Məhkəmə qərarları › İş №2-1(118)-83/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-83/2021

16.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-83/2021 16.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 1 saylı Regional ərazi filialına qarşı (X5 Fondunun Abşeron rayon Şöbəsi) “1983-1988-ci illərdə işlədiyi dövrlərin onun sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Fondunun Abşeron rayon Şöbəsinə) müraciət etmişdir. Lakin həmin orqanın 09 dekabr 2019-cu il tarixli, **********8 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı nazrazı qalaraq məhkəməyə müraciət etmiş, 1983-1988-ci illərin onun sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Fondunun Abşeron rayon Şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Fondunun Abşeron rayon Şöbəsi iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdeh təşkilat imtinanın əsası kimi 1983-1988-ci illərin iddiaçının sosial sığorta stajına əlavə edilməsinin qanunvericiliklə mümkün olmamasını bildirmişdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın bu imtinası tamamilə əsassızdır və qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, iddiaçı 1983-cü ildən 1988-ci ilədə Gürcüstan Respublikası Marneuli mədən- zənginləşdirmə kombinatında yükvuran, yükbağlayan fəhlə vəzifəsində işləmişdir. İşləməyi barədə arayışı cavabdeh təşkilata təqdim etsə də nəzərə alınmamışdır. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, 1970-ci ildən müxtəlif yerlərdə işləmişdir. Ama bir çox yerdə işlədiyi dövrləri cavabdeh nəzərə almır. Rusiyada işlədiyi yerlərdən arayış gətirməyə imkanı yoxdur, yaxın olduğu üçün Gürçüstandan sənəd əldə edə bilmişdir. 1983-1988-ci illərdə Gürcüstanda işləmişdir, bu dövrlərlə bağlı arayış təqdim etmişdir.Həmin arayış nəzərə alınanda tələb olunan 12 il tamam olur. Lakin bu cavabdeh tərəfindən nəzərə alınmamışdır. Onun əmək stajı çox olsada 12 ili nəzərə alıb ona pensiya təyin edilməsini xahiş edir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə 23.10.2019-cu il tarixdə ərizə ilə müraciət etmişdir. DSMF-nin Abşeron rayon şöbəsində fəaliyyət göstərən əmək pensiyası təyin edən komisiyanın 25.10.2019-cu il qərarı ilə tələb olunan sosial sığorta stajını toplamadığı üçün ərizəsi təmin edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin azı 12 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin bu Qanunun 21-ci maddəsinin 21.1 bəndində ancaq qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterlərindən və müddətindən aslı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcədə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş dilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilməsi nəzərdə tutulmuşdur. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il sosial sığorta stajı tələb olunur. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7.ci maddəsinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılması həyata keçirilir. Əmək kitabçasında qeyd olunmuş 01.03.1994-01.01.2004-cü illər üzrə iş stajın yoxlamaq zərurəti yaranmışdır. Əmək kitabçanızda qeyd olunan Müstəqil “Bakı” Kooperativindəki iş stajınızın yoxlanılması məqsədilə DSMF Nəsimi rayon şöbəsinə sorğu verilmiş, lakin müəssisənin hüquqi ünvanı məlum olmadığı üçün yoxlanılması mümkün olmamışdır. Həmçinin Qaydaların 3.1.1. maddəsinə əsasən Qanun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı yalnız əmək kitabçası əsasında müəyyən edildiyindən 1983-1988-ci illərin sığorta stajına əlavə edilməsi qanunvericiliklə mümkün deyildir. İddiaçı yuxarıda göstərilənlərə əsasən tələb olunan 12 il sosial sığorta stajı toplanmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliklə mümkün deyildir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, iddiaya etirazı müdafiə etmiş, məhkəmənin suallarına cavabab olaraq bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilənlər hamısını qarşılıqlı yoxlama apara bilmədiklərinə görə nəzərə ala bilmirlər. Əmək kitabçası üzrə mübahisə olunmayan yeddi ildən artıq sosial sığorta stajı vardır. 12 il sosial sığorta stajı tələb edildiyi üçün Marneuli mədən zənginləşdirmə kombinatında işlədiyi dövrlər nəzərə alınarsa, pensiya hüququ yaranar. Lakin təqdim edilən arayışın mötəbərliyini yoxlamaq üçün beynəlxalq departament vasitəsi ilə Gürçüstan Respublikasına sorğu edilmişdir. Həmin sorğuya nə qədər vaxtda cavab veriləcəyini deyə bilmirlər. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Gürcüstan Respublikası RMG COPPER JSC tərəfindən verilmiş 30 avqust 2019-cu il tarixli, 40209 saylı arayışdan görünür ki, 23.07.1953-cü il təvəllüdlü İddiaçı həqiqətən 1983-cü il tarixindən Marneuli mədən zənginləşdirmə kombinatında işləmişdir. 18.04.1983-cü il tarixində MTTM-ə yükvuran yük bağlayan fəhlə vəzifəsinə qəbul olunmuşdur. əmr №163 15.04.1983-cü il 13.09.1984-cü il tarixində Zənginləşdirmə fabrikinə əsas korpusa 3-cü dərəcəli təmirçi-çilingər vəzifəsinə keçirilmişdir, əmr №55 10.09.1984-cü il 28.05.1985-ci ilk tarixində ЦГТ-yə 3-cü dərəcəli QAZ-52 sürücüsü vəzifəsinə keçirilmişdir. Əmr №38 28.05.1985-ci il 08.07.1988-ci il tarixində azad edilmişdir. Əmr №142 15.07.1988-ci il. GSSR ƏHQM 30 maddəsinin 1-ci bəndi, tərəflərin razılaşması. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 01 sentyabr 2020-ci il tarixli, **********7 saylı məktubuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10.09.2020-ci il tarixli, **********906800 saylı cavab məktubda qeyd edilmişdir ki, dövlət reyestrində “Müstəqil Bakı Kooperativi” adlı hüquqi şəxsin qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 X1 Departamentinə 01 sentyabr 2020-ci il tarixli, **********4 saylı sorğusunda qeyd edilmişdir ki, iş üzrə iddiaçı 18.04.1983-cü ildən 08.07.1988-ci ilədək olan dövr ərzində Gürcüstan Respublikasında "Madneuli mədənzənginləşdirmə kombinatı"da işləmişdir. Bu fakt "RMG Copper" SC tərəfindən vətəndaşa verilmiş notarial təsdiqli arayışla təsdiq olunur. Arayışın mötəbərliyi müvafiq Ərazi Filialı tərəfindən şübhə altına alınmış və bu səbəblə sözügedən dövr vətəndaşın sosial sığorta stajına daxil edilməmişdir. Vətəndaş bununla bağlı məhkəmədə iddia qaldırmışdır. İddiaçı (AA0503115) həmin müəssisədə işləyib-işləməməsi, əgər işləmişdirsə, hansı məbləğdə əməkhaqqı almasının müəyyənləşdirilməsi üçün Gürcüstan Respublikasına rəsmi müraciət edilməsi zərurəti yaranmışdır. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə, vətəndaşın sözügedən müəssisədə işləyib-işləməməsi, əgər işləmişdirsə, hansı məbləğdə əməkhaqqı alması barədə məlumatların araşdırılaraq təqdim edilməsinə dair göstəriş verilməsi xahiş edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia iddia mümükn iddia olmaqla bərabər həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh inzibati orqan isə tələb olunan 12 il sığorta stajının yoxlanması mümkün olmadığı əsası ilə iddiaçıya pensiya təyin edilməsindən imtina edir. İddiaçı əmək stajının çox olduğunu, lakin 12 il sığorta stajı tələb olunduğunu, digər gövrlərlə bağlı əlavə sənəd təqdim etmək imkanı olmadığını nəzərə alaraq təqdim etdiyi arayışı nəzərə alıb, 1983-1988-ci illərin onun sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. İddiaçı pensiya hüququ qanuna müvafiq dəyişiklik edilmədən yarandığı üçün, yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il sosial sığorta stajı tələb olunur. Cavabdeh inzibati orqan iddiaçının 18.04.1983-cü ildən 08.07.1988-ci ilədək olan dövr ərzində Gürcüstan Respublikasında "Marneuli mədən-zənginləşdirmə kombinatı"da işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınanda pensiya hüquqnun yarandığını bildirsədə, təqdim edilən arxiv arayışını mötəbər sübut kimi qəbul etmir və məhkəmə prosesi gedişində Gürcüstan Respublikasına müvafiq sorğu vermişdir. Məhkəmə ilk növbədə arxiv arayışının sosial sığorta stajının hesablanması zamanı nəzərə alınmasına münasibət bildirməyi vacib sayır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının işlədiyi 1983-1988-ci illərin sığorta stajına əlavə edilməməsi qanuna uyğun deyildir. Belə ki, 30 avqust 2019-cu il tarixli, 40209 saylı arayışdan görünür ki, 23.07.1953-cü il təvəllüdlü İddiaçı həqiqətən 1983-cü il tarixindən Madneuli mədən zənginləşdirmə kombinatında işləmişdir. 18.04.1983-cü il tarixində MTTM-ə yükvuran yük bağlayan fəhlə vəzifəsinə qəbul olunmuşdur. əmr №163 15.04.1983-cü il 13.09.1984-cü il tarixində Zənginləşdirmə fabrikinə əsas korpusa 3-cü dərəcəli təmirçi-çilingər vəzifəsinə keçirilmişdir, əmr №55 10.09.1984-cü il 28.05.1985-ci ilk tarixində ЦГТ-yə 3-cü dərəcəli QAZ-52 sürücüsü vəzifəsinə keçirilmişdir. Əmr №38 28.05.1985-ci il 08.07.1988-ci il tarixində azad edilmişdir. Əmr №142 15.07.1988-ci il. GSSR ƏHQM 30 maddəsinin 1-ci bəndi, tərəflərin razılaşması. Vətəndaşın iş stajının müəyyən olunmasında müvafiq arayışın nəzərə alınmamasını məhkəmə yuxarıda qeyd olunan konstitusion hüququn pozulması kimi qiymətləndirir. Həmin arxiv arayışının mötəbər sübut kimi qəbul edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin sübutun mötəbərliyi ilə bağlı şübhələr olduğu halda inzibati icraat zamanı müvafiq sorğular edilməli, sənədin mötəbərliyinə olan şübhələr öz təsdiqini tapdığı halda əsaslandırılmış imtina verilməli idi. İnzibati İcraat haqqında Qanunun 19.2-ci maddəsinə əsasən; 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəməyə təqdim edilmiş pensiya iş materialları ilə və iddiaçının əmək kitabçası ilə müəyyən olunur ki, iddiaçının 18.04.1983-cü ildən 08.07.1988-ci ilədək olan dövr ərzində Gürcüstan Respublikasında "Marneuli mədən-zənginləşdirmə kombinatı"da işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınanda, tələb olunan 12 il sığrta stajı toplandığına görə onun pensiya hüquqnun yaranır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 27 oktyabr 2009-cu il tarixli Qanunun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin azı 12 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Məhkəmə qeyd edir ki, iddiaçının pensiya hüququ 63 yaşının tamamında, 23 iyul 2016-ci il tarixdə yaransada, iddiaçıya pensiya təyin edilərkən hazırda qüvvədə olan Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi nəzərə alınmalıdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli Qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının hüququ 63 yaşının tamamında, 23 iyul 2016-ci il tarixdə yaransada, onun pensiyası inzibati orqana müraciətindən əvvəliki üç il nəzərə alınmaqla hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı 1983-1988-ci illərdə işlədiyi dövrlər onun sığorta stajına daxil edilərək, yaşa görə əmək pensiyası ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 1 saylı Regional ərazi filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1983-1988-ci illərdə işlədiyi dövrlər onun sığorta stajına daxil edilərək, yaşa görə əmək pensiyası ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 1 saylı Regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar