Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-83/2022 08.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı “Abşeron rayon Bələdiyyyəsinin 31 may 2020-ci il tarixli 07/04-8 Qərarının ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı iddia qaldıraraq “Abşeron rayon Bələdiyyyəsinin 31 may 2020-ci il tarixli 07/04-8 Qərarının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xırdalan şəhər Bələdiyyəsinin 31 may 2020-ci il tarixli 07/04-8 qərarı ilə fiziki şəxs İddiaçı 2010-cu ildən başlayaraq torpaq sahəsinə görə 14013.12 manat, 4649,8 manat əmlak vergisi ümumilikdə 18662,928 manat vergi borcunun ödənilməsi tələb edilir. Bu qərarın qəbulunda Xırdalan bələdiyyəsi “İnzibatı icraat haqqında” AR Qanununun 2.01, 82.1,87, “ İcra haqqında” AR Qanunun 6.1.8-ci, AR Vergi Məcəlləsinin torpaq vergisi üzrə 203.1-ci maddəsinə, əmlak vergisi üzrə 200.1-ci maddəsinin 2-ci hissəsinə əsaslanmışdir. Xırdalan Bələdiyyəsinin istinad etdiyi torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti Başcısının 14 dekabr 2007-ci il tarixli, № 1038 saylı Sərəncamı ilə İddiaçı təsisçisi olduğu “X10” MMC-ə çoxmərtəbəli yaşayış kompleksinin Layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir. Həmin torpaq sahəsi AR Nazirlər Kabinetinin 19 noyabr 2019-ci il tarixli № 681 S saylı sərəncamı ilə yaşayış məntəqəsinin torpaqları kateqoriyasına keçirilmiş və həmin sahə xx.xx.2020-ci ildə İddiaçı adına yaşayış məntəqələri torpaqları kateqoriyası kimi və sonradan xx.xx.2020-ci ildən təsisçisi olduğu “X10” MMC- in mülkittətinə verilmişdir. Bu sərəncamın icrası ilə bağlı məsələlərin həll edilməsi AR Əmlak Məsələləri Dövlət Komitəsinin və Abşeron Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Sözü gedən torpaq sahəsinin torpaq vergisi həmin torpaq sahəsinin əvvəlki sahibi tərəfindən 02 iyul 2008-də 500.0 (beş yüz )manat, 01.1 1.2008-də 540,0 (beş yüz qırx) manat və xx.xx.2010-da 300.0 (üç yüz ) manat ödənilmişdir. Ümumilikdə torpaq vergisinə 1340.0 manat vəsait ödənilmişdir ki, bu da həmin torpaq sahəsinin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid edildiyindən hesablanan vergilərin tam ödənilməsi deməkdir. İddiaçı iddia ərizəsinə əlavəsində qeyd edir ki, İddiaçı Güloqlan oğlunun sözügedən torpaq sahəsinin əvvəlki sahibi 13000.kvm olmaqla X1 mülkiyyətində olmuşdur. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 14dekabr 2007-ci il tarixli №1038 saylı Sərəncamı ilə X3 məxsus ehtiyat fondu torpaqlarına aid 1.3 ha torpaq sahəsində"xxxx"MMC”yə çoxmərtəbəli yaşayış kompleksinin Layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin İV fəsil Maddə 18.1-ə əsasən Şəhər,qəsəbə və kənd hüdüdları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin kateqoriyalarına aiddir. Eyni zamanda həmin maddənin 18.2 bəndində qeyd edilir ki, yaşayış tikinti massivlərində yerləşən yaşayış bina və qurğuların altındakı, habelə bunlar ücün nəzərdə tutulmuş torpaq sahələri yaşayış məntəqələri torpaqları tərkibinə daxildirlər. Belə olan halda sözügedən torpaq sahəsi Abşeron Rayon İcra Başçısının 14 dekabr 2007ci il tarixli № 1038 saylı Sərəncamının verilmə tarixindən yəni 14 dekabr 2007-ci ildən yaşayış məntəqələri torpaqları kateqoriyasına aid edilir. Həmin torpaq sahəsinə görə torpaq vergisi torpağın əvvəlki sahibi X6 tərəfindən Abşeron Rayon Bələdiyyəsinə 2008-2010-cu illərdə gələcək dövrlər nəzərə alınmaqla ödənilmişdir:
1. 02 iyul 2008-ci ildə - 500.0 manat ( qəbz əlavə olunur) 2. 01 noyabr 2008-də - 540.0 manat ( qəbz əlavə olunur) 3. 09 Aprel 2010-da- 300.0 manat ( qəbz əlavə olunur) Cəmi: 1340.0 manat Azərbaycan Respublikası Vergi Məcəlləsinin 208.5 maddəsinə əsasən torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda vergi həmin torpağın sahibi tərəfindən ödənilir. Vergi məcəlləsinin 206.3 maddəsinə əsasən yaşayış fondlarınin, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduqları torpaqların hər 100 kvm -ni torpaq vergisi Xırdalan şəhəri üzrə 10000.0 kvm dək 0.5 man, 10000.0 kvmdən cox hissəsi 1.0 man olduğu halda sözü gedən torpaq sahəsinin illik torpaq vergisi 80.0 manat təşkil edir. Ödənilmiş 1340.0 man:80=16.7 ilin vergisini əhatə edir. Həmin torpaq sahəsi 1.3 ha (13000.0 kvm) olmaqla xx.xx.2011-ci ildə İddiaçı adına keçirilmiş və 2017-ci ildən Xırdalan Bələdiyyəsində torpaq vergisi ödəyicisi olaraq qeydiyata alınmışdır. X5 məcəlləsinin 206.3 maddəsinin tələblərini pozaraq Xüsusi təyinatlı torpaq sahələrinə tətbiq olunan vergi dərəcələrini yaşayış məntəqələri torpaqlarına tətbiq etməklə İddiaçı əlavə vergi hesablanmışdır. X4 Vergi məcəlləsinin 208.5 maddəsinin tələblərini pozaraq torpağın əvvəlki sahibi tərəfindən ödənilmiş 1340.0 manat vergini nəzərə almamışlar. Əlavə olaraq bildirirlər ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının yuxarıda qeyd edilən Sərəncamın icrası olaraq sözü gedən torpaq sahəsində inşa edilmiş 3 ədəd, 10 mərtəbəli yaşayış binasının tikintisi başa çatdırılmış və həmin binalar Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2019-ci il №016 saylı “İCAZƏ”si ilə istismara qəbul edilmişdir. İstismara qəbul edilmiş 3ədəd, 10 mərtəbəli yaşayış binalarınin yerləşdiyi torpaq sahəsinin (0,7 ha) ehtiyyat fondları torpaqlarından, yaşayış məntəqələri torpaqları kateqoriyasına keçirilməsi haqqında Az.Res. Bas Nazirinin xx.xx.2019-cu il tarixli № 68İs saylı Sərəncamı verilmişdir. Bu Sərəncamın icrası olaraq Əmlak Məsələləri Dövlət Komitəsi 0.7 ha torpaq sahəsini İddiaçı adından çıxarılaraq “ X10” MMC-nin mülkiyyətinə verilmişdir. İddiaçı Xırdalan Bələdiyyəsi tərəfindən təqdim edilmiş borcun təsnifatına münasibətində qeyd edir ki, sözü gedən torpaq sahəsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin maddə 18.1 və 18.2 -ə əsasən yaşayış məntəqələri torpaqları tərkibinə daxildir. Bu torpaq sahəsinin illik torpaq vergisi 80.0 manat təşkil edir. Sözü gedən torpaq sahəsinə görə Abşeron rayon Xırdalan Bələdiyyəsinə ümumilikdə 1340.0 manat torpaq vergisi ödənilmişdir ki, bu da 16 ilin vergisini əhatə edir. Xırdalan Bələdiyyəsinin təqdim etdiyi vergi borcunun təsnifatında sözü gedən torpaq sahəsinə görə ödənilmiş torpaq vergisi nəzərə alınmamış, tətbiq edilmiş vergi dərəcəsi isə yaşayış məntəqələri torpaqlarına aid deyildir. Tətbiq edilmiş vergi dərəcəsi xüsusi təyinatlı torpaqlara aid olduğundan hesablanmış vergi məbləği süni şəkildə artırılmış və bu da Vergi Məcəlləsinin 206.3 maddəsinin pozulması deməkdir. Məlumat ücün bildirir ki, Abşeron rayon icra Hakimiyyəti Başçısının 14 dekabr 2007-ci il tarixli №1038 saylı Sərəncamına əsasən sözü gedən torpaq sahəsində yaşayış kompleksinin tikintisinə “X10” MMC-yə icazə verilmişdir. Həmin torpaq sahəsində yaşayış kompleksinin tikinti işlərini, mənzil satışını və satılmış mənzillərin vergilərini Dövlət büdcəsinə ödənilməsini “ X10” MMC həyata keçirir. İddiaçı Güloölan oğlu fiziki şəxs olaraq vergi orqanında Vergi ödəyicisi kimi qeydiyata alınmamış, tikinti işləri və mənzil satışı ilə məşğul olmadığından, mülkiyyətində olan yaşayış məntəqələri torpaqları tərkibinə aid olan torpaqlara Xırdalan Bələdiyəsi tərəfindən xüsusi təyinatlı toroaqların vergi dərəcəsinin tətbiq edilməsini qanuna zidd hesab edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahatverərərk, əlavə olaraq bildirmişdir ki, iş üzrə ekspertiza keçirilmişdir. 3 il üzrədə ödəniş etmişdirlər. Torpaq vergisi tərəflərindən tam ödənilmişdir. Torpağın kateqoriyasına görə ödənişlər vergi məcəlləsi ilə tənzimlənir. Bununla bağlı ödənişləri olmuşdur. 2022-ci il üçün tam ödənişlər edilmişdir. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı iddia ərizəsində Xırdalan Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 07 saylı protokolunun 04 saylı qərarına əsasən Xırdalan şəhəri, Həsən Əliyev küçəsi. Qafqaz universitetinin yaxınlığında (Ulubəy MTK), (Real-Ко inşaat MMC) yerləşən 12962 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2019-cu il tarixli, 681 saylı sərəncamı ilə yaşayış məntəqəsinin torpaqları kateqoriyasına keçirilmiş və həmin sahə 13 fevral 2021-ci il tarixdən «X10» MMC-nin mülkiyyətinə verilməsini bildirmişdir. İddiaçı sözügedən torpaq sahəsinin «X10» MMC-nin mülkiyyətinə verildiyi tarixdən yəni 13 fevral 2021-ci il tarixli mülkiyyət hüququnu təsdiq edən '‘Çıxarış” əldə edənə qədərkı dövr ərzində torpaq vergisini ödəməmişdir. Sözügedən ötən dövr ərzində vergi borcu ödənilməlidir. Cavabdeh iddiaya əlavə etirazında qeyd edir ki, İddiaçı iddia ərizəsində Xırdalan Bələdiyyəsinin 31 may 2021- ci il tarixli, 07 saylı protokolunun 04 saylı qərarına əsasən Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, Qafqaz universitetinin yaxınlığında (Ulubəy MTK), (Real-Ко inşaat MMC) yerləşən 13000 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2019-cu il tarixli, 681 saylı sərəncamı ilə yaşayış məntəqəsinin torpaqları kateqoriyasına keçirilmiş və həmin sahə 13 fevral 2021-ci il tarixdən «X10» MMC-nin mülkiyyətinə verilməsini bildirmişdir. İddiaçı iddia ərizəsində Xırdalan Bələdiyyəsinin 31 may 2020- ci il tarixli, 07/04-08 nömrəli qərarı ilə vergi ödəyicisi kimi onun mülkiyyətində olan əmlaka görə, əmlak vergisinin ödənilməsi üçün ümumilikdə 18662,92 manat ödənməmiş ümumi borcu müəyyən edilmiş, borc öhdəlikləri icra olunması üçün müvafiq olaraq Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərildiyini qeyd etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, Xırdalan Bələdiyyəsinin istinad etdiyi torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin başçısının 14 dekabr 2007-ci il tarixli, 1038 nömrəli sərəncamı ilə İddiaçı təsisçisi olduğu «X10» MMC-ə çoxmərtəbəli yaşayış kompleksinin layihələndirilməsinə və tikintisinə icazə verilmiş, həmin torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2019-cu il tarixli, 681 S nömrəli sərəncamı ilə yaşayış məntəqəsinin torpaqları kateqoriyasına keçirilmiş və həmin sahə 05 fevral 2020-ci il tarixdə İddiaçı adına yaşayış məntəqələri torpaqları kateqoriyası kimi və sonradan 13 fevral 2020-ci il tarixdən təsisçisi olduğu «X10» MMC-in mülkiyyətinə verilmişdir. Ona görə də Abşeron rayon Xırdalan Bələdiyyəsinin 31 may 2020-ci il tarixli, 07/04- 08 nömrəli qərarını qanunsuz və əsassız hesab edir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsasında araşdırma aparılmış, məlum olmuşdur ki, sözügedən 13000 kv.m torpaq sahəsinin 7000 kv.m-i Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2019-cu il tarixli, 681 saylı sərəncamı ilə yaşayış məntəqəsinin torpaqları kateqoriyasına keçirilmiş və həmin sahə 13 fevral 2021-ci il tarixdən «X10» MMC-nin mülkiyyətinə verilmişdir. «X10» MMC-ə çıxarış verildiyi tarixdən bu günədək yerdə qalan 6000 kv.m İddiaçı adına olduğu üçün ona torpaq vergisi hesablanmışdır. Sözügedən torpaq sahəsində iddiaçı tərəfindən çoxmərtəbəli çoxmənzilli yaşayış evləri tikildiyi və iddiaçı tərəfindən mənzil satışı həyata keçirildiyi üçün Xırdalan Bələdiyyəsi vergi subyektinə vergitutma obyekti üzrə vergini yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmasından aslı olmayaraq, vergi məbləği sahibkarlıq məqsədi ilə istifadə olunduğu üçün sahibkarlıq fəaliyyətinə uyğun qaydada, yəni Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.3-cü maddəsinə əsasən «X10» MMC-ə çıxarış verilən tarixə, yəni xx.xx.2020-ci ilədək 13000 kv.m torpaq sahəsinə görə Abşeron rayonu üzrə 10000 kv.m-dək olan hissədə 0,08 qəpik, 10000 kv.m-dən yuxarı hissə üçün 0,16 qəpik, o cümlədən xx.xx.2020-ci il tarixdən yerdə qalan 6000 kv.m torpaq sahəsinə vergi borcu 10000 kv.m-dək olduğu üçün 0,08 qəpik hesablanmışdır. Lakin cavabdeh məhkəməyə müraciət edərək sözügedən torpaq sahəsinin Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 18.1 və 18.2-ci maddəsini əsas gətirərək mülkiyyətində olan torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olduğunu qeyd etmiş, faktiki sahibkarlıq fəaliyyətini gizlədərək yerli (bələdiyyə) vergidən yayınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18.1 maddəsində şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilməsi göstərilir. Lakin həmin Məcəllənin 18.2-ci maddəsində yaşayış məntəqələrinin torpaqları və onların tərkibi haqqında geniş izah verilir, o cümlədən sözügedən maddədə yaşayış məntəqələrinin torpaqlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olunmanın qadağan olunması ilə bağlı hər hansı bir müddəa yoxdur və sahibkarlıq fəaliyyəti bu maddədə istisna edilmir. Ona görə də, iddiaçının mülkiyyətində olan torpaq sahəsi kateqoriyasından asılı olmayaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olunduğu üçün torpaq vergisi yaşayış kateqoriyası üzrə deyil, sahibkarlıq fəaliyyəti üzrə ödənilməlidir. Etiraz olaraq qeyd edirlər ki, iddiaçı hər bir halda vergi və icarə borcunu ödəməlidir. O, torpaq vergisi və icarə haqqını ödəmədiyi üçün barəsində Xırdalan Bələdiyyəsi tərəfindən qərar qəbul edilmiş və Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil vo özüyeriyon təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1 -1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən vergi ödəyicisi - bu Qanuna uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəyən fiziki və hüquqi şəxslərdir. "İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar icra sənədi sayılır. İddiaçının Xırdalan Bələdiyyəsinin qərarını qanunvericiliyin pozulması kimi qeyd etməsinə aydınlıq olaraq bir daha bildirirlər ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 81.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Həmin Qanunun 81.5-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmür. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsində qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 87-ci maddəsində də bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra məmurları tərəfindən həyata keçirilməsinin qeyd edilməsi bir daha göstərir ki, iddiaçının iddia ərizəsində göstərdiyi arqumentlər qeyri-düzgün, o cümlədən anlaşılmazdır. Yuxarıda sadalanan hüquq normalarından aydın olur ki, iddiaçının iddiası heç bir hüquqi əhəmiyyət kəsb etmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, mahiyyəti baxımındanda əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibət bildirməyi vacib sayır. Belə ki, iddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. Mübahisələndirilən qərarın rəsmi qaydada iddiaçıya çatdırılması və iddianı mümkünsüz edən hərhansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia aşağıdaki əsaslara görə təmin edilməlidir. Belə ki, iddiaçı Abşeron rayon Bələdiyyyəsinin 31 may 2020-ci il tarixli 07/04-8 Qərarının ləğv edilməsini istəyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahatverərərk, əlavə olaraq bildirmişdir ki, iş üzrə ekspertiza keçirilmişdir. 3 il üzrədə ödəniş etmişdirlər. Torpaq vergisi tərəflərindən tam ödənilmişdir. Torpağın kateqoriyasına görə ödənişlər vergi məcəlləsi ilə tənzimlənir. Bununla bağlı ödənişləri olmuşdur. 2022-ci il üçün tam ödənişlər edilmişdir. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan isə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsasında araşdırma aparılmış, məlum olmuşdur ki, sözügedən 13000 kv.m torpaq sahəsinin 7000 kv.m-i Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2019-cu il tarixli, 681 saylı sərəncamı ilə yaşayış məntəqəsinin torpaqları kateqoriyasına keçirilmiş və həmin sahə 13 fevral 2021-ci il tarixdən «X10» MMC-nin mülkiyyətinə verilmişdir. «X10» MMC-ə çıxarış verildiyi tarixdən bu günədək yerdə qalan 6000 kv.m İddiaçı adına olduğu üçün ona torpaq vergisi hesablanmışdır. Sözügedən torpaq sahəsində iddiaçı tərəfindən çoxmərtəbəli çoxmənzilli yaşayış evləri tikildiyi və iddiaçı tərəfindən mənzil satışı həyata keçirildiyi üçün Xırdalan Bələdiyyəsi vergi subyektinə vergitutma obyekti üzrə vergini yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmasından aslı olmayaraq, vergi məbləği sahibkarlıq məqsədi ilə istifadə olunduğu üçün sahibkarlıq fəaliyyətinə uyğun qaydada, yəni Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.3-cü maddəsinə əsasən «X10» MMC-ə çıxarış verilən tarixə, yəni xx.xx.2020-ci ilədək 13000 kv.m torpaq sahəsinə görə Abşeron rayonu üzrə 10000 kv.m-dək olan hissədə 0,08 qəpik, 10000 kv.m-dən yuxarı hissə üçün 0,16 qəpik, o cümlədən xx.xx.2020-ci il tarixdən yerdə qalan 6000 kv.m torpaq sahəsinə vergi borcu 10000 kv.m-dək olduğu üçün 0,08 qəpik hesablanmışdır. Lakin cavabdeh məhkəməyə müraciət edərək sözügedən torpaq sahəsinin Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 18.1 və 18.2-ci maddəsini əsas gətirərək mülkiyyətində olan torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olduğunu qeyd etmiş, faktiki sahibkarlıq fəaliyyətini gizlədərək yerli (bələdiyyə) vergidən yayınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18.1 maddəsində şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilməsi göstərilir. Lakin həmin Məcəllənin 18.2-ci maddəsində yaşayış məntəqələrinin torpaqları və onların tərkibi haqqında geniş izah verilir, o cümlədən sözügedən maddədə yaşayış məntəqələrinin torpaqlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olunmanın qadağan olunması ilə bağlı hər hansı bir müddəa yoxdur və sahibkarlıq fəaliyyəti bu maddədə istisna edilmir. Ona görə də, iddiaçının mülkiyyətində olan torpaq sahəsi kateqoriyasından asılı olmayaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olunduğu üçün torpaq vergisi yaşayış kateqoriyası üzrə deyil, sahibkarlıq fəaliyyəti üzrə ödənilməlidir. Etiraz olaraq qeyd edirlər ki, iddiaçı hər bir halda vergi və icarə borcunu ödəməlidir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar əsassız olmuşdur. Belə ki, Məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış, 2-1(118)-971/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadla İş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 mart 2022ci il tarixli, 9/640 saylı ekspert rəyi ilə tədqiqqatın nəticəsi olaraq müəyyən edilmişdir ki, Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iddiaçının və cavabdehin təqdim etdiyi sənədlərlə (iş materiallarında) “X10” MMC-yə çıxarış verilən tarixə, yəni xx.xx.2020-ci il tarixədək 13000 kv.m torpaq sahəsinə görə hesablanmalı borc məbləğini konkret müəyyən etmək mümkün olmadı. Belə ki, borc məbləğinin hansı tarixdən (yəni başlanğıc tarixi) hesablanması ilə bağlı konkret tarix iş materiallarında göstərilməmişdir. Hazırkı rəyin tədqiqi hissəsində qeyd edilən audit rəyində göstərilənlər nəzərə alındıqda İddiaçı vergi ödəyicisi olmadığından, eyni zamanda tikinti fəaliyyətini (xüsusi icazə tələb olunan fəaliyyət növü) həyata keçirmədiyindən, onun mülkiyyətində olan torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aid edildiyindən bələdiyyə tərəfindən ona tətbiq edilən torpaq vergisinin dərəcəsi 10000 m2- dək olduqda - 0,5 manat, 10000 m2-dən yuxarı olan hissəsi üçün isə - 1 manat olmalıdır. Daha sonra məhkəmə tərəfindən təkrar 2-1(118)-83/2022 saylı, 13 iyul 2022-ci il tarixli qərardadla təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 avqust 2022-ci il tarixli, 9/5711 saylı ekspert rəyi ilə tədqiqatın nəticəsi olaraq müəyyən edilmişdir ki, Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iddiaçının və cavabdehin təqdim etdiyi sənədlərlə (iş materiallarında) “X10” MMC-yə çıxarış verilən tarixə, yəni xx.xx.2020-ci il tarixədək 13000 kv.m torpaq sahəsinə görə hesablanmalı borc məbləğini konkret müəyyən etmək mümkün olmadı. Belə ki, borc məbləğinin hansı tarixdən (yəni başlanğıc tarixi) hesablanması ilə bağlı konkret tarix iş materiallarında göstərilməmişdir. Hazırkı rəyin tədqiqi hissəsində qeyd edilən audit rəyində göstərilənlər nəzərə alındıqda İddiaçı vergi ödəyicisi olmadığından, eyni zamanda tikinti fəaliyyətini (xüsusi icazə tələb olunan fəaliyyət növü) həyata keçirmədiyindən, onun mülkiyyətində olan torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aid edildiyindən bələdiyyə tərəfindən ona tətbiq edilən torpaq vergisinin dərəcəsi 10000 m2- dək olduqda - 0,5 manat, 10000 m2-dən yuxarı olan hissəsi üçün isə - 1 manat olmalıdır. Ekspert rəyində qeyd edilmişdir: “Təqdim edilən sənədlərə görə İddiaçı xx.xx.2020ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********* və **********, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.7 və 0,5962 hektar ölçüdə, təyinatı yaşayış məntəqələrinin və ehtiyyat fondu torpaqları olan torpaq sahələrinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar ilə mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. Həmin çıxarışlarda qeyd olunur ki, İddiaçı məxsus torpaq sahələrinin təyinatı yaşayış məntəqələrinin və ehtiyat fondu torpaqlarıdır. Eyni zamanda araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Belə olan halda İddiaçı heç bir halda Xırdalan bələdiyyəsi tərtib etdiyi 07/04-8 nömrəli Qərarda qeyd etdiyi vergi dərəcəsi tətbiq edilə bilməzdi. Belə ki, Azərbaycan Respublikası Topraq Məcəlləsinin 18-ci maddəsinə əsasən yaşayış məntəqələrinin topraqlarına aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə- park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri”. Eyni zamanda Azərbaycan Respublikasının Vegi Məcəlləsinin 208.1 -ci maddəsində qeyd edilir ki, “Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir”. Bu maddəyə görə İddiaçı adında olan torpaq sahələrinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar birbaşa təyinatlarını müəyyən edir. Azərbaycan Respublikasının Baş Nazirinin 19 noyabr 2019-cu il tarixli 681 nömrəli Sərəncamında İddiaçı məxsus olan torpaq sahələrinin təyinatı yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilməsi qeyd edilmişdir. Bələdiyyə hesab edir ki, həmin ərazidə tikinti işləri aparıldığına görə fiziki şəxs yüksək dərəcə ilə vergi ödəməlidir. Lakin bələdiyyə bu qərarı qəbul edəndə nəzərə almamışdır ki, tikinti işləri "xxxx" MMC tərəfindən aparılmışdır və onun vergi mükəlləfiyəti Dövlət Vergi Xidmətindədir və o, öz vergilərini bələdiyyə büdcəsinə yox, dövlət büdcəsinə ödəyir. Eyni zamanda Abşeron rayon İcra Hakimiyyəti Başçısının 14 dekabr 2007-ci il tarixli 1038 nömrəli Sərəncamından görünür ki, tikinti üçün Sərəncam "xxxx" MMC- yə verilmişdir. Torpaq vergisinin dərəcəsi bu halda Vergi Məcəlləsinin 206.3 maddəsi ilə müəyyən edilir. Lakin Xırdalan bələdiyyəsi səhv nəticəyə gələrək aşağıdakı cədvəlin 2-ci sütunu ilə müəyyən edilmiş “Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar” yüksək vergi dərəcəsini əsassız olaraq tətbiq etmişdir. Yuxanda qeyd olunan əsaslara görə RBayramova bu cədvəlin 3-cü sütununda qeyd olunan “Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqlan və vətəndaşlann bağ sahələrinin tutduğu torpaqlar” dərəcəsi ilə vergiyə cəlb edilməlidir. Qeyd etmək istəyirik ki, İddiaçı vergi ödəyicisi olmadığından, eyni zamanda tikinti fəaliyyətini (xüsusi icazə tələb olunan fəaliyyət növü) həyata keçirmədiyindən, onun mülkiyyətində olan torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aid edildiyindən bələdiyyə tərəfindən ona tətbiq edilən torpaq vergisi dərəcəsi 10000 m2- dək olduqda — 0,5 manat, 10000 m2-dən yuxarı olan hissə üçün -1 manat olmalıdır.” İddiaçının nümayəndəsi və vəkili Vəkil təqdim etdiyi şəxsi hesab vərəqəsindən göründüyü kimi iddiaçı tərəfindən ödənişlər aparılmışdır. Habelə ekspert rəyi ilə cavabdeh tərəfindən vergilərin düzgün hesablanmadığı müəyyən edilmişdir. Bu halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar ləğv edilməlidir. İnzibati İcraat haqqında Qanunun 61-ci maddəsinə əsasən: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Lakin mübahisələndirilən qərar əsaslandırılmamış, ümumiyyətlə inzibati icraatın aparılması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, bu qeyd edilənlər mübahisələndirilən inzibati aktın ləğvi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Abşeron rayon Bələdiyyəsinin 31 may 2020-ci il tarixli 07/04-8 Qərarı ləğv edilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev