Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-820/2022 28.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “Sumqayıt şəhər icra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədovun 24 sentyabr 2021-ci il təvəllüdlü oğulları X2 adının “Fateh Mehdi” olaraq dəyişdirilməsinə icazə verilməsindən imtinasının qanunsuz sayılması və 24 sentyabr 2021-ci il təvəllüdlü övladı X2 adının “Fateh Mehdi” olaraq dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının üzərinə qoyulması” barədə iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “Sumqayıt şəhər icra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədovun 24 sentyabr 2021-ci il təvəllüdlü oğulları X2 adının “Fateh Mehdi” olaraq dəyişdirilməsinə icazıə verilməsindən imtinası qanunsuz sayılması və 24 sentyabr 2021-ci il təvəllüdlü övladı X2 adının “Fateh Mehdi” olaraq dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı2 və həyat yoldaşı İddiaçı1 ərizə ilə Sumqayıt Şəhər icra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək 24 sentyabr 2021-ci il təvəllüdlü oğlu X2 adının “Fateh Mehdi” olaraq dəyişdirilməsini xahiş etmişdir. Lakin Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov tərəfindən iddiaçının ərizəsinə verilmiş 18 noyabr 2021-ci il tarixli,M-473-164 saylı cavab məktubunda oğlunun adının həmin ada dəyişdirilməsi barədə müraciətinin təmin olunmasının məqsədəuyğun sayılmadığı bildirilmişdir. Buna əsas kimi həmin adın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilmədiyi və azyaşlının mənafeyinin nəzərə alınması göstərilmişdir. İddiaçı Sumqayıt Şəhər icra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədovun verdiyi cavabı tamamilə əsassız və qanunazidd sayır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü maddəsində birbaşa qeyd olunmuşdur ki, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Ancaq iddiaçının oğlunun adını dəyişdirmək istədiyi “Fateh Mehdi” adı nə uşağın mənafeyinə xələl gətirə biləcək, nə də şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc ad hesab edilə bilməz. Həmçinin, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədovun verdiyi cavabın ziddinə olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında həm “Fateh”, həm də “Mehdi” adları birbaşa göstərilmişdir. İddiaçılar bu iki adın birləşdirilərək oğluna verilməsini xahiş etmişdir ki, həmin adların Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat" siyahısında mövcud olması, cavabdehin müraciətinə verdiyi imtina məktubunda qeyd olunanların əsassız və həqiqətə uyğun olmadığını sübuta yetirir. Hesab edirlər ki, cavabdehin iddiaçının müraciətindən imtina etməsi qanuni və əsaslı sayıla bilməz. Cavabdeh formal mülahizələri əsas götürərək uşağın adının dəyişdirilməsinə icazə verməkdəndən imtina etməklə qanunsuzluğa yol vermişdir. Bu səbəbdən iddiaçılar pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını,eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan,habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da,mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquq və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 53 2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə,valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsaən uşaqlar barəsində dövlət siyasəti hər uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının,mütərəqqi tələblər əsasında təhsil almasının,layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən hər bir uşağın hərtərəfli inkişaf etmək,milli və ümumbəşəri dəyərlərə uyğun.humamizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Həmin Qanunu 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair iddialara.inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara,inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara və sairə iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.1 maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edirlər. Məhkəmə iclasında iddiaçılara hüquqi yardım edilmiş, iddiaçılar müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində qeyd etmişdir ki, İddiaçı2 və İddiaçı1 birgə nikahından doğulmuş övladları, 24.09.2021-ci il təvəllüdlü X2 adının "Fateh Mehdi" kimi dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzərinə qoyulmasını tələb etmişdir. Müəyyən edilmişdir ki, iddiaçılar - İddiaçı2 və İddiaçı1 12.11.2021-ci il tarixdə birgə ərizə ilə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək, birgə nikahlarından doğulmuş övladları, 24.09.2021-ci il təvəllüdlü X2 adının “Fateh Mehdi’’ kimi dəyişdirilməsinə icazə verilməsini xahiş etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmənin nəzərinə çatdırır ki, qaldırılan məsələ ilə bağlı iddiaçılar Komissiyada qəbul edilmişdir. Qəbul zamanı ərizəçilərə uşağın adının dəyişdirilməsi barədə qanunvericiliyin tələbləri barədə ətraflı izahat verilmişdir. Eyni zamanda ərizəçilərə, qaldırılan məsələ ilə bağlı M-473-164 nömrəli, 18.11.2021-ci il tarixli cavab məktubu göndərilmişdir. Cavab məktubunda qeyd olunan adın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat" siyahısında göstərilmədiyi üçün azyaşlının adının qeyd olunan ada dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmədiyi bildirilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Eyni zamanda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adin, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalan'’nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Sumqayıt şəhər icra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmənin nəzərinə çatdırır ki, iddiaçılar - İddiaçı2 və İddiaçı1 12.11.2021-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinə təqdim etdiyi ərizədə adının dəyişdirilməsini tələb etdikləri şəxs 18 yaşı tamam olmuş şəxs deyildir. Ərizədə adı göstərilən övladları, 24.09.2021-ci il təvəllüdlü X2 özünün yalnız 18 yaşına çatdıqdan sonra adının “Fateh Mehdi” kimi dəyişdirilməsi üçün müvafiq icra hakimiyyətinə müraciət etmək hüququ yaranır. 18 yaşına çatanadək isə 24.09.2021-ci il təvəllüdlü X2 valideynləri, yəni iddiaçılar İddiaçı2 və İddiaçı1 birgə xahişinə və uşağın mənafeyi nəzərə alınmaqla uşağın adının dəyişdirilməsinə dəyişdirilməsinə icazə verə bilər. Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının tələb etdiyi “Fateh Mehdi” adı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilməmişdir. Eyni zamanda, iddiaçının övladının hazırki adı olan “Mehdi" adı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin ‘Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilmiş, habelə azyaşlının cinsinə uyğundur və ya gülünc ad hesab edilmir. Yuxarıda göstərilənlər nəzərə alınaraq, ərizəçilərə qeyd olunan adın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilmədiyi üçün Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən azyaşlının adının “Mehdi” adından “Fateh Mehdi” adına dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmədiyi barədə cavab məktubu göndərilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mövcud iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara aid deyil. Belə ki, İnzibati məhkəmə icraatını xarakterizə edən xüsusiyyətə görə bu icraatda bütün hallarda tərəfin biri kimi və bir qayda olaraq cavabdeh qismində inzibati orqan çıxış edir. Azərbaycan Rəspublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə “inzibati orqanların Təsnifatı” təsdiq edilmişdir ki, həmin təsnifatda Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası inzibati orqan kimi müəyyən olunmamışlar. Eyni zamanda yaranmış mübahisə ailə münasibətlərindən irəli gələn publik olamyan hüquq münasibətlərinə aiddir. O halda məhkəmə hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-820/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-820/2022
28.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver