Məhkəmə qərarları › İş №2-1(118)-817/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-817/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-817/2023 07.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, məsləhətçi X4 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı iddia qaldıraraq “xx.xx.2022-ci il tarixdən hesablanmaqla əlilliyin təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin üzərinə qoyulması”na dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı iddia qaldıraraq “xx.xx.2022-ci il tarixdən hesablanmaqla əlilliyin təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 2-1(118)-817/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 103/2023 saylı ekspert rəyi 28 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Rəydə tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, 1) Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspe Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma tərtib edilmiş göndəriş qeyd edilən “beyin infarktının nəticələri, sağtərəfli spastik hemiplegiya, arteri hipertenziya İİİ dərəcə” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı klinik laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. ; 2) Vətəndaş İddiaçı aşkar edilən xəstəliklər və özünün əyani müayin; zamanı müəyyən olunan patofunksional dəyişikliklər Nazirlər Kabinetir xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın əhatə dairəsinə düşür. Məhkəmənin 2-1(118)-817/2023 saylı, 19 iyun 2023-cü il tarixli Qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin 29 iyul 2023-cü il tarixli 3182 saylı məktubu ilə T 459/2023 saylı ekspert rəyi məhkəmə təqdim edilmiş, rəydə qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tərtib edilmiş göndərişdə qeyd edilən “beyin İnfarktının nəticələri, sağtərəfli spastik hemiplegiya, arterial hipertenziya İİİ dərəcə” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Qeyd edilən xəstəliklər nəzərə alınmaqla özünün əyani müayinəsi zamanı müəyyən olunan patofunksional dəyişikliklər Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5.1.4 bəndinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə 65% müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən müddətsiz əlillik təyin edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək məhkəmə qətnaməsinin icra olunduğu gün əlilliyə görə təyin olunan məbləğ əsas götürülməklə xx.xx.2022-ci il tarixdən hesablanmaqla ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. 07 dekabr 2023-cü il tarixli məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, izah edilmişdir ki ona müddətsiz əlillik təyin edildiyinə görə cavabdeh orqan tərəfindən üzərinə düşən öhdəlik icra edilmişdir. Ona əlilliyə görə ödənilməli olan məbləği isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından tələb edə bilər. Sonda iddiaçı iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, izahatında bildirmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən müddətsiz əlillik təyin edilmişdir. Pensiya təyinatı onların səlahiyətində deyil. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilsin ki, ona əlilliyə görə ödənilməli olan məbləği isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı iddia qaldıraraq “xx.xx.2022-ci il tarixdən hesablanmaqla əlilliyin təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin üzərinə qoyulması”na dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar