Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-82/2024 29.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, onun mülkiyyətində olan 0,2173 ha torpaq sahəsində inşa edilmiş əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki sənədin verilməsi öhdəliyinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi idarəsinin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, onun mülkiyyətində olan 0,2173 ha torpaq sahəsində inşa edilmiş əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki sənədin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 16 mart 2022-ci il tarixli, **********19 saylı məktubu ilə iddiaçının müraciətinin təmin eidlməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi idarəsinin tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlara əsasən Abşeron rayonu,Xırdalan şəhərində yerləşən 0,2173 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları)mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin torpaq sahəsində Abşeron Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2021-ci il tarixli 65№li Tikinti obyektinin istismarına İcazə verilməsi sənədinə, lisenziyası olan Memar tərəfindən hazırlanmış Eskiz lahiyəyə əsasən, öz vəsaiti hesabına ümumi tikinti sahəsi 1026,30 kv.m tikintialtı sahəsi 1180,41 kv.m olan əmlak kompleksi kimi müəssisə inşa etdirərək istismara vermişdir və həmin əmlak kompleksinin eskiz layihəsini Abşeron Rayonİcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsində razılaşdırılaraq təsdiq edilmişdir. Sözü gedən əmlak kompleksi kimi müəssisə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi üşün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə xx.xx.2022-ci ildə müraciət edərkən, tikintiyə və torpaq sahəsinə aid bütün sənədlər notarial qaydada təsdiq edilmiş surətlərlə birlikdə həmin müraciətə əlavə olunmuşdur. Cavabdeh tərəfindən 16 mart 2022-ci il tarixli, **********19 saylı bildiriş məktubla sözügedən əmlak kompleksi kimi müəssisə üzərində Mülkiyyət hüququmun Daşınmaz Əmlakın Reyestrində qeydiyyata alınması,Reyestrdən müvafiq sənədlərin verilməsindən əssasız olaraq imtina olunmuşdir. Həmin imtina məktubunda əmlak kompleksi kimi müəssisənin tikintiyə icazə verilməsi barədə sənədlərin ərizəyə əlavə edilmədiyi, həmçinin təqdim edilmiş tikinti obyektinin istismara icazə sənədi mövcud qanunvericiliyə uyğun tərtib edilmədiyi aşkar edilməklə istismara hazırlıq aktının verilmə tarixi, qeydiyyat nömrəsi, tikinti obyektinə verilmiş kod qeyd edilməmiş "A "və“В "tikintisinin ümumi tikintintialtı sahəsinin bir hissəsinin sənəd üzrə torpaq sahəsindən kənarda həmçinin yüksək gərginlik xəttinin (10KVT) mühafizə zolağında yerləşdiyi göstərilmişdir. Hesab edirəm ki, cavabdeh tərəfindən ona məxsus torpaq sahəsində inşa etdiyi əmlak kompleks müəssisə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata almamaqla Çıxarış və Texniki sənədlərin verilməsindən imtinası qanunsus olmuşdur. İddiaçı Mülki Məcəllənin 152.1-ci, 152.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddəsinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı“İnsan hüquq və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokoluna, Mülki Məcəllənin 139.1-ci, 139.3-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 2.2-ci, 8-ci, 12.1-ci, 15-ci maddələrinə istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Oktay oğlu iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xhaiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Xırdalan şəhərində yerləşən yeni layihələndirilmiş əmlak kompleksi kimi müəssisənin tikintiyə icazə verilməsi barədə sənədlərin ərizəyə əlavə edilmədiyi, həmçinin təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyqun tərtib edilmədiyi və torpaq sahəsinə münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, sözügedən sənəddə istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi, həmçinin tikiti obyektinə verilmiş kodun qeyd edilmədiyi və torpaq sahəsinin ölçüsünün əksik (0,1573 ha) qeyd edildiyi müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, tikinti obyektinə dair tərtib edilmiş eskiz layihə rayon icra hakimiyyəti tərəfindən təsdiq edilməmişdir. Bundan başqa sözügedən əmlak kompleksi kimi müəssisənin “A" və “B" tikilisinin ümumi tikintialtı sahəsinin bir hissəsinin sənəd üzrə torpaq sahəsindən kənarda, həmçinin yüksək gərginlikli elektrik xəttinin (10 KVT) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Əlavə olaraq sözügedən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə, 79.1.10-cu maddəsinə, 103-cü və "Tikinti obyektlərinin istismarına icazənin formalarının təsdiq edilməsi haqqında 11 sentyabr 2014-cü il Azərbaycan Respublikası Nazirlər Kabinetinin 302 nömrəli Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 150-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə, 9-cu maddəsinə, 11.1-ci maddəsinə, 8.0.10.1-ci, 15-ci maddəsinə, 23-cü maddəsinə istinad edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddiaçı vərəsə kimi müəyyən edildiyinə görə hazırkı iddianı qaldırmaqa subyektiv hüququ vardır. Cavabdeh iddiaya cavab verməli olan orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, onun mülkiyyətində olan 0,2173 ha torpaq sahəsində inşa edilmiş əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki sənədin verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Xırdalan şəhərində yerləşən yeni layihələndirilmiş əmlak kompleksi kimi müəssisənin tikintiyə icazə verilməsi barədə sənədlərin ərizəyə əlavə edilmədiyi, həmçinin təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyqun tərtib edilmədiyi və torpaq sahəsinə münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, sözügedən sənəddə istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi, həmçinin tikiti obyektinə verilmiş kodun qeyd edilmədiyi və torpaq sahəsinin ölçüsünün əksik (0,1573 ha) qeyd edildiyi müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, tikinti obyektinə dair tərtib edilmiş eskiz layihə rayon icra hakimiyyəti tərəfindən təsdiq edilməmişdir. Bundan başqa sözügedən əmlak kompleksi kimi müəssisənin “A" və “B" tikilisinin ümumi tikintialtı sahəsinin bir hissəsinin sənəd üzrə torpaq sahəsindən kənarda, həmçinin yüksək gərginlikli elektrik xəttinin (10 KVT) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Əlavə olaraq sözügedən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Beləki, cavabdeh inzibati orqanın imtinasının əsas hissəsini tikintiyə icazə verilməsi barədə sənədlərin təqdim edilməməsi, həmçinin təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyqun tərtib edilməməsi və torpaq sahəsinə münasibətdə uyğunsuzluğun aşkar edilməsi təşkil edir. İlkin olaraq istismarına icazə sənədində torpaq sahəsinə münasibətdə uyğunsuzluğun olması ilə bağlı məhkəmə qeyd edir ki, istismara icazə sənədində torpaq sahəsi 0.1573 göstərilmiş, tikintialtı sahə 1180.412 kv.m ümumi tikinti sahəsi 1026.30 kv.m göstərilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mülkiyyətində qonşu ərazilərdə yerləşməklə üç ayrı torpaq sahəsi vardır və tikinti həmin torpaq sahələrində aparılmışdır. Belə ki, məhkəmənin xx.xx.2022-ci il tarixli, № 2-1(118)-1891/2022 saylı Qərardadı ilə iş üzrə kompleks məhkəmə ekspertizası təyin edilmiş, ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İddiaçı mülkiyyətində olan 0,2173 ha torpaq sahəsində inşa edilmiş əmlak kompleksi kimi müəssisənin “A” və “B” tikilisinin ümumi tikintialtı sahəsi torpaq sahəsindən kəndar yerləşirmi, yerləşirsə hansı hissədə yerləşir? 2. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İddiaçı mülkiyyətində olan 0,2173 ha torpaq sahəsində inşa edilmiş əmlak kompleksi kimi müəssisənin “A” və “B” tikilisinin ümumi tikintialtı sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşirmi? Düşürsə, hansı hissədə düşür? 3. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İddiaçı mülkiyyətində olan 0,2173 ha torpaq sahəsində inşa edilmiş əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə idarəçiliyində olan ərazinin hüdudları daxilində yerləşirmi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2023-cü il tarixli, 10/7964 saylı məktubu ilə ekspert rəyi məhkəməyə təqdim edilmiş, rəydə tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir: Qərardadın birinci sualı üzrə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İddiaçı mülkiyyətində olan 0.2173 ha torpaq sahəsində inşa edilmiş əmlak kompleksi kimi müəssisənin təqdim olunan “A” və “B" tikilisinin ümumi tikintialtı sahəsi torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İddiaçı mülkiyyətində olan 0.2173 ha torpaq sahəsində inşa edilmiş əmlak kompleksi kimi müəssisənin “A” və “B” tikilisinin ümumi tikintialtı sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşibyerləşmədiyinin müəyyən etmək mümkün olmamışdır. Belə ki, ərazidən keçən elektrik xəttinin gərginliyi barəsində hər hansı bir məlumat aşkar edilməmişdir. Qərardadın üçüncü sualı üzrə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İddiaçı mülkiyyətində olan 0.2173 ha torpaq sahəsində inşa edilmiş əmlak kompleksi kimi olunan torpaq sahələrinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və çıxarış verilmişdir. Göründüyü kimi iddiaçı mülkiyyətində olan torpaq sahələrdə tikinti işləri aparmışdır və məhkəmə hesab edir ki, istismara icazə sənədində torpaqla bağlı uyğunsuzluğun olması imtina üçün əsas təşkil etməməlidir. Eyni zamanda cavabdeh inzibati orqan qeyd edir ki, sözügedən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın qeyd etdiyi bu hal ekspet rəyi ilə təkzib olunmuşdur. Eyni zamanda iddiaçının torpaq sahələrinə mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Lakin məhkəmə hesab edir ki, hazırkı iş üzrə tikintiyə icazə verilməsi barədə sənədlərin təqdim edilməməsi, həmçinin təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi imtina üçün əsas təşkil edir. Belə ki, təqdim edilən istismara icazə sənədində qanunvericilkilə tələb edilən iki qrafada müvafiq qeydiyyatlar aparılmamışdır. Birincisi istismara icazə sənədində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd ediməmişdir. Məhkəmə araşdırması zamanı belə bir kodun verilməsi müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, bu kodun olmaması aparılan tikintinin qanunvericiliklə müəyyən edilmiş norma və tələblərə uyğun aparılmasını müəyyən edən əsas sayılmasa da, digər qrafada qeyd edilən əsasların olmaması və bununla bağlı zəruri sənədlərin təqdim edilməməsi imtina üçün əsas təşkil edir. Belə ki, tikintinin istismarına icazə sənədində tikitintiyə dövlət nəzarətini həyata keçirən orqan tərəfindən verilən tikintinin istismara hazırlığını təsdiq edən istismara hazırlıq aktının tarixi və qeydiyyat nömrəsi göstərilməmişdir. Eyni zamanda tikintinin istismara icazə sənədindən başqa tikintinin qanunvericiliyin tələblərinə uyğun aparılmasını və başa çatdırılmasını təsdiq edən hər hansı sənəd və ya səlahiyyətli qurumların rəyləri təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, bu qeyd edilənlər inzibati orqanın imtinası və iddianın rədd edilməsi üçün əsas təşkil edir. Beləki Azərbaycan Respulikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 102.1-ci maddəsinə əsasən Tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə verilməsi üçün müraciətə sifarişçi tərəfindən bu Məcəllənin 102.1-2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqdim edilmiş aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. Lakin hazırkı işdə belə bir sənədlərin mövcudluğu müəyyən edilmir. Qeyd edilən məcəllənin 101-ci maddəsində tikinti obyektinin istismarına icazənin məqsədi göstərilmişdir: 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respulikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 102.1.2-ci maddəsində göstərilən sənədlərin təqdim edilməməsi və bunların istismara icazə sənədində göstərilməməsi qeyd edilən sənədin verilməsində güdülən məqsədə ziddir, ona görə də cavabdeh inzibati orqanın qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş istismara icazə sənədinin etibarlı sübut kimi qəbul edilməsindən imtinası əsaslı olmuşdur. Bundan başqa cavabdeh inzibati orqanın imtina əsasları arasında arasında sözügedən əmlak kompleksi kimi müəssisənin “A" və “B" tikilisinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyinin aşkar edilməsi vardır. Bu halın araşdırılması yuxarıda qeyd edilən ekspertzada tələb edilsədə, ekspert qeyd etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İddiaçı mülkiyyətində olan 0.2173 ha torpaq sahəsində inşa edilmiş əmlak kompleksi kimi müəssisənin “A” və “B” tikilisinin ümumi tikintialtı sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşib-yerləşmədiyinin müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı tərəfə hüquqi yardım edilmiş, hüquqların dövlət qeydiyyatını aparan inzibati orqanların praktikasında və məhkəmə praktikasında elektrik xəttini istismar edən qurumun müvafiq olaraq etirazının olmaması həmin hissədə mübahisənin olmaması kimi qiymətləndirildiyi və zəruri sənədin təqdim edilmə imkanı olduğu izah edilmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş X3 Cəmiyyətinin 08 fevral 20234-cü il tarixli, 13-13/2-1/16-1665/2024 saylı məktubunda isə qeyd edilmişdir ki, qeyd olunan ünvandan keçən 6 kV-luq elektrik verilişi xətti "xxxx" ASCnin balansındadır. Həmçinin məhkəməyə təqdim edilmiş Xidməti məlumatda qeyd edilmişdir ki, İddiaçı məxsus tikintiyə yerində baxış keçirildiyi qeyd edilmiş, baxış zamanı məlum olmuşdur ki, tikintinin qarşısından keçən 6 kV-luq TM9 hava xətti Abşeron RETSİnin balansındadır. İddiaçı tərəfə təkrar izah edilmişdir ki, təqdim edilən səndlərdə müvafiq razılığın və ya etirazın olmaması qeyd edilməmişdir. Lakin iddiaçı tərəf təqdim edilmiş sənədlər əsasında qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddiaçı tərəfin mövqeyi nəzərə alınaraq əlavə araşdırma aparılmamışdır. Məhkəmə hesab edir ki, aparılmış tikinti sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi halda, müvafiq səlahiyyətli qurumun etiraz etmədiyi hal istisna olaraq tikintinin istismara qəbulu və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiqlənmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 1-ci bəndinə əsasən mühafizə zonası elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəklində minimal məsafələrdir. Qaydaların 5-ci bəndinin “a” yarımbəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonası hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində- 110 kvt-lıq xətt üzrə 20 metr müəyyən edilmişdir. Qaydaların 12-ci bəndinin “a” yarım bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlər iddianın rədd edilməsi üçün əsas təşkil edir. İddiaçıya izah edilsin ki, yuxarıda qeyd edilən çatışmamazlıqları ortadan qaldıraraq yenidən cavabdeh inzibati orqana müraciət etməsi istisna edilmir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(118)-82/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-82/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver