Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-827/2022 25.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Rəhı̇ mov Qoçu Gülməmməd oğlunun cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Tibb İdarəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasına qarşı voṁ ıhəR" Qoçu Gülməmməd oğlunun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi X1 Bölməsinin müdiri vəzifəsindən azad edilməsi barədə 16 aprel 2021-ci il tarixli əmrin ləğv edilməsi və iddiaçının vəzifəyə bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasının üzərinə qoyulmasına" dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rəhı̇ mov Qoçu Gülməmməd oğlu cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Tibb İdarəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasına qarşı voṁ ıhəR" Qoçu Gülməmməd oğlunun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi X1 Bölməsinin müdiri vəzifəsindən azad edilməsi barədə 16 aprel 2021-ci il tarixli əmrin ləğv edilməsi və iddiaçının vəzifəyə bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasının üzərinə qoyulmasına" dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 2017-ci ilin 05 yanvar tarixindən 16 aprel 2021-ci il tarixə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasında işləmişdir. Sonuncu vəzifəsi həmin qurumda aktiv istirahətin təşkili bölməsinin müdiri vəzifəsi olmuşdur. Vəzifə borcunun icrasına həmişə layiqincə və məsuliyyət hissi ilə yanaşmışdır. Sanatoriyanın Tibbi hissə üzrə müavini Şahin Quliyev onun qeyri-qanuni hərəkətlər etməyə məcbur edirdi. O, Hərbi Sanatoriyanın keçmiş rəisi Mahir Məcidova da bu barədə məlumat vermiş, ancaq o da heç bir tədbir görməmişdir. Ona görə də iddiaçı qanunların aliliyinə inanan bir vətəndaş kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinə ərizə ilə müraciət etmişdir. İddiaçının ərizəsində göstərdiyi faktlar sübuta yetdiyinə görə sanatoriyanın rəisi və onun müavininə “töhmət” verilməklə, hər ikisi digər xidmətə işə keçirilmişdirlər. İddiaçı bildirir ki, onların xidməti iş yerləri dəyişdirilməzdən əvvəl müavin Şahin Quliyev iddiaçını dəfələrlə yanına çağıraraq hədələmiş, demişdir ki,”sən özün öz xahişinlə işdən çıxmaq haqqında ərizə yazmasan sənin işçilərini üzünə durğuzacam və sənin əmək kitabçanı korlayacam”. İddiaçı ona bildirmişdir ki, evə çörək gətirən tək özüdür, evin tək oğlu olan uşağı Qarabağ müharibəsi iştirakçısıdır. O, isə sözündən dönməmiş, iddiaçıya bildirmişdir ki, ya onun dediklərini etməlidir, ya da burada işləyə bilməz. İddiaçı bu dəfə AR MN- nin Həmkarlar Təşkilatına müraciət etmişdir. Bu məsələdən xəbər tutan rəis müavini Şahin Quliyev heç bir günahı olmamasına baxmayaraq iddiaçıya “şiddətli töhmət” verilməsinə nail olmuşdur. Belə haqsızlıqdan sonra iddiaçı əmin olmuşdur ki, pozulmuş hüquqlarını bərpa etmək üçün heç bir ümidi yoxdur. Ona görə də 16 aprel 2021- ci il tarixdə məcburiyyət qarşısında qaldığına görə, ərizə yazaraq işdən çıxmışdır. Hazırda Müdafiə Nazirliyinin Mərkəzi hərbi snatoriyasına təyin olunmuş yeni rəhbərlik sanatoriyada işgüzar mühit yaratmışdır. Ona görə də işə bərpa olunmaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinə ərizə ilə müraciət etmişdir. AR MN-nin Baş Tibb İdarəsi tərəfindən verilmiş 15.10.2021-ci il tarixli, 5/1565 saylı cavab əsassız olduğuna görə iddiaçını qane etmir. Bu səbəbdən belə hesab edir ki, onun əvvəlki vəzifəsinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi sanatoriyasına işə bərpa olunmağına dair məhkəmə qərar qəbul etməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. “İnzibati icraat haqqında” Azərbaycan Respubliaksı Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi əmək mübahisələri ilə bağlı inzibati məhkəmə icraatı qaydasında yalnız hərbi qulluqçu ilə inzibati orqan arasında olan əmək münasibətlərə baxıla bilər. Lakin hazırki iş üzrə iddiaçı hərbi qulluqçu kimi deyil, müqavilə əsasında aktiv istirahətin təşkili bölməsinin müdiri kimi fəaliyyət göstərmişdir. Bu halda iddiaçı ilə cavabdeh inzibati orqan arasında olan mübahisə hərbi qulluqçu ilə inzibati orqan arasında olan əmək münasibətlərdən irəli gələn mübahisə olmadığına görə mübahisəyə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, əmək münasibətlərdən irəli gələn mübahisənin həlli ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-827/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-827/2022
25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver