Məhkəmə qərarları › İş №2-1(118)-8227/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-8227/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-8227/2025 14.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi) GİRİŞ HİSSƏ X5-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Məhərrəmova Türkan Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4rşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 yanvar 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-30RA/2-Ş-1xx-xx/2025 saylı Arxiv arayışına əsasən, ona məxsus olan Qusar rayonu, Əcəxur kəndində yerləşən 0,19 ha torpaq sahəsinin mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir.

3. Daha sonra, iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-48-30RA/2-Ş-100- 39/2025 saylı arxiv arayışına əsasən, Qusar rayonu Əcəxur İnzibati Ərazi Vahidi üzrə nümayəndliyinin 1996-2000-ci illərin Əcəxur kəndi üzrə 2 nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 17 olan İddiaçı, təsərrüfatının xüsusi mülkiyyətində 1996-2000-ci illərdə cəmi 0,19 ha torpağın olduğu qeyd edilmişdir. Həmin torpaq sahəsi hal-hazıradək iddiaçı tərəfindən istifadə olunur, torpaqla bağlı hər hansı səxslə arasında mübahisə yoxdur. Həmin sənədlər əsasında ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publık Huquq Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, qeyd olunan torpaq sahəsinin mülkiyyət huququ üzrə adına qeydiyyata alınmasını və çıxarış verilməsini xahiş etmiş və həmin idarə tərəfindən ərizənin icrasından imtina olunaraq, xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2-7550/2025 saylı məktub verilmişdir. İmtina məktubunda göstərilmişdir ki, Qusar rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 3-48-30RA/2-Ş-1xxxx/2025 saylı Arxiv arayışına əsasən, ona ayrılmış 0,19 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmin idarə həmin mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə istinad etməklə əsaslandıraraq qeyd etmişdir ki, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. İddiaçı hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqı şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında müraciət ərizəsində qeyd etdiyi 0,2 ha torpaq sahəsinin mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmasından imtina etməsi qanuni və əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3-cu hissəsində və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsi bələdiyyənin ehtiyat fonduna aid torpaq sahələrinə aiddir. İddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etdiyi 0,19 ha torpaq sahəsi iddiaçı tərəfindən bələdiyyədən alınmamışdır və həmin torpaq sahəsi Qusar rayonu sabiq “Şəfəq” sovxozunun müvafiq əmrinə əsasən, iddiaçıya həyətyanı torpaq sahəsi kimi təhkim edilmiş torpaq sahəsidir. Bu hal Qusar Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-cııl tarixli, 3-48-30RA/2-Ş-6xx-xx/2025 saylı Arxiv arayışı və Qusar rayonu “Şəfəq” sovxozunun xx.xx.1995-ci il tarixli, 105 saylı arayışı ilə təsdiq olunur. Bununla da, qeyd olunan torpaq sahəsi islahat çərçivəsində iddiaçının əvəzsiz mülkiyyətinə verilməli olan torpaq sahəsidir.

5. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Şixov X3 rayonu, Əcəxür kəndi ərazisində yerləşən 0,19 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, müraciət edilən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən Qusar rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-30RA/2-Ş-1xx-xx/2025 saylı arxiv arayışına əsasən, iddiaçıya ayrılmış 0,19 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

8. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

12. İddia tələbi çıxarışın verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. Beləliklə, iddia mümkündür.

İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:

14. Qusar Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayonu Əcəxur İnzibati Ərazi Vahidi üzrə Nümayəndəliyinin 1996-2000-ci illərin Əcəxur kəndi üzrə 2 №li Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 171 olan İddiaçı təsərrüfatın xüsusi mülkiyyətində 1996-2000-ci illərdə cəmi 0,19 hektar torpağın olduğu qeyd edilmişdir.

15. Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti Başçısının Əcəxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Şixov X1 qeydiyyatda olmaqla həmin kənddə yaşayır.

16. Qusar Rayon Dövlət Arxivi tərəfindən verilmiş Şəfəq sovxoz üzrə 99 nömrəli əmrə dair arxiv arayışından görünür ki, məhv olunan təsərüfat Tanrıquliyev Saniyat hesabında olan 0,19 hek. torpaq sahəsi İddiaçı həyətyanı sahə kimi təhkim edilmişdir.

17. Qusar rayonu Əcəxur kəndinin yerquruluşu xəritəsindən çıxarışdan görünür ki, İddiaçı ayrılmış 0,19 ha torpaq sahəsinə dair tərtib edilmişdir.

18. Qusar rayonu Əcəxur bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Qusar rayonu Əcəxur kəndi ərazisində istifadəsində 0,19 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi mübahisəli deyil və ƏMDKR-nin publik hüquqi şəxsindən çıxarışın verilməsinə etiraz etmir.

19. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2-4691/2025 nömrəli məktubdan görünür ki, “Sizin adınıza “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-nin olubolmaması barədə məlumatın verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, ********** nömrəli sorğunuza 5 saylı Xaçmaz Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, Qusar rayonu, Əcəxur kəndi üzrə sizin adınıza “Torpağın mülkiyyətə verilməsi dair şəhadətnamə” aşkar edilməmişdir.

20. Qusar rayonu, Əcəxur kəndi ərazisində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, İddiaçı iddia etdiyi 0,19 hektar torpaq sahəsinə naturada tərəfimizdən müayinə-baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi naturada hər tərəfdən çubuq hasarla əhatələnmiş və 0,19 hektar ölçüdə iddiaçı tərəfindən istifadə olunur. Torpaq sahəsinin faktiki ölçüləri sənədlərə əlavə edilmiş sxemlərlə müqayisədə cüzi fərqlilik göstərmişdir. Torpaq sahəsinin ölçüləri və koordinatları faktiki ölçmələr əsasında işlənmişdir. Torpaq sahəsinin faktiki koordinatları TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastr uçotu məlumat bazasında dəqiqləşdirildikdə müəyyən edilmişdir ki, torpaq sahəsi “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına aid olub, “bələdiyyə” mülkiyyətində olmaqla uqodiyası “biçənək” kimi qeyd edilmiş və istifadəçi adı “İddiaçı” göstərilməklə uçota alınmışdır. Bundan əlavə, torpaq sahəsinin koordinatları “islahat kompleks yerquruluşu layihəsi”ndə (DWG-də) dəqiqləşdirildikdə müəyyən edilmişdir ki, torpaq sahəsi “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına aid olub, “bələdiyyə” mülkiyyətində olmaqla uqodiyası “təmiz örüş" kimi nəzərdə tutulmuşdur. Qeyd: Torpaq sahəsi ilə bağlı qonşu torpaq mülkiyyətçiləri ilə hər hansı sərhəd mübahisəsi aşkar olunmamışdır. Torpaq sahəsi kommunikasiya xətlərinin mühafizə (qoruma) zolağına düşmür. Həmçinin, torpaq sahəsinin qonşuluğunda (sağında vo solunda) fiziki və ya hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən hər hansı çıxarış və plan-ölçü sənədi verilməmişdir.

21. Məhkəmənin sorğusuna əsasən, Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı rayon dövlət arxivinə etdiyi müraciətinə əsasən Qusar rayon Böyük Muruq kənd İƏV-üzrə Nümayəndəliyinin Əcəxur kəndi üzrə öz şəxsi təsərrüfatından adına olan 0,19 ha torpaq sahəsi barədə Təsərrüfatbaşına kitabından xx.xx.2025-ci il tarixli, 3-48-30 RA/2-Ş-1xx-xx/2025 saylı arxiv arayışı və Qusar rayon keçmiş “Şəfəq” sovxozun əmrlər kitabından 6/v-95-ci il tarixli 99 nömrəli əmri ilə 0,19 ha torpaq sahəsinin təhkim edilməsi barədə tərtib edilmiş xx.xx.2025-ci il tarixli 3-48-30RA/2-Ş-6xxxx/2025 saylı arxiv çıxarışı təqdim edilmişdir. Yuxarıda qeyd olunan sənədlərlə bağlı təsdiq edilmiş arxiv surətləri məhkəməyə göndərilmişdir. Sovxozun əmrlər və Təsərrüfatbaşına kitablarda iclas protokolları mövcud deyildir.

IV. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

24. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 47-ci maddəsinin 7-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. 56-cı maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 56-cı maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də qeyd olunmuşdur). 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

28. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

IV. Məhkəmənin mövqeyi

29. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

30. Məhkəmə tərəfindən müəyyən edildi ki, Qusar Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-48-30RA/2-Ş-100- 39/2025 saylı arxiv arayışına əsasən, Qusar rayonu Əcəxur İnzibati Ərazi Vahidi üzrə nümayəndliyinin 1996-2000-ci illərin Əcəxur kəndi üzrə 2 nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 17 olan İddiaçı, təsərrüfatının xüsusi mülkiyyətində 1996-2000-ci illərdə cəmi 0,19 ha torpağın olduğu qeyd edilmişdir. Həmin torpaq sahəsi hal-hazıradək iddiaçı tərəfindən istifadə olunur, torpaqla bağlı hər hansı səxslə arasında mübahisə yoxdur. Həmin sənədlər əsasında ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publık Huquq Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək qeyd olunan torpaq sahəsinin mülkiyyət huququ üzrə adına qeydiyyata alınmasını və çıxarış verilməsini xahiş etmiş və həmin idarə tərəfindən ərizənin icrasından imtina olunaraq xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2-7550/2025 saylı məktub verilmişdir. İmtina məktubunda göstərilmişdir ki, Qusar rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-30RA/2-Ş-1xxxx/2025 saylı Arxiv arayışına əsasən ona ayrılmış 0,19 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.

31. Torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktına əsasən, İddiaçı iddia etdiyi 0,19 hektar torpaq sahəsinə naturada müayinə-baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi naturada hər tərəfdən çubuq hasarla əhatələnmiş və 0,19 hektar ölçüdə iddiaçı tərəfindən istifadə olunur. Torpaq sahəsinin faktiki ölçüləri sənədlərə əlavə edilmiş sxemlərlə müqayisədə cüzi fərqlilik göstərmişdir. Torpaq sahəsinin ölçüləri və koordinatları faktiki ölçmələr əsasında işlənmişdir. Torpaq sahəsinin faktiki koordinatları TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastr uçotu məlumat bazasında dəqiqləşdirildikdə müəyyən edilmişdir ki, torpaq sahəsi “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına aid olub, “bələdiyyə” mülkiyyətində olmaqla uqodiyası “biçənək” kimi qeyd edilmiş və istifadəçi adı “İddiaçı” göstərilməklə uçota alınmışdır. Bundan əlavə, torpaq sahəsinin koordinatları “islahat - kompleks yerquruluşu layihəsi”ndə (DWG-də) dəqiqləşdirildikdə müəyyən edilmişdir ki, torpaq sahəsi “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına aid olub, “bələdiyyə” mülkiyyətində olmaqla uqodiyası “təmiz örüş” kimi nəzərdə tutulmuşdur. Qeyd: Torpaq sahəsi ilə bağlı qonşu torpaq mülkiyyətçiləri ilə hər hansı sərhəd mübahisəsi aşkar olunmamışdır. Torpaq sahəsi kommunikasiya xətlərinin mühafizə (qoruma) zolağına düşmür. Həmçinin, torpaq sahəsinin qonşuluğunda (sağında və solunda) fiziki və ya hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən hər hansı çıxarış və plan-ölcü sənədi verilməmişdir.

32. Yuxarıda göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, qanunverici daşınmaz əmlak kimi torpaqların məqsədli təyinatını və hüquqi rejimini, yerquruluşu işlərinin aparılması qaydalarını, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi şərtlərini, o cümlədən istifadə hüququnu, torpaq sahəsi üzərində hüquqların yaranmasının ümumi əsaslarını və digər məsələləri dəqiq müəyyənləşdirmişdir.

33. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: -13.1-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. -86.2-ci maddəsinə görə, bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz.

34. Göstərilən normaların məzmunundan aydın olur ki, kənd təsərrüfatına yararlı torpaq sahələri yalnız icarəyə verilə bilər. Bu növ torpaqlar alqı-satqı obyekti ola bilməz.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

NƏTİCƏVİ HİSSƏ

36. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X5-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar