Məhkəmə qərarları › İş №2-1(118)-818/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-818/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-818/2021 07.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba şəhərinin “Dəvədabanı” yaşayış massivində yerləşən 0,05 ha fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinə mülkiyyət hüquqlarının vərəsəliyin rəsmiləşdirilməsi üçün həyat yoldaşı, mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Quba şəhərinin “Dəvədabanı” yaşayış massivində yerləşən 0,05 ha fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinə mülkiyyət hüquqlarının vərəsəliyin rəsmiləşdirilməsi üçün həyat yoldaşı, mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba bələdiyyəsinin 28.03.2005-ci il tarixli, 12/2 saylı qərarı ilə həyat yoldaşı mərhum X2 Quba bələdiyyəsi tərəfindən Quba şəhərini “Dəvədabanı” yaşayış massivindən 0,05 ha fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin satılması qərara alınmış, 27.11.2015-ci ildə A.Məhərrəmovla Quba bələdiyyəsi arasında bağlanmış Torpaqların alqı-satqısına dair aktla həmin torpaq sahəsinin A.Məhərrəmova satılması alqı-satqı aktı formasında rəsmiləşdirilmişdir. Torpağın dəyəri bələdiyyənin hesabına köçürülmüşdür. Həyat yoldaşı Anar Məhərrəmov 17.12.2018-ci ildə vəfat etmişdir. Hal-hazırda iddiaçı vərəsəliyi rəsmiləşdirmək üçün göstərilən 0,05 ha torpaq sahəsinə mərhumun adına Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı və müvafiq texniki sənədləri almaq istəyir. Yuxarıda göstərilənləri nəzərə alaraq, göstərilən 0,05 ha torpaq sahəsinin mülkiyyət sənədlərinin verilməsi üçün, bütün müvafiq sənədlərin əsil nüsxələrinin əlavə etməklə 13.01.2021-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin 15.01.2021-ci il tarixli, **********17 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə imtina məktubu ilə iddiaçıya mülkiyyət sənədlərinin verilməsindən imtina olumuşdur. Məktubda imtinanın səbəbi kimi guya torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin tam olmaması göstərilmişdir. İmtina məktubunda göstərilir ki, Quba bələdiyyəsinin 28.03.2005-ci il tarixli, 12/2 sa qərarı əsasında ayrılmış 0,05 ha torpaq sahəsinə tərtib edilmiş torpaqların alqı-satqısına dair akt DTXK-nin Quba rayon şöbəsi tərəfindən təsdiq edilməmişdir. Lakin iddiaçı bildirir ki, 05.02.2015-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə X5 Komitəsi ləğv olunmuşdur. Alqı-satqı aktı isə 27.11.2015-ci ildə rəsmiləşdirilmişdir ki, təbii ki, artıq həmin vaxt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğundan, akt da DTXK-nin Quba rayon şöbəsi tərəfindən təsdiq edilə bilməzdi. İmtinada sonra göstərilir ki, ərizəyə torpaq sahəsinin ayrılması ilə bağlı DTXK- Quba rayon şöbəsinin rəyi, Quba rayon İcra Hakimiyyətinin memarlıq şöbəsinin rəyi torpaq sahəsinin yerləşdiyi ərazinin 1:10000, 1:2000 miqyasda təsdiqlənmiş yerquruluşu sxemləri əlavə edilməmişdir. Lakin bunlar da əsassız bəhanələrdir. Belə ki, torpaq sahəsi mərhum həyat yoldaşına 2005-ci ildə satılmışdır. Həmin dövrdə sənədlər qanunverici uyğun olaraq necə rəsmiləşdirilməli idisə, o formada da rəsmiləşdirilmişdir. 2005-ci ildə həyətyanı torpaq sahələrinin satılması barədə qərarı bələdiyyə verirdi, rayon İcra Hakimiyyət memarlıq şöbəsinin rəyi tələb olunmurdu. Həmin vaxt torpaq ayrılması barədə qərara əlavə olaraq bələdiyyə tərəfindən vətəndaşa torpaq sahəsinin sxematik planı verilmişdir ki, bu planı da iddiaçı DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmişdir. İddiaçı qeyd edir ki, 2005-ci ildə ümumiyyətlə torpaq sahəsinin 1:10000, 1:2000 miqyasda yerquruluşu sxemləri tərtib olunmurdu. DTXK-nin Quba rayon şöbəsinin rəyini də iddiaçı DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmişdir. İddiaçı hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mülkiyyət sənədlərinin verilməsindən imtinası əsassızdır. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi mülkiyyət sənədlərinin verilməsindən əsassız olaraq imtina etdiyindən, məhkəmədə iddia qaldırmaq məcburiyyətindədir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi 10.08.2021-ci il tarixli məhkəmə iclasında iştirak etsədə, sonrakı məhkəmə iclaslarında nə iddiaçı, nə də iddiaçının nümayəndəsi iştirak etməmiş, iddiaçı tərəfə hüquqi yardım etmək mümkün olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçı “Quba şəhərinin “Dəvədabanı” yaşayış massivində yerləşən 0,05 ha fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinə mülkiyyət hüquqlarının vərəsəliyin rəsmiləşdirilməsi üçün həyat yoldaşı, mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün verilməsini istəyir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində deyilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasına əsasən, hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. Bundan əlavə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 1.2-ci bəndinə əsasən, bu Təlimatla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Təlimatın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mövcud hüquqların qeydiyyatı ilə bağlı fərqli tənzimləmələr mövcuddur. Məhkəmə praktikasında “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a uyğun olaraq mübahisələrin həlli mövcud olsada, hazırda yuxarı instansiya məhkəmələrində bu çür mübahisələrin həllinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq həll edilməli olması mövqeyi formalaşdığına görə, hüquqi müəyyənlik prinsipi baxımından məhkəmə hesab edir ki, bu çür mübahisələr “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə uyğun həll edilməlidir. Hazırkı iş üzrə iş materiallarından görsənir ki, iddiaçı ölmüş şəxsin hüquqlarının qeydə alınması ilə bağlı inzibati orqana müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununla cavabdeh inzibati orqana bu cür səlahiyyət verilmədiyinə görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamlıdır. İddiaçıya izah edilsin ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22ci maddəsinə uyğun olaraq cavabdeh inzibati orqana təkrar müraciət edə bilər, inzibati orqan imtina vəya hərəkətsizlik edərsə, məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar