Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-81/2020 02.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, İddiaçının nümayəndə və vəkili X6, Cavabdehin nümayəndəsi X4 iştrakları ilə, İddiaçı X7 cavabdeh 2 Saylı X2rşı “xx.xx.2019-cu il tarixli, **********635300 saylı vergilərin hesablanması barədə Qərarın ləğv edilməsi tələbinə” dair iddiasınaSumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.2018-ci il tarixdə fəaliyyətini tamamilə dayandırmış və ərizə ilə müvafiq Vergi orqanına müraciət etmişdir. xx.xx.2018-ci il tarixində nəzarət kassa aparatının qeydiyyatdan çıxarılması barədə, xx.xx.2018-ci il tarixdə isə obyektimin (təsərrüfat subyektinin) ləğv edilməsi barədə müvafiq Vergi orqanına müraciət etmişdir. xx.xx.2018-ci il tarixdə **********611300 nömrəli Qərarla sentyabr 2018-ci il üzrə 10587.85 ƏDV bəyannaməsinin təqdim edilməməsi adı ilə analoji vergi hesablanmışdır. xx.xx.2019-cu il tarixdə təqdim etdiyi dəqiqləşdirilmiş hesabata əsasən şəxsi hesab vərəqəsində olan borc silinsədə, vergi orqanı xx.xx.2019-cu il tarixdə yenidən **********635300 saylı vergilərin hesablanması barədə Qərarla 10587.85 manat borc hesablayaraq şəxsi hesab vərəqəsində ƏDV 2018/09 adı ilə tətbiq etmişdir.Bu barədə dəfələrlə müraciət edərək faktiki olaraq həmin ünvanda o fəaliyyətini dayandırdıqdan sonra başqa şəxslərin-fiziki şəxslərin fəaliyyət göstərməsini bildirsə də, müvafiq dövrlərdə onun fəaliyyəti olmadığı, Fəaliyyətini dayandırdıqdan sonra başqa fiziki şəxs X5 fəaliyyət göstərdiyini bildirməyinə baxmayaraq müraciətlərinə baxılmamış və hesablanmış vergi məbləği silinməmişdir. Sonradan iddiaçı məhkəməyə dəqiqləşdirmə ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixində məhkəməyə müraciət edərək cavabdeh Vergilər Nazirliyinin 2 X12 X3 Vaqif oğlu barəsində xx.xx.2019-cu il tarixli **********635300 saylı vergilərin hesablanması barədə qərarın ləğvi barədə qərar çıxarılması xahiş etmişdir.Lakin, İddia ərizəsi ilə müraciət etdikdən sonra vergi orqanı yuxarıda qeyd edilən qərarı ləğv edib, yeni kameral hesablamalar aparmışdır. Yaranmış zərurətlə əlaqədar iddia tələbinin dəqiqləşdirilməsi yaranmışdır.Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək cavabdeh Vergilər Nazirliyinin 2 X12 Departamentinin, iddiaçı X8 barəsində vergilərin hesablanması barədə xx.xx.2019-cu il tarixli, **********049600 saylı vergilərin hesablanması barədə qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndə və vəkili bildirmişdir ki, cavabdeh təşkilat Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 37.2-ci maddəsinə əsasən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyamnamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Lakin vergi ödəyicisi dəqiqləşdirilmiş bəyamnamənin verilməsinə baxmayaraq 30 günlük müddət keçdikdən sonra kameral vergi yoxlaması keçirmiş və vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Bundan başqa mal qalığının müəyyən edilməsi istiqamətində heç bir iş həyata keçirilmədən vergi ödəyicisinin mal qalığı müəyyən edilərək ona əsassız ədv hesablanmışdır. Hesablanmış mal qalığı ilə razı deyil, çünki vergi ödəyicisi öz fəaliyyətini mart 2018-ci ildə dayandırılmış və vergi orqanına məlumat vermişdir ki, onda mal qalığı yoxdur. Əvvəlki mal qalığı isə satılmadığına görə istehsalçılara geri qaytarılmışdır. Qeyd olunanlara əsasən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı daha sonra xx.xx.2019-cu il tarixli dəqiqləşdirmə ərizəsi məhkəməyə müraciət edərək bundan əvvəl mübahisə predmeti olan vergilərin hesablanmasına dair xx.xx.2019-cu il tarixli **********635300 nömrəli qərar vergi orqanı tərəfindən ləğv edildiyini və vergilərin hesablanmasına dair xx.xx.2019-cu il tarixli **********049600 nömrəli yeni qərar pbul edildiyini bildirmiş, “Vergilərin hesablanması barədə qeyd olunan qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.Cavabdeh 2 X12 Baş İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir.İddia ərizəsində iddiaçı xx.xx.2019-cü il tarixdə təqdim etdiyi dəqiqləşdirilmiş hesabata əsasən şəxsi hesab vərəqəsində olan borc silinsə də, vergi orqanının ona xx.xx.2019-cu il tarixdə yenidən **********635300 saylı vergilərin hesablanması barədə Qərarla 10587,85 nanat borc hesablayaraq şəxsi hesab vərəqəsinə ƏDV 2018/09 adı ilə tətbiq edildiyini bildirmişdir.Bildirilir ki, iddiaçıda vergi orqanına 2018-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsi təqdim etməmişdir. xx.xx.2018-ci il tarixə mal qalığı, 2018-ci ilin 9 ayı ərzində E-VHF, E-QF və idxal məlumatlarına əsasən mal alışı və 2018-ci ilin 9 ayı ərzində ümumi dövriyyə və dövriyyə üzrə rentabelik əsasında silinən mal nəzərə alınmaqla mal qalığının yarandığı və təsərrüfat subyektinin olmaması qeyd edilən mal qalığının faktiki olaraq mövcud olmaması riskini yaratdığından 2018-ci il sentyabr ayı ƏDV üzrə təqdim edilmiş bəyannamədə müvafiq dövr üzrə kənarlaşma yaranmışdır.Vergi Məcəlləsinin 37.1ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2018-ci il tarixli **********010700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir.Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir.Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.Beləliklə, iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktublarda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37.4-cü və 67.1-ci maddələri rəhbər tutulmaqla “Vergilərin hesablanması barədə” xx.xx.2019-ci il tarixli **********049600 nömrəli Qərara əsasən 2018-ci ilin sentyabr ayı üzrə 10587.85 manat əlavə vergi məbləği hesablanmışdır.Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləriməhkəməyə təqdim etməyə borcludurlar. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi eyni məzmunlu izahat verib, etiraza əlavə olaraq bildirmişdir ki, vergi qanunvericiliyinin tələbləri baxımından bildiriş üzrə verilmiş bəyamnamənin veridyi gündən 30 gün keçdikdən sonra yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Qeyd olunan bəyamnamə sadə bəyamnamə olmuş və onun bildiriş üzrə verilmiş bəyamnamə üzrə əlaqəsi yoxdur.Kameral yoxlamanın qalıq mallara baxış keçirmədən bazar dəyərinə uyğun baxılmasına dair iddiaçının dəlilinə cavab olaraq bildirmişdir ki, iddiaçı özünün ambarının olmasına dair vergi orqanına heç bir məlumat verməmişdir. Belə olduğu tədqirdə həmin malların harada saxlanması barədə məlumat olmamış və buna görədə verilmiş hesabat üzrə mallar bazar dəyərinə uyğun hesablanaraq malların ədv-si müəyyən edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh təşkilatın nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materialları məhkəməyə təqdim edilmişdir. Vergi orqanı tərəfindən tərtib edilmiş qərarlar, aktlar, cavabdehin etiraz ərizəsi və digər sənədlər. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli, **********049600 saylı qərar qəbul edilmiş və vergi ödəyicisinə ümumilikdə 10587.85 manat əlavə vergi məbləği hesablanmışdır.İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və həmin qərarları mübahisələndirmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, X1 fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, o vergi orqanına müraciət edərək fəaliyyətinin xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək dayandırmışdır.Vergi orqanının məhkəməyə təqdim etdiyi “Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumatdan” görünür ki, vergi ödəyicisi olan X7 mal qalığı 56.613,57 manat təşkil edir. İddiaçı tərəfin mübahisəndirilən qərarın ləğv edilməsi üçün gətirdiyi arqumentlərdən biri ondan ibarətdir ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən bildiriş üzrə verilmiş bəyamnamənin veridyi gündən 30 gün keçdikdən sonra yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Məhkəmə bu arqumenti araşdıraraq, hesab edir ki, vergi ödəyicisi tərəfindən təkrar bəyamnamə verilməsinə baxmayaraq, həmin bəyəmnamə bildiriş üzrə verilməyib. Ona görə də hazır ki, mübahisə üzrə 30 gün keçdikdən sonra alternativ yoxlamanın aparılması qanun pozuntusu hesab edilə bilməz. İddiaçının mübahisələndirilən qərarın ləğv edilməsi üçün Kameral yoxlamanın qalıq mallara baxış keçirmədən bazar dəyərinə uyğun baxılmasına dair gətirdiyi digər arqumentə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, vergi ödəyicisinin saxlama ambarı olmadığı tədqiedə, sahibkarlıq fəaliyyətinin 2018-ci ilin mart ayında dondurduğuna görə qalıq malların harada olması ilə bağlı vergi orqanında heç bir məlumat olmamışdır. Belə ki, vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi dükan vergi fəaliyyəti dayandırıldığına görə işləyə bilməzdi. Vergi ödəyicisinin həmin qalıq malların mal sahiblərinə qaytarılmasına dair gətirdiyi arqument məhkəmədə öz təstiqniu tapmadı. Belə olduğu tədqirdə vergi orqanı tərəfindən kameral vergi yoxlamasının keçirməklə malların bazar qiyməti üzrə ədv-nin hesablanması qanuna uyğundur. Ona görədə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Göründüyü kimi, vergi orqanı tərəfindən keçirilən vergi yoxlaması və bununla bağlı bütün prosedur hərəkətlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və bu hərəkətlərin həyata keçirilməsi zamanı vergi orqanı tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Beləliklə iddianın təmin olunması üçün hər hansı bir əsas müəyyən olunmur və iddia əsassız olduğundan rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəməqərara aldı: İddiaçı X7 cavabdeh 2 Saylı X2rşı “cavabdeh tərəfindən tətbiq edilmiş xx.xx.2019cu il tarixli, **********049600 saylı vergilərin hesablanması barədə qərarın ləğv edilməsi tələbinə” dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-81/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-81/2020
02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver