Məhkəmə qərarları › İş №2-1(118)-825/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-825/2021

21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-825/2021 21.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron Rayon Polis İdarəsinə qarşı “üçüncü şəxs - X3 və onun yetkinlik yaşına çatmayan övladı xx.xx.2005-ci il təvəllüdlü X4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27 ünvanda yerləşən 19 saylı evin 68 saylı fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27 ünvanda yerləşən 19 saylı evin 68 saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. X6 onun ərinin qardaşı oğlunun arvadı olmuşdur və artıq onalr arasıında olan nikah münasibətlərinə xitam verilmişdir. Digər 3-cü şəxs isə Vüsalə Əliyevanın qızıdır. Qeyd olunan şəxslər həmin mənzilə formal ərizə əsasında qeydiyyata düşüblər və onların həmin evdə istifadə hüquqları yoxdur. Belə ki,Abşeron rayon məhkəməsinin 2(012)-2851/2020 saylı,xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlərin iddiaçıya məxsus olan fərdi yaşayış evində pasport qeydiyyatında olmaması öz təstiqini tapmışdır. Yuxarıda qeyd edilən faktları nəzərə alaraq, üçüncü şəxslərin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27 ünvanda yerləşən 19 saylı evin 68 saylı fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması ilə bağlı ərizə ilə Abşeron RPİ-ə müraciət etmiş, lakin həmin idarə 128-90415A saylı xx.xx.2020-ci il tarixli məktubu ilə xahişini təmin etməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi X7 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. 3-cü şəxs X6 məhkəmədə izahat verərək, bildirmişdir ki, hal hazırda Bakı şəhərində kirayədə yaşayır və o, həmin mənzildən pasport qeydiyyatından çıxacağı tədqirdə başqa ünvana pasport qeydiyyatına düşməkdə çətinlik çəkəcək. X9 onun övladıdır və onunla birlikdə Bakı şəhərində yaşayır. Qeyd olunanları qərar qəbul edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 12890415A nömrəli imtina məktubu, Abşeron rayon məhkəməsinin 2(012)-2851/2020 saylı,xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi, Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin verdiyi Qeydiyyat Vəsiqəsinin notarial qaydada təstiq edilmiş və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, Abşeron rayon məhkəməsinin 2(012)- 2851/2020 saylı,xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlərin iddiaçıya məxsus olan fərdi yaşayış evində pasport qeydiyyatında olmasına baxmayaraq, mənzildə istifadə hüququnun olmaması göstərilmişdir. Nəzərə alınmalıdır ki, Vüsalə Əliyevanın sözü gedən mənzilə pasport qeydiyyatına düşməsi onun həmin mənzildə istifadə hüququnun yaranmasına əsas ola bilməz. Qeyd olunan məzil X5 mülkiyyətində olduğu tədqirdə Vüsalə Əliyevanın həmin mənzildə istifadə hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaranmış olardı. X8 pasport qeydiyyatına düşdüyü mənzil keçmiş ərinin deyil, ərinin əmisi arvadı olan İddiaçı mülkiyyətində olduğuna görə onun həmin mənzilə istifadə hüququ Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İşin araşdırılan hallarından məlum olmuşdur ki, istifadə hüququnun yaranması üçün tələb edilən razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmamışdır. Ona görədə məhkəmə hesab edir ki, Vüsalə Əliyevanın mübahisəli mənzildə istifadə hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalması yolverilməzdir. Bundan başqa oda nəzərə alınmalıdır ki, Vüsalə Əliyevanın keçmiş əri Azad Ağayevin birgə nikahlarından olan övladları Aysel Ağayeva 14 yaşına çatmadığına mübahisəli mənzildən pasport qeydiyyatından çıxarılmalıdır. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 və onun yetkinlik yaşına çatmayan övladı xx.xx.2005-ci il təvəllüdlü X9 ilə birlikdə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27 ünvanda yerləşən 19 saylı evin 68 saylı fərdi yaşayış evi üzərində hər hansı hüquqa malik olmadığı tədqirdə iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X3 yetkinlik yaşına çatmayan övladı xx.xx.2005-ci il təvəllüdlü X9 ilə birlikdə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27 ünvanda yerləşən 19 saylı evin 68 saylı fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Abşeron Rayon Polis İdarəsinə üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar