Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-81/2021 18.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin 04.05.2018-ci il tarixli, **********149786 saylı qərarına əsasən İddiaçı üzrə aparılmış səyyar vergi yoxlaması üzrə 07.11.2019-cu il tarixli, **********178520 saylı Aktın, **********736800 saylı Tələbnamənin etibarsız hesab edilməsinə və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 20.12.2019-cu il tarixli **********195106 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN **********) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada fəaliyyət göstərməkdədir. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 04.05.2018-ci il tarixli, **********149786 saylı qərarına əsasən İddiaçı üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılmsı məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 07.05.2018-ci il tarixdə başlanmış, 26.09.2019-cu il ixdə başa çatdırılmışdır. Həmin səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib olunmuş 07.11.2019-cu il tarixli, **********178520 saylı aktda göstərilmişdir ki, 2017-ci il üçün mənfəət vergisi üzrə 369290,45 manat fərq aşkar edilmişdir və həmin məbləğə görə 184645,23 manat maliyyə sanksiyası tədbiq edilməlidir; 2017-ci il üzrə ƏDV-yə görə 61838.99 manat fərq aşkar edilmişdir və həmin ƏDV məbləğinə görə 36319,46 manat maliyyə sanksiyası tədbiq edilməlidir; 2017-ci il üçün ödəmə mənbəyindən tutulan vergiyə görə 4818,80 manat fərq aşkar edilmişdir və 2409,40 manat maliyyə sanksiyası tədbiq edilməlidir; 2017-ci il üçün ƏDV məbləğinin ödənilməməsinə görə 37267,66 manat maliyyə sanksiyası tədbiq edilməlidir; 2018-ci il üçün ƏDV məbləğinin ödənilməməsinə görə 3330,00 manat maliyyə sanksiyası tədbiq edilməlidir. Qeyd etdi ki, Səyyar vergi yoxlaması aktında qeyd olunan vergi məbləğləri və sanksiyalar tam əsasız və qanunsuzdur. Səyyar vergi yoxlaması aktının əsassız olduğunu təsdiq edən sübutlar iddia ərizəsinə əlavə edilir. Səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib olunmuş 07.11.2019-cu il tarixli, **********178520 saylı akt iddiaçıya (vergi ödəyicisinə) 11.12.2019-cu il tarixdə təqdim edilmişdir. Bu hal isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.4. maddəsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.4. maddəsinə əsasən vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Bundan əlavə Səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib olunmuş 07.11,2019-cu il tarixli, **********178520 saylı akt xeyli sayda uyğunsuzluqlarla tərtib edilmişdir, aktın 8-ci vərəqində ümumiyyətlə iddiaçıya aid olmayan 57208,98 manat ƏDV məbləği qeyd edilmişdir. Səyyar vergi yoxlaması 07.05.2018-ci il tarixdə başlamışdır və səyyar vergi yoxlaması müddəti 3 dəfə uzadılmış, səyyar vergi yoxlaması 10 dəfə müvəqqəti dayandırılmışdır və bu uzaldılmaların və dayandırılmaların səbəbi cavabdehə bildirilməmişdir. Səyyar vergi yoxlaması üzrə 2 dəfə ekspertiza təyin edilmişdir, lakin ekspert rəyləri səyyar vergi yoxlaması aktında öz əksini tapmamışdır. Qeyd olunan və sair qanun pozuntuları ilə tərtib edilmiş akt qeyd etdikləri kimi 11.12.2019-cu il tarixdə təqdim edilməsinə baxmayaraq vergi məcəlləsi ilə müəyyən edilmiş müddətlər gözlənilmədən iddiaçının elektron kabinetinə 20.12.2019-il tarixli **********195106 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar yerləşdirilmişdir. Qərar ilə iddiaçı: 2017-ci il üçün mənfəət vergisi üzrə 369290,45 manat vergi məbləği və 184645,23 manat maliyyə sanksiyası; 2017-ci il üzrə ƏDV-yə görə 61838.99 manat vergi məbləği və 36319,46 manat maliyyə sanksiyası; 2017-ci il üçün ödəmə mənbəyindən tutulan vergiyə görə 4818,80 manat vergi məbləği və 2409,40 manat maliyyə sanksiyası; 2017-ci il üçün ƏDV məbləğinin ödənilməməsinə görə 23540,31 manat maliyyə sanksiyası; 2018-ci il üçün ƏDV məbləğinin ödənilməməsinə görə 3330,00 manat maliyyə sanksiyası olmaqla cəmi 686192,64 manat vergi məsuliyyətinə cəlb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.5. maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasmı və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.6. maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. 20.12.2019-cu il tarixli **********195106 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar əsasında 46409,50 manat iddiaçının artıq ödəməsi nəzərə alınmaqla 639783,59 manat ödənilməli olan vəsaitə dair 24.12.2019-cu il tarixdə **********736800 saylı Tələbnamə təqdim edilmişdir. Tələbnamənin 24.12.2019-cu il tarixdə təqdim edilməsinə baxmayaraq 20.12.2019-cu il tarixdən iddiaçıya qanunsuz olaraq tələbnamədə qeyd olunan məbləğə faiz hesablanmaqdadır. Hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş vergi yoxlamasının nəticələri haqqında 07.11.2019-cu il tarixli, **********178520 saylı Akt etibarsız hesab edilərək, həmin Akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 20.12.2019-cu il tarixli **********195106 saylı Qərar ləğv edilməlidir və Qərar əsasında tərtib **********736800 saylı saylı Tələbnamə müvafiq olaraq etibarsız hesab edilməlidir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Baş Vergilər İdarəsinin 07.11.2019-cu il tarixli səyyar vergi yoxlamasının nəticələri haqqında **********178520 saylı Aktından görünür ki, iddiaçının mal-material silgisinin həcmini müəyyən edilmədiyinə görə mənfəət vergisi Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən hesablanmışdır. Halbuki bütün xərc sənədləri yoxlama aparan orqana təqdim edilmişdir, lakin vergi orqanı qərəzli olaraq hesablama metodu ilə tərtib edilmiş xərc sənədlərini nəzərə almadan iddiaçının mənfəət vergisini Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən hesablamışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 73.2-ci bəndinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştrak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə iddiaçının iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, vergi orqanının 04.05.2018-ci il tarixli **********149786 nömrəli qərarına əsasən iddiaçıda 01.11.2016-cı il tarixdən 01.04.2018-ci il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar yoxlaması təyin edilmiş və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi üçün iddiaçıya 07.05.2018-ci il tarixli **********149969 nömrəli Tələbnamə verilmişdir. Yoxlanılan 01.11.2016-cı il tarixdən 01.04.2018-ci il tarixədək olan dövr üçün 2017-ci il təqdim edilmiş mənfəət vergisi bəyannaməsində dövriyyə məbləği forma-2 hesabatlarından olan dövriyyə məbləğindən 714.730,73 manat az göstərildiyi müəyyən edilmişdir. Xərc məbləğərini müəyyən etmək mümkün olmadığından Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən müvafiq hesablama verilmişdir. Belə ki, yoxlanılan dövr ərzində 11.988.643,97 manat (ƏDV-siz) (14.146.599,88 manat ƏDV ilə) dəyərində görülmüş tikinti işlərinin 7.132.293,0 manat dəyərində olan hissəsi subpodrat təşkilatlar tərəfindən, qalan 4.856.350,97 manat dəyərində olan hissəsi isə müəssisə tərəfindən yerinə yetirilmişdir. Subpodrat təşkilatlar tərəfindən görüləcək tikinti işləri üçün mal-materiallar İddiaçı MMC tərəfindən təmin edilmiş, lakin subpodrat təşkilatların gördüyü işlərin tərkibində mal- material silgisinin həcmini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda bilavasitə malların təqdim edilməsi ilə bağlı digər xərcləri təsdiq edən sənədlərin bir qismi yoxlamaya təqdim edilmişdir. Belə ki, 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 221.15ci, yəni “sair xərclər” sətrində göstərilən 3.969.767,79 manat xərcin 2.262.950,60 manatının xidməti müqavilə əsasında xidmət göstərən fiziki şəxlərə edilmiş ödəmələr təşkil etməsinə baxmayaraq, yerdə qalan 1.706.817,19 manat xərc məbləğlərini təsdiq edən sənədlərin yoxlamaya təqdim edilməsi təmin edilməmişdir. Göstərilənlərə əsasən mənfəət vergisi NK-nın 55 saylı Qərarına əsasən hesablanmışdır, (mənfəət vergisi bəyannaməsinin müqayisəli cədvəli əlavə olunur). Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9 maddəsini əldə rəhbər tutaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001 -ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-cü il tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət müəyyən edildi. Belə ki, 2014cü il sahibkarlıq fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti bu qaydaların 6.1.1 bəndinə əsasən aşağıdakı düsturla hesablandı. M1 = (_ıG1/(100+R))x R Burada: M1- vergi ödəyicisinin mənfəəti G1- vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - şərti rentabellik normasıdır (20%) Beləliklə: (11.647.600,0 /(100+20)) x 20 = 1.941.266,67 manat mənfəət müəyyən edildi. G1= 11.647.600,0 Yoxlama zamanı müəssisənin 2017-ci il dövrü üzrə müəyyən edilmiş 1.941.266,67 manat mənfəətdən 388.253,33 manat məbləğində mənfəət vergisi hesablandı. Yoxlama ilə 259.290,45 manat məbləğində əlavə mənfəət vergisi hesablanır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nibətən 369.290,45 manat azaldılmasına görə 50% miqdarında, yəni 184.645,23 manat maliyyə məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Əlavə dəyər vergisinin hesablanması barədə: Müəssisə tərəfindən təqdim edilmiş forma-2 -lərdə 2017-ci il üzrə dövriyyə məbləği 11647650,2 manat olmasına baxmayaraq, müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində 11.583.275,7 manat dövriyyə məbləği göstərilmiş, nəticədə 64.374,40 manat dövriyyə fərqi yaranmışdır. Yaranmış dövriyyə fərqi 2017-ci ilin dekabr ayı üzrə ƏDV-yə cəlb edilmişdir. Müəssisə tərəfindən oktyabr 2017-ci il dövrü üzrə əvəzləşdirilmiş "xxxx" MMC-dən alınmış 30.10.2017-ci il tarixli HQ seriyalı 153432 nömrəli VHF-ya əsasən malın dəyəri, yəni 3000,0 manat ödənilmədiyindən 540,0 manat ƏDV məbləği ləğv edilmişdir. Eyni zamanda HO seriyalı 553603 seriyalı VHF-ya əsasən əvəzləşdirmə iyun 2017 dövrdə nəzərə alınsa da, iyul ayında əvəzləşdirilməli olduğundan qeyd edilən məbləğ yoxlama ilə iyul ayında əvəzləşdirilmişdir. Müəssisə tərəfindən avqust ayı ərzində "xxxx" MMC-dən (VÖEN ********* ) alınmış HP seriyalı 380617 nömrəli VHF üzrə 216,60 manat ƏDV məbləği, “xxxx" MMC-dən (VÖEN ********** ) alınmış HP seriyalı 346650 nömrəli VHF üzrə 543,31 manat ƏDV məbləği, HP seriyalı 346651 nömrəli VHF üzrə 1750,97 manat ƏDV məbləği, xxxx MMC-dən (VÖEN **********) alınmış HP seriyalı 360863 nömrəli VHF üzrə 188,06 manat ƏDV məbləği, “xxxx” MMC-dən (**********) alınmış HP seriyalı 249042 nömrəli 720,0 manat ƏDV məbləği avqust ayında ödənilmədiyindən qeyd edilən məbləğlər avqust ayı 2017-ci il dövrü üzrə təqdim edilmiş ƏDV bəyannaməsindən çıxarılaraq, yoxlanılan dövrün sonuncu ƏDV bəyannaməsinə, yəni mart 2018-ci il dövrü üzrə nəzərə alınmışdır. Avqust ayı ərzində "xxxx" MMC-dən (VÖEN ********** ) alınmış HP seriyalı 296840 nömrəli VHF üzrə 1719,84 manat ƏDV məbləği, HP seriyalı 346651 nömrəli VHF üzrə 522.07 manat ƏDV məbləği ödənilmədiyindən bu vergi-hesab fakturaları üzrə əvəzləşdirmə məbləğləri ləğv edilmişdir. Eyni zamanda avqust 2017-ci il dövrü üzrə “Əlavə dəyər vergisinin bəyannaməsi”nin idxalda ƏDV-yə cəlb olunmuş mallara (işlərə, xidmətlərə) görə ödənilmiş 184.743,53 manat məbləğ hesabat dövrü ərzində müəssisə tərəfindən idxal edilmiş mallar (işlər, xidmətlər) barədə Vergilər Nazirliyinin məlumat bazasında olan məbləğdən 5.433,66 manat az əks etdirilmişdir. Qeyd edilən məbləğ yoxlama ilə bərpa edilmişdir. Eyni zamanda müəssisə tərəfindən oktyabr ayı ərzində "xxxx" MMC-dən VÖEN ********** ) alınmış HP seriyalı 518447 nömrəli VHF üzrə 12,95 manat ƏDV məbləği, "xxxx" MMC-dən (VÖEN **********) HO seriyalı 934280 nömrəli VHF üzrə 411,13 manat ƏDV məbləği, “xxxx” MMC-dən (VÖEN **********) alınmış HQ seriyalı 186649 nömrəli VHF üzrə 1900.26 manat ƏDV məbləği, HQ seriyalı 186780 nömrəli VHF üzrə 2361,09 manat ƏDV məbləği, HP seriyalı 946609 nömrəli VHF üzrə alınmış 1222.21 manat ƏDV məbləği, HQ seriyalı 186834 nömrəli VHF üzrə 341.02 manat ƏDV məbləği, HP seriyalı 946610 nömrəli VHF üzrə 738,98 manat ƏDV məbləği , VELİEV" MMC-dən (VÖEN **********) alınmış HQ seriyalı 192887 nömrəli VHF üzrə 5940,0 manat ƏDV məbləği, “xxxx” MMC-dən (VÖEN **********) alınmış HP seriyalı 296021 nömrəli VHF üzrə 16912,23 manat ƏDV məbləği, “xxxx" MMC-dən (VÖEN **********) alınmış HP seriyalı 575449 nömrəli VHF üzrə 360,0 manat ƏDV məbləği , “xxxx" MMC-dən (VÖEN **********) alınmış HP seriyalı 003582 nömrəli VHF üzrə 5495,85 manat ƏDV məbləği, "xxxx" MMC- dən (VÖEN **********) HP seriyalı 836668 nömrəli VHF üzrə 84,43 manat ƏDV məbləği, fiziki şəxs X1 (VÖEN **********) alınmış HP seriyalı 975619 1HF üzrə 900,0 manat ƏDV məbləği oktyabr ayında ödənilmədiyindən qeyd edilən məbləğlər oktyabr ayı 2017-ci il dövrü üzrə təqdim edilmiş ƏDV bəyannaməsindən çıxarılaraq, yoxlanılan dövrün sonuncu ƏDV bəyannaməsinə, yəni mart 2018-ci il dövrü üzrə nəzərə alınmışdır. Oktyabr ayı ərzində "xxxx" MMC-dən (VÖEN **********) HO seriyalı 934280 nömrəli VHF üzrə 148,68 manat ƏDV məbləği, “xxxx” MMC-dən (VÖEN **********) alınmış HQ seriyalı 186649 nömrəli VHF üzrə 1609,74 manat ƏDV məbləği , HP seriyalı 946609 nömrəli VHF üzrə alınmış 578,00 manat ƏDV məbləği, “xxxx” MMC-dən (VÖEN **********) alınmış HP seriyalı 815498 nömrəli VHF üzrə 6426,22 manat ƏDV məbləği ödənilmədiyindən bu vergi-hesab fakturaları üzrə əvəzləşdirmə məbləğləri ləğv edilmişdir. Müəssisə tərəfindən noyabr ayı ərzində "xxxx" ASC-dən (VÖEN **********) alınmış HQ seriyalı 420642 nömrəli VHF üzrə 244,96 manat ƏDV məbləği, HQ seriyalı 420641 nömrəli VHF üzrə 1631,08 manat ƏDV məbləği, HQ seriyalı 420648 nömrəli VHF jzrə 1023,43 manat ƏDV məbləği, HQ seriyalı 420645 nömrəli VHF üzrə 1600,64 manat ƏDV məbləği noyabr ayında ödənilmədiyindən qeyd edilən məbləğlər noyabr ayı 2017-ci il dövrü üzrə təqdim edilmiş ƏDV bəyannaməsindən çıxarılaraq, yoxlanılan dövrün sonuncu ƏDV bəyannaməsinə, yəni mart 2018-ci il dövrü üzrə nəzərə alınmışdır. Beləliklə, yoxlanılan dövr üzrə aylar üzrə 72.638,92 manat ƏDV məbləğinin azaldıldığı, 57.208.98 manat artıq hesablandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən aylar üzrə azaldılmış ƏDV məbləğinə 50% miqdarında, yəni 36.319,46 manat maliyyə məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən müəssisə tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə müəssisəyə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 40597,66 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Ödəmə mənbəyində tutulan verginin hesablanması barədə: 05.07.2019-cu il tarixli ekspert rəyinə əsasən yoxlanılan 01.11.2016-cı il tarixdən 01.04.2018-ci il tarixədək olan dövr üzrə forma-2-lər üzrə əmək haqqının 2.359.210,0 manat olduğu göstərilmişdir. Bəyannamələrdə göstərilmiş 61.840,0 manat əmək haqqı, eyni zamanda fiziki şəxslərə müəssisə tərəfindən ödənilmiş 2.262.950,0 manat dəyərində xidmət haqqı çıxıldıqda (2.359.210,0-61.840,0 -2.262.950,0=) 34.420,0 manat vergiyə cəlb edilməmiş əmək haqqı 14% həcmində vergiyə cəlb edildikdə 4.818,80 manat əlavə vergi hesablanır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli elan məbləğinə nisbətən 4.818,80 manat azaldılmasına görə 50% miqdarında, yəni 2.409,40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Səyyar vergi yoxlamasının nəticələri 07.11.2019-cu il tarixli **********178520 nömrəli aktla rəsmiləşdirilmiş və Səyyar vergi yoxlaması aktı 12.11.2019-cu il tarixdə müəssisənin faktiki ünvanına poçt vasitəsilə göndərilmişdir. Keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması aktının vergi ödəyicisi tərəfindən imzalanmamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim edilməsi üçün Vergi Məcəlləsinin 39.5-ci maddəsinə uyğun olaraq 06.12.2019-cu il tarixli **********996100 nömrəli məktubla müəssisənin direktorunun və ya nümayəndəsinin şəxsiyyətini təsdiq edən vəsiqəsinin surəti və səlahiyyətlərini təsdiq edən etibarnamə ilə birlikdə iştirakı məqsədilə 11.12.2019-cu il tarixdə vergi orqanına dəvət edilmişdir.11.12.2019-cu il tarixdə aktın müzakirəsi ilə bağlı müəssisənin direktoru X3 iştirakı təmin edilmiş, müvafiq olaraq 11.12.2019-cu il tarixli **********264000 saylı protokol tərtib edilmişdir. Protokoldan göründüyü kimi müəssisənin direktoru Z.Y.Səmədov tərəfindən səyyar vergi yoxlaması aktında yazılmış kənarlaşmalarla bağlı heç bir təsdiqedici sənəd yoxlamaya təqdim edilməmişdir.(protokol əlavə edilir). Eyni zamanda 11.12.2019-cu il tarixdə (12.11.2019-cu il tarixdə poçt vasitəsilə göndərilmiş olan) yoxlama aktının 1 nüsxəsi əlbəəl olaraq müəssisənin rəhbərinə təqdim edilmişdir. Keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi üçün Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılması məqsədilə 11,12.2019-cu il tarixli **********865100 nömrəli məktubla müəssisənin direktorunun və ya nümayəndəsinin şəxsiyyətini təsdiq edən vəsiqənin surəti və səlahiyyətlərini təsdiq edən etibarnamə ilə birlikdə iştirakı üçün 16.12.2019-cu il tarixdə vergi orqanına dəvət edilmişdir. 16.12.2019-cu il tarixdə müəssisənin direktoru X3 iştirakı təmin edilmiş, Z.Y.Səmədov tərəfindən yazılı surətdə etiraz bildirilməsinə baxmayaraq, əsaslı sübut və dəlillər gətirilməmişdir. Qeyd olunan akta əsasən “Vergi ödəyicisinin vergi aanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 20.12.2019-cu il tarixli **********195106 nömrəli Qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 61.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqa zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyi, habelə vergi orqanlarının vəzifəli şəxslərinin və digər işçilərinin öz vəzifələrini icra etdikdə, onların hüquqa zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyinə, həmçinin bunların nəticəsində vergi ödəyicilərinə dəymiş zərərə görə vergi orqanları və vergi orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən vergi ödəyicilərinə bu Məcəllənin 61.1-ci maddəsində göstərilən hərəkətlər (qərarlar) və ya hərəkətsizlik nəticəsində dəymiş zərər məhkəmənin qərarına əsasən ödənilir. Vergi orqanları tərəfindən düzgün tutulmayan vergi, maliyyə sanksiyaları, faizlər və inzibati cərimələrin məbləğləri, vergilər üzrə borclar olmadıqda, bu Məcəllədə başqa hallar nəzərdə tutulmadıqda vergi ödəyicisinin müraciətinə əsasən 45 gün müddətində geri qaytarılmalıdır və ya gələcək ödənişlərin hesabına aid edilə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 77.4-cü maddəsinə əsasən vergi öhdəliyinə aşağıdakı hallarda xitam verilmiş hesab olunur: 1) verginin ödənilməsi; 2) verginin ödənilməsi öhdəliyinin xitam verilməsi vergilər haqqında qanunvericiliyə müvafiq olaraq ortaya çıxan hallarda, habelə qanun əsasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar silindikdə; 3) vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə. Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir; 4) bu Məcəlləyə müvafiq olaraq ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) tərəfindən büdcə ilə (büdcədənkənar fondlarla) bütün hesablaşmalar aparıldıqdan sonra vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə; 5). Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müflis olması nəticəsində ləğv edilmiş borclu vergi ödəyicisinin məhkəmənin qərarı ilə ödənilməsindən imtina edilmiş tələblər ləğv edilmiş sayıldıqda. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Həmin Məcəllənin 83.4-cu maddəsinə əsasən bu Məcəlləyə müvafiq olaraq verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsində, yaxud əvvəllər verginin hesablanmasında səhv olunduğunu müəyyən edildiyi hallarda, vergi orqanı qanunvericiliyə uyğun vergiləri hesablayır və sonra bu Məcəllənin 84-cü maddəsinə uyğun olaraq verginin hesablanmasına dair bildirişi 5 iş günü müddətində vergi ödəyicisinə göndərir. Vergi orqanı bu Məcəllənin 85-ci maddəsində göstərilən müddət başa çatanadək vergi məbləğini qanunvericiliklə müəyyən edilmiş qaydada hesablaya və ya əvvələr hesablanmış vergi məbləğinə düzəliş edə bilər. Həmin Məcəllənin 94.0-cü maddəsinə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda:1) vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 2) vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən iddiaçıya 1) 369.290,45 manat mənfəət vergisi 2) 15.429,94 manat ƏDV 3) 4.818,80 manat ÖMV və 4) ƏDV-nin 50 faizi miqdarında 26.873,31 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunanları dəqiqləşdirmək məqsədi ilə məhkəmə tərəfindən 2 dəfə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsinə baxmayaraq, verilmiş rəylərə əsasən vergi borcunun dəqiqliyini müəyyən etmək mümkün olmamışdır. Buna görədə tərəflərin məhkəməyə təqdim etdiyi sənədlər əsasında iddia tələbinə baxılıb hüquqi qiymət verilməsi məqsədə müvafiq hesab edilmişdir. Vergi orqanı tərəfindən hesablanmış mənfəət vergisi ilə əlaqədar məhkəmə hesab edir ki, 2017-ci il üzrə dövriyyə məbləğini forma-2 hesabatlarında olan dövriyyə məbləğindən 714.730,73 manat az göstərilməsi, eyni zamanda bəyan edilmiş xərclən təsdiq edən sənədlərin yoxlamaya tam təqdim edilməməsi səbəbindən şərti rentabellik norması nəzərə alınmaqla 359.290,45 manat (10.932.869,27+714.730,73)/6x20%- 18.962,88) mənfəət vergisi hesablanması qanuni olmuşdur. Vergi orqanı tərəfindən hesablanmış ƏDV üzrə məhkəmə qeyd etməyi zəruri bilir ki, müəssisə tərəfindən təqdim edilmiş forma-2 -lərdə 2017-ci il üzrə dövriyyə məbləği 11647650,2 manat olmasına baxmayaraq, müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində 11.583.275,7 manat dövriyyə məbləği göstərilmiş, nəticədə 64.374,40 manat dövriyyə fərqi yaranmışdır. Bundan başqa müəssisə tərəfindən ƏDVnin əvəzləşdirilməsi bəyan edilən elektron vergi qaimələrinin bir hissəsinin ləğv edilməsi səbəbindən həmin mallar üzrə ƏDV-nin əvəzləşdirilməsi mümkün deyil. Buna görədə məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən hesablanmış ƏDV qanuni olmuşdur. Vergi orqanı tərəfindən hesablanmış ÖMV ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, əmək haqqı ilə bağlı vergi ödəyicisi tərəfindən bəyamnamələrdə 61.840 manat əmək haqqının ödənilməsi göstərilmiş, lakin forma 2 sənədi üzrə əmək haqqının 2.359.210 manat olduğu və müəssisə tərəfindən fiziki şəxslərə 2.262.950 manat xidmət haqqının ödənilməsi öz əksini tapmışdır. Belə olduğu tədqirdə vergi ödəyicisi tərəfindən (2.359.210-61.840-2.262.950=) 34.420 manat vergiyə cəlb edilməmiş məbləğin olması müəyyən edilmişdir. Ona görədə məhkəmə hesab edir ki, 34.420 manat pulun 14% məbləğində 4.818.80 manat əlavə vergi hesablanması qanuna uyğundur. Vergi orqanı tərəfindən Mənfəət vergisi, ƏDV və ÖMV üzrə hesablanmış maliyyə sanksiyası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən düzgün hesablanmışdır. Göründüyü kimi, vergi orqanı tərəfindən iddiaçının vergi borcu şəxsi hesab vərəqəsinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və bu hərəkətlərin həyata keçirilməsi zamanı vergi orqanı tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Beləliklə iddianın təmin olunması üçün hər hansı bir əsas müəyyən olunmur və iddia əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin 04.05.2018-ci il tarixli, **********149786 saylı qərarına əsasən İddiaçı üzrə aparılmış səyyar vergi yoxlaması üzrə 07.11.2019-cu il tarixli, **********178520 saylı Aktın, **********736800 saylı Tələbnamənin etibarsız hesab edilməsinə və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 20.12.2019-cu il tarixli **********195106 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-81/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-81/2021
18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver