Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-813/2022 05.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, Vüsal Xəlilov küçəsi 16 saylı fərdi yaşayış evinin altında yerləşən 165.8 kv.m olan torpaq sahəsinin dövlət reyestr qeydiyyatına alınması və adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 539/2021 nömrəli 17.05.2021-ci il tarixli qərarı ilə onun Abşeron rayonu Xırdalan Bələdiyyəsinə qarşı iddiası təmin etmiş, Abşeron rayonu, Xıradalan şəhəri, Quşçuluq yaşayış massivi, Vüsal Xəlilov küçəsi 16 saylı fərdi yaşayış evinin altındakı 165.8 kvadrat metr torpaq sahəsinin iddiaçının adına sənələşdirilməsi (yəni torpaq sahəsinin ayrılması) vəzifəsi cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəsini almış və icraya yönəlidilmişdir. Abşeron rayonu Xırdalan Bələdiyyəsi 29.09.2021-ci il tarixli, 05 saylı qərarı ilə Sumqayıt İnzibati məhkəməsinin 17.05.2021-ci il tarixli,2-1(118)-539/2021 nömrəli qərarına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Vüsal Xəlilov küçəsi,16 saylı fərdi yaşayış evinin altındakı 165.8 kv.m torpaq sahəsi faktiki istifadəçisi olan İddiaçı əvəzsiz verilmişdir . Həmin Qərardan çıxarış hazırkı iş üzrə cavabdehə rəsmi təqdim edilmiş, lakin cavabdeh- DƏDRX-in 4 saylı Abşeron ərazi idarəsi 26.11.2021-ci il tarixli, **********33 saylı məktubla ona imtina vermişdir. Cavabdehin imtina məktubunu 29.11.2021 -ci ildə almışdır. Aşağıda göstərdiyi səbəb və əsaslara görə cavabdehin üzərinə Abşeron rayon Xırdalan şəhəri, Quşçuluq yaçayış massivi Vüsal Xəlilov küçəsi 16 saylı fərdi yaşyış evinin altındakı 165.8kv.m.torpaq sahəsinin adına qeydiyyata alıması öhdəliyinin qoyulması barədə qərar qəbul etməyi xahiş edir. Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş 08.01.2020-ci il tarixdə arayışa əsasən faktiki istifadəsində olan torpaq sahəsi Abşeron rayonu “Quşçuluq” yaşayış sahəsi ərazisndə yerləşir. Abşeron Rayon İcra Hakimiyyəti başçısın 27.03.1997-ci il tarixli qərarı ilə Abşeron rayonu, Quşçuluq massivi ərazisində tikilmiş fərdi evlərə texniki pasport və qeydiyyat vəsiqəsi verilməsi müvafiq orqanlarının üzərinə qoyulmuşdur. Beləliklə həmin torpaq sahəsi rayon İHB-nın həmin qərarı ilə dövlət balansından çıxarılmış və çıxarışların verilməsi isə müvafiq orqanlara həvalə edilmişdir. Bundan başqa, fərdi yaşayış fonduna daxil olan həmin yaşayış evinin texniki pasportu 1989-cu ildə tərtib edilmişdir. Həmin texiniki sənəddən görünür ki, evin ümumi sahəsi 81 kv.m, torpaq sahəsi isə 165.8 kv.m-dir Bundan başqa, cavabdehin 120 saylı, 21.02.2020- ci il tarixli vət.İddiaçı adına verilmiş ararışdan görünür ki, Abşeron rayonu, Quşçuluq yaşayış sahəsidə yerləşən fərdi yaşayış evinə dair texniki pasport aşkar edilmişdir. Ev 1989-cu ildə inşa edilmiş, qaz və işiq xəttləri zonasında yerləşmir. Cavabdehin imtina məktubundan görünür ki, idarə özünü Xırdalan Bələdiyyəsinin nümayəndəsi kimi təqdim edir. Halbuki qanunvercilikdə DƏDRX-nin müfəssəl səlahiyyəti müəyyən edilərək göstərilmişdir. DƏDRX əmlakı dövlət qeydiyyatına alır və ya almır. Toraq sahəsinin kimə aid olması, hər hansı yolla mülkiyyətə keçməsi DƏDRX-in səlhiyyətlərindən kənardır. Bu sahədə ayrıca normativ aktlar, qanunlar, təlimatlar vardır. DƏDRX-in məhkəmə qərarına münasibət bildirmək, onu təfsir etmək və izah vermək səlahiyyəti də yoxdur. İmtina məktubu Daşınmaz Əmlakın X1 mahiyyət və tələblərinə tamamilə ziddir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, Vüsal Xəlilov küçəsi 16 saylı fərdi yaşayış evinin altında yerləşən 165.8 m2 olan torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2-1(118)-539/2021 saylı qərarından məlum olur ki, İddiaçı iddiası təmin edilmiş, Abşeron rayonu, Xırdalan səhəri. Quşçuluq yaşayış massivi, Vüsal Xəlilov küçəsi, 16 saylı fərdi yaşayış evinin altındakı 165.8 kv m torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi vəzifəsi cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinin üzərinə qoyulmuşdur. Göründüyü kimi 4 saylı Abşeron Ərazi İdarəsi 2- 1(118)-539/2021 saylı inzibati iş üzrə icraata cəlb edilməmiş, 17.05.2021-ci il tarixli. 2- 1(118)-539/2021 saylı qərarı ilə Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmamışdır. Əlavə olaraq bildirilir ki, müraciətə əlavə edilən Xırdalan Bələdiyyəsinin 29.09.2021-ci il tarixli, 13 saylı iclasının 05 saylı qərarından göründüyü kimi X3 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Vüsal Xəlilov küçəsi, 16 savlı fərdi yaşayış evinin altındakı 165.8 kv m torpaq sahəsini Sumqayıt İnzibati Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2-1(118)-539/2021 saylı qərarına əsasən İddiaçı verilməsini qərara almışdır. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yasayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və va icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və va müsabiqənin keçirilməsi məqsədilə (bu halda Sumqayıt İnzibati Məhkəməsinin 17.05.2021-ci il tarixli. 2-1(118)- 539/2021 saylı qərarının icrasını təmin etmək məqsədilə) torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin bas planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və va torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Müvafiq icra hakimiyyəti (Əmlak Məsələləri Dövlət Xidməti) orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin verini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı vasavıs məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı (Əmlak Məsələləri Dövlət Xidməti) yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Həmçinin, daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə keçirilən zamanı 112 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin 2 saylı otağının başqa şəxslərin istifadəsində olduğu, qalan otaqların konfiqurasiyasının dəyişdirildiyi, müvafiq icazə sənədləri alınmadan mövcud evin üzərində 2-ci (ikinci) mərtəbənin inşa edildiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 26.11.2021-ci il tarixli, **********33 nömrəli imtina məktubu, etirazı, Abşeron rayonu Xırdalan Bələdiyyəsinin 29 sentyabr 2021-ci il tarixli 13 nömrəli qərarından çıxarışın surəti, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-539/2021 nömrəli 17.05.2021-ci il tarixli qərarın surəti, Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş 08.01.2020-ci il tarixli arxiv çıxarışın surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması haqqında Abşeron rayonu Xırdalan Bələdiyyəsinin 29 sentyabr 2021-ci il tarixli 13 nömrəli qərarının verildiyi vaxtdan yaranmış olur. Cavabdeh iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 26.11.2021-ci il tarixli, **********33 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; qanuni qüvvəyə minmiş məhkəmə qərarları və s. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı Abşeron rayonu Xırdalan Bələdiyyəsinin 29 sentyabr 2021-ci il tarixli 13 nömrəli qərarına əsasən hərrac keçirilmədən əvəzsiz olaraq 165.8 m2 torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsini Xırdalan Bələdiyyəsi tərəfindən qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-539/2021 nömrəli 17.05.2021-ci il tarixli qərarına əsasən İddiaçı ayrılmış və təhvil verilmişdir. Torpaq sahəsi hal-hazırda iddiaçının faktiki istifadəsindədir. İddiaçı adına ayrılmış 165.8 m2 torpaq sahəsi üzrə yaranmış onun mülkiyyət hüquqlarını DƏDRX-də qeydə alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinasında gətirdiyi arqument aşağıdakılardan ibarətdir: 1) Abşeron rayonu Xırdalan Bələdiyyəsinin 29 sentyabr 2021-ci il tarixli 13 nömrəli qərarının qanunamüvafiq qaydada verilməməsi, 2) 112 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin 2 saylı otağının başqa şəxslərin istifadəsində olduğu, qalan otaqların konfiqurasiyasının dəyişdirildiyi, müvafiq icazə sənədləri alınmadan mövcud evin üzərində 2-ci (ikinci) mərtəbənin inşa edilməsi Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Cavabdeh təşkilatın gətirdiyi birinci arqumentə, yəni Abşeron rayonu Xırdalan Bələdiyyəsinin 29 sentyabr 2021-ci il tarixli 13 nömrəli qərarının qanunamüvafiq qaydada verilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd olunan torpaq sahəsinin bələdiyyə tərəfindən ayrılmaması ilə bağlı İddiaçı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsinin 17.05.2021-ci il tarixli qərarı ilə hüquqi qiymət verilmiş və həmin qərardan cavabdeh təşkilat olan Xırdalan Bələdiyyəsi tərəfindən apellayasiya şikayəti verilməmişdir. Qərar qanuni qüvvəsini aldıqdan sonra cavabdeh təşkilat tərəfindən qərar tam formada icra edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 17.05.2021-ci il tarixli qərarında göstərilmşdir ki, “ Cavabdeh təşkilatının özünündə istinad etdiyi 29 iyun 2001-ci ildə qüvvəyə minmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən müvafiq ərazi üzrə 5 ildən artıq yaşayan şəxslərə torpaq sahəsi ayrılan zaman torpaq sahəsinin məhz açıq hərrac vasitəsi ilə satılması məcburi deyil. Yəni qeyd olunan maddənin tələbləri baxımından torpaq sahəsinin yerləşdiyi ərazidə 5 ildən artıq yaşayan şəxslər açıq hərrac keçirilmədəndə torpaq sahəsini əldə edə bilərlər. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı 5 ildən artıq müddətdir ki, qeyd olunan ərazinin sakinidir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilat verdiyi imtinası bu hissədə əsassızdır. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 10-cu və 22-ci bəndlərinə məhkəmə tərəfindən istinad olunaraq, hesab olunur ki, mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyət hüququna dair çıxarışının Xırdalan Bələdiyyəsinin adına olmamasına dair gətirdiyi arqumentdə əsassızdır. Belə ki, qeyd olunan Əsasnamənin 22-ci bəndinə əsasən yalnız hərraca çıxarılan torpaq sahələrinə dair bələdiyyələr tərəfindən mülkiyyət hüququna dair çıxarışın alınması zəruridir. İddiaçı sahibliyində olan fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin ayrılmasından ötrü hərracın keçirilməsinə zərurət olmadığına görə hesab olunur ki, Xırdalan Bələdiyyəsi torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnu qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması imperativ xarakter daşımır.” Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Kostitusiyasının tələblərinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı bütün fiziki və hüquqi şəxslər tərəfindən icra edilməlidir və hamı üçün məcburi xarakter daşıyır. Ona görə məhkəmə hesab edir ki, DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında ayrılmış torpaq sahəsininin üzərində mülkiyyət hüqüqunun dövlət qeydiyyatına alınması üçün gətirdiyi arqument əsassızdır. Cavabdeh təşkilatın imtinasında gətirdiyi ikinci arqumentə, yəni 112 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin 2 saylı otağının başqa şəxslərin istifadəsində olduğu, qalan otaqların konfiqurasiyasının dəyişdirildiyi, müvafiq icazə sənədləri alınmadan mövcud evin üzərində 2-ci (ikinci) mərtəbənin inşa edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisə predmeti həmin fərdi yaşayış evinin altındakı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar olduğundan, cavabdeh tərəfindən bu səpkidə gətirilən arqument də əsassızdır. Göründüyü kimi cavabdeh tərəfindən mübahisə predmeti olan torpaq sahəsini iddiaçının adına rəsmiləşdirmək üçün yuxarıda göstərilmiş bütün normativ hüquqi aktların tələblərinə cavab verməsinə baxmayaraq İddiaçı tələbinin təmin edilməsindən imtinası qanunsuz olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, Vüsal Xəlilov küçəsi 16 saylı fərdi yaşayış evinin altında yerləşən 165.8 m2 torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi Cavabdehnə həvalə olunsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-813/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-813/2022
05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver