Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-822/2020 01.05.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon Şöbəsinə qarşı “xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixə kimi Aqrar tikinti təchizat birliyinin sahə rəisinin ferma müdiri vəzifəsinə qəbul edilmişəm və həmin vəzifədə işləməyim faktının müəyyən edilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon Şöbəsinə qarşı iddia qaldıraraq xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixə kimi Aqrar tikinti təchizat birliyinin sahə rəisinin ferma müdiri vəzifəsində işləməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının iddia ərizəsində xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixə kimi Aqrar Tikinti təchizat birliyinin sahə rəisinin ferma müdiri vəzifəsində işləməsi faktının müəyyən edilməsi qeyd olunmuşdur. İnzibati məhkəmə icraatı qaydasında fakt təsdiqi iddiasına baxılması nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə inzibati orqana qarşı iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuş və 10 gün müddət təyin olunmuşdur. Lakin, iddiaçı bu çatışmamazlığı aradan qaldırmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə iş üzrə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31-ci fəsili ilə tənzimlənir və həmin işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılır. Buna görə də məhkəmə hesab edir ki, müharibə iştirakçısı olması faktının müəyyən edilməsinə dair tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia qeyrimümkün hesab edilməlidir. İddiaçıya izah olunsun ki, hüquqi faktın təsdiq edilməsinə dair iddia ilə ümumi məhkəməyə, cavabdeh inzibati orqanın onun hər hansı hüquq və qanunla qorunan maraqlarını pozan hərəkət və ya hərəkətsizliyindən müvafiq iddia ilə İnzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-822/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-822/2020
01.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver