Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-813/2024 13.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X9 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “ona məxsus ünvan 1 ünvanında faktiki yaşamayan və istifadə hüququ olmayan X19, X23, X24, X20, X13, X21, X5, X14 və X10 həmin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Abşeron rayonu, Ceyranbatan qəsəbəsi Nizami küçəsi (əvvəlki adı Lenin küçəsi), 5 mərtəbəli, 6 girişli, 70 mənzilli, 4 nömrəli evin 2 saylı mənzilində faktiki yaşamayan və istifadə hüququ olmayan X9, X15, X16, X11, X6, X12, X2, X7 və X10 həmin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(118)-4013/2023 saylı Qərardadı ilə X19, X23, X24, X13, X5, X14, X22 zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Abşeron rayonu X37 Deputatlar Soveti tərəfindən verilmi 22 iyun 1979-cu il tarixli 167 saylı orderə əsasən, ünvan 2 ünvanında yerləşən sahəsi 28.45 kv.m olan 2 otaqlı 2 saylı mənzil 3 nəfər ailə üzvü üçün İddiaçı verilmişdir. Sözügedən mənzil İddiaçı məxsusdur. Mənzildə qeydiyyatda olan X19, X23, X24, X20, X13, X21, X5, X14 və X1 İddiaçı tanımadığı şəxslərdi. Onların sözü gedən mənzilə heç bir bağlılıqları yoxdur. Ümumiyyətlə bu şəxslər sözü gedən mənzildə yaşamırlar. Lakin formal olaraq mənzilin pasport qeydiyyatında qalırlar. X19, X23, X24, X20, X13, X21, X5, X14 və X10 mübahisəli mənzilə istifadə hüququ olmamalarına və həmin mənzildə yaşamamalarına baxmayaraq, mübahisəli mənzildə hələ də formal olaraq qeydiyyatda qalmışlar. Bu isə İddiaçı mülkiyyətçi olaraq hüquqlarını pozur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020- ci il tarixli qərarının ikinci bəndinə əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020- ci il tarixli qərarına əsasən X19, X23, X24, X20, X13, X21, X5, X14 və X10 həmin mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı bağlı Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etdim. Həmin ərizəyə cavab olaraq göndərilmiş məktubda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq X19, X23, X24, X20, X13, X21, X5, X14 və X10 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədə uyğun olduğu qeyd olunmuşdur. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, X19, X23, X24, X20, X13, X21, X5, X14 və X10 həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməli və onlar onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmalıdırlar. Çünki, onların həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və bu isə, öz növbəsində onun mülkiyyət hüququma əsassız müdaxilə təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə iclasın vaxtı və yeri barədə məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X19 məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Abşeron rayon Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin iddiaya qarşı heç bir etirazı yoxdur. İddiaçının iddiası ilə əlaqədar qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. Cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Abşeron rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmalarından imtina edilmişdir. - Abşeron rayon XDS İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 167 saylı, 22 iyun 1979-cu il tarixli orderin surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbə Ərazi Dairəsi, Ceyranbatan qəsəbəsi, ünvan 4 ünvanı İddiaçı və ailə üzvlərinin mülkiyyətinə ayrılmışdır. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1958-ci il təvəllüdü X19, xx.xx.1960-cı il təvəllüdlü X23, xx.xx.1959-cu il təvəllüdü X24, xx.xx.2011-ci il təvəllüdü X20, xx.xx.1981-ci il təvəllüdü X13, xx.xx.2009-cu il təvəllüdü X21, xx.xx.1966-cı il təvəllüdü X5, xx.xx.1982-ci il təvəllüdü X14 və xx.xx.1986-cı il təvəllüdü X3 rayonu, Ceyranbatan qəsəbə Ərazi Dairəsi, Ceyranbatan qəsəbəsi, ünvan 4 ünvanında qeydiyyatdadırlar. - Abşeron rayonu Ceyranbatan qəsəbəsi MTİİTS tərəfindən verilmiş 325 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı, X31, X27, X17, X43 və X8 rayonu, Ceyranbatan qəsəbəsi, ünvan 6 ünvanda qeydiyyatdadırlar. - Məhkəməyə sorğu əsasında daxil olmuş Ceyranbatan Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən tərtib edilmiş arayışda qeyd edilmişdir ki, “İddiaçı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, 5 mərtəbəli, 6 girişli, 70 mənzilli, 4 nömrəli evin 2 saylı mənzilində yaşayır, küçənin əvvəlki adı Lenin küçəsi olmuşdur; X4 rayonu, Ceyranbatan qəsəbəsi, 1 mərtəbəli, 2 mənzilli həyət evindən ibarət Nizami küçəsi, ev 4, mənzil 2-də yaşayır, küçənin əvvəlki adı Qaqarin adlandırılmışdır; Nizami küçəsi 4 saylı evin 2 saylı mənzilin 8 sot torpaq sahəsində olmaqla X9 valideynlərinə keçən əsrin 60-cı illərindı işlədiyi 26 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən order tərtib edilmədən verilmişdir; hal-hazırda torpaq sahəsinin Ceyranbatan bələdiyyəsi tərəfindən Nizami küçəsi 4 saylı evin 1 saylı mənzili isə balans sahibi olan Abşeron rayon İcra Hakimiyyəti ilə mənzil kirayə müqaviləsi əsasında vətəndaş X19 adına sənədləşdirilməsi prosesi aparılır”.
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düüzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibti iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, ünvan 7 ünvanında yerləşən 2 saylı mənzildə iddiaçı və üçüncü şəxslər pasport qeydiyyatında olsalar da, faktiki olaraq eyni ünvan fərqli 2 mənzillərə məxsusdur. Belə ki, ünvan 7 ünvanında yerləşən 2 saylı mənzil Abşeron rayon XDS İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 167 saylı, 22 iyun 1979-cu il tarixli orderə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə ayrılmışdır. Həmin mənzil onun adına Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmasa da, Abşeron rayon XDS İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 167 saylı, 22 iyun 1979-cu il tarixli orderə əsasən onun həmin mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair gözlənti hüququ yaranmışdır. Eyni zamanda mübahisəli mənzildə üçüncü şəxslər X19, X23, X24, X20, X13, X21, X5, X14 və X22 qeydiyyatdadırlar. Üçüncü şəxs X9 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi (əvvəlki Qaqarin küçəsi), ev 4, mənzil 2-də yerləşən 1 mərtəbəli həyət evi ilə bağlı Abşeron rayon İcra Hakimiyyəti ilə mənzil kirayə müqaviləsi bağlamaq hüququ olsa da, hazırda mübahisə predmeti olan mənzilə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslər X9, X15, X16, X11, X6, X12, X2, X7 və X10 mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq mübahisəli mənzildə yaşamırlar. Üçüncü şəxslər qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi Nizami küçəsi (əvvəlki adı Lenin küçəsi), 5 mərtəbəli, 6 girişli, 70 mənzilli, 4 nömrəli evin 2 saylı mənzilində faktiki yaşamayan və istifadə hüququ olmayan X9, X15, X16, X11, X6, X12, X2, X7 və X10 həmin mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi Nizami küçəsi (əvvəlki adı Lenin küçəsi), 5 mərtəbəli, 6 girişli, 70 mənzilli, 4 nömrəli evin 2 saylı mənzilində faktiki yaşamayan və istifadə hüququ olmayan X9, X15, X16, X11, X6, X12, X2, X7 və X10 həmin mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva