Məhkəmə qərarları › İş №2-1(118)-823/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-823/2023

28.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-823/2023 28.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Masazır kəndində yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2010-cu il tarixli AN-İ seriyalı, ******* alq-satqı müqaviləsinin şərtlərinə əsasən satıcı X1 rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsini alıcı İddiaçı satmışdır. Həmin torpaq sahəsi alqı-satqı olan vaxtdan faktiki olaraq iddiaçının istifadəsindədir. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün tərəfindən qanunvericilikdə tələb olunan hüquqmüəyyənedici sənədlər cavabdeh inzibati orqana təqdim edilmiş, lakin xx.xx.2022-ci il tarixli **********83 nömrəli məktubla tələbin təmin olunmasından imtina olunmuş və bildirilmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsi üzərində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən məhdudiyyət qadağa qoyulduğu aşkar edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, aparılan araşdırma zamanı Azərbaycan Rəspublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Bas İdarəsinin xx.xx.2022-ci il tarixli, 02/5-281 çıx-22 saylı müraciətinə əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********15 reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə qadağa qoyulduğu aşkar edilmişdir. Bununla bağlı iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan : -xx.xx.2010-cu il tarixli AN-İ seriyalı, ******* alq-satqı müqaviləsindən görünür ki, X1 rayonu, Masazır kəndində yerləşən, ümumi sahəsi 0,06 ha torpaq sahəsini alıcı İddiaçı satmışdır. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilən Azərbaycan Respbliklası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsinin (məktubun) surəti məhkəməyə təqdim edilmişdir. -Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yannda Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığı 31 mart 2022-ci il tarixli 02/5-281-çıx-22 saylı məktubundan görünür ki, ...... 09.2.1982-ci il təvəllüdlü X9kunun Azərbaycan Respublikası ərazisində xüsusi mülkiyyətində (habelə digər hüquqi əsaslarla istifadəsində) daşınmaz əmlakın olubolmaması, müsbət halda həmin əmlakların qeyd edilən şəxslərin adına qeydiyyata alınmasının tarixi, kimin tərəfindən bağışlanması, satılması və hüquqi əsasları barədə məlumat verilməsi, həmçinin müəyyən edilən əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulmasının müvəqqəti olaraq məhdudlaşdırılması üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş edilmişdir . Məhkəmənin sorğusuna əsasən Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu 1 saylı dövlət notariat ofisində 11 may 2010-cu il tarixdə 4Ə/3-440 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurəti məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bi hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davab etdikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .....8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Maddə 21.2. Daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən Qanunda və ya Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında” Əsasnaməsində daşınmaz əmlakın dövlət reyestrini aparan orqana hər hansı daşınmaz əmlak üzərinə nəzarət və ya müvəqqəti nəzarət (məhdudlaşdırma) səlahiyyəti nəzərdə tutulmamışdır. İin halarından göründüyü kimi sözügedən torpaq sahəsi əvvəlki sahibi X8 hələ 2010cu ildə, yəni istinad olunan məktubdan 11 il əvvəl alqı-satqı müqaviləsinə əsasən iddiaçıya özgəninkiləşdirilmişdir. Lakin iddiaçı tərəfindən alqı-satqı müqaviləsi daşınmaz əmlakın dövlət reyestrini aparan orqana təqdim olunmamış və sırf bu səbəbdən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ R.Əhmədovun adında qalmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın məhkəmənin qərarı olmadığı halda Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin məktubu əsasında iddiaçının əldə etdiyi daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun qeydə almaqdan imtina etməsi qanunsuz olmuşdur. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon 1 saylı Dövlət Notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2010-cu il tarixli AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsi əsasında əldə edilmiş Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar