Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-809/2024 02.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X6 və Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan yuxarı yaşı olduğuna görə, 1974- 1977-ci illərdə Bakı 5 saylı texniki peşə məktəbində əyani təhsil dövrünü ümumi sığorta stajına daxil edilməsi və ümumi sığorta stajını düzgün hesablamaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyininin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 11 may 2023-cü il tarixli, 3-17-1/2-M- 103460/2023 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur, indiyə qədər müxtəlif yerlərdə işləmişdir. Hal-hazırda xx.xx.2015-ci il tarixdən başlayaraq ARDNŞ “Azəriqaz” İB-nin X11 İstismar İdarəsində qaynaqçı peşəsində işləyir. İddiaçı xx.xx.1974-cü il tarixdə Bakı 5 saylı texniki peşə məktəbinə qəbul olunub xx.xx.1977-ci il tarixdə elektrik-qaz qaynaqçısı peşəsi ilə məktəbin tam kursunu bitirmişdir. Texniki peşə məktəbini tam qurtardıqdan sonra xx.xx.1977-ci il tarixdən xx.xx.1977ci ilədək, hərbi xidmətə çağırılanadək, Azərenerjitikintidə işləmişdir. xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək keçmiş sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra xx.xx.1980-cı il tarixdən xx.xx.1980-cı ilədək Quba SMK-12 1 saylı “Azkəndtikinti”-də elektrik qaynaqçısı kimi çalışmışdır. 08 iyul 1980-cı il tarixdən 04 noyabr 1980-cı il tarixədək Bakı elektrotexnika zavodunun Quba filialında qaynaqçı vəzifəsində çalışmışdır. xx.xx.1980-cı il tarixdən 24.04,198l-ci ilədək Siyəzən mədən qazıntı işlərində qaynaqçı işləmişdir. xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci ilədək Kazaxstan Respublikası “Manqışlaqkəndtikinti” sahəsində qaynaqçı kimi işləmişdir. 19 avqust 1981-ci il tarixdən başlayaraq Kazaxstan Respublikası Manqışlakneft X1 çıxarma idarəsində xx.xx.1988-ci il tarixədək qaynaqçı vəzifəsində işləmişdir. 03 avqust 1988-ci il tarixdən SSRİ Orta Maşınqayırma Nazirliyinin Xəzər Mədən- Metalurgiya Kombinatında 01 noyabr 1988-ci il tarixədək qaynaqçı kimi işləmişdir. 16 noyabr 1988-ci il tarixdən Kazaxstan Respublikası “Tatximremont” trestinin 2 saylı ləmit-tikinti quraşdırma İdarəsində 15 mart 1993-cü ilədək qaynaqçı işləmişdir. 09 fevral 1994-cü il tarixdən 20 iyul 1994-cu ilə dək Müstəqil “Yeni Yol” kooperativində qaynaqçı işləmişdir. Lakin işlədiyi bu dövr, Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən guya Yeni Yol koopertivi DSMF-na məcburi Sosal sığorta haqları köçürmədiyindən və ümumiyyətlə Yeni Yol kooperativinin “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatına əsasən Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı səbəbindən ümumi sığorta stajına qəbul edilməmişdir. Halbuki, işlədiyi həmin dövrlərdə əmək haqqından bütün tutulmalar, həmçinin DSMF-na məcburi dövlət sosial sığorta ayırmaları tutularaq köçürülmüşdür. Sadəcə olaraq cavabdeh tərəfindən həmin illərin hesabatlarına diqqətlə baxılmamış və düzgün araşdırılma aparılmamışdır. Kooperativdə işlədiyi dövrlərdə məcburi dövlət sosial sığorta haqlarının köçürülməsini yoxlamaq məqsədilə Dövlət Sosial Müdafiə X12 Şəxsin Quba-Xaçmaz filialına müraciət etmişdir. Filialın əməkdaşları bu məsələ ilə əlaqədar bildirdilər ki, bütün hesabat və digər hüquqi sənədlər Dövlət Sosial Müdafiə Fondunda saxlanılır. 1990-cı illərin əvvələrində və 01 yanvar 2006-cı ilə qədər fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslərin Dövlət Sosial Müdafiə Fondunda qeydiyyata alınması və hesabatların təqdim edilməsi elektron formada aparılmadığından əksər qeydiyyat sənədləri, hesabatlar və digər hüquqi sənədlər “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında öz əksinin tapmamışdır. Odur ki, hər hansı bir hüquqi və yaxud fiziki şəxslərin məcburi dövlət sosial sığorta haqlarının köçürülməsinin yoxlanılması “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatı ilə yanaşı Dövlət Sosial Müdafiə fondunda saxlanılan onların ilkin qeydiyyat və hesabat sənədləri üzrə aparılmalıdır. 05 yanvar 2010-cu il tarixdən “ASKO” LTD şirkəti üzrə “Vəl-Vələçay” Qum-Çınğıl karxanasında 01 noyabr 2010-cu ilə dək qaynaqçı işəmişdir. Hal-hazırda xx.xx.2015-ci il tarixdən başlayaraq ARDNŞ “Azəriqaz” İB-nin X11 İstismar İdarəsində qaynaqçı peşəsində işləyir. Onun əmək fəaliyyəti dövründə adına hesablanmış əmək haqqlarında DSMF-na bütün sığorta haqları tutularaq köçürüldüyünü nəzərə almışdır və ağır sahədə işlədiyi üçün 60 yaşdan yuxarı yaşı olduğunu, 25 ildən artıq sığorta stajı və bu müddətin 20 ilə yaxın hissəsini həmin işlərdə çalışdığı üçün əmək şəraitinə görə əmək pensiyası almaq hüququnun yaranması və iddiaçı hüquq müəyyənedici sənədləri toplayaraq cavabdeh təşkilata müraciət etmişdir və cavabdeh özünün xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktubları ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyin etməkdən imtina etmişdir, ona görə də öz pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə İnzibati orqana təqdim etdiyi müraciət ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin inzibati orqan tərəfindən verilmiş imtinada vətəndaşın ümumi stajının tələb olunan 25 il sosial sığorta stajından az olması səbəbindən ona pensiya təyin edilməsindən imtina edildiyi qeyd edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, müvafiq inzibati orqana iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, idddiaçının ümumi iş stajı 25 ildən az (22 il 9 ay 10 gün (xx.xx.1977-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1979-cu il, 23:04.1980- xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981- xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988- xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən bügunədək 8 il) təşkil edir. Bildirirlər ki, “X9” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “X9” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına İmkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alman, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlərin - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Belə ki, İddiaçının 10 noyabr 1980-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində X4 elektrik qaynaqçısı işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə inzibati orqan tərəfindən “Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılmış, həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün yuxarıda qeyd olunan dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyildir. İş materiallarından da aşkardır ki, mübahisələndirilən dövr (5 ay 11 gün) iddiaçının ümumi iş stajına (22 il 9 ay 10 gün) əlavə edilsə belə, iddiaçının ümumi iş stajı 25 ildən az olduğundan (23 il 2 ay 11 gün) iddiaçının müvafiq pensiyanın təyin edilməsi üçün subyektiv hüququ yaranmır. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26292,83 manat təşkil edir. Bundan əlavə, iddiaçı iddia ərizəsində ona Qanunun 9.8-ci maddəsinə əsasən 50 yaşının tamam olduğu xx.xx.2008-cİ il tarixdən pensiya təyin olunmalı olduğunu iddia edir. Bu məsələyə münasibətdə bildirirlər ki, “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci İl avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Aşkardır ki, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 İyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Eyni zamanda, iddiaçının təqdim etdiyi sənədlərə əsasən 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 20 ildən az (14 il 9 ay 10 gün (xx.xx.1977-xx.xx.1977-ci il, xx.xx.1977- xx.xx.1979-cu il, xx.xx.1980-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980- xx.xx.1981-ci İl, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1988-ci il, xx.xx.1988- xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir və 1 №-İi siyahı üzrə isə güzəştli iş stajı yoxdur. Aydındır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialının xx.xx.2023 tarixli 3-17-1/2-M-103460/2023 nömrəli imtina məktubu əsaslıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndələri X8 və Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkmədən xahiş etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, idddiaçının ümumi iş stajı 25 ildən az (22 il 9 ay 10 gün (xx.xx.1977-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1979-cu il, 23:04.1980- xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981- xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988- xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən bügunədək 8 il) təşkil edir. İddiaçının 10 noyabr 1980-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində X4 elektrik qaynaqçısı işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə inzibati orqan tərəfindən “Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılmış, həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün yuxarıda qeyd olunan dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyildir......... Bundan əlavə, iddiaçı iddia ərizəsində ona Qanunun 9.8-ci maddəsinə əsasən 50 yaşının tamam olduğu xx.xx.2008-cİ il tarixdən pensiya təyin olunmalı olduğunu iddia edir. Bu məsələyə münasibətdə bildirirlər ki, “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci İl avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Aşkardır ki, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 İyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Eyni zamanda, iddiaçının təqdim etdiyi sənədlərə əsasən 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 20 ildən az (14 il 9 ay 10 gün (xx.xx.1977-xx.xx.1977-ci il, xx.xx.1977- xx.xx.1979-cu il, xx.xx.1980-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980- xx.xx.1981-ci İl, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1988-ci il, xx.xx.1988- xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir və 1 №-İi siyahı üzrə isə güzəştli iş stajı yoxdur. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Belə ki, iddiaçının ümumi iş stajına münasibətdə cavabdeh tərəfindən nəzərə alınan dövrlər 22 il 9 ay 10 gündür. Cavabdeh tərəfindən ilkin olaraq nəzərə alınmayan dövrlər iddiaçının xx.xx.1974-xx.xx.1977-ci illər arasında peşə məktəbində təhsil aldığı dövrlərdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Vətəndaşların Pensiya Təminatı” haqqında Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:....ğ) ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən və.s. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, iddiaçı təhsil dövrü ilə bağlı arayış təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarına iddiaçının A 312128 saylı diplomunun və qiymət cədvəlinin notarial qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qeyd edilən dövrlər iddiaçının əmək kitabçasında da öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə əsasən (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür): 8-ci bənd. Ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur. Sənədlərdə belə məlumatlar olmadıqda təhsil müddətini təsdiqedici sənəd kimi həmin təhsil müəssisələrində müvafiq illərdə əyani təhsil müddəti barədə verilən arayışlar əsas götürülə bilər, bu şərtlə ki, sənədlərdə təhsili tam başa vurması göstərilmiş olsun. Belə ki, qeyd edilmiş normaların hazırki işə tətbiqi baxımından məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının təhsil müddətinin qəbul edilməməsini arayışın təqdim edilməsi ilə şərtləndirməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İddiaçının diplomunun təsdiq edilmiş surəti onun təhsil müddətinin iş stajına daxil edilməsi üçün mötəbər sübut olaraq qiymətləndirilməlidir. Cavabdeh tərəfindən nəzərə alınmayan digər dövr iddiaçının 09 fevral 1994-cü il tarixdən 20 iyul 1994-cü ilədək X13 kooperativində qaynaqçı işlədiyi dövrdür. Cavabdeh imtinasını onunla əsaslandırır ki, adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə inzibati orqan tərəfindən “Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılmış, həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün yuxarıda qeyd olunan dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyildir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X9” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə, qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Qaydaların 3.2.1-ci maddəsində "X9" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi, xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü təsbit edilmişdir. Qeyd olunmalıdır ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “X9” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. İddiaçının mübahisəli dövrdə əmək fəaliyyəti ilə məşğul olması onun əmək kitabçasında öz təsdiqini tapır. Və qanunvericiliyin tələbi üzrə əmək kitabçası sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında göstərilən uzun müddətdə qaynaqçı işləməsi və bunun cavabdeh inzibati orqan tərəfindəndə qəbul edilməsi, mübahisə edilən dövr üçündə iddiaçının əmək fəliyyəti ilə məşğul olmasına şübhə yaratmır. Beləliklə qeyd edilən təhsil və əmək fəaliyyəti ilə bağlı dövrlər nəzərə alındıqda iddiaçının 25 ildən artıq ümumi iş stajı yaranmış olur. İddiaçının xüsusi iş stajına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının əsas əmək fəaliyyəti qaynaqçı peşəsi olmuşdur. Bununla bağlı iş materiallarında Mangistaumunayqaz Səhmdar Cəmiyyətinin iddiaçının xx.xx.1981-...xx.xx.1988-ci illər üzrə iş stajını təsdiq edən arayışı, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2023-cü il tarixli, 30-1-28/102 saylı məktubunda qeyd edilmiş arxiv məlumatları, X5 X11 İstismar İdarəsinin xx.xx.2023-cü il tarixli, 01-AA/03-İRŞ- 115 saylı arayışı, əmək kitabçası mövcuddur. Qeyd edilmiş sənədlərdən və iddiaçının əmək kitabçasında mövcud olan məlumatlardan iddiaçının qaynaqçı peşəsi ilə məşğul olduğu müəyyən edilir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında ümumi peşələr adlanan 35-ci bənd üzrə qazla kəsicilər, qaz qaynaqçıları yarımbəndlərinə uyğun gəlir. Həmçinin, aldığı peşə təhsili üzrə ixtisasca elektrik-qaz qaynaqçısı olan iddiaçının xx.xx.2006-cı il tarixədək işlədiyi elektrik qaynaqçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 İyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş “23200000 - XXXİİİ. Ümumi peşələr - 23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğun gəlir. İddiaçıya münasibətdə əmək pensiyasının hansı tarixdən hesablanmalı olmasına müasibətdə isə məhkəmə qeyd edir ki: “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Belə ki, iddiaçının istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə pensiya hüququnun 57 yaşdan yaranmış olub-olmaması baxımından məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən xx.xx.2006-cı il tarixədək nəzərə alınan 14 il 09 ay 10 gün + nəzərə alınmamış təhsil dövrü (2 il 10 ay 22 gün)+ nəzərə alınmamış 1994-cü il üzrə 5 ay 11 gün=18 il 1 ay 10 gün Göründüyü kimi iddiaçının tələb olunan ümumi iş stajı xx.xx.2006-cı il tarixədək yaranmamışdır. “X9” Qanunun xx.xx.2017-cı il tarixədək qüvvədə olmuş müddəalarının hazırki işə tətbiqi baxımdan məhkəmə qeyd edir ki, həmin normalara əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bu halda xx.xx.2006-cı ilə qədər olan 18 il 01 ay 10 gün ümumi iş stajı+xx.xx.2006xx.xx.2017-ci ilə qədər olan 2 il 06 ay 26 gün iş stajı (xx.xx.2010-xx.xx.2010 və xx.xx.2015-xx.xx.2017-ci illər üzrə) = 20 il 8 ay 6 gün Göründüyü kimi iddiaçının tələb olunan ümumi iş stajı həmçinin xx.xx.2017-ci il tarixədək yaranmamışdır. Bu halda məhkəmə hesab edir ki, iddiaçının əmək pensiyası hüququ hazırda qüvvədə olan qanunvericilik baxımından 60 yaşdan hesablanmalıdır. Belə ki, X9” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qüvvədə olan qanunvericiliyin şərtləri üzrə iddiaçının 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajı yaranmış olur. Məhkəmə onu da qeyd edir ki, iddiaçıya pensiyanın hansı tarixdən təyin olunmasından asılı olmayaraq, hazırda qüvvədə olan qanunvericiliyə uyğun olaraq pensiya ödənişi son üç il ödənəcəyi üçün, pensiya təyini tarixinin maddi maraq baxımından heç bir əhəmiyyəti qalmır. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçının pensiya yaşından asılı olmayaraq ona pensiya ödənişinin aparılması aşağıdakı normalara uyğun aparılmalıdır: Belə ki, X9 Qanuna 32.1-1 maddəsinə əsasən “Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.” İş materiallarından görünür ki, iddiaçının cavabdeh orqana müraciəti xx.xx.2023-cü ildə olmuşdur. Bu halda iddiaçının pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə 52 yaşdan (2010-cu ildən) və ya 2 nömrəli siyahı üzrə 57 yaşdan (2015-ci ildən) yaranmış olsa idi belə pensiya ödənişi xx.xx.2020-ci ildən həyata keçirilə bilərdi. Həmçinin iddiaçının pensiya hüququ 60 yaşının tamam olduğu 2018-ci ildən yaranmış olsa belə yenə də ödənilməmiş dövrlər üzrə pensiya ödənişi “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün” şərti nəzərə alınmalı olduğundan xx.xx.2020-ci ildən həyata keçirilə bilər. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təmin edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin “Əmək Pensiyaları” haqqında qanun 32.1-1-ci maddəsinə tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev