Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-827/2021 19.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 26 oktyabr 2020-ci il tarixli qərarının ləğv olunmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 26 oktyabr 2020-ci il tarixli qərarının ləğv olunmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Xırman MMC məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs kimi fərdi sahibkarlıqla məşğul olur. Fəaliyyətinin əsasını restoran fəaliyyəti təşkil edir. Fərdi sahibkar kimi hüquqi ünvanı Sumqayıt şəhəri, 5-ci mkr., ev 3/57, mənzil mənzil 29-dur. Lakin ünvan 1 ünvanında bir obyekt icarəyə götürmüş və restoran fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Restoranın adı X8muşdur. "xxxx" MMC-nin şikayəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində araşdırma aparılmış və sonuncu tərəfindən iddiaçı “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü bəndini pozduğu üçün 4169 manat məbləğində cərimə olunmuşdur. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 26 oktyabr 2020-ci il tarixli qərarı əsassız və qanunsuzdur. Buna görə də həmin qərar ləğv olunmalı və iddiaçıya yazılmış cərimə silinməlidir. Belə ki, qeyd olunan qərarda istinad olunmuşdur ki, iddiaçının Binəqədi rayonunda fəaliyyət göstərdiyi obyektin adında QAYMAQ əmtəə nişanından istifadə olunmuşdur. Halbu ki, obyektin adı “X10” dır. Yəni iddiaçının obyektinin adı ilə "xxxx" MMC-yə məxsus “QAY-MAQ” və “QayMaq” əmtəə nişanı ilə quruluşu və görünüşü ilə qarışdırılacaq qədər oxşar deyildir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstəricisi bu Qanuna uyğun olaraq mühafizə edilir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. "xxxx" MMC müraciət edərək, “Qaymaq” sözünü “QAY-MAQ” və “QayMaq” kimi quruluşda əmtəə nişanı kimi sənədləşdirmiş və özününküləşdirmişdir. Yəni bu o deməkdir ki, "xxxx" MMC “QAY-MAQ” və “QayMaq” kimi quruluşda əmtəə nişanı alıbsa, heç kim Qaymaq sözünün başqa formasında istifadə edə bilməz. Məhz ona görə də yuxarıda qeyd olunan Qanunun 25.1-ci maddəsində qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir kimi qeyd olunmuşdur. İddiaçı hesab edir ki, mübahisələndirdiyi qərar qəbul olunan zaman “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu təhrif olunmuşdur. Buna görə də səhvən “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununa istinad olunmuşdur. İş materiallarına əlavə etdiyi şəkillərdən də görünür ki, obyektin reklam tablosunda QAYMAQ sözü TURAN sözündən 3 dəfə balacadır. Yəni reklam tablosuna baxdıqda birinci adamın gözünə TURAN görsənir. Əmtəələrin eynicinsliyinin müəyyən edilməsində əmtəənin növü, əmtəənin təyinatı, əmtəənin satış şəraiti nəzərə almır. Əmtəənin növünə onun hazırlandığı material və məmulatın xarici görünüşü daxildir. Məmulatların xarici görünüşlərində fərqlilik aşağıdakı kimidir.
1. "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə məxsus əmtəə nişanı bir sözdən “Qaymaq” sözündən, iddiaçının fəaliyyət göstərdiyi obyektdə isə üç sözdən “TURAN QAYMAQ RESTOURANT” sözlərindən ibarətdir.
2. "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə məxsus Qaymaq yazıları və tərtibatı qəhvəyi rəngdən, iddiaçının fəaliyyət göstərdiyi obyektdə isə yazılar narıncı fonun üzərində ağ rəngdən ibarətdir. Əmtəənin təyinatına onun tətbiqi sahəsi və funksiyası aiddir, yəni həmin əmtəənin istehlakçılarının dairəsi. Əmtəənin təyinatını nəzərə almaqla onun eynicinsli geniş və ya az istehlak olma və istifadə müddəti faktorları əsasında müəyyən olunur. Əmtəələrin oxşarlıq dərəcəsi qiymətləndiriləndə geniş istehlaklı əmtəə üçün daha ciddi yanaşma tətbiq edilir. Geniş istehlaklı əmtəələrin alıcıları konkret növ əmtəələrlə və onların əmtəə nişanları ilə az qarışdırırlar ona görə də onların əmtəə nişanlarının qarışdırılması ehtimalı daha çoxdur. Geniş istehlakı olan əmtəələrə kosmetik və gigiyenik məmulatları, qida məhsulları, alkoqollu və tütün məmulatları, yanacağı və sairi aid etmək olar. Azmüddətli istifadə olunan və nisbətən qiyməti aşağı olan əmtəələrə alıcıların diqqəti azdır və qarışdırma təhlükəsi çoxalır. Əmtəələrin eynicinslik dərəcəsi onların nişanlanmasında istifadə olunan işarələrin oxşarlığının dərəcəsi ilə sıx bağlıdır. İşarələrin oxşarlığı çox olduqda onların qarışdırılması təhlükəliliyi də çox olur. Bu mübahisədə işarələrin oxşarlığı xarici görünüş baxımından heç də üst-üstə düşmür. Onu da qeyd edir ki, hər iki nişan eyni malın satışını xarakterizə və bununla əlaqəli xidmətləri əks etdirmir, yəni "xxxx" MMC “Qaymaq” əmtəə nişanı adı altında süd və süd məhsullarının istehsalı və satışı ilə məşğul olur. İddiaçı isə restoran fəaliyyəti ilə məşğul olur. Məhkəmənin nəzərinə çatdırır ki, ilkin olaraq "xxxx" firması 1997-ci il tarixdən fəaliyyət göstərib. 2019-cu il tarixdə bölünərək "xxxx" MMC və "xxxx" MMC kimi yenidən təşkil olunmuşdur. Buna görə də həmin əmtəələr ayrı-ayrı malların satışının həyata keçirilməsi üçün istifadə olunur. Bu isə onların eyni növə, təyinata və satış şəraitinə aid olmamasını göstərir. Səsli əlamətlər “QAY-MAQ” əmtəə nişanındakı mətnin bir sözdən ibarət olması və hecalara ayrılaraq birinci hecadan sonra defis olması, əmtəə nişanında “QAY-MAQ” sözündə vurğunun sonuncu hecaya düşməsi; “TURAN QAYMAQ resataurant” reklamındakı mətnin üç sözdən ibarət olması, sözlərin müxtəlif uzunluğa malik olması, “QAY-MAQ” sözündə cəmi 4 samitin, 2 saitin olması, “TURAN QAYMAQ resataurant” sözündə cəmi 13 samitin, 9 saitin olması,fərqli fonetik tərkibə, sözlərin ayrı-ayrı kökə malik olması, vurğunun fərqli sözə düşməsi, hecaların miqdarının müxtəlif, kökün ayrı olması, yaxın səslərin və ahənglərin bir birinə fərqli nisbətdə yerləşməsi, səslərin yaxınlıq dərəcəsinin tam olmaması, sözün uyğun olan hissələrinin xarakterinin müxtəlifliyi müqayisə olunan əmtəələrdə eyni deyildir. Nişanların ümumi görünüşünün oxşar təəssüratının olmaması, əsas elementlərin fərqliliyi müqayisə olunan əmtəələrin vizual cəhətdən oxşar olmamasını göstərir. Nişanda istifadə olunan yazının mənasının fərqli olması müqayisə olunan əmtəələrin məna (semantik) etibarı ilə də fərqli olmasını göstərir. Belə ki, “QAY-MAQ” süd məhsulu mənasını daşıyır, “TURAN QAYMAQ resataurant” isə restoran fəaliyyəti sahəsinin olmasını göstərir. Müəyyən olunmuş əlamətlərə əsasən belə nəticəyə gəlmək olur ki, əmtəə nişanlarının dizaynı qarışdırılacaq qədər oxşar deyildir. Qeyd olunanlardan başqa onu da qeyd edir ki, mübahisəli qərarda iddiaçının cəriməsi onunla əsaslandırılıb ki, 22.07.2020-ci il tarixdən 09.10.2020-ci il tarixə 4 faiz vergi çıxılmaqla 4169 manat gəlir əldə etmişdir. Bu hesablanma da düzgün getməmişdir. Məlumdur ki, gəlir təkcə vergilərin ödəniləndən sonra yerdə qalan məbləğ deyil. Çünki obyektin kommunal xərcləri, işçilərin (7 nəfər) əmək haqqları və sairə hesablanmamışdır. İddiaçı hesab edir ki, həmin qərar qanunsuz, əsassız və ədalətsiz, yəni prosessual pozuntularla tərtib olunmuş qərardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmələr şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak etsədə, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehiak Bazarına Nəzarət Dövlət Xidmətinə (bundan sonra - Xidmət) 15.09.2020-ci il tarixli 205 nömrəli müraciəti (daxilolma qeydiyyatı: 5/1629, 17.09.2020-ci il) daxil olmuşdur. Müraciətdə "xxxx" MMC-yə məxsus “QAYMAQ” əmtəə nişanından Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 181 ünvanında yerləşən fiziki şəxs İddiaçı (VÖEN: **********) məxsus “TURAN QAYMAQ restaurant” tərəfindən qeyri-qanuni istifadə edildiyi bildirilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 181 ünvanında yerləşən “QAYMAQ restaurant” tərəfindən “QAYMAQ” əmtəə nişanından qeyri-qanuni istifadə edilməsi barədə Xidmətə "xxxx" MMC-nin 11.06.2020-ci il tarixli 134 nömrəli müraciəti daxil olmuşdur (daxilolma qeydiyyatı: 5/1011, 16.06.2020-ci il). Həmin müraciətdə qeyd olunan məsələlərin araşdırılması məqsədi ilə Xidmət tərəfindən Azərbaycan Respublikasının—X6 13.07.2020-ci il tarixli AİBNDX-05/01-3/113 nömrəli məktub ünvanlanmışdır. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən müvafiq araşdırmalar aparılmış və görülmüş tədbirlər nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 181 ünvanında yerləşən restoran tərəfindən “QAYMAQ” əmtəə nişanından qeyri-qanuni istifadə etməklə yayımlanan reklamların yayımı dayandırılmışdır. Bu barədə Xidmətin 07.09.2020-ci il tarixli AiВNDX-05/01-5/987 nömrəli məktubu ilə "xxxx" MMC-yə məlumat verilmişdir. "xxxx" MMC-nin Xidmətə daxil olmuş 15.09.2020-ci il tarixli 205 nömrəli müraciətində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 181 ünvanında yerləşən restoranın giriş hissəsində yerləşdirilən reklam lövhələrində “TURAN QAYMAQ restaurant” sözləri yazılmaqla yanaşı, həmçinin vətəndaşlara verilən ödəniş çeklərinin üzərində də “QAYMAQ” sözü yazılmaqla “QAYMAQ” əmtəə nişanından qeyri-qanuni istifadə edildiyi bildirilmişdir. Həmin məktubla təqdim edilmiş materiallara əsasən qeyd olunan restoranın facebook.com və instagram.com sosial şəbəkələrdə də “QAYMAQ” əmtəə nişanından istifadə edildiyi müəyyən edilmişdir. Təqdim edilmiş məlumatlara əsasən “QayMaq” və “QAY-MAQ” əmtəə nişanları 43cü sinif- restoran, iaşə, mehmanxana və onların reklamı üçün "xxxx" firmasının (indiki "xxxx" MMC) adına dövlət qeydiyyatına alınmışdır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırma ehtimalı yaransa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab olunur. Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən digər bazar subyektinin əmtəə nişanından, coğrafi göstəricilərindən, firma adından, əmtəə markasından, həmçinin adından qanunsuz istifadə edilməsi haqsız rəqabət hesab edilir və bu hərəkətlərə yol verilmir. Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestr”indəki məlumatlara əsasən fiziki şəxs İddiaçı (VÖEN: **********) hüquqi ünvanı AZ5000, ünvan 4dərək fəaliyyət göstərdiyi obyektin ünvanı isə AZ1054, ünvan 5 Qeyd olunanları nəzərə alaraq, hüquqi ünvanı AZ5000, ünvan 6 isə AZ1054, ünvan 7iziki şəxs İddiaçı (VÖEN: **********) haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır, işə baxılması iclası 09.10.2020-ci il tarixinə təyin edilmiş, eyni zamanda fiziki şəxs İddiaçı zəruri sənəd və məlumatlar tələb edilmişdir. Komissiyanın qeyd olunan tarixə təyin edilmiş işəbaxılma iclasında fiziki şəxs İddiaçı səlahiyyətli nümayəndəsi X3 və “Xırman MMC-nin səlahiyyətli nümayəndəsi X5 iştirak etmişdir. Namiq Tarverdiyev iclasda çıxış edərək “TURAN QAYMAQ restaurant” adlı obyektin üzərində yerləşdirilən “Qaymaq” sözünün sökülərək götürüldüyünü və bunu təsdiq edən fotogörüntüləri və qərarla tələb olunan bir sıra sənədləri təqdim edərək digər məlumatların təqdim olunması üçün müəyyən vaxt verilməsini xahiş etmişdir. Eyni zamanda "Qaymaq” sözünün “İnstagram” və “Facebook” səhifələrindən, menyudan və post terminal qəbzindən götürüldüyünü, sözügedən obyektin yeni fəaliyyətə başladığından “TURAN QAYMAQ restaurant” yazılmış reklamın yerləşdirilməsi üçün Azərbaycan Respublikasının X6 icazə sənədinin alınması ilə əlaqədar müraciət edilmədiyini və həmin obyektin hal-hazırda fəaliyyət göstərmədiyini bildirmişdir. Komissiya qeyd olunanları və təqdim edilməmiş sənəd və məlumatların zəruriliyini nəzərə alaraq işə baxılmasını təxirə salaraq 23.10.2020-ci il tarixinə təyin etmişdir. Komissiyanın qeyd olunan tarixdə keçirilən iclasında fiziki şəxs İddiaçı səlahiyyətli nümayəndəsi X3 və "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X5 iştirak etmişdirlər. X3 iclasda çıxış edərək qeyd olunan obyektin 22.07.2020-ci il tarixdən fəaliyyətə başladığını, nəzarət-kassa aparatının quraşdırıldığını və 09.10.2020-ci il tarixində fəaliyyətinin dayandırıldığını bildirmişdir, iclasda müzakirələr aparılmış və “QAYMAQ” əmtəə nişanından istifadə olunduğu müddətdə fiziki şəxs İddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 181 ünvanında fəaliyyət göstərən restorandan əldə etdiyi gəlirlər və buna görə hesablanmış sadələşdirilmiş verginin məbləğinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Komissiya qeyd olunanları və iş vaxtının bitdiyini nəzərə alaraq iclasa fasilə verərək növbəti iş günü, yəni 26.10.2020-ci il tarixinə saat 16:00-a iclası təyin etmişdir. Komissiyanın qeyd olunan tarixdə keçirilən iclasında "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X5 iştirak etmişdir. Lakin fiziki şəxs İddiaçı və ya onun səlahiyyətli nümayəndəsi X3 iclasda iştirak etməmişdir. Məsələ ilə əlaqədar səlahiyyətli nümayəndə X3 tərəfindən xidmətə arayış təqdim edilsə də (daxilolma tarixi: 5/2021, 26.10.2020-ci il), iclasda iştirak etməməsinin səbəbi barədə Komissiyaya hər hansı məlumat verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.1998-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın 2.7-ci bəndinə əsasən tərəflərdən hər hansı birinin öz nümayəndəsinin işə baxılmasında iştirakının uyğun sənədlərdə təsdiq olunmuş üzürlü səbəblərdən iclasa gəlmək imkanı olmadığı haqqında əsaslandırılmış vəsatəti daxil olduqda işə baxılması müddəti göstərilməklə təxirə salına bilər. Həmin Qaydaların 2.11-ci bəndinə əsasən isə işə mahiyyəti üzrə tərəflərin (onların nümayəndəsinin) iştirakı olmadan, yalnız həmin şəxslərə işə baxıldığı yer və vaxt haqqında vaxtında lazımi qaydada xəbər verildiyi haqqında məlumatlar olduğu və onların işin təxirə salınması barədə əsaslandırılmış vəsatət təqdim etmədiyi hallarda baxıla bilər. Fiziki şəxs İddiaçı və ya onun səlahiyyətli nümayəndəsinin iclasda iştirak etməməsinin üzürlü səbəbləri barədə hər hansı vəsatətin daxil olmadığını, fiziki şəxs İddiaçı səlahiyyətli nümayəndəsi X2 və "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X5na iclasın keçirilməsi barədə dəqiq məlumatın verildiyini nəzərə alaraq Komissiya fiziki şəxs İddiaçı və ya onun səlahiyyətli nümayəndəsi X1 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəuyğun hesab etmişdir. Təqdim olunmuş arayışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Azadlıq prospekti, ev 181 ünvanında yerləşən obyektdə kassa nəzarət aparatı 22.07.2020-ci il tarixindən quraşdırılmış, lakin həmin tarixdən 01.09.2020-ci il tarixinədək satış olmamışdır. Satış 01.09.2020- ci il tarixindən 30.09.2020-ci il tarixi də daxil olmaqla kassa nəzarət çeklərinin yekun məbləği 3298,29 manat, post terminal qəbzləri üzrə olan məbləğ isə 976,71 manat təşkil etmişdir. 3-cü rüb üzrə yekun məbləğ 4275 manat təşkil etmişdir və bu məbləğin 4%-i, yəni 171 manat vergiyə ödənilmişdir. 01.10.2020-ci il tarixindən 09.10.2020-ci il tarixi də daxil olmaqla olan dövr üçün isə kassa nəzarət çeklərinin yekunu 68,02 manat, post terminal 0 manat olmuşdur. 4-cü rüb üzrə hesablanmış 68,2 manat məbləğin 4%-i, yəni 2,72 manat vergiyə ödəniləcəkdir. Ümumilikdə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Azadlıq prospekti, ev 181 ünvanında yerləşən "Turan restoran”ının 22.07.2020-ci il tarixindən 09.10.2020-ci il tarixinə qədər ümumi dövriyyəsi 4343,02 manat təşkil edir. Həmin məbləğin 4%-i, yəni 174 manat sadələşdirilmiş vergi hesablanmışdır. Həmçinin qeyd edilmişdir ki, post terminal qəbzləri üzrə olan yekun məbləğ, yəni 976,71 manal kassa nəzarət aparatında qeydiyyata alınmamışdır. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunu haqsız rəqabətir qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati-hüquqi əsaslarını müəyyən edir sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır, bazar subyektlərinin haqsız rəqabət metodlarından istifadəyə görə məsuliyyətini nəzərdə tutur. Həmin Qanunun 4-cü maddəsinin dördüncü abzasına əsasən eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi rəqibin təsərrüfat fəaliyyətini təqlid hesab edilir və bu hərəkətlərə yol verilmir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən bazar subyektlərinə bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə - haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə iki misli həcmində maliyyə sanksiyaları tətbiq edilir. Komissiya işin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, habelə təqdim edilmiş sənəd və məlumatları tam və obyektiv araşdıraraq hüquqi ünvanı AZ5000, Sumqayıt şəhəri, 5 mkr., ev 3/57, mənzil 29 olan fiziki şəxs İddiaçı (VÖEN: **********) tərəfindən AZ1054, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Azadlıq prospekti, ev 181 ünvanında yerləşən obyektdə “QAYMAQ” əmtəə nişanından 22.07.2020-ci il tarixdən 09.10.2020- ci il tarixə olan dövr ərzində qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının tələblərini pozmaqla rəqibin təsərrüfat fəaliyyətini təqlid etməklə haqsız rəqabətə yol verildiyini müəyyən etmişdir. Eyni zamanda Komissiya fiziki şəxs İddiaçı 22.07.2020-ci il tarixdən 09.10.2020-ci il tarixə olan dövr ərzində “QAYMAQ” əmtəə nişanından istifadə etməklə göstərilən xidmətlərdən sadələşdirilmiş vergi (4 (dörd) faiz) 174 manat) çıxılmaqla) 4169,0 manat (dörd min yüz altmış doqquz manat) gəlir əldə etdiyini müəyyən etmişdir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər, qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər, habelə qeyd olunan Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi’ nin 3.0.3 və 3.0.6-cı bəndlərinə əsasən sar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini etmək, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin (bundan sonra- təsərrüfat subyektləri) və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı antiinhisar qanunvericiliyi ilə mahiyyətlərinə aid edilmiş, habelə antiinhisar qanunvericiliyinin pozulması və sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması haqqında işlərə baxmaq, bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının, təsərrüfat subyektlərinin kartel sövdələşmələrinin aşkarlanması və aradan qaldırılması, bazarda ilkin vəziyyətin bərpa edilməsi, həmçinin qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək Xidmətin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iştirak etmiş, iddiaya etirazı müdafiə etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi və üçüncü şəxs iştirak etməmiş, məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddia mübahisələndirmə haqqında iddiadır. Ötürülmüş prosessual müddət məhkəmə tərəfindən bərpa edilmiş, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 26 oktyabr 2020-ci il tarixli qərarının ləğv olunmasını istəyir. Mübahisələndirilən inzibati aktı qəbul etmiş cavabdeh inzibati orqan inzibati icraat zamanı aşağıda qeydedilənləri müəyyən etmişdir. "xxxx" MMC-nin Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (bundan sonra - Xidmət) 15.09.2020-ci il tarixli 205 nömrəli müraciəti (daxilolma qeydiyyatı: 5/1629, 17.09.2020-ci il) daxil olmuşdur. Müraciətdə "xxxx" MMC-yə məxsus “QAYMAQ” əmtəə nişanından Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 181 ünvanında yerləşən fiziki şəxs İddiaçı (VÖEN: **********) məxsus “TURAN QAYMAQ restaurant” tərəfindən qeyri-qanuni istifadə edildiyi bildirilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 181 ünvanında yerləşən “QAYMAQ restaurant” tərəfindən “QAYMAQ” əmtəə nişanından qeyri-qanuni istifadə edilməsi barədə Xidmətə "xxxx" MMC-nin 11.06.2020-ci il tarixli 134 nömrəli müraciəti daxil olmuşdur (daxilolma qeydiyyatı: 5/1011, 16.06.2020-ci il). Həmin müraciətdə qeyd olunan məsələlərin araşdırılması məqsədi ilə Xidmət tərəfindən Azərbaycan Respublikasının—X6 13.07.2020-ci il tarixli AİBNDX-05/01-3/113 nömrəli məktub ünvanlanmışdır. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən müvafiq araşdırmalar aparılmış və görülmüş tədbirlər nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 181 ünvanında yerləşən restoran tərəfindən “QAYMAQ” əmtəə nişanından qeyri-qanuni istifadə etməklə yayımlanan reklamların yayımı dayandırılmışdır. Bu barədə Xidmətin 07.09.2020-ci il tarixli AiВNDX-05/01-5/987 nömrəli məktubu ilə "xxxx" MMC-yə məlumat verilmişdir. "xxxx" MMC-nin Xidmətə daxil olmuş 15.09.2020-ci il tarixli 205 nömrəli müraciətində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 181 ünvanında yerləşən restoranın giriş hissəsində yerləşdirilən reklam lövhələrində “TURAN QAYMAQ restaurant” sözləri yazılmaqla yanaşı, həmçinin vətəndaşlara verilən ödəniş çeklərinin üzərində də “QAYMAQ” sözü yazılmaqla “QAYMAQ” əmtəə nişanından qeyri-qanuni istifadə edildiyi bildirilmişdir. Həmin məktubla təqdim edilmiş materiallara əsasən qeyd olunan restoranın facebook.com və instagram.com sosial şəbəkələrdə də “QAYMAQ” əmtəə nişanından istifadə edildiyi müəyyən edilmişdir. Təqdim edilmiş məlumatlara əsasən “QayMaq” və “QAY-MAQ” əmtəə nişanları 43cü sinif- restoran, iaşə, mehmanxana və onların reklamı üçün "xxxx" firmasının (indiki "xxxx" MMC) adına dövlət qeydiyyatına alınmışdır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırma ehtimalı yaransa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab olunur. Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən digər bazar subyektinin əmtəə nişanından, coğrafi göstəricilərindən, firma adından, əmtəə markasından, həmçinin adından qanunsuz istifadə edilməsi haqsız rəqabət hesab edilir və bu hərəkətlərə yol verilmir. Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestr”indəki məlumatlara əsasən fiziki şəxs İddiaçı (VÖEN: **********) hüquqi ünvanı AZ5000, ünvan 4dərək fəaliyyət göstərdiyi obyektin ünvanı isə AZ1054, ünvan 5 Qeyd olunanları nəzərə alaraq, hüquqi ünvanı AZ5000, ünvan 6 isə AZ1054, ünvan 7iziki şəxs İddiaçı (VÖEN: **********) haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır, işə baxılması iclası 09.10.2020-ci il tarixinə təyin edilmiş, eyni zamanda fiziki şəxs İddiaçı zəruri sənəd və məlumatlar tələb edilmişdir. Komissiyanın qeyd olunan tarixə təyin edilmiş işəbaxılma iclasında fiziki şəxs İddiaçı səlahiyyətli nümayəndəsi X3 və “Xırman MMC-nin səlahiyyətli nümayəndəsi X5 iştirak etmişdir. Namiq Tarverdiyev iclasda çıxış edərək “TURAN QAYMAQ restaurant” adlı obyektin üzərində yerləşdirilən “Qaymaq” sözünün sökülərək götürüldüyünü və bunu təsdiq edən fotogörüntüləri və qərarla tələb olunan bir sıra sənədləri təqdim edərək digər məlumatların təqdim olunması üçün müəyyən vaxt verilməsini xahiş etmişdir. Eyni zamanda "Qaymaq” sözünün “İnstagram” və “Facebook” səhifələrindən, menyudan və post terminal qəbzindən götürüldüyünü, sözügedən obyektin yeni fəaliyyətə başladığından “TURAN QAYMAQ restaurant” yazılmış reklamın yerləşdirilməsi üçün Azərbaycan Respublikasının X6 icazə sənədinin alınması ilə əlaqədar müraciət edilmədiyini və həmin obyektin hal-hazırda fəaliyyət göstərmədiyini bildirmişdir. Komissiya qeyd olunanları və təqdim edilməmiş sənəd və məlumatların zəruriliyini nəzərə alaraq işə baxılmasını təxirə salaraq 23.10.2020-ci il tarixinə təyin etmişdir. Komissiyanın qeyd olunan tarixdə keçirilən iclasında fiziki şəxs İddiaçı səlahiyyətli nümayəndəsi X3 və "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X5 iştirak etmişdirlər. X3 iclasda çıxış edərək qeyd olunan obyektin 22.07.2020-ci il tarixdən fəaliyyətə başladığını, nəzarət-kassa aparatının quraşdırıldığını və 09.10.2020-ci il tarixində fəaliyyətinin dayandırıldığını bildirmişdir, iclasda müzakirələr aparılmış və “QAYMAQ” əmtəə nişanından istifadə olunduğu müddətdə fiziki şəxs İddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 181 ünvanında fəaliyyət göstərən restorandan əldə etdiyi gəlirlər və buna görə hesablanmış sadələşdirilmiş verginin məbləğinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Komissiya qeyd olunanları və iş vaxtının bitdiyini nəzərə alaraq iclasa fasilə verərək növbəti iş günü, yəni 26.10.2020-ci il tarixinə saat 16:00-a iclası təyin etmişdir. Komissiyanın qeyd olunan tarixdə keçirilən iclasında "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X5 iştirak etmişdir. Lakin fiziki şəxs İddiaçı və ya onun səlahiyyətli nümayəndəsi X3 iclasda iştirak etməmişdir. Məsələ ilə əlaqədar səlahiyyətli nümayəndə X3 tərəfindən xidmətə arayış təqdim edilsə də (daxilolma tarixi: 5/2021, 26.10.2020-ci il), iclasda iştirak etməməsinin səbəbi barədə Komissiyaya hər hansı məlumat verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.1998-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın 2.7-ci bəndinə əsasən tərəflərdən hər hansı birinin öz nümayəndəsinin işə baxılmasında iştirakının uyğun sənədlərdə təsdiq olunmuş üzürlü səbəblərdən iclasa gəlmək imkanı olmadığı haqqında əsaslandırılmış vəsatəti daxil olduqda işə baxılması müddəti göstərilməklə təxirə salına bilər. Həmin Qaydaların 2.11-ci bəndinə əsasən isə işə mahiyyəti üzrə tərəflərin (onların nümayəndəsinin) iştirakı olmadan, yalnız həmin şəxslərə işə baxıldığı yer və vaxt haqqında vaxtında lazımi qaydada xəbər verildiyi haqqında məlumatlar olduğu və onların işin təxirə salınması barədə əsaslandırılmış vəsatət təqdim etmədiyi hallarda baxıla bilər. Fiziki şəxs İddiaçı və ya onun səlahiyyətli nümayəndəsinin iclasda iştirak etməməsinin üzürlü səbəbləri barədə hər hansı vəsatətin daxil olmadığını, fiziki şəxs İddiaçı səlahiyyətli nümayəndəsi X2 və "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X5na iclasın keçirilməsi barədə dəqiq məlumatın verildiyini nəzərə alaraq Komissiya fiziki şəxs İddiaçı və ya onun səlahiyyətli nümayəndəsi X1 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəuyğun hesab etmişdir. Təqdim olunmuş arayışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Azadlıq prospekti, ev 181 ünvanında yerləşən obyektdə kassa nəzarət aparatı 22.07.2020-ci il tarixindən quraşdırılmış, lakin həmin tarixdən 01.09.2020-ci il tarixinədək satış olmamışdır. Satış 01.09.2020- ci il tarixindən 30.09.2020-ci il tarixi də daxil olmaqla kassa nəzarət çeklərinin yekun məbləği 3298,29 manat, post terminal qəbzləri üzrə olan məbləğ isə 976,71 manat təşkil etmişdir. 3-cü rüb üzrə yekun məbləğ 4275 manat təşkil etmişdir və bu məbləğin 4%-i, yəni 171 manat vergiyə ödənilmişdir. 01.10.2020-ci il tarixindən 09.10.2020-ci il tarixi də daxil olmaqla olan dövr üçün isə kassa nəzarət çeklərinin yekunu 68,02 manat, post terminal 0 manat olmuşdur. 4-cü rüb üzrə hesablanmış 68,2 manat məbləğin 4%-i, yəni 2,72 manat vergiyə ödəniləcəkdir. Ümumilikdə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Azadlıq prospekti, ev 181 ünvanında yerləşən "Turan restoran”ının 22.07.2020-ci il tarixindən 09.10.2020-ci il tarixinə qədər ümumi dövriyyəsi 4343,02 manat təşkil edir. Həmin məbləğin 4%-i, yəni 174 manat sadələşdirilmiş vergi hesablanmışdır. Həmçinin qeyd edilmişdir ki, post terminal qəbzləri üzrə olan yekun məbləğ, yəni 976,71 manal kassa nəzarət aparatında qeydiyyata alınmamışdır. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunu haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati-hüquqi əsaslarını müəyyən edir, sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır, bazar subyektlərinin haqsız rəqabət metodlarından istifadəyə görə məsuliyyətini nəzərdə tutur. Həmin Qanunun 4-cü maddəsinin dördüncü abzasına əsasən eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, lənginin adının qanunsuz istifadə edilməsi rəqibin təsərrüfat fəaliyyətini təqlid hesab edilir və bu hərəkətlərə yol verilmir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən bazar subyektlərinə bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə - haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə iki misli həcmində maliyyə sanksiyaları tətbiq edilir. Komissiya işin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, habelə təqdim edilmiş sənəd və məlumatları tam və obyektiv araşdıraraq hüquqi ünvanı AZ5000, Sumqayıt şəhəri, 5 mkr., ev 3/57, mənzil 29 olan fiziki şəxs İddiaçı (VÖEN: **********) tərəfindən AZ1054, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Azadlıq prospekti, ev 181 ünvanında yerləşən obyektdə “QAYMAQ” əmtəə nişanından 22.07.2020-ci il tarixdən 09.10.2020- ci il tarixə olan dövr ərzində qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının tələblərini pozmaqla rəqibin təsərrüfat fəaliyyətini təqlid etməklə haqsız rəqabətə yol verildiyini müəyyən etmişdir. Eyni zamanda Komissiya fiziki şəxs İddiaçı 22.07.2020-ci il tarixdən 09.10.2020-ci il tarixə olan dövr ərzində “QAYMAQ” əmtəə nişanından istifadə etməklə göstərilən xidmətlərdən sadələşdirilmiş vergi (4 (dörd) faiz) 174 manat) çıxılmaqla) 4169,0 manat (dörd min yüz altmış doqquz manat) gəlir əldə etdiyini müəyyən etmişdir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər, qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər, habelə qeyd olunan Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi” nin 3.0.3 və 3.0.6-cı bəndlərinə əsasən Antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini etmək, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin (bundan sonra- təsərrüfat subyektləri) və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı antiinhisar qanunvericiliyi ilə mahiyyətlərinə aid edilmiş, habelə antiinhisar qanunvericiliyinin pozulması və sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması haqqında işlərə baxmaq, bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının, təsərrüfat subyektlərinin kartel sövdələşmələrinin aşkarlanması və aradan qaldırılması, bazarda ilkin vəziyyətin bərpa edilməsi, həmçinin qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək Xidmətin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Qeyd edilən əsaslar üzrə 26 oktyabr 2020-ci il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 26 oktyabr 2020-ci il tarixli qərarına əsasən 1. hüquqi ünvanı AZ 5000, Sumqayıt şəhəri, 5 mkr, ev 3/57, mənzil 29 olan fiziki şəxs İddiaçı gələcək fəaliyyətində digər bazar subyektlərinə məxsus əmtəə nişanlarından, o cümlədən “Qaymaq” əmtəə nişanından qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verilməməsi ilə bağlı müvafiq tədbirlər görülməsi haqqında göstəriş verilməsi, 2. hüquqi ünvanı AZ 5000, Sumqayıt şəhəri, 5 mkr, ev 3/57, mənzil 29 olan fiziki şəxs İddiaçı AZ 1054, ünvan 10 ünvanında yerləşən obyektdə “Qaymaq” Əmtəə nişanından 22.07.2020-ci il tarixdən 09.10.2020-ci il tarixə olan dövr ərzində qanunsuz istifadə edərək “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının tələblərini pozmaqla əldə edilmiş (sadələşdirilmiş vergi çıxılmaqla) 4169,0 manat gəlirin bir misli, yəni 4169,0 manat həcmində maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarı qəbul edərkən qanunvericiliyin tələblərini pozmamış, yuxarıda qeyd edilənlən inzibati icraatı apararaq, əsaslı qərar qəbul etmişdir. Məhkəmə inzibati icraatla bağlı qərarda və iddia ərizəsinə etirazda qeyd edilənlərlə razılaşdığı üçün qeyd edilənləri təkrarlamağa zərurət görmür. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi dəlillər isə iddianın təmini üçün əsas təşkil etmir. İddiaçının iddianın təmini üçün əsas dəlilləri ondan ibarətdir ki, obyektin reklam tablosunda QAYMAQ sözü TURAN sözündən 3 dəfə balacadır. Yəni reklam tablosuna baxdıqda birinci adamın gözünə TURAN görsənir.Əmtəələrin eynicinsliyinin müəyyən edilməsində əmtəənin növü, əmtəənin təyinatı, əmtəənin satış şəraiti nəzərə almır. Əmtəənin növünə onun hazırlandığı material və məmulatın xarici görünüşü daxildir. Məmulatların xarici görünüşlərində fərqlilik aşağıdakı kimidir.
1. "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə məxsus əmtəə nişanı bir sözdən “Qaymaq” sözündən, iddiaçının fəaliyyət göstərdiyi obyektdə isə üç sözdən “TURAN QAYMAQ RESTOURANT” sözlərindən ibarətdir.
2. "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə məxsus Qaymaq yazıları və tərtibatı qəhvəyi rəngdən, iddiaçının fəaliyyət göstərdiyi obyektdə isə yazılar narıncı fonun üzərində ağ rəngdən ibarətdir. Əmtəənin təyinatına onun tətbiqi sahəsi və funksiyası aiddir, yəni həmin əmtəənin istehlakçılarının dairəsi. Əmtəənin təyinatını nəzərə almaqla onun eynicinsli geniş və ya az istehlak olma və istifadə müddəti faktorları əsasında müəyyən olunur. Əmtəələrin oxşarlıq dərəcəsi qiymətləndiriləndə geniş istehlaklı əmtəə üçün daha ciddi yanaşma tətbiq edilir. Geniş istehlaklı əmtəələrin alıcıları konkret növ əmtəələrlə və onların əmtəə nişanları ilə az qarışdırırlar ona görə də onların əmtəə nişanlarının qarışdırılması ehtimalı daha çoxdur. Geniş istehlakı olan əmtəələrə kosmetik və gigiyenik məmulatları, qida məhsulları, alkoqollu və tütün məmulatları, yanacağı və sairi aid etmək olar. Azmüddətli istifadə olunan və nisbətən qiyməti aşağı olan əmtəələrə alıcıların diqqəti azdır və qarışdırma təhlükəsi çoxalır. Əmtəələrin eynicinslik dərəcəsi onların nişanlanmasında istifadə olunan işarələrin oxşarlığının dərəcəsi ilə sıx bağlıdır. İşarələrin oxşarlığı çox olduqda onların qarışdırılması təhlükəliliyi də çox olur. Bu mübahisədə işarələrin oxşarlığı xarici görünüş baxımından heç də üst-üstə düşmür.Hər iki nişan eyni malın satışını xarakterizə və bununla əlaqəli xidmətləri əks etdirmir, yəni "xxxx" MMC “Qaymaq” əmtəə nişanı adı altında süd və süd məhsullarının istehsalı və satışı ilə məşğul olur. İddiaçı isə restoran fəaliyyəti ilə məşğul olur. Məhkəmənin nəzərinə çatdırır ki, ilkin olaraq "xxxx" firması 1997ci il tarixdən fəaliyyət göstərib. 2019-cu il tarixdə bölünərək "xxxx" MMC və "xxxx" MMC kimi yenidən təşkil olunmuşdur. Buna görə də həmin əmtəələr ayrı-ayrı malların satışının həyata keçirilməsi üçün istifadə olunur. Bu isə onların eyni növə, təyinata və satış şəraitinə aid olmamasını göstərir.Səsli əlamətlər “QAY-MAQ” əmtəə nişanındakı mətnin bir sözdən ibarət olması və hecalara ayrılaraq birinci hecadan sonra defis olması, əmtəə nişanında “QAY-MAQ” sözündə vurğunun sonuncu hecaya düşməsi; “TURAN QAYMAQ resataurant” reklamındakı mətnin üç sözdən ibarət olması, sözlərin müxtəlif uzunluğa malik olması, “QAY-MAQ” sözündə cəmi 4 samitin, 2 saitin olması, “TURAN QAYMAQ resataurant” sözündə cəmi 13 samitin, 9 saitin olması,fərqli fonetik tərkibə, sözlərin ayrı-ayrı kökə malik olması, vurğunun fərqli sözə düşməsi, hecaların miqdarının müxtəlif, kökün ayrı olması, yaxın səslərin və ahənglərin bir birinə fərqli nisbətdə yerləşməsi, səslərin yaxınlıq dərəcəsinin tam olmaması, sözün uyğun olan hissələrinin xarakterinin müxtəlifliyi müqayisə olunan əmtəələrdə eyni deyildir.Nişanların ümumi görünüşünün oxşar təəssüratının olmaması, əsas elementlərin fərqliliyi müqayisə olunan əmtəələrin vizual cəhətdən oxşar olmamasını göstərir. Nişanda istifadə olunan yazının mənasının fərqli olması müqayisə olunan əmtəələrin məna (semantik) etibarı ilə də fərqli olmasını göstərir. Belə ki, “QAY-MAQ” süd məhsulu mənasını daşıyır, “TURAN QAYMAQ resataurant” isə restoran fəaliyyəti sahəsinin olmasını göstərir.Müəyyən olunmuş əlamətlərə əsasən belə nəticəyə gəlmək olur ki, əmtəə nişanlarının dizaynı qarışdırılacaq qədər oxşar deyildir. Məhkəmə iddiaçının dəlilləri ilə bağlı qeyd edir, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas yalnız restororanın adında “Qaymaq” adından istifadə edilməsi yox, eyni zamanda vətəndaşlara verilən ödəniş çeklərinin üzərində də “QAYMAQ” sözü yazılmaqla və sosial şəbəkələrdə reklam xaraktrerli “QAYMAQ” əmtəə nişanından qeyri-qanuni istifadə edilməsi olmuşdur. İnzibati icraat zamanı iddiaçının nümayəndəsi qeyd edilən halları etiraf etmişdir. Komissiyanın iclasında İddiaçı səlahiyyətli nümayəndəsi X3 iştirak etmiş və “TURAN QAYMAQ restaurant” adlı obyektin üzərində yerləşdirilən “Qaymaq” sözünün sökülərək götürüldüyünü və bunu təsdiq edən fotogörüntüləri və qərarla tələb olunan bir sıra sənədləri təqdim edərək digər məlumatların təqdim olunması üçün müəyyən vaxt verilməsini xahiş etmişdir. Eyni zamanda "Qaymaq” sözünün “İnstagram” və “Facebook” səhifələrindən, menyudan və post terminal qəbzindən götürüldüyünü, sözügedən obyektin yeni fəaliyyətə başladığından “TURAN QAYMAQ restaurant” yazılmış reklamın yerləşdirilməsi üçün Azərbaycan Respublikasının X6 icazə sənədinin alınması ilə əlaqədar müraciət edilmədiyini və həmin obyektin hal-hazırda fəaliyyət göstərmədiyini bildirmişdir. Göründüyü kimi iddiaçının nümayəndəsi qanunvericiliyin tələblərinin pozulduğunu etiraf etmişdir. Qeyd edilənləri nəzərə alanda məhkəmə hesab edir ki, iddianın qeyd etdiyi dəlillər iddianın təmini üçün əsas ola bilməz. İddiaçının digər bir dəlili ondan ibarətdirt ki mübahisəli qərarda iddiaçının cəriməsi onunla əsaslandırılıb ki, 22.07.2020-ci il tarixdən 09.10.2020-ci il tarixə 4 faiz vergi çıxılmaqla 4169 manat gəlir əldə etmişdir. Bu hesablanma da düzgün getməmişdir. Məlumdur ki, gəlir təkcə vergilərin ödəniləndən sonra yerdə qalan məbləğ deyil. Çünki obyektin kommunal xərcləri, işçilərin (7 nəfər) əmək haqqları və sairə hesablanmamışdır. İş materiallarından görsənir ki, inzibati orqana təqdim olunmuş arayışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Azadlıq prospekti, ev 181 ünvanında yerləşən obyektdə kassa nəzarət aparatı 22.07.2020-ci il tarixindən quraşdırılmış, lakin həmin tarixdən 01.09.2020-ci il tarixinədək satış olmamışdır. Satış 01.09.2020- ci il tarixindən 30.09.2020-ci il tarixi də daxil olmaqla kassa nəzarət çeklərinin yekun məbləği 3298,29 manat, post terminal qəbzləri üzrə olan məbləğ isə 976,71 manat təşkil etmişdir. 3-cü rüb üzrə yekun məbləğ 4275 manat təşkil etmişdir və bu məbləğin 4%-i, yəni 171 manat vergiyə ödənilmişdir. 01.10.2020-ci il tarixindən 09.10.2020-ci il tarixi də daxil olmaqla olan dövr üçün isə kassa nəzarət çeklərinin yekunu 68,02 manat, post terminal 0 manat olmuşdur. 4-cü rüb üzrə hesablanmış 68,2 manat məbləğin 4%-i, yəni 2,72 manat vergiyə ödəniləcəkdir. Ümumilikdə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Azadlıq prospekti, ev 181 ünvanında yerləşən "Turan restoran”ının 22.07.2020-ci il tarixindən 09.10.2020-ci il tarixinə qədər ümumi dövriyyəsi 4343,02 manat təşkil edir. Həmin məbləğin 4%-i, yəni 174 manat sadələşdirilmiş vergi hesablanmışdır. Həmçinin qeyd edilmişdir ki, post terminal qəbzləri üzrə olan yekun məbləğ, yəni 976,71 manal kassa nəzarət aparatında qeydiyyata alınmamışdır. Göründüyü kimi inzibati icraat zamanı iddiaçı qeyd etdiyi dəlilləri irəli sürməmiş, inzibati orqana təqdim edilmiş sənədlər əsasında qərar qəbul edilmişdir. Beləliklə qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri mübahisələndirilən inzibati aktın ləğvi üçün əsas təkil etmir, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun qərar qəbul etmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev