Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-818/2022 28.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X12 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999cu il tarixli 28 nömrəli qərarının X5 aid olan hissədə etibarsız hesab edilməsinə” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 28 nömrəli qərarının və həmin qərar əsasında torpağın mülkiyyətə verilməsinə dair JN-380A, 30800118 nömrəli şəhadətnamənin X5 aid olan hissədə etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. X11 zəruri cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 28 nömrəli qərarının X5 aid olan hissədə etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılır ki, iddiaçı Sumqayıt İnzibati Məhkəməsində Cavabdehnə,müstəqil tələb irəli sürməyən 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron ərazi İdarəsinə qarşı "şəhadətnamədən adın çıxarılması tələbi"nə iddia qaldırmışdır. İddia ərizəsində məhkəmədən onun və ailə üzvlərinin adına torpağın mülkiyyətə verilməsinə dair JN-380 A, 30800118 nömrəli şəhadətnaməsində göstərilmiş X11 adlı şəxsin adının şəhadətnamədən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin şəhadətnamənin verilməsinə əsas Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 28 nömrəli qərarıdır. Ona görə də hesab edir ki, iddia ərizəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 28 nömrəli qərarının X5 aid olan hissəsində mübahisələndirilməlidir. Məhkəmə baxışı zamanı verilmiş sorğuya AR İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publık hüquqi şəxs tərəfindən cavab verilmiş və həmin cavabdan da məlum olur ki, Abşeron rayonunun Novxanı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəlindən göründüyü kimi X11 adlı şəxsin adı iddiaçının ailə üzvlərinin sırasına daxil edilmişdir. Belə bir şəxs iddiaçının ailə üzvü deyildir. Təqdim etdiyi sənədlərdən də göründüyü kimi, iddiaçının belə bir ailə üzvü olmamışdır. İddiaçı iddia ərizəsini dəqiqləşdirərkən, ərizənin cavabdehin Cavabdeh kimi saxlanmaqla iddianın Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixil 28 nömrəli qərarının X5 aid olan hissəsində ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Lakin hesab edir ki, Aqrar İslahat Komissiyasının qərarında X4 adı yanlışlıqla iddiaçının ailə üzvlərinin sırasına daxil edilmişdir. Aqrar İslahat Komissiyasının qərarı ləğv edilmədən X5 olan münasibətdə etibarsız hesab edilməlidir. İddiaçı yenidən iddia ərizəsini dəqiqləşdirərkən ərizənin cavabdehin Cavabdeh və AR İqtisadiyyat Nazirliyi Yanırıda Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi də cəlb etməklə iddiasının X5 aid olan hissəsində və Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 28 nömrəli qərarının və həmin qərar əsasında torpağın mülkiyyətə verilməsinə dair JN-380 A.30800118 nömrəli şəhadətnamədə və etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, AR iqtisadiyyat Nazirliyi Vanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" işə cəlb etməyə zərurət yoxdur. AR MM-nin 352-ci maddəsinə əsasən, Əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki. əqd onun etibarsız hissəsi daxil edilmədən də bağiana bilərdi AR İPM-nin 13-cü maddəsinə əsasən, Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində. yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur AR İPM-nin 14.1-ci maddəsinə əsasən, Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. AR İPM-nin 14.2-ci maddəsinə əsasən, İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Belə ki, işin hallarından görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli, 28 saylı qərarı ilə X9 və onun ailə üzvlərinə 0.08 hektar torpaq sahəsi ayrılmışdır. Bunun əsasında JN-380A, KOD 30800118 Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Lakin Şəhadətnamədə iddiaçının ailə üzvlərinə aid olmayan şəxsin- X4 adı qeyd edilmişdir. Məhkəmə araşdırması əsasında müəyyən edilmişdir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli qərarında X6 ailə üzvləri sırasında X4 da adı qeyd edilmişdir. (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 aprel 2022-ci il tarixli, **********94 saylı məktubu) İddiaçı hazırda Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 28 nömrəli qərarının X5 aid olan hissədə etibarsız hesab edilməsini istəyir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, qonşular X7, X17, X13 tərəfindən tərtib edilmiş, imzaların doğruluğu Cavabdeh Başçısının Novxanı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktda qeyd edilir ki, 1977-ci ildən qonşuları İddiaçı 2 övladı olmuşdur. Cavabdeh Başçısının Novxanı kəndi üzrə Nümayəndəliyinin 28 iyun 2022-ci il tarixli, 58 saylı məktubunda qeyd edilir ki, X2 rayonu Novxanı kəndində yaşamır. Habelə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 məxsus JN 380A KOD 30800118 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi olan 0.08 ha torpaq sahəsində 1977-ci ildən 98 kv.m olmaqla yaşayış evi mövcuddur. (Cavabdeh Başçısının Novxanı kəndi üzrə Nümayəndəliyinin 17 iyun 2022-ci il tarixli, 600 saylı Arayışı) İddiaçı ailə tərkibi X3 və X1 ibarətdir. (Cavabdeh Başçısının Novxanı kəndi üzrə Nümayəndəliyinin 28 iyun 2022-ci il tarixli, 631 saylı Arayışı) Beləliklə iddiaçının ailə üzvlərinə aid edilməyən, sözügedən torpaq sahəsində yaşamayan şəxsin adının torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mövcudluğu iddiaçının gələcəkdə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması zamanı hüquqlarının həyata keçirilməsində çətinlik yarada bilər. Bu isə qanunvericiliyin tələblərinə ziddir. Belə ki, qeyd edilənlər iddia tələbinin təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının ailə üzvü olamayan şəxsin mülkiyyət sənədində adının qeyd ediməsi onun yuxarıda qeyd edilən hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçının torpaq sahəsini üzərində mülkiyyət hüuqunun hazırda qüvvədə olan qanunuvericilyə uyğun olaraq yeni qaydalara uyğun olaraq qeydiyyata alına bilməsi üçün isə hazırkı iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 28 nömrəli qərarı X5 aid olan hissədə etibarsız hesab edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 28 nömrəli qərarı X5 aid olan hissədə etibarsız hesab edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-818/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-818/2022
28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver