Məhkəmə qərarları › İş №2-1(118)-815/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-815/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-815/2021 08.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X13 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçının ərizəsinin icrasından imtina edilməsi barədə 25.12.2020-ci il tarixli **********74 nömrəli məktubla verilmiş cavabın qanunsuz hesab edilməsi və həmin İdarənin üzərinə üçüncü şəxs X4 09.07.2015-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satın aldığı əmlakına uyğun adına olan 25.07.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli RX serialı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın X5 və 25.11.2015-ci il tarixli, inventar nömrəsi 9948, reyestr nömrəsi **********31-12301 olan Texniki Pasportunda, həmçinin iddiaçının adına olan 14.07.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli ,RX serialı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın X12 və 14.07.2015-ci il tarixli, inventar nömrəsi 9949, reyestr nömrəsi **********17-06101-083002 olan Texniki Pasportunda düzəlişlərin edilməsi, həmçinin təxliyyə pilləkənlərinin adlarının və çıxış istiqamətlərinin göstərilməsi vəzifəsinin qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı üçüncü şəxs X4 alqı-satqı müqaviləsinə əsasən satın aldığı əmlakına uyğun adına olan Çıxarış və texniki pasportuna, həmçinin adına olan Texniki Pasportuna düzəlişlər edilərək mülkiyyətində olan bina ətrafında yerləşən torpaq sahəsinin qüvvədə olan qanunvericiliyə uyğun ölçüdə istifadəsində olan torpaq sahəsi kimi göstərilməsini xahiş etmiş, cavabdeh orqanın 25.12.2020-ci il tarixli **********74 nömrəli cavab məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. X9, "Bank Avrasiya” ASC, Xaçmaz rayon İstehsal-İstehlak Kooperativi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 09 iyul 2015-ci il tarixdə Xaçmaz rayonu 1 saylı Notariat kontorunda təsdiq edilmiş AN-İ №0510507 saylı alqı-satqı müqaviləsinə əsasən Xaçmaz rayon X1 şəhəri, 11.B.Zərdabi küçəsi, 4 ünvandaki kooperativin istifadəsində olan 0,10345 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli qeyri yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 280.9 kv.m qeyri yaşayış sahəsini satın almışdır. Həmin müqaviləyə əsasən cavabdeh orqan tərəfindən satın aldığı qeyri-yaşayış sahəsinə dair iddiaçının adına 14.07.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli ,RX serialı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın X12 və 14.07.2015-ci il tarixli, inventar nömrəsi 9949, reyestr nömrəsi **********17-06101- 083002 olan Texniki Pasport verilmişdir. Çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 280,9 kv.m göstərilsə də torpaq sahəsi ilə bağlı qrafalar boş saxlanılmışdır. Texniki Pasportunda da yalnız binanın (tikilinin) texniki təsviri verilmiş, bina ətrafı torpaq sahəsi qonşu torpaq sahəsi kimi göstərilmişdir. Həmçinin 09.07.2015-ci il tarixdə Xaçmaz rayonu 1 saylı notariat Kontorunda təsdiq edilmiş AN-İ №0510506 saylı alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs X3 rayon X1 şəhəri, H.Zərdabi küçəsi, 4 ünvandaki kooperativin istifadəsində olan 0.10345 ha torpaq sahəsi üzərində yerləşən 555.6 kv.m qeyri yaşayış sahəsi (anbar binaları) satın almışdır. İddiaçının müqaviləyə əsasən cavabdeh orqan tərəfindən T.N.Hüseynovun satın aldığı qeyri yaşayış sahəsinə dair onun adına 25.07.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli ,RX serialı, ******* nömrəli X10 Haqqında Daşınmaz Əmlakın X12 və 25.1 1.2015-ci il tarixli, inventar nömrəsi 9948, reyestr nömrəsi 30201 1012031-12301 olan Texniki Pasport verilmişdir, Çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 472.9 kvm və torpaq sahəsinin ölçüsü 0.05556 ha göstərilir. Texniki Pasportun “Torpaq sahəsinin planı’’ bölməsində üçüncü şəxsin mülkiyyətinə verilmiş anbar binaların yerləşdiyi torpaq sahəsinin ölçüsü 1395.6 kvm göstərilməklə mülkiyyətində olan Xaçmaz şəhəri, H.ünvan 1 ünvanda yerləşən qeyri yaşayış binasının qarşısından keçən H.ünvan 2an 3 tərəfi binaya bitişik vəziyyətdə üçüncü şəxs X4 istifadəsində olan torpaq sahəsi kimi ştrixlənmişdir. Qeyd edir ki, 09.07.2015-ci ildə həm iddiaçı ilə 280.9 kvm qeyri-yaşayış sahəsinə, həm də üçüncü şəxs X7 555.6 kv.m tikinti altı sahəsi olan anbar binaların satılmasına dair müqavilə bağlanmazdan əvvəl Xaçmaz şəhəri, H.Zərdabi küçəsi 4 ünvanda yerləşən qeyri yaşayış binasına dair Xaçmaz rayon İstehsal-İstehlak Kooperativinin adına olmuş 17.07.2014-cü il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan Çıxarışda həmin qeyriyaşayış binasının ümumi sahəsi 824 kvm və torpaq sahəsinin ölçüsü 0.10345 ha göstərilməklə torpaq sahəsinin mülkiyyət növü “Dövlət”, torpaq sahəsinin hüququn növü “istifadədə” göstərilmişdir. 09.07.2015-ci ildə Xaçmaz rayon İstehsal-İstehlak Kooperativi ilə üçüncü şəxs X9 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən sonuncuya tikinti altı sahə 555.6 kv.m olan qeyri yaşayış sahəsi-anbar binaları satılmışdır, yəni ona hər hansı torpaq sahəsi satılmamışdır. Buna baxmayaraq cavabdeh orqan üçüncü şəxs X4 adına verilmiş Texniki pasportunda onun istifadədə olan torpaq sahəsinin ölçüsünü 1395.6 kvm göstərməklə iddiaçının mülkiyyətində olan binanın 3 tərəfdən bitişik vəziyyətdə onun istifadəsində olan torpaq sahəsi kimi göstərilmişdir. İddiaçı rəsmi ərizə ilə cavabdeh orqana müraciət edərək göstərilən qanunsuzluqların aradan qaldırılması, üçüncü şəxs X4 alqı-satqı müqaviləsinə əsasən satın aldığı əmlakına uyğun adına olan Çıxarış və texniki pasportuna, həmçinin adına olan Texniki Pasportuna düzəlişlər edilərək mülkiyyətində olan bina ətrafında yerləşən torpaq sahəsinin qüvvədə olan qanunvericiliyə uyğun ölçüdə istifadəsində olan torpaq sahəsi kimi göstərilməsini xahiş etmişdir. Cavabdeh orqanın 25.12.2020-ci il tarixli **********74 nömrəli cavab məktubu ilə iddiaçıya rədd cavabı verilmişdir. Həmin cavab məktubunda qeyd olunur ki, ərizəsində qeyd olunan əmlak qeyri yaşayış binasının tərkib hissəsi olan sahədir, qeyri yaşayış sahəsi binanın tərkib hissəsi olduğu üçün torpaq sahəsi ilə bağlı hər hansı bir məlumat, Çıxarış və Texniki Pasporta əks olunmur. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, 09.07.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçının satın aldığı qeyri yaşayış sahəsi inzibati bina olmaqla əsas tikilidir, üçüncü şəxs X2 aldığı anbar binaları isə həmin inzibati binanın yardımçı tikililəridir. Necə olur ki, həmin alqı-satqı müqavilələri bağlanmazdan əvvəl Xaçmaz rayon X6 mülkiyyətində olmuş, ümumi sahəsi 824 kv.m olan qeyri yaşayış binasının yerləşdiyi 0.10345 ha torpaq sahəsi inzibati binanın alıcısı kimi iddiaçının adına olan Texniki Pasportunda deyil, yardımçı tikililəri almış üçüncü şəxs X4 adına olan Texniki Pasportunda onun istifadəsində olan torpaq sahəsi kimi göstərilmişdir. İddiaçı qeyd edir ki, Xaçmaz şəhəri, H.Zərdabi küçəsi 4 ünvanda yerləşən 2 mərtəbəli inzibati binası bütövlükdə onun mülkiyyətindədir. Binanın yanğın zamanı təxliyə qapıları inzibati binanın arxa tərəfinə açılmaqla hazırda üçüncü şəxs X4 istifadəsində olan torpaq sahəsi kimi göstərilmiş əraziyə düşür. Bundan da əlavə inzibati binanın su və kanalizasiya sistemləri binanın arxa hissəsi ilə H.Zərdabi küçəsi ilə keçən ümumi xəttlərə qoşulur. Həmin torpaq sahəsi üçüncü şəxs X4 istifadəsində olan torpaq sahəsi kimi göstərildiyindən o, gələcəkdə iddiaçını həmin torpaq sahəsinə girməyə qadağan edə bilər, həmçinin baş verilə biləcək yanğın və s. hadisələr zamanı xüsusi texnikanın həmin əraziyə keçməsinə maneçilik törədə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazında iddianın təmin edilməməsini məhkəmədən xahiş edir və qeyd edir ki, İddiaçı, Xaçmaz şəhəri, Həsənbəy Zərdabi küçəsində yerləşən qeyri yaşayış sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüquqlarına dair çıxarışda və texniki pasportda düzəliş edilməsi ilə əlaqədar 15.12.2020-ci il tarixli ərizə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə 25.12.2020-ci il tarixli **********74 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Sizin Xaçmaz şəhəri, Həsənbəy Zərdabi küçəsində yerləşən qeyri-yaşayış sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüquqlarınıza dair çıxarışda və texniki pasportda düzəliş edilməsi barədə 18.12.2020-ci il tarixli ərizənizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsində baxılmışdır. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizənizdə qeyd olunan əmlak qeyri-yaşayış binasının tərkib hissəsi olan sahədir. Bildirirlər ki, qeyri-yaşayış sahəsi binanın tərkib hissəsi olduğu üçün torpaq sahəsi ilə bağlı hər-hansı bir məlumat çıxarış və texniki pasportda əks olunmur. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilmiş və həmin daşınmaz əmlakla bağlı aparılmış qeydiyyatda düzəlişin edilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Bundan əlavə İddiaçı adına verilmiş 14.07.2015-ci il tarixli, RX ******* seriyalı, **********17-06101-083002 reyestr, ********** qeydiyyat nömrəli Çıxarışda göstərilən qeyriyaşayış sahəsi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Üçüncü şəxs "Bank Avrasiya” ASC ərizəsində qeyd edir ki, hazırki iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(118)- 815/2021 saylı qərardadı ilə "Bank Avrasiya” ASC üçüncü şəxs qismində cəlb edilmişdir. Hazırda mübahisə predmeti olan qeyri-yaşayış sahəsi "xxxx" ASC, "xxxx" MMC və İddiaçı arasında imzalanmış 17.09.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı ilə "xxxx" ASC arasında ipoteka müqaviləsi imzalanan zaman cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 14.07.2015-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* saylı Çıxarış təqdim edilmişdir. Təqdim edilmiş çıxarışdan müəyyən olunmuşdur ki, Xaçmaz şəhəri, Həsənbəy ünvan 1 ünvanında yerləşən əmlak qeyri-yaşayış sahəsidir, əmlakın ümumi sahəsi 280,9 kv.m təşkil edir, əmlak xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusudur və **********17- 06101-083002 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Təqdim edilmiş çıxarışa əsasən tərəflər arasında 17 sentyabr 2015-ci il tarixində İpoteka müqaviləsi imzalanmış, müqavilə imzalan zaman təqdim edilmiş çıxarış yoxlanılaraq həqiqiliyi müəyyən edilmiş və çıxarışda müəyyən edilmiş göstəricilərə müvafiq olaraq Xaçmaz rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 17 sentyabr 2015-ci il tarixdə təsdiq edilərək, reyesterdə 3M-398 № ilə qeydiyyata alınmmışdır. "xxxx" MMC tərəfindən öhdəliklər lazımı qaydada icra olunmadığından “Bank” tərəfindən aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsində iddia qaldırılmışdır. Məhkəmənin 31.05.2017-ci il tarixli 2(011)-69/2017 saylı qətnaməsi ilə “Bank”ın iddia tələbinin bir hissəsi kimi tutmanın ipoteka predmeti olan və İddiaçı tərəfindən “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş Xaçmaz şəhəri, Həsənbəy ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi qət edilmişdir. Cavabdehlər tərəfindən sonradan apellyasiya və kassasiya şikayətləri verilsə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.10.2017-ci il tarixli 2(103)-8853/20l7 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.04.2018-cİ il tarixli qərarı ilə şikayətlər təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 31.05.2017- ci il tarixli 2(011)-69/017 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə qərarlarında əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə keçirilən ekspertiza tədqiqatında qeyri-yaşayış sahəsinin dəyəri həm onun yerləşdiyi yer, tərkib hissələri və sahəsi nəzərə alınmaqla həyata keçirildiyindən hazırki mərhələdə iddiaçının iddiasının təmin olunmasına tərəflərindən etiraz edilmir. Belə ki, ipoteka saxlayan olaraq həmin qeyri-yaşayış sahəsinin hərrac yolu ilə satışı həyata keçirilən zaman, habelə satışdan sonra üçüncü şəxslər tərəfindən əldə edilməsi halında həmin qeyri-yaşayış sahəsinə dair icra hərəkətlərinin həyata keçirillməsi zamanı qeyri-müəyyənliyin olmaması və ipoteka predmetinin ilkin satış qiymətinin dəyərinin azalmaması məqsədi ilə iddia tələbinin təmin edilməsi daha məqsədə uyğundur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Üçüncü şəxs X9 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, 09.07.2015-ci il tarixdə Xaçmaz rayon 1 saylı Notariat ofisində təsdiq edilmiş AN-1 № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Xaçmaz X6 istifadəsində olan 1395,6 kv.m. torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 555 kv.m. olan anbar binalırını satın almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Ərazi İdarəsinin 21 aprel 2021-ci il tarixli adına verilmiş texniki pasportda ümumi torpaq sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.3-cü maddəsinə əsasən azaldılaraq 1051 kv.m. saxlanılmışdır (Texniki pasportun surəti əlavə olunmuşdur).Texniki pasportdakı dəyişikliklərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə iclasında iştirak etməmiş, məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə ilkin olaraq iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası iddiasıdır, iddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, tələbi tələbi təmin edilməmişdir. İddianı mümkünsüz edən digər bir əsas müəyyən olunmur. İddianın mahiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı, X9 09.07.2015-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satın aldığı əmlakına uyğun adına olan 25.07.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli RX serialı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın X5 və 25.11.2015-ci il tarixli, inventar nömrəsi 9948, reyestr nömrəsi **********31-12301 olan Texniki Pasportunda, həmçinin iddiaçının adına olan 14.07.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli ,RX serialı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın X12 və 14.07.2015-ci il tarixli, inventar nömrəsi 9949, reyestr nömrəsi **********17-06101-083002 olan Texniki Pasportunda düzəlişlərin edilməsi, həmçinin təxliyyə pilləkənlərinin adlarının və çıxış istiqamətlərinin göstərilməsini istəyir. İddiaçı qeyd edir ki 09 iyul 2015-ci il tarixdə Xaçmaz rayonu 1 saylı Notariat kontorunda təsdiq edilmiş AN-İ №0510507 saylı alqı-satqı müqaviləsinə əsasən Xaçmaz rayon X1 şəhəri, 11.B.Zərdabi küçəsi, 4 ünvandaki kooperativin istifadəsində olan 0,10345 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli qeyri yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 280.9 kv.m qeyri yaşayış sahəsini satın almışdır. Həmin müqaviləyə əsasən cavabdeh orqan tərəfindən satın aldığı qeyri-yaşayış sahəsinə dair iddiaçının adına 14.07.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli ,RX serialı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın X12 və 14.07.2015-ci il tarixli, inventar nömrəsi 9949, reyestr nömrəsi **********17-06101-083002 olan Texniki Pasport verilmişdir. Çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 280,9 kv.m göstərilsə də torpaq sahəsi ilə bağlı qrafalar boş saxlanılmışdır. Texniki Pasportunda da yalnız binanın (tikilinin) texniki təsviri verilmiş, bina ətrafı torpaq sahəsi qonşu torpaq sahəsi kimi göstərilmişdir.Həmçinin 09.07.2015-ci il tarixdə Xaçmaz rayonu 1 saylı notariat Kontorunda təsdiq edilmiş AN-İ №0510506 saylı alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs X3 rayon X1 şəhəri, H.Zərdabi küçəsi, 4 ünvandaki kooperativin istifadəsində olan 0.10345 ha torpaq sahəsi üzərində yerləşən 555.6 kv.m qeyri yaşayış sahəsi (anbar binaları) satın almışdır. İddiaçının müqaviləyə əsasən cavabdeh orqan tərəfindən T.N.Hüseynovun satın aldığı qeyri yaşayış sahəsinə dair onun adına 25.07.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli ,RX serialı, ******* nömrəli X10 Haqqında Daşınmaz Əmlakın X12 və 25.1 1.2015-ci il tarixli, inventar nömrəsi 9948, reyestr nömrəsi 30201 1012031-12301 olan Texniki Pasport verilmişdir, Çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 472.9 kvm və torpaq sahəsinin ölçüsü 0.05556 ha göstərilir. Texniki Pasportun “Torpaq sahəsinin planı’’ bölməsində üçüncü şəxsin mülkiyyətinə verilmiş anbar binaların yerləşdiyi torpaq sahəsinin ölçüsü 1395.6 kvm göstərilməklə mülkiyyətində olan Xaçmaz şəhəri, H.ünvan 1 ünvanda yerləşən qeyri yaşayış binasının qarşısından keçən H.ünvan 2an 3 tərəfi binaya bitişik vəziyyətdə üçüncü şəxs X4 istifadəsində olan torpaq sahəsi kimi ştrixlənmişdir.Qeyd edir ki, 09.07.2015-ci ildə həm iddiaçı ilə 280.9 kvm qeyriyaşayış sahəsinə, həm də üçüncü şəxs X7 555.6 kv.m tikinti altı sahəsi olan anbar binaların satılmasına dair müqavilə bağlanmazdan əvvəl Xaçmaz şəhəri, H.Zərdabi küçəsi 4 ünvanda yerləşən qeyri yaşayış binasına dair Xaçmaz rayon İstehsal-İstehlak Kooperativinin adına olmuş 17.07.2014-cü il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan Çıxarışda həmin qeyri-yaşayış binasının ümumi sahəsi 824 kvm və torpaq sahəsinin ölçüsü 0.10345 ha göstərilməklə torpaq sahəsinin mülkiyyət növü “Dövlət, torpaq sahəsinin hüququn növü “istifadədə” göstərilmişdir. 09.07.2015-ci ildə Xaçmaz rayon İstehsal-İstehlak Kooperativi ilə üçüncü şəxs X9 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən sonuncuya tikinti altı sahə 555.6 kv.m olan qeyri yaşayış sahəsianbar binaları satılmışdır, yəni ona hər hansı torpaq sahəsi satılmamışdır. Buna baxmayaraq cavabdeh orqan üçüncü şəxs X4 adına verilmiş Texniki pasportunda onun istifadədə olan torpaq sahəsinin ölçüsünü 1395.6 kvm göstərməklə iddiaçının mülkiyyətində olan binanın 3 tərəfdən bitişik vəziyyətdə onun istifadəsində olan torpaq sahəsi kimi göstərilmişdir. ........... 09.07.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçının satın aldığı qeyri yaşayış sahəsi inzibati bina olmaqla əsas tikilidir, üçüncü şəxs X2 aldığı anbar binaları isə həmin inzibati binanın yardımçı tikililəridir. Necə olur ki, həmin alqı-satqı müqavilələri bağlanmazdan əvvəl Xaçmaz rayon X6 mülkiyyətində olmuş, ümumi sahəsi 824 kv.m olan qeyri yaşayış binasının yerləşdiyi 0.10345 ha torpaq sahəsi inzibati binanın alıcısı kimi iddiaçının adına olan Texniki Pasportunda deyil, yardımçı tikililəri almış üçüncü şəxs X4 adına olan Texniki Pasportunda onun istifadəsində olan torpaq sahəsi kimi göstərilmişdir. Xaçmaz şəhəri, H.Zərdabi küçəsi 4 ünvanda yerləşən 2 mərtəbəli inzibati binası bütövlükdə onun mülkiyyətindədir. Binanın yanğın zamanı təxliyə qapıları inzibati binanın arxa tərəfinə açılmaqla hazırda üçüncü şəxs X4 istifadəsində olan torpaq sahəsi kimi göstərilmiş əraziyə düşür. Göründüyü kimi idddiaçı Xaçmaz rayon İstehsal-İstehlak Kooperativindən həmin müəssisənin adına özəlləşdirilmiş daşınmaz əmlakın əsas hissəsini satın almışdır. Lakin alğı-satqının predmeti torpaq sahəsi olmamışdır və mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. İddiaçı özəlləşdirilən müəssisənin əsas inzibati binasını satın aldığı halda, onun istifadəsində torpaq sahəsinin göstərilməməsindən narazıdır. Məhkəmə qeyd edir ki, hazırkı cavabdeh orqan qeydiyyat orqanıdır və iddiçının təqdim etdiyi alğı-satqı əsasında qeydiyyat aparmışdır. Mübahisə predmeti olan torpaq sahəsi isə dövlət mülkiyyətində olduğuna görə, iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqların əldə edilməsini torpaq sahəsi üzərində hüquqlara və istifadəyə nəzarət edən orqandan tələb edə bilər. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən dövlət torpaqlarına nəzarət edən və dövlət torpaqlarının özəlləşdirilməsini həyata keçirən orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsidir. Eyni zamanda mövcud qanunvericiliyə əsasən özəlləşdirilmiş dövlət müəssisələrinin yerləşdiyi torpaq sahələri ilə bağlı hüquqlara nəzarət edən orqan Əmlak Məsələləri Dövlət Komitəsi olduğuna görə iddiaçı düzgün olmayan hüquq müdafiə vasitəsi seçərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia əsaslı hesab edilə bilməz. İddiaçıya izah edilsin ki, özəlləşdirilmiş dövlət əmlaklarının yerləşdiyi və dövlətin əmlakı olan torpaq sahəsi ilə bağlı tələblər Əmlak Məsələləri Dövlət Komitəsinə yönələ bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar