Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-814/2025 05.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Məkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Məkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması, illik artım tempinə uyğun düzgün indeksləşdirilməsi, ziyanın ödənilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, “ona təyin edilmiş pensiyanın xx.xx.2009-ci ildən sığorta kapitalı əsasında pensiyanın hesablanması barədə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının qərarının ləğv edilməsi, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək əmək haqqının səksən səkkiz faizi əsasında pensiyanın yenidən hesablanması, illik artım tempinə uyğun olaraq düzgün indeksləşdirilməsi, vurulmuş ziyanın əvəzi olaraq on min manat ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2023-cü il tarixdə "xx.xx.2009-ci il tarixdən başlayaraq əmək haqqından deyil sığorta kapitalı əsasında hesablanması Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının qərarının ləğv edilməsi, xx.xx.2009-ci il tarixdən başlayaraq əmək haqqı əsasında pensiyasının hesablanması və vurulmuş mənəvi ziyanın əvəzi olaraq on min manat ödənilməsi barədə" ərizə ilə müraciət etmişdir. Əldə etdiyi xəbərnaməyə əsasən xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin artıq 1 ay müddət keçməsinə baxmayaraq heç bir rəsmi cavab verilməmişdir. Həmin ərizənin məzmunu aşağıdakı kimidir: "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tebeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı mənim müraciətimlə bağlı verilmiş cavablarda qeyd edilir ki, pensiya işinizə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 36 il 5 ay 18 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı tarixədək mövcud olan iş stajınıza uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən sizə pensiya təyin olunan pensiyanızın sığorta hissəsi 65.73 manat və xx.xx.2006-cı il tarixindən pensiya hüququnuzun yarandığı tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 154.08 manat sığorta kapitalına uyğun 1.0 manat pensiyanızın sığorta hissəsi müəyyənləşdirilərək xx.xx.2009-cu il tarixdə 141.80 manat pensiya məbləği (65,73+1.07+75 (baza hissəsi) (xx.xx.2017-ci il tarixədək indeksləşdirilməklə 204.89 manat)) sizə ödənilməli olduğu halda 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajınız 36 il 6 ay götürülməklə sığorta hissəsi 65.78 manat müəyyən edilmiş, xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində artıq müəyyən edilmiş 3322,08 manat sığorta kapitalına görə pensiyanızın sığorta hissəsi 23,07 manat müəyyən edilərək 163.85 manat (65,78+23,07+75) (baza hissəsi) (xx.xx.2017-ci il tarixinədək indeksləşdirilməklə 237.57 manat)) məbləğində pensiya təyin olunaraq sizə ödənilmişdir.” Belə görünür ki, iddiaçının pensiyası pensiya hüququ əldə etdiyi, hüququ yarandığı, pensiyanın təyin edildiyi vaxtdan qanunvericiliyə uyğun hesablanmamışdır. İddiaçı xx.xx.1952-ci ildə anadan olmuşdur. Mübahisələndirilməyən hal odur ki, 06 mart 2007-ci il tarixinədək qüvvədə olan olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı on iki il altı ayını xüsusilə zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bu əsaslarla pensiya hüququ xx.xx.2009-cu ildən yaranmış, amma 2010-cu ildə 2009-cu ildən pensiya təyin edilmişdir. Lakin səhv olaraq onun pensiyası xx.xx.2010-cu ildən qüvvədə olan qanunvericiliyə əsasən hesablanmışdır. Yəni onun ümumi iş stajı pensiya hüququ yarananadək 36 il 6 ay 16 gün olmuşdur. Həmin dövrdə pensiya hüququ yaranan vaxt qanunvericiliyə əsasən orta aylıq əmək haqqının tələb edilən ümumi iş stajı üçün 65 faizi, tələb olunan ümumi stajın artıq ili üçün 2 faizi və nəticədə orta aylıq əmək haqqının 88 faizindən pensiyası hesablanmalı idi. Yəni onun pensiyası qanunsuz olaraq az məbləğdə siğorta kapitalından hesablanmışdır. Həmin pensiya ödənişi indi də davam etdirilir. Nəticədə illərlə indi də hər ay pensiyasının əhəmiyyətli dərəcədə hissəsindən məhrum olur. Dəfələrlə müraciət etsə də tələbləri yerinə yetirilmir. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Ali Məhkəmənin Plenum Qərarına istinad edərək qeyd edir ki, 2009-cu ilin biri yanvarından yaranmış hüququ ilə bağlı düzgün olmayaraq pensiya hesablanmışdır. Həmin məqsədli yanlışlıq indi də davam edir." 06 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı on ilini xüsusilə zərərli və ağır işlərdə çalışan 50 yaşı tamam oİmuş kişilərin, güzəştli şərtlərlə yaşa görə əmək Azərbaycan Respublikası Nazirlər Кabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı on iki il altı ayını zərərli və ağır işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi yazılı izahatda qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tebeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı onun müraciəti ilə bağlı verilmiş cavablarda qeyd edilir ki, pensiya işinizə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 36 il 5 ay 18 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı tarixədək mövcud olan iş stajınıza uyğun olaraq "Əmək pensiyaları haqqında" Qanunun 27-ci maddəsinin tələblərinə əsasən sizə pensiya təyin olunan pensiyanızın sığorta hissəsi 65,73 manat və xx.xx.2006-cı il tarixindən pensiya hüququnuzun yarandığı tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 154.08 manat sığorta kapitalına uyğun 1.0 manat pensiyanızın sığorta hissəsi müəyyənləşdirilərək xx.xx.2009-cu il tarixində 141.80 manat pensiya məbləği (65.73+1.07+75 (baza hissəsi) (xx.xx.2017-ci il tarinədək indeksləşdirilməklə 204.89 manat)) sizə ödənilməli olduğu halda 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 36 il 6 ay götürülməklə sığorta hissəsi 65.78 manat müəyyən edilmiş xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində artıq müəyyən edilmiş 3322.08 manat sığorta kapitalına görə pensiyanızın sığorta hissəsi 23.07 manat müəyyən edilərək 163.85 manat (65.78+23,07+75) (baza hissəsi) (xx.xx.2017-ci il tarixinədək indeksləşdirilməklə 237.57 manat)) məbləğində pensiya təyin olunaraq sizə ödənilmişdir." Belə görünür ki, pensiyası pensiya hüququ əldə etdiyi, hüququ yarandığı, pensiyanın təyin edildiyi vaxtdan qanunvericiliyə uyğun hesablanmamışdır. xx.xx.1952-ci ildə anadan olmuşdur. Mübahisələndirilməyən hal odur ki, 06 mart 2007-ci il tarixinədək qüvvədə olan olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı on iki il altı ayını xüsusilə zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güşəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bu əsaslarla pensiya hüququ 2009-cu ilin biri yanvarından yaranmış, amma 2010cu ildə 2009-cu ildən pensiya təyin edilmişdir Lakin səhv olaraq pensiya 2010-cu ilin 1 yanvarından qüvvədə olan qanunvericiliyə əsasən hesablanmışdır. Pensiyası 2007-2008-ci illərin əmək haqqından hesablanmalıdır. Cavabdehin istinad etdiyi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 71-ci maddəsinə əsasən pensiya müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 72-ci maddəsinə əsasən orta aylıq əmək haqqı 24 və 60 ay ərzində gəlirin ümumi məbləğinin həmin ayların sayına bölmək yolu ilə müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun “17ci maddəsinə əsasən yaşa yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının ( 72-ci maddə) 60 faizi bu qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulan işlərdə çalışan işlərdə yetmiş faizi, “b” bəndində tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minumum pensiyadan az olmayan məbləğdə təyin edilir. Bu qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan yuxarı hər tam ili üçün orta əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minumum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta aylıq əmək haqqının 85 faizindən, 13-cü maddənin “a” bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək 100 faizindən, “b” bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Yəni onun ümumi iş stajı pensiya hüququ yarananadək 36 il 7ay olmuşdur. Həmin dövrdə onun pensiya hüququ yaranan vaxt qanunvericiliyə əsasən orta aylıq əmək haqqının tələb edilən ümumi iş stajı üçün 65 faizi, tələb olunan ümumi stajın artıq ili üçün 2 faizi və nəticədə orta aylıq əmək haqqının 88 faizindən pensiya hesablanmalı idi. Yəni pensiyası qanunsuz olaraq az məbləğdə sığorta kapitalından hesablanmışdır. Həmin pensiya ödənişi indi də davam etdirilir. Nəticədə illərlə indi də hər ay pensiyanın əhəmiyyətli dərəcədə hissəsindən məhrum olur. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçıya xx.xx.2009-cu il tarixindən Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib . Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 20 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 70%-i, tələb olunan ümumi iş stajından artıq hər il üçün 2%, güzəştli iş stajından 10 ildən artıq hər ili üçün isə 1% olmaqla, lakin 100%-dən çox olmamaqla hesablanırdı. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinin ikinci absazına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanırdı. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Araşdırma zamanı, vaxtilə iddiaçıya əmək pensiyası təyin edilərkən pensiya məbləği düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 36 il 5 ay 18 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iddiaçının iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə onun pensiyasının sığorta hissəsi 43,05 manat hesablanaraq xx.xx.2009-cu il tarixinədək indeksləşdirilməklə 65,73 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində fərdi hesabını sığorta hissəsində qeydə alınmış 154,08 manat sığorta kapitalına uyğun 1,07 manat (154,08:144) və 75 manat baza hissəsi əlavə edilərək xx.xx.2009-cu il tarixindən 141,80 manat (65,73+1,07+75) (indeksləşdirməklə xx.xx.2017-ci il tarixinə 204,89 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümümi iş stajı 36 il 6 ay götürülməklə əmək pensiyası sığorta hissəsi 65,78 manat hesablanaraq, üzərinə xx.xx.2006xx.xx.2009-cu il tarixləri arasındakı dövr üzrə düzgün müəyyən edilməmiş 3322,08 manat sığorta kapitalına görə 23,07 manat (3322,08:144) və 75 manat baza hissəsi əlavə edilərək 163,85 manat (65,78+23,07+75 (indeksləşdirilməklə xx.xx.2017-ci il tarixinə 237,57 manat) əmək pensiyası təyin edilərək iddiaçıya ödənilib. Eyni zamanda Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir ve şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununla əlaqədar, araşdırma zamanı iddiaçı tərəfindən Fondun Sumqayıt şəhər şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən əmək pensiyanın yenidən hesablanmadığı müəyyən edilmişdir. İddiaçının sözügedən ərizəyə əsasən işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış 19674,00 manat sığorta kapitalına uyğun iddiaçının əmək pensiyası Mərkəzi Filial tərəfindən xx.xx.2017-ci il tarixindən yenidən hesablanıb. Belə ki, 19674,00 manat sığorta kapitalı Qanunun 37.3.1ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya bölünməklə (19674,00/72=273,25 manat) iddiaçının qanuni əmək pensiyanın üzərinə əlavə edilərək pensiya məbləği 204,89 manatdan 478,14 (273,25+204,89) manata (ideksləşdirilməklə xx.xx.2018-ci il tarixinə 505,39 manat) artırılıb. Eyni zamanda iddiaçı xx.xx.2018-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün əmək pensiyası yenidən hesablandıqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2267,28 manat pensiya kapitalına əsasən Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada iddiaçının əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq 505,39 manatdan 536,88 manata (indeksləşdirilməklə xx.xx.2020-ci il tarixinə 644,78 manat) artırılmalı olduğu halda, səhvən xx.xx.2009-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üzrə düzgün müəyyən edilməmiş 26614,80 manat sığorta kapitalı 72 aya bölünərək (26614,80/72=369,65 manat) iddiaçının düzgün olmayan əmək pensiyasının (251,12 manat) üzərinə əlavə edilməklə (369,65+251,12=620,77 manat (indeksləşdirilməklə xx.xx.2020-ci il tarixinə 745,53 manat)) ona ödənilib. Bundan başqa, iddiaçının vaxtilə işlədiyi "xxxx" ASC tərəfindən ötən dövrdə ödənilməli olan, lakin ödənilməmiş məcburi dövlət sosial sığorta haqları sonradan ödənildiyinə görə qanuni əmək pensiyası xx.xx.2020-ci il tarixindən yenidən hesablanaraq 644,78 manatdan 677,85 manata artırılıb. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə iddiaçıya 4618,34 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. İddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 914,69 manat təşkil edir. Əlavə olaraq iddiaçıya ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının onun ərizəsində göstərilən əsaslarla yenidən hesablanması məsələsinə 2004-2005-ci illərə dair əmək haqqı arayışı Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Sosial arayış, iddiaçının əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 13 dekabr 2024-cü il tarixli 3-17-1/2- 308023/2024 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2009-cu il tarixindən Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 20 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 70%-i, tələb olunan ümumi iş stajından artıq hər il üçün 2%, güzəştli iş stajından 10 ildən artıq hər ili üçün isə 1% olmaqla, lakin 100%-dən çox olmamaqla hesablanırdı. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinin ikinci absazına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanırdı. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006- cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Araşdırma zamanı, vaxtilə İddiaçı əmək pensiyası təyin edilərkən pensiya məbləğinin düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 36 il 5 ay 18 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 43,05 manat hesablanaraq xx.xx.2009-cu il tarixinədək indeksləşdirilməklə 65,73 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 154,08 manat sığorta kapitalına uyğun 1,07 manat (154,08:144) və 75 manat baza hissəsi əlavə edilərək xx.xx.2009-cu il tarixindən 141,80 manat (65,73+1,07+75) (indeksləşdirməklə xx.xx.2017ci il tarixinə 204,89 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, 1 yanvar 2006-cı il tarixinədək ümümi iş stajı 36 il 6 ay götürülməklə əmək pensiyası sığorta hissəsi 65,78 manat hesablanaraq, üzərinə xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı dövr üzrə düzgün müəyyən edilməmiş 3322,08 manat sığorta kapitalına görə 23,07 manat (3322,08:144) və 75 manat baza hissəsi əlavə edilərək 163,85 manat (65,78+23,07+75 (indeksləşdirilməklə xx.xx.2017-ci il tarixinə 237,57 manat) əmək pensiyası təyin edilərək ona ödənilib. Eyni zamanda bildiririk ki, Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 37.3.1- ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununla əlaqədar, araşdırma zamanı adıçəkilən şəxs tərəfindən Fondun Sumqayıt şəhər şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən əmək pensiyasının yenidən hesablanmadığı müəyyən edilmişdir. Onun həmin ərizəsinə əsasən işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış 19674,00 manat sığorta kapitalına uyğun əmək pensiyası Mərkəzi Filial tərəfindən xx.xx.2017-ci il tarixindən yenidən hesablanıb. Belə ki, adıçəkilən şəxsin 19674,00 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya bölünməklə (19674,00/72=273,25 manat) qanuni əmək pensiyasının üzərinə əlavə edilərək pensiya məbləği 204,89 manatdan 478,14 (273,25+204,89) manata (ideksləşdirilməklə xx.xx.2018ci il tarixinə 505,39 manat) artırılıb. Eyni zamanda xx.xx.2018-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün əmək pensiyası yenidən hesablandıqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2267,28 manat pensiya kapitalına əsasən Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq 505,39 manatdan 536,88 manata (indeksləşdirilməklə xx.xx.2020-ci il tarixinə 644,78 manat) artırılmalı olduğu halda, səhvən xx.xx.2009xx.xx.2018-ci il tarixləri arasındakı dövr üzrə düzgün müəyyən edilməmiş 26614,80 manat sığorta kapitalı 72 aya bölünərək (26614,80/72=369,65 manat) düzgün olmayan əmək pensiyasının (251,12 manat) üzərinə əlavə edilməklə (369,65+251,12=620,77 manat (indeksləşdirilməklə xx.xx.2020-ci il tarixinə 745,53 manat)) ona ödənilib. Bundan başqa, İddiaçı vaxtilə işlədiyi "xxxx" ASC tərəfindən ötən dövrdə ödənilməli olan, lakin ödənilməmiş məcburi dövlət sosial sığorta haqları sonradan ödənildiyinə görə qanuni əmək pensiyası xx.xx.2020-ci il tarixindən yenidən hesablanaraq 644,78 manatdan 677,85 manata artırılıb. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə ona 4618,34 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Əlavə olaraq bildiririk ki, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşmə ilə əlaqədar İddiaçı əmək pensiyası xx.xx.2024-cü il tarixindən 1017,13 manat təşkil edir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 20 dekabr 2024-cü il tarixli 3-17-1/2- 314842/2024 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı əmək pensiyasından hazırda hər hansı tutulma həyata keçirilmir. Əlavə olaraq, adıçəkilən şəxsin əmək pensiyasının yenidən hesablanmasına dair arayışın və pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Pensiya altsistemindən çıxarış, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2011-ci il tarixli 200 saylı qərarının surəti, Azərboru ASC-nin 2009-cu il tarixli 68 saylı, xx.xx.2024-cü il tarixli AZB 01/105 saylı, Azərboru ASCnin xx.xx.2026-cı il tarixli AZB 01/09 saylı arayışları məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı qismən əsaslıdır. İddiaçı ona təyin edilmiş pensiyanın xx.xx.2009-ci ildən sığorta kapitalı əsasında pensiyanın hesablanması barədə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının qərarının ləğv edilməsi, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək əmək haqqının səksən səkkiz faizi əsasında pensiyanın yenidən hesablanması, illik artım tempinə uyğun olaraq düzgün indeksləşdirilməsi, vurulmuş ziyanın əvəzi olaraq on min manat ödənilməsini istəyir. Cavabdeh qeyd edir ki, iddiaçıya xx.xx.2009-cu il tarixindən Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Araşdırma zamanı, vaxtilə iddiaçıya əmək pensiyası təyin edilərkən pensiya məbləği düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 36 il 5 ay 18 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iddiaçının iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə onun pensiyasının sığorta hissəsi 43,05 manat hesablanaraq xx.xx.2009-cu il tarixinədək indeksləşdirilməklə 65,73 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində fərdi hesabını sığorta hissəsində qeydə alınmış 154,08 manat sığorta kapitalına uyğun 1,07 manat (154,08:144) və 75 manat baza hissəsi əlavə edilərək xx.xx.2009-cu il tarixindən 141,80 manat (65,73+1,07+75) (indeksləşdirməklə xx.xx.2017ci il tarixinə 204,89 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümümi iş stajı 36 il 6 ay götürülməklə əmək pensiyası sığorta hissəsi 65,78 manat hesablanaraq, üzərinə xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı dövr üzrə düzgün müəyyən edilməmiş 3322,08 manat sığorta kapitalına görə 23,07 manat (3322,08:144) və 75 manat baza hissəsi əlavə edilərək 163,85 manat (65,78+23,07+75 (indeksləşdirilməklə xx.xx.2017-ci il tarixinə 237,57 manat) əmək pensiyası təyin edilərək iddiaçıya ödənilib. Eyni zamanda Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir ve şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununla əlaqədar, araşdırma zamanı iddiaçı tərəfindən Fondun Sumqayıt şəhər şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən əmək pensiyanın yenidən hesablanmadığı müəyyən edilmişdir. İddiaçının sözügedən ərizəyə əsasən işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış 19674,00 manat sığorta kapitalına uyğun iddiaçının əmək pensiyası Mərkəzi Filial tərəfindən xx.xx.2017-ci il tarixindən yenidən hesablanıb. Belə ki, 19674,00 manat sığorta kapitalı Qanunun 37.3.1ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya bölünməklə (19674,00/72=273,25 manat) iddiaçının qanuni əmək pensiyanın üzərinə əlavə edilərək pensiya məbləği 204,89 manatdan 478,14 (273,25+204,89) manata (ideksləşdirilməklə xx.xx.2018-ci il tarixinə 505,39 manat) artırılıb. Eyni zamanda iddiaçı xx.xx.2018-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün əmək pensiyası yenidən hesablandıqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2267,28 manat pensiya kapitalına əsasən Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada iddiaçının əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq 505,39 manatdan 536,88 manata (indeksləşdirilməklə xx.xx.2020-ci il tarixinə 644,78 manat) artırılmalı olduğu halda, səhvən xx.xx.2009-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üzrə düzgün müəyyən edilməmiş 26614,80 manat sığorta kapitalı 72 aya bölünərək (26614,80/72=369,65 manat) iddiaçının düzgün olmayan əmək pensiyasının (251,12 manat) üzərinə əlavə edilməklə (369,65+251,12=620,77 manat (indeksləşdirilməklə xx.xx.2020-ci il tarixinə 745,53 manat)) ona ödənilib. Bundan başqa, iddiaçının vaxtilə işlədiyi "xxxx" ASC tərəfindən ötən dövrdə ödənilməli olan, lakin ödənilməmiş məcburi dövlət sosial sığorta haqları sonradan ödənildiyinə görə qanuni əmək pensiyası xx.xx.2020-ci il tarixindən yenidən hesablanaraq 644,78 manatdan 677,85 manata artırılıb. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə iddiaçıya 4618,34 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. İddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 914,69 manat təşkil edir. Əlavə olaraq iddiaçıya ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının onun ərizəsində göstərilən əsaslarla yenidən hesablanması məsələsinə 2004-2005-ci illərə dair əmək haqqı arayışı Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, işin hallarından görünür ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı pensiya hüququ xx.xx.2009-cu il tarixindən yaranmış, 2010-cu ildə xx.xx.2009-cu il tarixindən pensiya təyin edilmişdir. Lakin onun pensiyası xx.xx.2010-cu ildən qüvvədə olan qanunvericiliyə əsasən hesablanmışdır. Beləliklə pensiyalar haqqında qanunvericiliyin həmin vaxt qüvvədə olan normaları ilə müəyyən olunmuş hüququ pozulmuş və qeyd edilən hal pensiyasının düzgün hesablanmamasına səbəb olmuşdur. “Əmək Pensiyaları haqqında Qanun”un 2009-cu ildə qüvvədə olmuş redaksiyasına əsasən: Maddə 7. 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların 5 il sığorta stajı olduqda bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun həmin vaxt qüvvədə olan 32.1-ci və 37.7-ci maddələri nəzərdə tuturdu ki, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Qanunun həmin vaxt qüvvədə olan 26.2-ci maddəsinə əsasən Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Eyni zamanda, Qanunun həmin vaxt qüvvdə olan 27.1-ci maddəsinin redaksiyası nəzərdə tuturdu ki, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmin vaxt orta aylıq əmək haqqına görə əmək pensiyalarının hesablanması qaydası isə keçmiş “Vətəndaşların pensia təminatı haqında” Qanunun müəyyən etdiyi qaydalara müvafiq olaraq, pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı - onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. Belə ki, həmin vaxt qüvvədə olmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının “21” avqust 1997-ci il tarixli 29-3 nömrəli qərarı ilə təsdiq edilmiş və “28” 08 1997-ci il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Pensiya hesablanması üçün orta aylıq əmək haqqının müəyyən edilməsi qaydaları” İ bəndi nəzərdə tuturdu ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq pensiya təminatı üçün əsas olan orta aylıq əmək haqqı məbləğindən iki təqvim ilinin 12 ayı ərzindəki gəlirə görə, yəni, qeyd edildiyi kimi son 24 ayın gəlirinə görə hesablana bilər. Konkret halda isə iddiaçıya təyin olunan ilkin pensiya qanunvericiliyin qeyd olunan tələblərinin pozulması ilə aparılmışdır. İş materiallarına iddiaçının 2007-2008-ci illər üzrə əmək haqqı üzrə Azərboru ASCnin xx.xx.2026-cı il tarixli AZB 01/09 saylı arayışı əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarında göstərilir ki, N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “Burada xüsusilə qeyd olunmalıdır ki, Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1-2ci maddə isə inzibati orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir. Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubundan müəyyən edilir ki iddiaçının hazırki tələblə bağlı müraciəti 14 iyun 2022-ci il tarixdə olmuşdur. Qeyd edilən hal iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən təsdiq edilərək işin mübahisəsiz halı olmuşdur. İddiaçının pensiyanın yenidən hesablanması ilə bağlı 1 fevral 2019-cu il tarixindən, yəni “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsi ilə 3 illik məhdudiyyətin tətbiq olunmağa başlandığı 1 yanvar 2019-cu il tarixdən sonra müraciət etdiyindən və Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında da vurğulandığı kimi Qanunun 32.1-2-ci maddəsi ilə məhz əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimləndiyindən, bu halda şəxsə yenidən hesablanmış pensiya məbləği əvvəlki dövr üzrə üç illik müddət üçün ödənilməlidir. Nəzərə almaq lazımdır ki, iddiaçı tərəfindən iradəsindən asılı olmayan hallara görə müraciətin 1 yanvar 2019-cu il tarixədək edilməməsinə dair sübutlar təqdim edilməmişdir. Bu halda məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsi tətbiq edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, qeyd edilən hissədə iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Əmək haqqının səksən səkkiz faizi əsasında pensiyanın yenidən hesablanması, illik artım tempinə uyğun olaraq düzgün indeksləşdirilməsi hissəsinə münasibətdə məhkəmə bildirir ki, qeyd edilən hissə pensiyanın hesablanması qaydasını müəyyən etməklə “pensiya hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən əvvəlki son 24 ayın orta aylıq əmək haqqı əsas götürülməklə əmək pensiyasının yenidən hesablanması” tələbi ilə tam əhatə olunur. İş materiallarından göründüyü kimi, iddiaçı dəqiqləşdirilmiş tələbində həmçinin vurulmuş ziyanın əvəzi olaraq on min manat ödənilməsini xahiş etmişdir. Lakin məhkəməyə vurulmuş zərərlə bağlı hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən qeyd edilən hissədə məhkəmə iddia tələbini əsaslı hesab etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən əvvəlki (son) 24 ayın orta aylıq əmək haqqı əsas götürülməklə əmək pensiyasının yenidən hesablanması və müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün yaranmış məbləğ fərqinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Məkəzi Filialın üzərinə vəzifə olaraq qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-814/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-814/2025
05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver