Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-808/2022 17.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayon Qeydiyyat Şöbəsinə qarşı “İddiaçı 1944-cü ildə Masallı rayonun Şərəfə kəndində anadan olması faktının təsdiq edilərək doğum haqqında şəhadətnamə verilməsi, veriləcək yeni doğum haqqında şəhadətnamədə soyadının Cəbrayılov, adının Fərahim, ata adının Nağı, ata qrafasında atasının soyadının Cəbrayılov, atasının adının Nağı, adının Yəhya, ana qrafasında anasının soyadının Zöhrabanı, atasının adının Ağa, soyadının Qasımova kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə işə inzibati icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Masallı rayon Qeydiyyat Şöbəsinə qarşı iddia qaldıraraq “İddiaçı 1944-cü ildə Masallı rayonun Şərəfə kəndində anadan olması faktının təsdiq edilərək doğum haqqında şəhadətnamə verilməsi, veriləcək yeni doğum haqqında şəhadətnamədə soyadının Cəbrayılov, adının Fərahim, ata adının Nağı, ata qrafasında atasının soyadının Cəbrayılov, atasının adının Nağı, adının Yəhya, ana qrafasında anasın soyadının Zöhrabanı, atasının adının Ağa, soyadının Qasımova kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Tərəflər aidiyyatın müəyyən olunması ilə bağlı məhkəməyə dəvət olunmuşlar, məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddiaçıya hüquqi yardım edilmiş, aidiyyət məsələsi müzakirə edilmiş, iddiaçı faktiki olaraq, Sumqayıt şəhərində yaşadığı üçün işə Sumqayıt İnzibati Məhkəməsində baxılmasının onun üçün əlverişli olduğunu bildirmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarının araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq cavabdehin olduğu yerə görə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarından görsənir ki, cavabdeh Masallı rayon Qeydiyyat Şöbəsi, Masallı şəhəri, Heydər Əliyev prospekti 4 ünvanında yerləşir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Masallı şəhərində yerləşdiyi üçün işə aidiyyat qaydalarına uyğun olaraq, cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən həmin məcəllənin 8.1.1-8.1.3 maddəsində nəzərdə tutulan hallar istisna olmaqla iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi aidiyyətin müəyyən olunmasında həmin norma ümumi norma kimi çıxış edir. Məhkəmə hesab edir ki, hazırkı işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-8.1.3-cü maddələrinə uyğun olaraq baxıla bilməsi üçün heç bir əsas yoxdur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı mübahisəyə xüsusi norma rolunu oynayan, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1- 8.1.3 maddələri tətbiq edilməyəcəyinə görə, bu halda ümumi norma rolunu oynayan, həmin məcəllənin 8.1.4-cü maddəsi tətbiq edilməli və işə cavabdehin olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Cavabdeh Masallı rayon Qeydiyyat Şöbəsi, Masallı şəhəri, Heydər Əliyev prospekti 4 ünvanında yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Masallı şəhəri Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ərazi aidiyyətin üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq cavabdehin olduğu yerə görə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 8-ci və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Masallı rayon Qeydiyyat Şöbəsinə qarşı “İddiaçı 1944-cü ildə Masallı rayonun Şərəfə kəndində anadan olması faktının təsdiq edilərək doğum haqqında şəhadətnamə verilməsi, veriləcək yeni doğum haqqında şəhadətnamədə soyadının Cəbrayılov, adının Fərahim, ata adının Nağı, ata qrafasında atasının soyadının Cəbrayılov, atasının adının Nağı, adının Yəhya, ana qrafasında anasının soyadının Zöhrabanı, atasının adının Ağa, soyadının Qasımova kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-808/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-808/2022
17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver