlərinə uypun olaraq verilməsindən və onun qaytarılmasından) ibarətdir. MM-nin 739.1-ci madəsinə uyğun olaraq borc müqaviləsinə görə borc verən (bizim halda - bank) pula mülkiyyət hüququnu borc alana (İddiaçı MMC) keçirməyi öhdəsinə götürür, borc alan isə aldıqlarını borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 269.5.-ci maddəsinin müdəası nəzərə alınmaqla ipotekaya qoyulmuş əmlak İddiaçı MMC kredit borcunun qaytarılmasının təminatı qismində aksessor (əlavə) hüquqdur və kredit müqaviləsindən (əsas öhdəlik) ayrılıqda mövcud ola bilməz. Belə ki, MM-nin 307.4.-ci maddəsinə uyğun olaraq ipoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Dolayısı ilə, əsas öhdəlik (kredit müqaviləsi) mövcud olmadıqda aksessor hüquq (girov, ipoteka və s.) da mövcud ola bilməz. Məhkəmənin Qətnaməsində qeyd olunduğu kimi, İddiaçı MMC ilə bank arasında əsas öhdəlik kreditin (borcun) verilməsindən və qaytarılmasından ibarətdir. Sadalananlar nəzərə alınmaqla İddiaçı MMC-nin kredit təminatı qismində banka girov (ipoteka) qoyduğu əmlakının normativ-hüquqi aktlara və məhkəmə qərarına əsasən icra qaydasında banka verilməsi yalnız və yalnız kreditin (yəni borcun) qaytarılmasıdır və əmlakın təqdim edilməsi sayıla bilməz. Vergi Məcəlləsinin 3.1.-ci maddəsinə uyğun olaraq vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. “xxxxxxxxxxx” QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivləri (kreditləri) ona verilmiş hüquqlara əsaslanaraq bir çox borcluların kreditlər üzrə girov (ipoteka) qoyulmuş əmlak üzərində mülkiyyət hüququnu əldə etmişdir, lakin VM-nin 164.1.2, 159.2 və 13.2.14.1-ci maddələrinə tam uyğun olaraq heç bir belə halda ƏDV tətbiq olunmamışdır. İddiaçı səyyar vergi yoxlaması aktına Vergi Məcəlləsinin 39-cu maddəsinə əsasən etiraz təqdim edib. Etirazlarda vergi orqanı tərəfindən **********456500 saylı məktubla yoxlama materiallarına baxılmamış münasibət bildirilmişdir ki, bu da qərəzli münasibətə dəlildir. Daha sonra xx.xx.2019- cu il tarixli **********176247 saylı Qərarda vergi ödəyicisinin özünü müdafiəsi üçün gətirdiyi dəlillər hissdəsində “yoxdur” qeydi əks olunur. Daha sonra yoxlanılan dövr yenidən yoxlanılmış və bu dəfə xx.xx.2019-cu il tarixli **********180150 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Səyyar vergi yoxlaması aktına VM-nin 39-cu maddəsinə əsasən rəsmi etiraz təqdim olunmuş. Yoxlama materiallarına MMC-nin nümayəndələrinin iştirakı ilə baxılmışdır. Bu zaman əlavə sübutlar təqdim edilərək baxılma protokoluna müvafiq qeydlər edilərək müvafiq sənədlər protokola əlavə edilmişdir. Lakin xx.xx.2019-cu il tarixli **********193461 saylı Qərardan da göründüyü kimi vergi orqanı məsələyə növbəti dəfə qərəzli yanaşmışdır. Qərarda “Vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və digər sənədlər” sətrində “Yoxdur” sözü yazılaraq fakt təhrif olunmuşdur. Halbuki xx.xx.2019-cu il tarixli 01 saylı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Protokolda MMC-nin mövqeyini əks etdirən izahatın sözü gedən protokola əlavə olunduğu barədə qeydlər mövcuddur. Qanun pozuntusu isə bundan ibarətdir ki, yoxlama Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinə əsasən keçirilmişdir. Bu maddəyə əsasən vergi orqanının hüququ vardır ki, vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə yoxlanılan dövr yenidən yoxlanılsın. Lakin Vergi Məcəlləsinin 38.3.9-cu maddəsinə əsasən yoxlanılan dövrün yenidən yoxlanılması əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən həyata keçirilməməlidir. Lakin hər iki yoxlama vergi müfəttişi X8 tərəfindən həyata keçirilmişdir ki, qanunvericiliyə əsasən bu yolverilməzdir. Bundan başqa yoxlama zamanı xx.xx.2019-cu il tarixli **********182380 saylı və xx.xx.2019- cu il tarixli **********185786 saylı Qərarla yoxlamanın müddəti uzadılmışdır. Müddətin uzadılması barədə xx.xx.2019-cu il tarixli **********182380 saylı Qərar yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınsada xx.xx.2019-cu il tarixli **********185786 saylı Qərar Reyestrdə qeydiyyata alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011 -ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajlarm, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 4.5-1 -ci bəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlamanın başaçatma tarixindən ən geci 1 iş günü əvvəl bu Əsasnamənin 3.4.16-cı yarımbəndində göstərilən məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. Həmin Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Bu Əsasnamənin 3.4.20-ci və 3.4.21 -ci yarımbəndlərində göstərilən məlumatların müəyyən edilməsi üçün qanunvericiliklə daha uzun müddət tələb olunduqda, həmin müddət reyestrdə göstərilir və məlumat ona uyğun təqdim edilir. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bununla bağlı bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011 -ci il tarixli 383 saylı fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə'’nin İİİ hissəsində Reyestrin forması müəyyən edilib. Əsasnamənin 3.2.3-cu maddəsinə əsasən yoxlayıcı orqanların yoxlama zamanı araşdırdıqları sualların siyahısı (yoxlayıcı orqanın hazırladığı, təsdiq etdiyi və avtomatlaşdırılmış rejimdə təqdim etdiyi yoxlama suallarının siyahısına əsasən) reyestrdə daxil edilməklə qeydiyyata alınır. Yuxarıda göstərilənlərə münasibətdə həmçinin nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, 3 saylı X9 iddia ərizəsində göstərilənləri aşağıdakı səbəblərə görə əsassız hesab edir. Belə ki, 3 saylı X6 xx.xx.2018-ci il tarixli **********163857 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC-nin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində xx.xx.2018-ci il tarixdə KY181260927 nömrə ilə qeydiyyata alınmışdır. Yoxlamanın nəticəsi olaraq xx.xx.2018-ci il tarixli **********164057 nömrəli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********176247 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən əlavə dəyər vergisi üzrə (mtndə ƏDV) 1.468.621,98 manat vergi hesablanmış, həmçinin əmlak vergisi üzrə 33.672.6 manat və torpaq vergisi üzrə 10.800,0 manat olmaqla, cəmi 44.472,06 manat artıq hesablanmış vergilər azaldılaraq, ümumilikdə 1.424.149,92 manat məbləğində əlavə vergilər hesablanmış və azaldılmış vergi məbləğlərinə görə 734.127,94 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinə əsasən vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan məlumatlar aşkar edildiyinə görə 3 saylı X6 xx.xx.2019-cu il tarixli **********179591 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində xx.xx.2019-cu il tarixdə KY191324142 nömrə ilə qeydiyyata alınmışdır. Yoxlamanın nəticəsi olaraq xx.xx.2019-cu il tarixli **********180150 nömrəli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********193461 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarına əsasən xx.xx.2019-cu il tarixli **********176247 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə hesablanmış 1.468.621,98 manat ƏDV məbləğindən 315.993,92 manat azaldılmışdır. Bununla da, səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisinə ƏDV üzrə 1.152.628,06 manat vergi hesablanmış, həmçinin əmlak vergisi üzrə 33.672,06 manat və torpaq vergisi üzrə 10.800,0 manat olmaqla, cəmi 44.472.6 manat artıq hesablanmış vergilər azaldılaraq, ümumilikdə 1.108.156,0 manat məbləğində əlavə vergilər hesablanmış və azaldılmış vergi məbləğlərinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 734.127,94 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2019-cu il tarixli **********179718 nömrəli tələbnamə verilmiş, sənədlərin təqdim edilməsi xx.xx.2019-cu il tarixli aktla rəsmiləşdirilmişdir. Hesablamanın mahiyyəti ilə bağlı bildirilir ki, vergi ödəyicisi vergi orqanında xx.xx.2009-cu il tarixli **********9 nömrəli ƏDV qeydiyyat bildirişi əsasında qeydiyyata alınmış və ƏDV qeydiyyatı xx.xx.2009-cu il tarixdən qüvvəyə minmişdir. Yoxlanılan dövr üzrə (xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək) vergi ödəyicisinin fəaliyyəti "İdman obyektlərinin istismarı və idarə edilməsi, idman sahəsində sair fəaliyyət və yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi" fəaliyyətindən ibarət olmuşdur. Səyyar vergi yoxlaması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən Qusar şəhəri, M.Vəliyev küçəsi, 2C ünvanda yerləşən X3 "İddiaçı" MMC-nin mülkiyyətinə verildiyi və həmin əmlakın tikintisi ilə əlaqədar podratçılar tərəfindən təqdim edilmiş cəmi ƏDV-si 1.057.384,06 manat olan fakturaların təqdim olunan ƏDV bəyannamələrində əvəzləşdirilməsi nəticəsində şəxsi hesab vərəqəsində artıq ödəmənin yarandığı müəyyən olunmuşdur. Cəmiyyət fəaliyyət göstərdiyi dövr ərzində artıq ödəmə hesabına digər vergi öhdəliklərini icra etmiş və xx.xx.2018-ci il tarixə şəxsi hesab vərəqəsində 464.221,25 manat artıq ödəmə yaranmışdır. Yoxlama zamanı müəyyən olunmuşdur ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2016-ci il tarixli 2-2(85)-598/2016 nömrəli qətnaməsində qiymətləndirici şirkət kimi "X10" MMC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli qiymətləndirmə rəyinə əsasən Qusar şəhəri, M.Vəliyev küçəsi, 2C ünvanında yerləşən X3 8.331.000,0 manat dəyərində qiymətləndirildiyi qeyd edilmişdir. Həmin qətnaməyə əsasən "İddiaçı" MMC-nin 755.3167,74 manat kredit borcunun tutulması müqabilində X3 "xxxxxxxxxxx" QSC Bank olmayan Kredit Təşkilatının (VÖEN **********) balansına verilmişdir. Həmçinin, X3 "İddiaçı" MMC-nin balansından "xxxxxxxxxxx" QSC Bank olmayan Kredit Təşkilatının balansına verildiyini nəzərə alaraq Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən ƏDV-nin qiymətləndirmə dəyərindən (8.331.000,0 manat) hesablanması məsələsinə münasibət bildirilməsi üçün aidiyyəti üzrə Vergi siyasəti departamentinə xx.xx.2018-ci il tarixli **********813900 nömrəli məktubla müraciət edilmişdir. Vergilər Nazirliyinin Vergi siyasəti departamentindən daxil olmuş xx.xx.2018-ci il tarixli **********126400 nömrəli məktubunda bildirilmişdir ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-komersiya məqsədləri üçün istifadə edilməsi, fövqladə hallardan başqa malların itməsi, əksik qəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Məktubda həmçinin, alınmış kredit borcunun müqabilində məhkəmənin qərarı əsasında cəmiyyətin balansında olan "X7"nin "xxxxxxxxxxx" QSC Bank olmayan Kredit Təşkilatının balansına verilməsi zamanı həmin əmlakın alınması və istehsalı ilə bağlı çəkilən xərclərə görə ödənilmiş və əvəzləşdirilmiş ƏDV həmin əmlakin qalıq dəyərinə mütənasib hissəsində yenidən hesablanaraq dövlət büdcəsinə bərpa edilməsi tövsiyə olunmuşdur. Yoxlama zamanı məhkəmə qərarı əsasında "İddiaçı" MMC-nin balansında olan "X7"nin onun kredit borcu müqabilində "xxxxxxxxxxx" QSC Bank olmayan Kredit Təşkilatının balansına verildiyini, eyni zamanda məhkəmə qərarında həmin əmlakın 8.331.000,0 manat dəyərində müstəqil qiymətləndirici tərəfindən qiymətləndirildiyini nəzərə alınaraq, həmin əmlakın alınması (tikilməsi) və istehsalı ilə bağlı çəkilən xərclərə görə ödənilmiş və əvəzləşdirilmiş ƏDV həmin əmlakin qalıq dəyərinə mütənasib hissəsində yenidən hesablanmışdır. Cəmiyyətin 2016-ci ilin əvvəlinə olan 8.770.442,36 manat əmlakın qalıq dəyərinə (balansında olan bina, tikili və qurquların) 7% amortizasiya məbləği tətbiq edildikdə 2016ci ilin sonuna əmlakın qalıq dəyəri 8.156.511,39 manat müəyyən olunmuşdur (8.770.442,36- 613.930,96)=(8.770.442,36x7%=613.930,96). Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-komersiya məqsədləri üçün istifadə edilməsi vergi tutulan əməliyyat sayılır. Aparılmış səyyar vergi yoxlaması nəticəsində, cəmiyyətə məxsus qiymətləndirilmiş əmlakin qalıq dəyərinə mütənasib dövlət büdcəsinə 2016-ci aprel ayı üçün 1.468.172,05 manat ƏDV hesablanmışdır (8.156.511,39x18%=1.468.172,05). Yoxlanılan dövr ərzində ƏDV üzrə 1.468.682,96 manat əlavə hesablama və 60,78 manat artıq hesablama müəyyən olunmuş və ümumilikdə ƏDV üzrə 1.468.621,98 manat əlavə vergilər hesablanmışdır (1.468.682,96-60,78=1.468.621,98). Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən azaldılmış vergi məbləğimə 50% miqdarında 734.341,49 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Əmlak vergisinin yoxlanılması zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2015-ci ilin əmlak vergisi bəyannaməsində cəmiyyətin ilin əvvəlinə əmlakın ümumi qalıq dəyəri 12.048.058,0 manat bəyan edilmiş, vergidən azad olunan əmlakin qalıq dəyəri 8.297.167,37 manat çıxılmaqla (Vergi Məcəlləsinin 199.4.4-cü maddəsinə əsasən idman müəssisələrin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlər nəzərə alınır), ilin əvvəlinə vergiyə cəlb olunan əmlakın qalıq dəyəri 3.750.890,63 manat, həmin ilin sonuna əmlakın ümumi qalıq dəyəri 13.570.641,56 manat, vergidən azad olunan əmlakin qalıq dəyəri 9.855.725,13 manat çıxılmaqla, ilin sonuna vergiyə cəlb olunan əmlakın qalıq dəyəri 3.714.916,43 manat müəyyən olunmuşdur. Cəmiyyət tərəfindən 2015-ci ildə əmlak vergisi üzrə 37.329,04 manat hesablama aparılmışdır. (İlin əvvəlinə əmlakın qalıq dəyəri 3.750.890,63 + ilin sonuna əmlakın qalıq dəyəri 3.714.916,43 manat = 7.465.807,06 :2 = 3.732.903,53 x 1% = 37.329,04 manat). Qeyd olunduğu kimi, Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin qərarına əsasən X7 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Dövlət Reyestri Xidmətinin xx.xx.2016-ci il tarixli ******* nömrəli çıxarışına əsasən "xxxxxxxxxxx" QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə verilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-ci ilin əmlak vergisinin bəyannaməsində cəmiyyətin ilin sonuna vergiyə cəlb olunan əmlakın qalıq dəyəri 3.661.079,43 manat və ödənilməli vergi məbləği 36.879,98 manat bəyan etmişdir. Lakin, yoxlama zamanı 2016-ci ilin avqust ayından cəmiyyətin balansında vergiyə cəlb olunan əmlak olmadığına görə ilin əvvəllinə vergiyə cəlb olunan əmlakın qalıq dəyəri ilə ilin sonuna vergiyə cəlb edilən əmlakın qalıq dəyərinin cəmi 24-ə bölünmüş və ilin əvvəlindən müəssisənin əmlakin balansdan balansa verildiyi ayadək olan ayların sayına vurulmaqlahesablanmışdır. Cəmiyyətin 2016-ci ildə vergiyə cəlb olunan əmlakın qalıq dəyəri 2.151.332,12 manat təşkil etdiyinə görə hesablanmış əmlak vergisinin məbləği 21.513,32 manat təşkil etmişdir. Cəmiyyətdə xx.xx.2019-cu il tarixli **********179591 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən aparılmış yoxlama zamanı, əvvəlki yoxlama zamanı tərtib edilmiş akta əsasən hesablanmış vergi məbləğlərindən ancaq ƏDV üzrə hesablanmış vergi məbləğləri qismən azaldılmışdır. Belə ki, əvvəlki yoxlama zamanı ƏDV üzrə hesablamalar cəmiyyətin mülkiyyətində olmuş əsas vəsaitlərinin qalıq dəyərinə görə aparılmış, lakin cari yoxlama zamanı həmin hesablamalar cəmiyyət tərəfindən alınmış kredit borcunun məbləğinə görə aparılmışdır. Yoxlama zamanı Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin müvafiq qətnaməsinə əsasən qiymətləndirici şirkət olan "X10" MMC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli qiymətləndirmə rəyinə əsasən 8.331.000,0 manat dəyərində qiymətləndirilmiş cəmiyyətə məxsus X3 "İddiaçı" MMC-nin 7.553.167,74 manat kredit borcunun (əsas borc 7.171.307,4 manat, faiz borcu 381.860,34 manat) tutulması müqabilində "xxxxxxxxxxx" QSC Bank olmayan Kredit Təşkilatının balansına verildiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən qirov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun digər şəxsə keçməsi malların təqdim edilməsi hesab olunur, həmçinin Məcəllənin 159.1 -ci maddəsinə əsasən onların təqdim edilməsi ƏDV üzrə vergi tutma obyektidir. İddiaçı, iddia ərizəsində səyyar vergi yoxlaması aparılarkən vergi orqanı tərəfindən qəbul edimiş bəzi qərarların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığını və 3 saylı X9 tərəfindən Vergi Məcəlləsinin 38.3.9-cu maddəsinin tələblərini pozaraq təkrar yoxlamanın əvvəlki yoxlamanı aparmış vergi orqanı əməkdaşları tərəfindən aparıldığını qeyd etmişdir. İddia ərizəsində göstərilənlərlə bağlı 3 saylı X9 bildirir ki, xx.xx.2018-ci il tarixli **********163857 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən cəmiyyətdə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş vo vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində xx.xx.2018-ci il tarixdə KY181260927 nömrə ilə qeydiyyata alınmışdır. Yoxlamanın nəticəsi olaraq xx.xx.2018-ci il tarixli **********164057 nömrəli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmişdir. Aktda dürüst olmayan məlumatlar aşkar edildiyinə görə 3 saylı X6 xx.xx.2019cu il tarixli **********179591 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən cəmiyyətdə yenidən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində xx.xx.2019-cu il tarixdə KY191324142 nömrə ilə qeydiyyata alınmışdır. Vergi Məcəlləsinin 38.3.9-cu maddəsinə əsasən vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə vergi orqanı növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilər. Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. Məcəllənin qeyd edilən maddənin məzmunundan göründüyü kimi, yalnız vergi ödəyicisi tərəfindən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini vergi orqanından yazılı şəkildə tələb etdikdə növbədənkənar səyyar vergi yoxlaması keçirilməsini əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən aparıla bilməz. Lakin, "İddiaçı" MMC- də xx.xx.2019-cu il tarixli **********179591 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən təkrar keçirilmiş yoxlama vergi ödəyicisinin tələbinə əsasən deyil, əvvəlki yoxlamanın nəticələrinə əsasən tərtib edilmiş “Səyyar vergi yoxlaması” Aktında dürüst olmayan məlumatlar aşkar edildiyinə görə təyin edilmişdir. Həmçinin, əvvəlki səyyar vergi yoxlamasının nəticələrinə əsasən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********176247 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar ləğv olunmamış, cəmiyyətdə təkrar aparılmış yoxlamanın nəticələrinə əsasən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********193461 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən, xx.xx.2019-cu il tarixli **********176247 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə hesablanmış 1.468.621,98 manat ƏDV məbləğindən 315.993,92 manat azaldılmışdır. Göründüyü kimi səyyar vergi yoxlamasının aparılması və yoxlama ilə vergilərin hesablanması zamanı qanunvericiliyin tələblərinə tam əməl edilmiş və verilmiş iddia tələblərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Bundan əlavə qeyd olunamlıdır ki, iddiaçı özü iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixli **********176247 nömrəli və xx.xx.2019-cu il tarixli **********193461 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarların vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixində mübahisələndirilmişdir ki, bu da Azərbaycan Respublikasının İnzibati-Peosessual Məcəlləsinin tələblərinə ziddir. İddiaçı xx.xx.2019-cu il tarixli **********176247 nömrəli və xx.xx.2019-cu il tarixli **********193461 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarların mübahisələndirmə müddətini, yəni iddia müddətini buraxmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1 -ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialar mübahisələndirmə haqqında iddia hesab olunur.Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin 3-cü bəndinə əsasən Nazirlik Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır Qeyd edilənlərə əsasən cavabdeh təşkilat iddiaçı "İddiaçı" MMC–nin iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh təşkilatın nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materialları məhkəməyə təqdim edilmişdir. Vergi orqanı tərəfindən tərtib edilmiş qərarlar, aktlar, cavabdehin etiraz ərizəsi və digər sənədlər. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Məhkəmə ilk öncə mübahisələdiriln qərardan məhkəmədə iddia tələbinin qaldırılması üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinə dair cavabdeh təşkilatın iddia müddətinin tətbiq edilməsinə dair vəsatətini araşdıraraq hesab edir ki, iddiaçı iddia tələbini məhkəməyə təqdim edərkən prosessual müddətləri ötürməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və iddiaçı tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə göndərilmiş sonuncu, yəni xx.xx.2019-cu il tarixli şikayət ərizəsinə xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsinin rəisi tərəfindən baxılmış, müvafiq cavab məktubu xx.xx.2020-ci ildə saat 18:46-da İddiaçı MMC-nin elektron kabinetinə göndərilmiş və xx.xx.2020-ci ildə saat 12:21-də İddiaçı MMC-ti tərəfindən oxunmuşdur. Hazır ki, iddia tələbi ilə “İddiaçı“ MMC-ti Sumqayıt İnzibati Məhkəməsinə xx.xx.2020-ci ildə müraciət etmişdir. Belə olduğu tədqirdə məhkəmə hesab edir ki, İddiaçı MMC-ti Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürməmişdir. Belə ki, Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən iddia inzibati aktın təqdim olunduğu vaxtdan əlavə həmçinin şikayət instansiyasının şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu gündən hesablanmalıdır. Hazır ki, iddia tələbi üzrə mübahisələndirilən qərarlardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət vergi orqanının cavab məktubunun İddiaçı MMC-ti tərəfindən oxunduğu, yəni xx.xx.2020ci ildən hesablanmalıdır. Ona görədə məhkəmə hesab edir ki, iddia tələbi prosessual müddətlərə riayət olunmaqla verilmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli **********176247 saylı qərar və həmin qərarın davamı olaraq qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********193461 saylı qərarın əsasında vergi ödəyicisinə ümumilikdə 1.108.156,0 manat əlavə vergi məbləği hesablanmış və azaldılmış vergi məbləğinə görə 734.127,94 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və həmin qərarları mübahisələndirmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə xx xxxxxxx 2015ci il tarixli qanun ilə müvafiq dəyişikliklər edilmiş və dəyikliyə əsasən Vergi Məcəlləsinin bəzi maddələrinə verilmiş yeni redaksiya xx xxxxxx 2016-cı ildən qüvvəyə minmişdir. Hesab olunur ki, tərəflər arasında olan hazır ki, mübahisəyə baxılarkən zaman etibarı ilə tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına istinad olunmalıdır. Belə ki, İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlra əsasən məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəli hüququ münasibətlərinin yaranması zamanı (Qeyd:xx.xx.2016-xx.xx.2018-ci illəri olan dövr yoxlanılmış və xx.xx.2019-cu ildə yekun qərar qəbul edilmişdir. Ona görədə mübahisəli hüquq münasibətləri xx.xx.2016-cı-xx.xx.2019-cu illəri əhatə edir) Vergi Məcəlləsinin qüvvədə olan redaksiyasına istinad olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.14.1-ci maddəsinə əsasən kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsi-maliyyə xidməti hesab olunur. Həmin Məcəllənin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsi əlavə dəyər vergisinin ödənilməsinə cəlb olunmur. Həmin Məcəllənin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil (xx xxxxxxx 2015-ci ildə yeni redaksiyada verilib). Həmin Məcəllənin 218.4.3-cü maddəsinə əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir (yeni redaksiyada verilənə qədər,yəni xx.xx.2019-cu ilədək olan redaksiya). Qeyd olunan Məcəllənin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil (xx.xx.2015-ci ildə yeni redaksiyada verilib).Həmin Məcəllənin 219.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri-yaşayış sahələri vergitutma obyektidir (xx.xx.2015-ci ildə yeni redaksiyada verilib).Həmin Məcəllənin 220.8-ci maddəsinə əsasən bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır(xx.xx.2015-ci ildə yeni redaksiyafda verilib).Həmin Məcəllənin 220.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyriyaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.Vergi Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi və yeni qərarın qəbul edilməsi səlahiyyətinıə malikdir (xx xxxxxx 2018-ci ildə yeni redaksiyada verilib). Beləliklə məhkəmədə müəyyən olundu ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən “İddiaçı ” MMC-dən 7.553.167,74 manat məbləğində kredit borcunun “xxxxxxxxxxx” QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borcun İddiaçı MMC-nin mülkiyyətində olan Qusar şəhəri, M.Əliyev küçəsi 2C ünvanında yerləşən ipoteka predmeti olmuş Əmlak Kompleksinə yönəldilməsi və həmin Əmlak Kompleksinin üzərində “xxxxxxxxxxx” QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyət hüququnun tanınması qət edilmişdir.Qətnamə icraaya yönəldilmiş və hal hazıırda həmin Əmlak Kompleksi “xxxxxxxxxxx” QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətindədir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı X9 tərəfindən xx.xx.2018-ci il tarixli **********163857 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərara əsasən İddiaçı MMC-nin fəaliyyəti üzrə xx.xx.2015-ci ildən xx.xx.2018ci il tarixinədək olan dövrü əhatə etməklə növbədənkənar vergi yoxlamasının keçirilməsi qərara alınmış və yoxlamanın qeydiyyata alınması vahid məlumat reyesterində xx.xx.2018-ci ildə qeydiyyata alınmışdır.Yoxlamanın nəticəsi olaraq xx.xx.2018-ci ildə akt tərtib edilmiş və həmin aktın əsasında xx.xx.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunmuşdur. Sonradan 3 saylı X9 vergi yoxlamasının nəticələri üzrə dürüst olmayan məlumatlar aşkar etdiyinə görə Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinə əsasən xx.xx.2019-cu ildə yenidən səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul etmiş və növbədənkənar yeni səyyar vergi yoxlaması xx.xx.2016-cı ildən xx.xx.2018-ci illəri əhatə etmişdir. Yenidən səyyar vergi yoxlamasının aparılması haqqında qərar vahid məlumat reyesterində xx.xx.2019-cu ildə qeydiyyata alınmışdır. Lakin həmin yoxlama zamanı xx.xx.2019-cu il tarixli **********182380 saylı cə xx.xx.2019-cu il tarixli **********185786 saylı Qərarla yoxlamanın müddəti 2 dəfə uzadılmışdır. Müddətin uzadılması barədə xx.xx.2019-cu il tarixli **********182380 saylı Qərar yoxlamanın vahid məlumat reyesterində qeydiyyata alınsa da, xx.xx.2019-cu il tarixli **********185786 saylı Qərar Reyesterdə qeydiyyata alınmamışdır. Yoxlamanın nəticəsi olaraq xx.xx.2019-cu ildə akt tərtib edilmiş və həmin aktın əsasında xx.xx.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunmuşdur. Qeyd olunan qərara əsasən “xxxxxxxxxxxx” MMC-nə ümumilikdə 1.108,156 manat əlavə dəyər vergisi və 734.127,94 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 3 saylı X9 hesablanmış əlavə dəyər vergisinin və ona hesablanmış maliyyə sanksiyasını belə əsaslandırmışdır ki, Sumqayıt İnzibati –İqtisadi Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qərarı ilə İddiaçı MMCnin mülkiyyətində olan X7 “xxxxxxxxxxx” bank olmayan kredit təşkilatının mülkiyyətinə keçməsi Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi hesab olunur, həmçinin Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi vergi tutma obyekti hesab olunur. Məhkəmə qeyd olunan mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Əvvəla nəzərə alınmalıdır ki,İddiaçı MMC-nin mülkiyyətində olan X7 ipoteka ilə yüklü edilmiş əmlak olduğuna və həmin əmlak yüklülüyün nəticəsi olaraq başqa şəxsə keçdiyinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.14.1-ci maddəsinə əsasən aparılmış əməliyyat maliyyə xidməti hesab olunur. Qeyd olunan əməliyyat maliyyə xidməti hesab olunduğuna görə Vergi Məcəlləsinin 164.1.12-ci maddəsinə əsasən İddiaçı MMC-tə əlavə dəyər vergisinin hesablanması yolverilməzdir. Lakin qeyd olunan normanın qüvvədə olmasına baxmayaraq vergi orqanı hüquqi əsas olmadan vergi ödəyicisini əlavə dəyər vergisinə cəlb etmişdir. Bu isə yuxarıda qeyd olunan maddi hüquq normaların pozulması kimi qəbul olunur. Məhkəmə qeyd etməyi zəruri bilir ki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən İddiaçı MMC-nin əmlakının “xxxxxxxxxxx” bank olmayan kredit təşkilatının mülkiyyətinə keçməsi əmlakın təqdim edilməsi sayıldığına görə İddiaçı MMC-nə əlavə dəyər vergisi deyil sadələşdirilmiş vergi hesablanmalı idi. Belə ki, Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən şəxsin mülkiyyətində olan yaşayış və qeyri yaşayış sahələrinin təqdim edilməsi zamanı onlardan yalnız sadələşdirilmiş vergi tutula bilər. Qeyd olunan Məcəllənin 220.8-ci maddəsinə əsasən yaşayış sahələrinin təqdim edilməsi üçün vergi tutma obyektinin hər kvadratmetri üçün 15 manat, qeyri yaşayış sahələrinin təqdim edilməsi üçün hər kvadratmetr üçün 22,50 manat (15 x 1,5=22,50) sadələşdirilmiş vergi nəzərədə tutulur. Bundan başqa məhkəmə hesab edir ki, aparılmış maliyyə əməliyyatı zamanı İddiaçı MMC-ti sadələşdirilmiş vergiyə cəlb edilməli olduğu tədqirdə ona qarşı əlavə dəyər vergisinin hesablanması Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinin tələblərinə ziddir. Digər qanun pozuntusu isə ondan ibarətdir ki, yoxlayıcı orqan tərəfindən yoxlamanın uzadılması barədə xx.xx.2019-cu il tarixli **********185786 saylı Qərar vahid məlumat reyesterinə daxil edilməmişdir. Belə ki,Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011 -ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajlarm, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 4.5-1 -ci bəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlamanın başaçatma tarixindən ən geci 1 iş günü əvvəl bu Əsasnamənin 3.4.16-cı yarımbəndində göstərilən məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. Həmin Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Bu Əsasnamənin 3.4.20-ci və 3.4.21 -ci yarımbəndlərində göstərilən məlumatların müəyyən edilməsi üçün qanunvericiliklə daha uzun müddət tələb olunduqda, həmin müddət reyestrdə göstərilir və məlumat ona uyğun təqdim edilir. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, vergi orqanı İddiaçı MMC-nin barəsində xx.xx.2019-cu il tarixli qərarı qəbul edərkən Vergi Məcəlləsinin 49.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, Həmin Məcəllənin 49.1-ci maddəsinə xx xxxxxx 2018-ci ildə yeni redaksiya verilmiş və həmin redaksiyaya əsasən vergi orqanının rəhbəri əvvələr qəbul edilmiş qərarı 1) ləğv etməli 2) yeni qərar qəbul etməli 3) köhnə qərara dəyişiklik etməli və ya 4) qüvvədə saxlamalı idi. Lakin mübahisə predmeti olan qərarlar məhkəmədə araşdırılarkən xx.xx.2019-cu ildə qəbul edilmiş qərarın xx.xx.2019-cu ildə qəbul edilmiş qərarın davamı olması müəyyən edilir. Yəni xx.xx.2019-cu ildə qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi” haqqında qərarda əvvələr eyni məsələ üzrə qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərara heç bir qiymət verilməmişdir. Bu isə özü özlüyündə xx.xx.2019-cu ildə qəbul edilmiş qərarın əhəmiyyətsizliyinə dəlalət edir. Yuxarıda araşdırılanların nəticəsi olaraq məhkəmə hesab edir ki, vergi orqanı həmçinin ona qanun ilə verilmiş hüquqdan sui-istifadə edib. Belə ki, 3 saylı X9 Vergi Məcəlləsinin 83.2-ci maddəsi ilə vergi ödəyicisinin verginin ödənilməsinə cəlb edilməsi istiqamətində verilmiş hüququn vergi ödəyicisinə əlverişsiz olanından istifadə etmişdir. Belə ki, qeyd olunan Məcəllənin 36.2-ci maddəsi ilə vergi orqanının üzərinə - düzgün qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halların, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsi qoyulub. Digər tərəfdən vergi orqanı ona verilmiş hüquqdan düzgün istifadə etməməsi nəticəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun ümumi prinsiplərini pozmuşdur. Belə ki, qeyd olunan Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla,yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Göründüyü kimi hazır ki, mübahisə üzrə vergi orqanının gətirdiyi arqument ondan ibarət olmuşdur ki, İddiaçı MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin “xxxxxxxxxxx” bank olmayan kredit təşkilatının mülkiyyətinə keçməsi səbəbindən İddiaçı MMC əlavə dəyər vergisinə cəlb edilmişdir. Halbuki mübahisəli hüququ münasibətlərinin yarandığı vaxrVergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən maliyə xidmətləri o, cümlədən əmlakın təqdim edilməsi əməliyatları əlavə dəyər vergisinə cəlb edilə bilməzdilər. Lakin bütün bunlara baxmayaraq, vergi orqanı İddiaçı MMC-yə əlavə dəyər vergisi hesablamışdır. Göründüyü kimi qeyd olunan arqument “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsində qeyd olunan prinsipə ziddir. Bundan başqa həmin Qanunun 16-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İş materiallarına əlavə edilmiş şikayət ərizələrindən görünür ki, İddiaçı MMC Vergilər Nazirliyinə xx.xx.2019-cu ildə,xx.xx.2019-cu ildə,xx.xx.2019-cu ildə və xx.xx.2019-cu ildə müraciət edərək, ona qarşı əlavə dəyər vergisinin tətbiq edilməsinin qanuna zidd olmasını və aparılmış maliyyə xidmətinə görə ona qarşı yalnız sadələşdirilmiş verginin tətbiq edilməsinin düzgün olmasını bildirmişdir. Lakin vergi orqanı buna əhəmiyyət verməyərək, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsində göstərilən “Hüququn tətbiqindən imtinanın qadağan olunması” prinsipinin tələblərini pozmuşdur. Göründüyü kimi, vergi orqanı tərəfindən keçirilən vergi yoxlaması və bununla bağlı keçirilən prosedur hərəkətlər qanunvericiliyin tələblərini pozmuşdur.Ona görədə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75və 85.1maddələrini rəhbər tutaraq, məhkəməqərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı X6 İddiaçı MMC-nə qarşı“vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2019-cu il tarixli **********176247 saylı və xx.xx.2019-cu il tarixli **********193461 sayllı qərarları ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar