Məhkəmə qərarları › İş №2-1(118)-825/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-825/2022

04.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-825/2022 04.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Bakı şəhəri, Binəqədi şossesi, döngə 7(8) ünvanında məskunlaşan), Cavabdehin nümayəndəsi X1 (Bakı şəhər Baş Səhiyyə Mərkəzi 35 saylı şəhər poliklinikasında sahə həkimi-terapevt işləyən, Abşeron rayonu, Masazır qəsəbəsi, ev 7, mənzil 34-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Baş Səhiyyə Mərkəzi 35 nömrəli şəhər poliklinikasına qarşı mərhum həyat yoldaşı X2 barəsində ölüm haqqında tibb şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavbadeh Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 17.05.1957-ci il tarixdə Zəngilan rayonununda doğulan həyat yoldaşı X2 06.05.2021-ci il tarixdə Bakı şəhərində ölməsi və bu barədə ölüm haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsl cavabdeh Bakı şəhər Baş Səhiyyə Mərkəzi 35 nömrəli şəhər poliklinikası ilə əvəz edilməsini və mərhum həyat yoldaşı X2 barəsində ölüm haqqında tibb şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı X8 iddia tələbini müdafiə etdi və izah etdi ki, onun həyat yoldaşı 17.05.1957-ci il təvəllüdlü X5 06.05.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi şossesi, döngə 8 ünvanında yerləşən mənzildə vəfat etmişdir. O, vəfat edərkən onun yanında iddiaçı, ailə üzvləri, X14ın işçiləri və qonşusu da olmuşdur. Həyat yoldaşının ölüm səbəbi isə Covid-19 olmuşdur. bunu X14 Stansiyasının əməkdaşları təsdiq edərək müvafiq məlumat vərəqini vermişlər. Mərhum Binəqədi qəbristanlığında dəfn edilmişdir. İddiaçı isə bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Cavabdehnə müraciət etsə də, əlində əsaslı sənədlər olmadığı üçün imtina edilmiş və bildirmişlər ki, ölüm haqqında tibb şəhadətnaməsi təsdiq edildikdən sonra ona ölüm haqqında şəhadətnamə verilə bilər. Bundan sonra iddiaçı Bakı şəhəri 35 saylı şəhər poliklinikasına müraciət etmiş, lakin ona ölümdən 4-5 aydan sonra müraciıət edildiyi üçün imtina cavabı verilmişdir. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı mərhumun vəfat etməsindən sonra 10 gün müddətində poliklinikaya müraciət etməli olduğu halda 4-5 ay sonra müraciət etdiyindən ona imtina cavabı verilmişdir. Bundan başqa o, vaxtında müraciət etmiş olsaydı belə, ölümün səbəblərini təsdiq edən ekspert rəyi təqdim edilmədiyindən ona imtina cavabı veriləcəkdir. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : -nikahın bağlanması haqqında İİİ- ЖГ № 255619 seriyalı şəhadətnamədən görünür ki, X9 ilə X7 04.12.1982-ci ildə nikaha daixl olmuşlar. - Təcili və X4 Stansiyası tərəfindən verilmiş 06.05.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 1960-cı il təvəllüdlü X2 ölümü qeydə alınmışdır. Ölüm səbəbi kimi “COVİD-19” virusu göstərilmişdir. - Azərbaycan Respublikaslı Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş 06.05.2021-ci il tarixli arayışdan görünür ki, 06.05.2021-ci il tarixdə Birliyin Nəsimi rayon şöbəsinin meyitxanasına gətirilmiş 1960-cı il təvəllüdlü X2 meyiti 06.05.2021-ci il tarixdə dəfn olunmasına icazə verilərək qohumlarına təhivl verilmişdir. - Bakı şəhər Baş Səhiyyə Mərkəzi 35 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 52 nömrəli 22.02.2022-ci il tarixli məktubdan görünür ki,mərhum X2 ölüm haqqında tibbi şəhadətnamənin verilməməsinin səbəbi mərhumun yaxınlarının poliklinikaya 4-5 ay sonra müraciət etməsdir. -Zəngilan rayon Məhkəməsinin 2-1(340)-844/2021 saylı 29.11.2021-ci il tarixli qərardadından görünür ki, ərizəçi İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iş materialları ilə X2 06.05.2021-ci il tarixdə ev şəraitində COVİD-19 virusundan vəfat etməsi təsdiq edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.01.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının” təsdiq edilməsi barədə 5 nömrəli Qərara görə bioloji ölüm anı ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələrinin həkim və ya feldşeri tərəfindən müəyyən edilir və “Ölüm haqqında tibbi şəhadətnamə” doldurulur. “Ölüm haqqında tibbi şəhadətnamə’’ mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X4 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni tibb müəssisələrinə təqdim etmək üçün doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. (4.1, 4.2) Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir (4.3). Məhkəmə hesab edir ki, iddiaçının ölüm haqqında tibb şəhadətnamənin verilməsi üçün 4-5 aydan sonra müraciət etməsi ona həmin şəhadətnamənin verilməsindən imtinaya əsas ola bilməz. Mərhumun ölüm səbəbi bəlli olduğundan ona ölüm haqqında tibb şəhadətnamənin verilməsi ambulator tibb müəssisəsi tərəfindən verilməlidir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı mərhum həyat yoldaşı X5 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhər Baş Səhiyyə Mərkəzi 35 nömrəli şəhər poliklinikasının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mərhum həyat yoldaşı X5 barəsində ölüm haqqında tibbi şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Bakı şəhər Baş Səhiyyə Mərkəzi 35 nömrəli şəhər poliklinikasının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında erləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar