Məhkəmə qərarları › İş №2-1(118)-828/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-828/2021

21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-828/2021 21.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı İbrahimova Mərziyyə Bağdaş qızının, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı İbrahimova Mərziyyə Bağdaş qızının cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X2,X5,X8,X3,X6 və X9 ona məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı İbrahimova Mərziyyə Bağdaş qızı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisidir. Ona məxsus olan mənzildə X7, X11, X13, X10, X12 və X14 pasport qeydiyyatdadırlar. Həmin şəxslərin mənzildə qeydiyyatda olamaları onun mülkiyyət hüququnu pozur. Qeyd olunan tələb ilə Sumqayıt Polis İdarəsinə müraciət etməsinə baxmayaraq, cavabdeh təşkilat X4, X11, X13, X10, X12 və X14 onun mənzilindən qeydiyatdan çıxartmır.X7 onun xalası qızıdır, həmin uşaqlar isə onun nəvələri və onun şəxsiyyət və qeydiyyat şöbəsinə yazdığı ərizə əsasında cavabdehlər ona məxsus mənzilə pasport qeydiyyatına düşüblər. Lakin onların mənzilə qeydiyyatı formal xarakterlidir,cünki cavabdehlərin başqa ünvanda yaşayış yeri var. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazır ki, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin təşəbbüsü ilə 3-cü şəxs qismində cəlb edilmiş X7 iddia tələbinə etiraz etməyərək, bildirdiki, onun və övladlarının qeyd olunan mənzildə pasport qeydiyyatında qalmasına səbəb başqa ünvana qeydiyyata düşə bilməməsi ilə əlaqədardır. Özü və övladları qeyd olunan mənzildən pasport qeydiyyatından çıxmasına razıdırlar. Məhkəmənin təşəbbüsü ilə cəlb edilmiş digər 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə 3-cü şəxslərin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 123-24281- 3221 nömrəli imtina məktubu, Tikinti və Arxitektura Komitəsinin Baş X1,Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 14 saylı reyestr nömrəli, xx.xx.2005-ci tarixli Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı ünvan 1 ünvanındayerləşən yaşayış sahəsinin mülkiyyətçisidir. Hazıtr ki, iddia tələbi üzrə 3-cü şəxslər qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadırlar. Belə ki, iddiaçının inzibati orqanda verdiyi razılıq ərizəsi əsasında 3-cü şəxslər ona məxsus olan mənzilə pasport qeydiyyatına düşüblər. Mənzildə pasport qeydiyyatında olan X7 qeyd olunan faktları bir daha təstiq edərək, bildirmişdir ki, onun mənzildən pasport qeydiyyatın çımağına etirazı yxdur. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində X2,X5,X8,X3,X6 və X9 hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalması İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X2,X5,X8,X3,X6 və X9 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılması vəzifəsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar