Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-816/2021 03.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X3 (Sumqayıt şəhəri 2 saylı Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum atası X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum atası X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı və onun qardaşı X11 mərhum ataları X4 birinci növbə vərəsələridirlər. Azərbaycan Respublikası Abşeron rayonu X13 28 iyun 2007-ci il tarixli qərarı ilə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi X1. Qeyd olunan torpaq sahəsinin hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün iddiaçı müvafiq olaraq Cavabdehnə müraciət etmişdir. Cavabdeh orqan həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqdan imtina etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, ərizə üzrə aparılan araşdırma zamanı Qobu bələdiyyəsi tərəfindən X7 0.08 ha torpaq sahəsinin 28 iyun 2007-ci il tarixdə, 12 nömrəli qərarla ayrıldığı halda, alqı- satqı aktının və ləğv edilmiş DTXKnın Abşeron rayon şöbəsinin rəyinin 23 dekabr 2011- ci il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerqurulusu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata xeçirilməmişdir. İş materiallarında olan : - Azərbaycan Respublikası Abşeron rayon X13 28.06.2007-ci il tarixli 12 saylı qərarından görünür ki, Abşeron rayonu Qobu Bələdiyyəsi perspektiv inkişaf fondunun alqısatqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında vətəndaş X7 fərdi mənzil tikmək məqsədilə 0.08 ha torpaq sahəsinin satılması barədə X9 Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması və X2 normativ qiymətindən az olmamaq şərtilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə 800 manat dəyərini Qobu Bələdiyyəsinin bankdakı xüsusi hesabına ödəməsini və həmin qəbzi X9 Komitəsinin Abşeron rayon şöbəsinə təqdim olunması bildirilmişdir. -Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 23.12.2011-ci il tarixli 6648 saylı rəyindən görünür ki, Qobu Bələdiyyəsinin 28 iyun 2007-ci il tarixli 12 saylı qərarı ilə X7 800 kv m olmaqla fərdi ev tikmək üçün satılmış torpaq sahəsi qanunamüvafiqdir və DT və XK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verməsinə etiraz etmir. - AZ-İ № 866620 saylı 03.04.2017-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 13.03.2017-ci il tarixdə vəfat etmişdir. - Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Bərdə regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 26.11.2020-ci il tarixli 1477/2020 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Bərdə rayonu Xanərəb kəndində qeydiyyatda olan X4 13.03.2017-ci ildə ölməsi barədə Bərdə regional “Asan xidmət” mərkəzində notariat ofisinə məlumat daxil olmuşdur. Təqdim edilmiş sənədlərə və məlumatlara əsasən bildirilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət etmiş şəxslər ( İddiaçı, X11 ) mərhum X4 qanun üzrə 1-ci növbədə vərəsəsi kimi tanınmaq hüququna malikdirlər. - Abşeron rayonu Qobu Bələdiyyəsi tərəfindən verilmiş 087 saylı 18.04.2018-ci il tarixli arayışdan görünür ki, X8 mərhum atası X7 Qobu Bələdiyyəsinin 28.06.2007-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş həyətyanı 0.08 ha torpaq sahəsinə görə torpaqayırma qərarının 5-ci bəndində idarənin adı texniki səhv nəticəsində düzgün yazılmamış, əslində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi kimi yazılmalı idi. Həmçinin həmin 0.08 ha torpaq sahəsinə DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən ümumi rəy deyil 23.12.2011-ci il tarixli 6648 nömrəli qısa rəy məktubu verilmişdir. Həmçinin bələdiyyənin torpaqayırma sənədləri rayon Arxiv İdarəsinə bələdiyyə tərəfindən verilməmiş, yaxın günlərdə təhvil verilməsi həyata keçiriləcək. Ona görə də bələdiyyənin 28.06.2007-ci il tarixli 12 nömrəli qərarında edilmiş düzəlişi, qısa rəyi və bələdiyyə sənədlərinin indiyə qədər rayon arxiv idarəsinə təhvil verilməməsini nəzərə alaraq mərhum vətəndaşın adına olan 0.08 ha torpaq sahəsinə qanunvericiliyin tələbləri çərçivəsində dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilmişdir. - Torpaqların alqı-satqısına dair 23.12.2011-ci il tarixli aktdan görünür ki, X12 rayon şəhər Bələdiyyə orqanına 2006-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə Bələdiyyə orqanının iclasında baxılmış və Abşeron rayonu Qobu Bələdiyyəsi ərazisindən 0.08 ha torpaq sahəsinin satılması barədə 28.06.2007-ci il tarixli 12 saylı qərarla qəbul edlmişdir. Bunun müqabilində X12 tərəfindən X6 rayon filialındakı xüsusi hesabına 800 manat haqq ödənilməsi vətəndaşa həvalə edilmişdir. Həmin akt vətəndaşın özü tərfindən imzalanmamışdır. - DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********48 saylı 26.01.2021-ci il tarixli imtina məktubundan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən X7 ayrılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 30 noyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətə baxılmışdır. Aparılan araşdırma zamanı Qobu bələdiyyəsi tərəfindən X7 0.08 ha torpaq sahəsinin 28 iyun 2007-ci il tarixli 12 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının və ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 23 dekabr 2011-ci il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin hazırkı ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydaları haqqında» Əsasnamənin 7, 10, 14-21, 23-25, 27-ci bəndlərində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə (DT və XK və İH memarlıq planlaşdırma bölməsinin rəyləri, torpaq sahəsinin plan və ölçüsü) baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü ərizəçiyə verir. Məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsi satılması barədə bələdiyyə qərarı qəbul edilən vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə görə torpaqların alqı-satqısı zamanı müvafiq aktın tərtib olunması və torpağın dəyərinin əvəlcədən ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaqların alqı-satqısı qaydaları»na Əlavədə torpaqların alqısatqısına dair aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsinin müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. İddiaçı sözügedən Qanunun 8.0.1 və 10.2.1-ci maddələrində nəzərdə tutulan əsas kimi Abşeron rayon Qobu bələdiyyəsinin 28.06.2007-ci il tarixli qərarına istinad edir. Halbuki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə əsasən yerquruluşu torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi nəzərdə tutur (bənd 3); Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrlə yaranır. - 65-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (bənd 2); Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (bənd 5); Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir (bənd 6); Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır (bənd 7); Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir (bənd 8). Beləliklə, göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, qanunverici daşınmaz əmlak kimi torpaqların məqsədli təyinatını və hüquqi rejimini, yerquruluşu işlərinin aparılması qaydalarını, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi şərtlərini, o cümlədən istifadə hüququnu, torpaq sahəsi üzərində hüquqların yaranmasının ümumi əsaslarını və digər məsələləri dəqiq müəyyənləşdirmişdir İddiaçının məthum atasının torpaq sahəsi üzərində hüququnun müəyyən edilməsi üçün əsaslardan biri, yəni torpağın ayrılmasına dair qərar mövcud olsa da, torpağın satılmasına dair DTXk-nin Abşeron şöbəsinin rəyi və torpağı alqı-satqısına dair akt 2011-ci ildə tərtib edilmişdir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh inzibati orqanın daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsindən imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-816/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-816/2021
03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver