Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-81/2022 05.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Aytəkin Ramiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 və üçüncü şəxs X1 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı cavabdehlə İddiaçı MMC arasında bağlanan 25.12.2020-ci il tarixli 164/144 nömrəli icarə müqaviləsi əsasında İddiaçının icarəsinə verilmiş Quba rayonu, İİ Nügədi kəndi ərazisində yerləşən “Bulaqdərə” su anbarına məxsus və döngə nöqtələrinin koordinatları iddia ərizəsinə əlavə olunan 14,86 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin Hüquqlarının Dövlət Reyestrində qeydiyyatına alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsini təmin etmək vəzifəsi qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə İddiaçı MMC arasında bağlanan 25.12.2020-ci il tarixli 164/144 nömrəli icarə müqaviləsi əsasında İddiaçının icarəsinə verilmiş Quba rayonu, İİ Nügədi kəndi ərazisində yerləşən “Bulaqdərə” su anbarına məxsus və döngə nöqtələrinin koordinatları iddia ərizəsinə əlavə olunan 14,86 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin Hüquqlarının Dövlət Reyestrində qeydiyyatına alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsini təmin etmək vəzifəsi qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 17 may 2021-ci il tarixli qərardadı ilə X6 və X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X9 İdarəsinin balansında olan Quba rayonu, İİ Nügədi kəndi ərazisində yerləşən “Bulaqdərə” su anbarına məxsus və döngə nöqtələrinin koordinatları iddia ərizəsinə əlavə olunan 14,86 ha torpaq sahəsi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin razılığı və Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı MMC arasında bağlanan 25.12.2020-ci il tarixli 164/144 saylı icarə müqaviləsi əsasında iddiaçıya verilmişdir. İddiaçı həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İddiaçı cavabdehə 23.02.2021-ci il tarixli məktubla müraciət edərək istinad olunan icarə müqaviləsi əsasında icarə hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və iddiaçının müraciətinə cavab verməmişdir. Məhkəmə 02 iyul 2021-ci il tarixdə məktubla Əmlak Məsələləri Dövlət Xİdməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə və Azərbaycan Respublikası Ekologiya Nazirliyi "xxxx" MMC-yə müraciət edərək iş üzrə mübahisəli torpaq sahəsinin koordinatları ilə bağlı məsələni araşdırmaq və iddiaçı ilə üçüncü şəxs L.Xəlfəyevanın istinad etdikləri sənədlərə əsasən müvafiq torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək üçün mütəxəssis rəyinin verilməsini xahiş etmişdir. "xxxx" MMC-nin 13.09.2021-ci il tarixli 28/62 saylı məktubla ünvanladığı mütəxəssis rəyindən görünür ki, İddiaçı MMC ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanan 25.12.2020-ci il tarixli 164/144 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş 14,86 ha torpaq sahəsinin 42) X=296878.0332; Y=4575606.3837 və 46) X=296873.6241; Y=4575508.6765 döngə nöqtələrinin birləşdirdiyi xətlər üzrə, X3 verilmiş 26.04.2021-ci il tarixli **********94 saylı torpaq sahəsinin plan və ölçüsündə verilmiş 1,0 ha torpaq sahəsinin 5) X=296913.1148: Y=4575533.3465 və 6) X=296866.3781; Y=4575639.2782 döngə nöqtələrinin birləşdirdiyi xətlər üzrə kəsişdiyi hissədə 0.14 ha torpaq sahəsi üst-üstə düşür. İddiaçının icarəsində olan torpaq sahələrinin koordinatları iddia ərizəsinə əlavə olunan koordinatlarta uyğundur. İddiaçının icarəsində olan 14,86 ha torpaq sahəsi “Bulaqdərə” su anbarı ərazisinə aiddir. Üçüncü şəxs L.Xəlfəyevanın mülkiyyətində olan 1,001 ha torpaq sahəsinin 0.14 ha torpaq sahəsinin ən yaxın döngə nöqtələri 5) X=296913.1148: Y=4575533.3465 - 52 metr və 6) X=296866.3781; Y=4575639.2782 – 87 metr məsafədə olaraq gölün kənarında yerləşmir. "xxxx" MMC–nin 16.02.2022-ci il tarixli məktubu ilə məhkməyə ünvanlanmış mütəxəssis rəyindən görünür ki, İddiaçı MMC ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanan 25.12.2020-ci il tarixli 164/144 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş 14,86 ha torpaq sahəsinin koordinatları ilə üçüncü şəxs X5ən mnülkiyyətində olan 1,001 ha torpaq sahəsinin kkordinatları üst-üstə düşmür. İddiaçının icarəsində olan torpaq sahələrinin koordinatları iddia ərizəsinə əlavə olunan koordinatlarta uyğundur. İddiaçının icarəsində olan 14,86 ha torpaq sahəsi “Bulaqdərə” su anbarının ərazisinə aiddir və DƏDRX-nun 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 13,4915 ha hissəsinə **********75 reyestr nömrəli çıxarış verilmişdir. Üçüncü şəxs L.Xəlfəyevanın mülkiyyətində olan 1,0 ha torpaq sahəsi “Bulaqdərə” su anbarının ərazisinə aid deyil və göl kənarında yerləşmir. Hazırda iddiaçının nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək mübahisənin nizama salındığını və cavabdeh tərəfindən iddiaçının tələbinin əsasən təmin olunduğunu bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Ərizəyə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 08.12.2021-ci il tarixli **********75 reyestr saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba rayonu İkinci Nügədi kəndində yerləşən 13,4915 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin icarə hüquqları qeydə alınmışdır. Yüklülüyün müddəti 25.12.2020-ci il tarixdən 25.12.2022-ci il tarixədək təşkil edir. Cavabdehin nümayəndəsi X8 iddiaçının icarə hüququnun qeydə alındığını və müvafiq çıxarışın verildiyini təsdiq etdi və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Üçüncü şəxs X1 vəkili Vəkil2 iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən fərqli rəylər verilidiyini iddia tələbində mübahisəli torpaq sahəsinin 14.86 ha olduğu halda 13,4915 ha torpaq sahəsi üzərində hüquqların qeydə alındığını və iş üzrə ekspertiza təyin olunması barədə vəsatət verəcəyini bildirərək işə baxılmasını təxirə salınmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəlləsinin 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının tələbi Əmlak Məsələləri Dövlət Xidməti ilə arasında bağlanmış icarə müqaviləsi əsasında 14,86 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınmasından ibarət olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında mübahisə məhkəmədən kənar qaydada nizama salınmışdır və həmin torpaq sahəsinin 13,4915 ha hissəsi üzərində iddiaçının icarə hüququ qeydə alınaraq iddiaçıya daşınmaz əmlakın dovlət reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir. İddiaçı mübahisənin bu cür nizama salınması ilə razılaşaraq mübahisənin həll edilmiş sayılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə öz həllini tapdığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı cavabdehlə İddiaçı MMC arasında bağlanan 25.12.2020-ci il tarixli 164/144 nömrəli icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş Quba rayonu, İİ Nügədi kəndi ərazisində yerləşən “Bulaqdərə” su anbarına məxsus və döngə nöqtələrinin koordinatları iddia ərizəsinə əlavə olunan 14,86 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsini təmin etmək vəzifəsi qoyulması tələbinə dair iddiası üzrə icraata iddiaçının hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi **********75, Qeydiyyat nömrəsi **********) 13,4915 ha torpaq sahəsinə çıxarışın verilməsi nəzərə alınaraq xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-81/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-81/2022
05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver