Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-818/2025 27.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçınn nümayəndəsi-vəkili Vəkil , Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdeh orqanın 18 dekabr 2023-cü il tarixli “diaqnoz əlillik təyin etməməsi” barəsində qərarının ləğv edilməsi və iddiaçıya 18 dekabr 2023-cü il tarixdən orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabiliytasiya Agentliyinin əlilliyimin müəyyənləşdirilməməsinin qanunsuz hesab edilməsi, mən, X3 əlilliyimin düzgün müəyyənləşdirilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili məhkəməyə ərizə təqdim edərək, “cavabdeh orqanın 18 dekabr 2023-cü il tarixli “diaqnoz əlillik təyin etməməsi” barəsində qərarının ləğv edilməsi və iddiaçıya 18 dekabr 2023-cü il tarixdən orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1970-ci ildə anadan olmuş və 1993cü ildə Qarabağ döyüşlərində iştirak etmiş, döyüş əməliyyatlarında «qəlpə yaralanmasından sonra başın təpə nahiyyəsində bir ədəd, burun belində bir ədəd, sol əlin 1 barmağının arxa səthində bir ədəd, sağ içəri topuq nahiyyəsində bir ədəd, sağ budun orta 1/3 hissəsinin içəri səthində bir ədəd, sağ budun 1/3 hissəsinin bayır səthində bir ədəd, köhnə çapıq toxumaları» kimi xəsarətlər almış və AR Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli Qərarı ilə həmin xəsarətlərin hərbi travma kimi Azərbaycan Respublikasının müdafiəsi zamanı yetirildiyi müəyyən olunmuşdur. İddiaçıya müharibə dövründə aldığı xəsarətlərlə bağlı cavabdeh tərəfindən xx.xx.2017-ci ildə 2-ci dərəcəli əlillik təyin edilmiş və diaqnoz kimi «keçirilmiş qapalı kəllə beyin travmasmın davamlı qalıq əlamətləri» diaqnozu ilə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Əlilik müddətinin bitməsi səbəbindən iddiaçı yenidən həkim müayinəsində olmuş və barəsində göndəriş əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı cavabdeh təşkilata göndərilmişdir. xx.xx.2023-cü il tarixli X00127539LYS saylı tibbi göndəriş əsasında cavabdeh təşkilat 2024-cü ilin yanvar ayının 12-də «Əlillik» altsisteminə məlumat daxil etmiş və həmin məlumatda göstərmişdir ki, «əlillik təyinatından imtina edilir, diaqnoz öz təsdiqini tapmamışdır» Cavabdehin bu imtinası tam əsassızdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddia ərizəsinə dair məlumatı nəzərinizə çatdırırlar. Bakı şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin B00009658LXD nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********8). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin H00081040HGU nömrəli xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-15525/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 881 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmalarından sonra başın təpə nahiyəsində bir ədəd, burun belində bir ədəd, sol əlin İ barmağının arxa səthində bir ədəd, sağ içəri topuq nahiyəsində bir ədəd, sağ budun orta 1/3-nin içəri səthində bir ədəd, sağ budun orta 1/3-nin bayır səthində bir ədəd köhnə çapıq toxumalar (1993)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrılarından, təngnəfəslikdən, ayda 2 dəfə baş verən ürəkgetmədən şikayətlənmiş, hərbi qərarda qeyd olunmuş nahiyələrdə dəri çapıqları müəyyən edilmiş, ifadə etdiyi məlumatlar epitutmalara müvafiq olmamışdır. Qəbul etdiyi müalicələr barədə ətraflı məlumat ifadə edə bilməmişdir. Nevroloji status və intellektual- mnestik funksiyalar yaşa uyğun, ətraflarda əzələ gücü -4,0-4,5 bal, tonusu normal, reflekslər canlı, yüngül dərəcəli astenik əlamətlər qeyd olunmuşdur” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı alında, sol çiyində, sol əlin İ barmağının əsasında, sağ budun aşağı 1/3-də, sağ baldırın orta 1/3-də və sağ dabanda çapıqlar izlənmiş, heç bir hərəki məhdudluq qeyd edilməmişdir. Müayinə zamanı başgicəllənmə və başağrılarından şikayətlənmiş, psixi statusunda astenik, bələdliliyi bütün növlər üzrə saxlanılmış, fikirləri və təfəkkürü ləng, yüngül koqnitiv pozuntu izlənmiş, verilən suallara çox fikirləşərək cavablar vermiş, əlillik təyinatına əsas verməmişdir” kimi qeyd edilmiş, diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, yuxusuzluq, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumarlarında kəllə-beyin travması aldığını, ayda 1-2 dəfə tutmalarının olduğunu, dişlərinin töküldüyünü bildirmiş, medikamentoz preparatlardan “Depakin" və “Finiepsal" qəbul etdiyini qeyd etmişdir. Təqdim edilmiş baş- beynin instrumental müayinə nəticələrində (MRT, KT) ciddi uyğunsuzluqlar aşkarlanmış, Avrasiya Hospitalın xx.xx.2022-ci il tarixli MRT müayinəsinin nəticəsi yaşla bağlı dəyişikliklər kimi dəyərləndirilmişdir. Vətəndaş tutmalarla bağlı verilən suallara ətraflı cavablar verə bilməmiş, anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamışdır. Psixi statusunda ünsiyyətə daxil olmuş, puerilistik, nümayişkar davranışlarla sualları ötüşdürmüş, müayinə başlayarkən astenik vəziyyətdə olmuş, sonradan aktivləşmişdir. Təqdim olunan baş-beynin instrumental müayinə nəticəsinə (KT) əsasən təpə nahiyəsində KBT sonrası defekt qeyd olunsa da, vizual müayinədə xəsarət izi aşkarlanmamış və X7 xx.xx.2022-ci il tarixli MRT müayinəsinin nəcisəni təsdiqləməmişdir. Müayinə gedişatında nitqdəki qüsur ağız-çənə aparatı və dilin yerləşməsinə görə bəzi anlarda çətin anlaşılmış, əlillik təyinatına əsas verəcək demensiya və şəxsiyyət dəyişikliyi əlamətləri aşkarlanmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1538 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdləri. Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Neyrocərrahlıq Xəstəxanasının xx.xx.2021-ci il tarixli Kranial KT müayinəsinin nəticəsi “Beyin atrofiyası. Arxa kəllə çuxurunda ölçüsü təxminən 21x12mm olan araxnoidal kista diqqəti çəkir. Təpə sümüyündə keçirilmiş travma hadisəsinə aid ən böyüyünün ölçüsü təxminən 8x8mm olan çoxsaylı sümük defektləri diqqəti çəkir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamış, sənədin doğruluğuna şübhə yaranmışdır. Avrasiya Hospitalın xx.xx.2022-ci il tarixli MRT müayinəsinin nəticəsi “Minimal beyin atrofiyası. Hər iki beyin yarımkürəsində frontal subkortikal ağ maddədə 2 mm ölçüdə bir neçə ədəd non-spesifik ocaq” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. X7 xx.xx.2022-ci il tarixli MRT müayinəsinin nəticəsi “Periventrikulyar sahələrdə aterosklerotik ensefalopatiyaya uyğun işıqlanma sahələri izlənilir. Beynin hər iki yarımkürəsində alın-təpə paylarda bir neçə ədəd mikroagiopatik ocaqlar təyin olunur. Yan mədəciklərdə assimetriya qeyd edilir (S>D)” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: Mərkəzi Hərbi Həkim Komissiyasının 881 saylı, 11 may 217-ci il tarixli qərarı; ambulatorr kitabçadan çıxarış; 18 dekabr 2023-cü il tarixli qərar və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “qərarın ləğvi barədə” iddia) əsas, digərləri isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən 18 dekabr 2023-cü il tarixli qərar iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir. Beləliklə, iddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx xxxxxxx 1970-ci il təvəllüdlüdür. Cavabdeh orqan tərəfindən iddiaçıya 29 iyun 2017-ci il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” (keçirilmiş kəllə beyin travmasının davamlı qalıq əlamətləri diaqnozları ilə) ikinci dərəcəli əlillik 5 il müddətinə təyin edilmişdir. 2023-cü ildə yenidən müayinə zamanı iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir və Dövlət-Tibbi-Sosial Ekspertiza və X1-Sosial ekspert komissiyasının 18 dekabr 2023-cü il tarixli qərarı ilə X4 “əlavə müalicəyə ehtiyacı olması” səbəbindən əlilliyin təyin edilməsindən imtina barədə qərar qəbul edilmişdir. İddiaçı halhazırda cavabdeh orqanın 18 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və ona 18 dekabr 2023-cü il tarixdən əlillik dərəcəsinin təyin edilməsini tələb edir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qanunun 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunun 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qanunun 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qanunun 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Qanunun 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qanunun 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qanunun 29-cu bəndinə əsasən, Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunun 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi İddiaçı barəsində tərtib edilmiş X00127539LYS nömrəli göndəriş əsasında ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyi olan şəxs statusunun verilməsi üçün zəruri sənədlər cavabdehə göndərmişdir. Lakin cavabdeh tərəfindən diaqnozun əlillik əlamətləri təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3062/2024 saylı qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 T114/2025 saylı, xx.xx.2025-ci il tarixli rəyində aşağıdakılar qeyd edilmişdir: Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən XBT 10 kodu ilə: “Əsas diaqnoz: F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdləri. Yanaşı G40.3-Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, epilepsiya generalizə olunmuş qıcolma tutmaları ilə (ayda 3-5 dəfə) təkrarlanır, T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmasından sonrakı vəziyyət, posttravmatik ensefalopatiya serebral atrofıya, G93.4-dəqiqləşdirilməmiş ensefalopatiya, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, posttravmatik ensefalopatiya” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinəsində əlillik təyinatına əsas verəcək demensiya və şəxsiyyət dəyişikliyi əlamətləri aşkarlanmamış, xx.xx.2024-cü il tarixdə psixiatla birgə müayinədə şəxsiyyətin patoloji istiqamətə inkişafı izlənilməmiş, psixi statusunda tam mühakiməli və sərbəst olmuş, kənar şəxsin qulluğu və ya nəzarətinə səbəbiyyət verəcək patologiyalar aşkarlanmamışdır. Abşeron RMX-da İddiaçı adına icra edilmiş xx.xx.2024-cü il tarixli EEQ protokolunun nəticəsində bazal-diensefal strukturda dəyişikliklər qeyd olunmuş, baş beyin qabığının paroksizmliyi nəzərə çaprmış hər iki yarımkürədə frontocentrotemporal nahiyədə vaxtaşırı paroksizmal ləng-teta dalğalar qeyd olunmuşdur. Həmçinin “Elm ed Tibb Mərkəzi” ndə İddiaçı adma icra edilmiş xx.xx.2024-cü il tarixli EEQ müayinəsində sol fronto-central payda kiçik amplitudlu iti dalğa şəklində fokal paroksizmal aktivlik, yuxu zamanı sağ yarımkürədə spayk-ləng dalğa kompleksi şəklində paroksizmal aktivlik izlənmişdir. Həmin EEQ müayinə nəticələrinə əsasən onun epilepsiyadan əziyyət çəkməsini inkar etmək olmaz. “Respublika Neyrocərrahiyyə Xəstəxanası”nda İddiaçı adına icra edilmiş xx.xx.2024-cü il tarixli Beyin KT-nın nəticəsində beyin atrofıyası qeyd olunmuş, sağ təpə sümüyündə keçirilmiş travma hadisəsinə aid ən böyüyünün ölçüsü təxminən 8x8mm olan çoxsaylı sümük defekti diqqəti çəkmişdir. “Respublika Neyrocərrahiyyə Xəstəxanasf’nda İddiaçı adma icra edilmiş xx.xx.2024-cü il tarixli Beyin MRT-da baş beynin mülayim atrofık dəyişikliyi, hər iki beyin yarımkürəsində, periventrikulyar, subkortikal sahələrdə, tək-tək, kiçik ölçülü demielinizasiya ocaqları, sağ təpə payda kiçik ölçülü qliotik ocaq, frontit, etmoidit qeyd edilmişdir. Belə ki, KT və MRT-da aşkar edilən dəyişikliklər onda keçirilmiş kəllə-beyin travmasmdan sonrakı vəziyyəti, posttravmatik ensefalopa- tiyanı inkar etmir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdləri (F07); Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, epilepsiya generalizə olunmuş qıcolma tutmaları ilə (ayda 3-5 dəfə) təkrarlanır (G40.3); kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmasından sonrakı vəziyyət, posttravmatik ensefalopatiya serebral atrofıya (T90.5) müşahidə olunan şəxsə əlillik təyin edilir. Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda X00127539LYS nömrəli Forma 088-də qeyd edilən xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. Məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş 18 dekabr 2023-cü il tarixli qərarı ləğv edilməli və İddiaçı xx.xx.2023-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 18 dekabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2023-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva