Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-82/2023 22.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi həmçinin vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X11, Üçüncü şəxs X1 nümayəndəsi X2, Üçüncü şəxs X3, Üçüncü şəxs X12 nümayəndəsi həmçinin vəkili Nümayəndə, Üçüncü şəxs X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Xızı rayon Altıağac Bələdiyyəsinə qarşı “Xızı rayon Altıağac Bələdiyyəsinin 28 iyul 2004-cü il tarixli, 11 saylı, 07 iyun 2005-ci il tarixli, 07 saylı və 27 iyul 2007-ci il tarixli, 08 saylı qərarlarının ləğv olunması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X10 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Xızı rayon Şöbəsi tərəfindən verilmiş JN-784H seriyalı, xx.xx.2006cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab olunması, həmin şəhadətnamə əsasında DƏDRX-də cavabdeh X3 mülkiyyət hüququna dair aparılmış qeydiyyat və xx.xx.2015-ci il tarixli, ********** nömrəli dövlət reyestrindən çıxarışın ləğv olunması, Xızı rayonu Altıağac Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsinin ayrılması barədə xx.xx.2007-ci il tarixli, 8 nömrəli qərarının, Xızı rayon Altıağac Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 56 nömrəli torpağın alqı-satqısına dair aktın, Altıağac Bələdiyyəsinin yerquruluşu planından çıxarışın etibarsız hesab olunması, həmin sənədlər əsasında DƏDRX-də cavabdeh X1 mülkiyyət hüququna dair aparılmış qeydiyyatın və xx.xx.2016-cı il tarixli, ********** nömrəli reyestrdən çıxarışın ləğv olunması, Xızı rayon dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2008-ci il tarixli, 46-41 reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında DƏDRX-də cavabdeh Qaze Həsənovanın mülkiyyət hüququna dair aparılmış qeydiyyatın və xx.xx.2008-ci il tarixli, ********** nömrəli reyestrdən çıxarışın ləğv olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, iddiaçının əsl İddiaçı ilə, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Xızı rayon Altıağac Bələdiyyəsi ilə əvəz edilməsini, “Xızı rayon Altıağac Bələdiyyəsinin 28 iyul 2004-cü il tarixli, 11 saylı, 07 iyun 2005-ci il tarixli, 07 saylı və 27 iyul 2007-ci il tarixli, 08 saylı qərarlarının ləğv olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası və atası X13 ailə qurub Xızı rayonu, Altıağac kəndi ərazisində yaşamışlar və Altıağac kənd sovetinin 1969-cu il tarixli qərarı ilə həmin kənd ərazisində 0,14 ha torpaq sahəsi 0,01 ha hissəsində tikinti aparılmaqla həyətyanı sahəsi kimi ailələrinə verilmişdir. Sonradan Altıağac kənd sovetinin müvafiq olaraq 1970 və 1971-ci il tarixli qərarları ilə həyətyanı kimi verilmiş torpaq sahəsinin həcmi dəyişdirilərək, 0,12 ha saxlanılmışdır. Bu barədə Altıağac kənd sovetinin qaytanlanmış təsərrüfatbaşına kitabında bütün ailə üzvlərinin adları qeyd olunmaqla məlumatlar vardır və Xızı rayon İcra Hakimiyyəti Xızı rayon Dövlət Arxivindən verilmiş 04 noyabr 2020-ci il tarixli, 43 saylı arxiv çıxarışı ilə həmin fakt təsdiq olunmuşdur. Həmin torpaq sahəsi ailələri tərəfindən son illərədək fasiləsiz istifadə olunmuşdur. Belə ki, torpaq sahəsi hasara alınmış, orada təsərrüfat işləri aparılmış, ağaclar əkilmiş, yardımçı tikililər tikilmişdir. Lakin, son illərdə(təxminən on ilə yaxın müddətdə) müvəqqəti olaraq həmin torpaq sahəsindən istifadə edilməmişdir. 2020-ci ilin son aylarında yenidən həmin torpaq sahəsindən istifadə etmək istədikdə, həmin torpaq sahəsinin ayrı-ayrı şəxslər tərəfindən zəbt olunduğu məlum olmuşdur. Ona görə də tərəfindən Sumqayıt Regional “ASAN XİDMƏT” Mərkəzindəki Notariat ofisi vasitəsilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilərək, mərhum X8 Xızı rayonu, Altıağac kəndi ərazisində verilmiş torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənəd verilməsi xahiş ounmuşdur. DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi 15 iyul 2021-ci il tarixli **********08 saylı bildirişlə qeyd edilən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmiş və buna əsas kimi həmin torpaq sahəsinə baxış keçirilərkən, qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin vətəndaş X3 adına qeydiyyata alınmış **********50 reyestr nömrəli, vətəndaş X1 adına qeydiyyata alınmış **********91 reyestr nömrəli və vətəndaş X12 adına qeydiyyata alınmış **********43 reyestr nömrəli torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bundan sonra ailəsinə məxsus torpaq sahəsinin adları qeyd olunan şəxslərə hansı sənəd və sübutlar əsasında verilməsinin müəyən edilməsi, həmin sənədin surətlərinin əldə olunması və zərurət olduğu təqdirdə həmin sənədlərin mübahisələndirilməsi məqsədi ilə DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müvafiq sorğu verilmiş, DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi 31 avqust 2021-ci il tarixli, **********47 saylı arayışla sorğuda qeyd olunan sənədlərin verilməsindən imtina etsə də, **********50 reyestr nömrəli, Xızı rayonu, Altıağac qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Xızı rayon Şöbəsi tərəfindən verilmiş JN-784H seriyalı, xx.xx.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X3 adına qeydiyyata alınaraq, xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verildiyi, **********91 reyestr nömrəli, Xızı rayonu, Altıağac qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi Xızı rayonu Altıağac Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsinin ayrılması barədə xx.xx.2007-ci il tarixli, 8 nömrəli qərar, Xızı rayonu Altıağac Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 56 nömrəli torpağın alqı-satqısına dair akt, Altıağac Bələdiyyəsinin yerquruluşu planından çıxarış əsasında X1 mülkiyyət hüququ qeydiyyata alınaraq, xx.xx.2016-cı il tarixli ********* qeydiyyat nömrəli reyestrdən çıxarış verildiyi, **********43 reyestr nömrəli, Xızı rayonu, Altıağac qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi Xızı rayon notariat kontorunun təsdiq etdiyi xx.xx.2008-ci il tarixli, 46-41 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X12 adına qeydiyyata alınaraq, xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verildiyi göstərilmişdir. Göründüyü kimi, Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində Altıağac kənd sovetinin 1969-cu il tarixli qərarı ilə həmin kənd ərazisində tikinti aparılmaqla həyətyanı sahəsi kimi ailələrinə verilmiş torpaq sahəsinə, 3-cü şəxslər Faiq Mərdanov, Elnur Mərdanov və Qaze Həsənova tərəfindən müdaxilə olunaraq torpaq sahəsi zəbt edilmişdir. Ailələrinə ayrılmış torpaq sahəsinin göstərilən şəxslər tərəfindən zəbt olunması DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi 15 iyul 2021-ci il tarixli, **********08 saylı məktubu ilə də təsdiq olunmuşdur. Qeyd edilənlərə əsasən “Xızı rayon Altıağac Bələdiyyəsinin 28 iyul 2004-cü il tarixli, 11 saylı, 07 iyun 2005-ci il tarixli, 07 saylı və 27 iyul 2007-ci il tarixli, 08 saylı qərarlarının ləğv olunması” olunması barədə qərar qəbul edilməsini məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Xızı rayon Altıağac Bələdiyyəsinin 28 iyul 2004-cü il tarixli, 11 saylı, 07 iyun 2005-ci il tarixli, 07 saylı və 27 iyul 2007-ci il tarixli, 08 saylı qərarlarının qanunamüvafiq qaydada qəbul edildiyini bildirərək, iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X12 nümayəndəsi həmçinin vəkili Nümayəndə, X1 nümayəndəsi X6, X7 və X19 iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmə tərəfindən dinlənilmiş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçıya həmin normaya uyğun olaraq müvafiq yardım edilmiş və inzibati məhkəmə icraatında iddianı qaldıran şəxsin həmin iddia ilə bağlı subyektiv hüquqa malik olmamasının iddianın mükünsüzlüyünə səbəb olacağı izah edilmişdir. İddiaçının nümayəndəsi Vəkil1 iddiasına olduğu kimi baxılmasını və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbi Xızı rayon Altıağac Bələdiyyəsinin 28 iyul 2004-cü il tarixli, 11 saylı, 07 iyun 2005-ci il tarixli, 07 saylı və 27 iyul 2007-ci il tarixli, 08 saylı qərarlarının ləğv edilməsindən ibarətdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə daxil olduğundan ilk növbədə onun həmin iddianı qaldırmaqda subyektiv hüququnun mövcud olub-olmaması müəyyən edilməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materialları ilə müəyyən olunur ki, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, atası X8 və onun ailə üzvlərinə Altıağac kənd sovetinin 1969-cu il tarixli qərarı ilə Xızı rayon Altıağac kəndi ərazisindən 0.14 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı atasından miras qalmış torpaq sahəsinin Xızı rayon Altıağac Bələdiyyəsi tərəfindən qəbul edilmiş 28 iyul 2004-cü il tarixli, 11 saylı, 07 iyun 2005-ci il tarixli, 07 saylı və 27 iyul 2007-ci il tarixli, 08 saylı qərarlarla üçüncü şəxslər X4, X5, X14 ayrıldığını iddia edir. Bu səbəbdən məhkəmədən bələdiyyənin qeyd edilən qərarlarının ləğv edilməsini tələb edir. Məhkəmənin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə mütəxəssis rəyi verilməsi üçün ünvanlanmış sorğusu ilə müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi (göstərdiyi) torpaq sahəsi üçüncü şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. Beləliklə hazırki işdə iddiaçı əvvəllər istifadəsində olmuş torpaq sahəsi bələdiyyənin mübahisə edilən qərarları əsasında üçüncü şəxslərə satılmışdır. Lakin iddiaçı ona ayrılmış torpaq sahəsinin naturada qurluşunu, koordinatlarını müəyyən edən hər hansı sənədi (yerquruluşu planından çıxarışı, torpaq sahəsinin planını və ölçü sənədini, torpaq sahəsiinin koordinatlarını) məhkəməyə təqdim etməmişdir. Üçüncü şəxslər X5 məxsus A 297381 saylı, 13 dekabr 2018-ci il tarixli, X4 məxsus A 095608 saylı, 09 dekabr 2016-cı il tarixli, X17 məxsus A 235246 saylı, 05 iyul 2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri isə məhkəməyə təqdim edilmiş və həmin sənədlərlə onlara ayrılmış torpaq sahələrinin koordinatları müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxsə ayrılmış torpaq sahəsinin məhz iddiaçıya aid olmasını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilmədiyindən onun həmin torpaq sahəsi üzərində subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasını əsaslandırdığı hallarda mümkün hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının hər hansı hüququnun pozulması, həmin torpaq sahəsi üzərində subyektiv hüquqlara malik olması məhkəmə iclasında təsdiqini tapmadığından, iddia mümkün sayılmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Xızı rayon Altıağac Bələdiyyəsinə qarşı “Xızı rayon Altıağac Bələdiyyəsinin 28 iyul 2004-cü il tarixli, 11 saylı, 07 iyun 2005-ci il tarixli, 07 saylı və 27 iyul 2007-ci il tarixli, 08 saylı qərarlarının ləğv olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-82/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-82/2023
22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver