Məhkəmə qərarları › İş №2-1(118)-815/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-815/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-815/2023 14.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “2017-ci ilin yekunları üzrə iddiaçıya 50 % miqdarında yox, 100 % miqdarında birdəfəlik pul mükafatı verilməsinə” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq “13-cü əmək haqqının ona ödənilməsi barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə öhdəliyin qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1979 cu ildə anadan olmuşdur. 2001-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində çavuç gizir rütbəsində xidmətdə olmuşdur. Xidmətinin 13 ilini ön cəbhədə qulluq etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2016 cı il tarixli 207 və 208 nömrəli əmirləri ilə "Lələtəpə" yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Xidmətdə olduğu müddətdə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 093t nömrəli, 24 iyun 2013- cü il tarixli əmri ilə "Qüsursuz xidmətə görə" 3 cü dərəcəli medalı ilə, 26 iyun 2016 cı il tarixli əmirlə "Qüsursuz xidmətə görə" 2 ci dərəcəli medallar, 24 mart 2018 ci il tarixli əmirlə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2018) yubleyi medalı; 26 iyun 2018- ci il tarixli əmirlə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubley medalları ilə təltif olunmuşdur. 2011 ci ildə bir, 2012 ci ildə bir, 2014 cü ildə iki, 2015 ci ildə üç, 2016 cı ildə bir, 2017 ci ildə bir, 2018 ci ildə beş dəfə Fəxri fərmanlarla təltif olunmuşdur. Barəsində müsbət xasiyyətnamə verilmişdir. 2016-cı ilin iyul ayının 13-dən 309-№-li hərbi hissədə X2 Məntəqəsinin rəisi vəzifəsində xidmət etmişdir. xx.xx.2019-cu ilə qədər xidməti zamanı dəfələrlə 309-№-li hərbi hissə komandiri tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur. xx.xx.2017-ci il tarixdə, bazar günü evdə istirahətdə olduğu vaxtda, iddiaçının xidməti vəzifəsinə və səlahiyyətinə aid olmayan hərbi hissənin texniki ərazisində, silahsursat ambarlarında səbəbi məlum olmayan baş verdiyi üçün hərbi hissə komandiri polkovnik-leytenant Nurəddin Qasımov baş vermiş partlayışı bəhanə gətirərək 13-cü əmək haqqını qanunsuz olaraq kəsmişdir, ödəməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. 31-dekabr 2017-ci ildə iddiaçını nümunəvi xidmətinə görə fəxri fərmanla təltif etmişdir. Partlayışın iddiaçının vəzifə səlahiyyətinə aid olmadığı, partlayışın bazar günü iddiaçının evdə istirahətdə olduğu gün baş verdiyi halda, onun nümunəvi hərbi qulluqçu olduğu halda 13-cü əmək haqqının kəsildiyini qeyri qanuni və əsassız hesab edir. Daha sonra iddiasını dəqiqləşdirərək 2017-ci ilin yekunları üzrə iddiaçıya 50 % miqdarında yox, 100 % miqdarında birdəfəlik pul mükafatı verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixindən N nömrəli hərbi hissənin X2 Məntəqəsinin rəisi vəzifəsində xidmət etdiyini xx.xx.2019- cu il tarixinə kimi dəfələrlə N nömrəli hərbi hissə komandiri tərəfindən fəxri fərmanlarla təltif olunduğunu, xx.xx.2017-ci il ci tarixdə N nömrəli hərbi hissənin texnik ərazisində silah- sursat ambarında partlayış baş verdiyi üçün hərbi hissə komandiri polkovnik-leytenant Nürəddin Qasımov baş vermiş partlayışı əsas gətirərək 13-cü əmək qanunsuz olaraq kəsildiyini qeyd edərək 13-cü əmək haqqının ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul etməyi məhkəmədən xahiş etmişdir. İddiaçı 2001-2020-ci illərdə çavuş və gizir kimi Azərbaycan Ordusunda bağlaşma əsasında həqiqi hərbi xidmət keçmişdir. İddiaçının tələbinin mahiyyəti, 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edirlər ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 2017-ci il 19 oktyabr tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” əsasən Qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və qüsursuz hərbi intizama görə birdəfəlik pul mükafatı hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) cari ilin yanvar ayında ötən ilin yekunlarına görə qoşunların yüksək döyüş hazırlığının saxlanılmasına, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsinə və nöqsansız intizama görə əmrin imzalandığı günə əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı ödənilir. Əsasnaməyə əsasən Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələr və qoşun növü komandanları, Müdafiə Nazirliyinin baş idarə, idarə, müstəqil şöbə və təşkilat rəisləri, birlik, birləşmə və hissə komandirləri xidmət ili ərzində intizam qaydalarına riayət etməyən, intizam qaydasında cəzalandırılan, nalayiq hərəkətlərə yol vermiş, cinayət əməli törətmiş və döyüş hazırlığında zəif nəticələr göstərmiş hərbi qulluqçuların mükafat miqdarını azaltmaq və ya onları mükafatdan məhrum etmək hüququna malikdirlər. Yuxarıda qeyd olunan hüquqlardan əlavə müvafiq komandirlər və rəislər hərbi qulluqçulara onların xidmət ili ərzində vəzifələrinin icrasında, döyüş hazırlığının saxlanılmasında əldə etdikləri nailiyyətlərin nəticəsinə görə birdəfəlik pul mükafatının miqdarını müəyyən edirlər. Xidmətdə olan hərbi qulluqçulara birdəfəlik pul mükafatının ödənilməsi birləşmə, hissə komandirinin, xüsusi təyinatlı təhsil müəssisələrinin, müəssisə və təşkilat rəislərinin vəsatətləri əsasında tabelik münasibətlərinə uyğun olaraq Müdafiə nazirinin müavinlərinin, Silahlı Qüvvələr və qoşun növü komandanlarının və birlik komandirlərinin əmri əsasında həyata keçirilir. Bu zaman əmr layihələri Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ilə razılaşdırılır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli 5 nömrəli əmri ilə 2017-ci ilin yekunlarına görə İddiaçı 50% miqdarında birdəfəlik pul mükafatı ödənilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı 2017-ci ilin yekunları üzrə iddiaçıya 50 % miqdarında yox, 100 % miqdarında birdəfəlik pul mükafatı verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 2017-ci il 19 oktyabr tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” əsasən Qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və qüsursuz hərbi intizama görə birdəfəlik pul mükafatı hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) cari ilin yanvar ayında ötən ilin yekunlarına görə qoşunların yüksək döyüş hazırlığının saxlanılmasına, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsinə və nöqsansız intizama görə əmrin imzalandığı günə əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pül mükafatı ödənilir. Əsasnaməyə əsasən Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələr və qoşun növü komandanları, Müdafiə Nazirliyinin baş idarə, idarə, müstəqil şöbə və təşkilat rəisləri, birlik, birləşmə və hissə komandirləri xidmət ili ərzində intizam qaydalarına riayət etməyən, intizam qaydasında cəzalandırılan, nalayiq hərəkətlərə yol vermiş, cinayət əməli törətmiş və döyüş hazırlığında zəif nəticələr göstərmiş hərbi qulluqçuların mükafat miqdarını azaltmaq və ya onları mükafatdan məhrum etmək hüququna malikdirlər. Yuxarıda qeyd olunan hüquqlardan əlavə müvafiq komandirlər və rəislər hərbi qulluqçulara onların xidmət ili ərzində vəzifələrinin icrasında, döyüş hazırlığının saxlanılmasında əldə etdikləri nailiyyətlərin nəticəsinə görə birdəfəlik pul mükafatının miqdarını müəyyən edirlər. Xidmətdə olan hərbi qulluqçulara birdəfəlik pul mükafatının ödənilməsi birləşmə, hissə komandirinin, xüsusi təyinatlı təhsil müəssisələrinin, müəssisə və təşkilat rəislərinin vəsatətləri əsasında tabelik münasibətlərinə uyğun olaraq Müdafiə nazirinin müavinlərinin, Silahlı Qüvvələr və qoşun növü komandanlarının və birlik komandirlərinin əmri əsasında həyata keçirilir. Bu zaman əmr layihələri Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ilə razılaşdırılır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli 5 nömrəli əmri ilə 2017-ci ilin yekunlarına görə İddiaçı 50% miqdarında birdəfəlik pul mükafatı ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilə bilməz. Beləki iddiaçı ilkin olaraq bildirmişdir ki, “xx.xx.2017-ci il tarixdə, bazar günü evdə istirahətdə olduğu vaxtda, iddiaçının xidməti vəzifəsinə və səlahiyyətinə aid olmayan hərbi hissənin texniki ərazisində, silah-sursat ambarlarında səbəbi məlum olmayan baş verdiyi üçün hərbi hissə komandiri polkovnik-leytenant Nurəddin Qasımov baş vermiş partlayışı bəhanə gətirərək 13-cü əmək haqqını qanunsuz olaraq kəsmişdir, ödəməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir.” Lakin cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görsənir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli 5 nömrəli əmri ilə 2017-ci ilin yekunlarına görə İddiaçı 50% miqdarında birdəfəlik pul mükafatı hesablanmışdır. Bundan sonra iddiaçı tələbini dəyişdirmiş, 2017-ci ilin yekunları üzrə iddiaçıya 50 % miqdarında yox, 100 % miqdarında birdəfəlik pul mükafatı verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş həmin sənəddən görsənir ki, yanğınla əlaqəli müəyyən hərbiçilərə birdəfəlik pul mükafatı hesablanmamış, digər hərbiçilərin əksəriyyətinə isə müvafiq olaraq 25% və 50% miqdarında pul mükafatı hesablanmışdır. Göründüyü kimi iddiaçıya digər hərbiçilər ilə müqayisədə əlverişli hesablama aparılmışdır. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3 və 73.3.1 maddələrinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə, məhkəmə bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Həmin məcəllənin 74-cü maddəsi diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü tənzimləyərək müəyyən edir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırki işdə də cavabdeh inzibati orqan ona verilmiş diskresion səlahiyyətlərin məqsədinə uyğun olan hesablama aparmışdır Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar