Məhkəmə qərarları › İş №2-1(118)-83/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-83/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-83/2024 14.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli **********80 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. iddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti məhkəmə icraatına üçüncü şəxs qimsində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xan Yurdu" MMC ilə Yalama MMBM arasında "Meşə fondu sahələrindən elmi-təhqiqat, mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsinə" dair 20 may 2015ci il tarixli 35 nömrəli Müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən Yalama meşəbəyliyinin 17 kvartalının 2 və 4 bölməsindən məşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü sahədən istirahət-rekreasiya məqsədilə 2,0 ha sahə ayrılmışdır. Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 27 may 2007-ci il tarixli, 180 saylı sərəncamına əsasən "xxxx" MMC-yə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti ilə bağladığı 17 oktyabr 2005-ci il tarixli 270 saylı müqaviləyə əsasən ölkədə turizmin inkişafına köməklik üçün Yalama Meşəsinin 17-ci kvartalının 4-cü bölməsində icarəyə götürdüyü 1 ha torpaq sahəsində turizmin inkişafı məqsədi ilə istirahət evlərinin tikintisinə icazə verilmişdir. O cümlədən 2012-cİ ilin 30 oktyabrında tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının 241 A saylı Aktı mövcuddur. Daha sonra həmin sahədə tikilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının qeydə alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 Saylı Xaçmaz Ərazi idarəsinə müraciət etmişəm. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********80 nömrəli imtina məktubu ilə ərizəmin icrasından imtina olunmuşdur. Bildirilmişdir ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair ərizəyə əlavə olunmuş "Meşə fondu sahələrindən elmi-təhqiqat mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsinə" dair müqavilənin 2-ci bəndində tikinti işlərinin aparılması nəzərdə tutulmamışdır. Bununla bağlı olaraq bir daha bildirir ki, iş materiallarına əlavə edilən Xaçmaz rayon icra Hakimiyyət Başçısının 27 may 2007-ci il tarixli 180 saylı sərəncamından Çıxarışa əsasən, ölkədə turizmin inkişafına köməklik üçün Yalama meşəsinin 17-cİ kvartalının 4-cü bölməsində icarəyə götürülən 1 ha torpaq sahəsində turizm məqsədilə tikintiyə icazə verilmiş və əvvəlki tikililər də layihənin baş planı ilə öz təsdiqini tapmışdır. Həmin ərazidə tikililər Layihə-Smeta sənədlərinə uyğun tikilmiş, ən əsasında layihənin baş planında talvar və camaşırxana nəzərdə tutulmuşdur. Reyestr xidmətinin istinad etdiyi digər bir bəhanə tərəflər arasında bağlanmış 2-ci bəndində tikinti işlərinin aparılması nəzərdə tutulmasını göstərmişdir. Əgər belə bir qayda mövcud idisə məhkəməyə təqdim olunmuş aktın 3-cü vərəqinin 8-ci abzasında göründüyü kimi həmin aktdakı imzalardan biridə Ekologiya Nazirliyinin nümayənədəsinə məxsus imzadır. Bu qanunsuz olduğu halda nəyə görə imzalanırdı. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz lakın Dövlət Reyestr Xidməti haqqında Əsasnamə"nin 1.1-ci bəndinə əsasən ərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz lakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib məsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" AR Qanunun 2.1-ci maddəsinə ;ən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı rbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka uqların əmələ gəlməsinin, məhdudlaşdırılmasmm (yüklülüyünün) başqasına nəsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq məsi barədə hüquqi aktdır. "Daşınmaz Əmlakın dövlət reyestri" haqqında Qanunun 10.2.1-ci maddəsində qalanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində irdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və mununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan ədlərdən) başqasının da təqdim olunması tələb etməyə haqlı deyil. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz ıka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına nəsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, эка, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və mvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə görə, daşınmaz ılaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin .şmmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər nuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət yestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə ivlət reyestrinə məlumat verməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15.1-ci maddəsində ıdalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı ırədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı əyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi >ləb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş dəblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə diyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması arədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən dilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində ssdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək əlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə utulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından mtinanm əsasları dəqiq göstərilsə də, qeyd edilən əsaslardan cavabdeh inzibati orqan ərəfindən hansına istinad etdiyini müəyyən edə bilməmişdir. Halbuki, "İnzibati icraat laqqında" Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə, qanunla nəcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl əlunmasmı təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşmar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçı yazılı mülahizəsində qeyd etmişdir ki, İddiaçı MMC ilə Yalama MMBM arasında “Meşə fondu sahələrindən elmi-təhqiqat, mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsinə 11 dair 20 may 2015-ci il tarixli 35 nömrəli Müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən Yalama meşəbəyliyinin 17 kvartalının 2 və 4 bölməsindən məşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə Örtülü sahədən istirahət-rekreasiya məqsədilə 2,0 ha sahə ayrılmışdır. Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 27 may 2007-ci il tarixli, 180 saylı sərəncamına əsasən İddiaçı MMC-yə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti ilə bağladığı 17 oktyabr 2005ci il tarixli 270 saylı müqaviləyə əsasən ölkədə turizmin inkişafına köməklik üçün Yalama Meşəsinin 17-ci kvartalımn 4-cü bölməsində icarəyə götürdüyü 1 ha torpaq sahəsində turizmin inkişafı məqsədi ilə istirahət evlərinin tikintisinə icazə verilmiş və əvvəlki tikililər də layihənin baş planı ilə öz təsdiqini tapmışdır. O cümlədən 2012-ci ilin 30 oktyabrında tikintisi başa çatmış obyektin istisamara qəbul edilməsi haqda qəbul komissiyasının 241 A saylı Aktı mövcuddur. Daha sonra həmin sahədə tikilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının qeydə alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinə müraciət olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********80 nömrəli imtina məktubu ilə ərizənin icrasından imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair ərizəyə əlavə olunmuş “Meşə fondu sahələrindən elmi- təhqiqat, mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsinə14 dair müqavilənin 2-ci bəndində tikinti işlərinin aparılması nəzərdə tutulmamışdır. Cavabdehin imtinası tamamilə qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 49-cu maddəsinin tələbinə əsasən meşə fondundan istifadə zamanı meşə istifadəçiləri aşağıdakı hüquqlara malikdirlər: onların istifadəsinə verilmiş meşə fondu sahələri barədə məlumat almaq; müəyyən edilmiş həddə meşə fondundan istifadə; meşədən istifadə müddətində meşə fondundan istifadə ilə bağlı məqsədlər üçün müəyyən edilmiş qaydada tikililər, qurğular, oduncaq saxlamaq üçün yerlər düzəltmək. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci bəndinə əsasən yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir: təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya) və tarixmədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parklan, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri; ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; Qanunun tələbindən də aydın şəkildə görünür ki, turizim və rekreasiya yaşayış məntəqələrinin torpaqlarının tərkib hissəsinə aitdir. Ona görə də hesab edir ki, turizim və rekreasiya məqsədilə icarə hüquqları əsasında müəssisənin istifadəsində olan meşə fondunun torpaqlarında tərəflərindən inşa edilmiş koteclərin üzərində mülkiyyət hüquqları qeydə alınmalıdır. Bundan əlavə həmin məcəllənin (ARTM) 28-ci maddəsinə əsasən əhalinin istirahətinin, turizm, bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili üçün nəzərdə tutulan və istifadə edilən torpaqlar turizm və rekreasiya təyinatlı torpaqlar sayılır. Bu torpaqlara ərazisində istirahət evlərinin, pansionatların, kempinqlərin, turist bazalarının, uşaq turist stansiyalarının, meşə-parklarm, şəhərətrafı yaşıllıq zonalarının, tədris-məşq, turist cığırlarının, nişanlanmış yolların, uşaq və idman düşərgələrinin və bu kimi digər obyektlərin yerləşdiyi torpaq sahələri aiddir. Üzərindən tədris-məşq və turist cığırlarının, nişanlanmış yolların keçdiyi torpaq sahələri mülkiyyətçilərdən, istifadəçilərdən və icarəçilərdən geri alınmır, onların razılığı ilə servitut hüququ (özgə torpaq sahəsindən məhdud İstifadə hüququ) əsasında istifadə olunur. Turizm və rekreasiya təyinatlı torpaqlardan təyinatı üzrə istifadə edilməsinə maneçilik törədən hər hansı fəaliyyət qadağan edilir. Bu maddənin mətnindən də tam bəlli olur ki, əhalinin istirahətinin təşkili üçün turizim torpaqlar turizm və rekreasiya torpaqları sayılır və bu torpaqlar üzərində istirahət evlərinin tikilməsi icarədarın hüququdur və həmin tikintilər yerləşdiyi torpaq sahəsinə aitdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 81-ci maddəsinə əsasən torpağın verilməsi şərtlərinə müvafiq surətdə istehsal təyinatlı müvəqqəti yardımçı tikililər və qurğular ucaltmaq; torpaqdan istifadəyə və icarəyə xitam verildikdə torpaqda öz hesabına aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada almaq torpaq İstifadəçilərinin və icarəçilərinin hüquqlarıdır. Qeyd edir ki, Yalama MMBM ilə bağlanmış “Meşə fondu sahələrindən elmi-təhqiqat, mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsinə11 dair 20 may 2015-ci il tarixli 35 nömrəli müqavilənin 2-ci bəndində tikinti işlərinin apanlmaması qeyd edilmiş, lakin həmin şərt qanunvericiliyin müvafiq normalarının tələbinə ziddir. Belə ki, müqavilənin həmin şərti Meşə Məcəlləsinin 49-cu maddəsinin və Torpaq Məcəlləsinin 18, 28 və 81-ci maddələrinin tələbinə zidd olduğu üçün hesab edirlər ki, əsas götürülə bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı MMC-nin təsisçisi X1 rayonu, Nabran kəndi ərazisində yerləşən Qeyri- yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı qeydiyyatına alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********80 nömrəli məktubla bildirilmişdir ki: “Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair ərizənizə əlavə olunmuş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizim və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə müqavilə"nin 2-ci bəndində əsaslı tikinti işlərinin aparılması nəzərdə tutulmamışdır. Bundan əlavə, talvar və camaşırxana binası ərizənizə əlavə olunmuş layihəyə uyğun inşa edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından imtina olunur. Qeyd olunan səbəbdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. ” Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsində göstərilir ki, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarım və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin məcəllənin 240.2-ci maddəsində göstərilir ki, torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Göründüyü kimi, bu norma da şəhərsalma və tikinti normalarını və qaydalarım tələblərin gözlənilməsi şərti ilə torpaq sahəsində binalar və qurğuların ucaldılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-ci maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, tprpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti iddiaya münasibətində bildirmişdir ki, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 8-ci maddəsinə əsasən meşə fondunun dövriyyəsinə, həmçinin meşə fondu sahələrinin özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqısatqıya, ipoteka qoymaya və digər əqdlərə yol verilmir. Eyni zamanda, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 11-ci maddəsinə görə Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir, meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Bundan əlavə bildirilməlidir ki, həmin Məcəllənin 72-ci maddəsinə görə meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Odur ki, meşə fondu sahələrinin turizm-rekreasiya məqsədilə istifadəyə verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları" ilə tənzimlənir. Həmin qaydalara əsasən bu məqsədlə meşə istifadəçisi ilə forması Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilmiş müqavilə bağlanılır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən istifadə üçün müəyyən edilmiş sahədə və onun əhatəsində heç bir əsaslı tikinti aparmadan meşə fondu torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, özbaşına qırıntıya yol vermədən, meşədə yanğına qarşı təhlükəsizlik, sanitariya-gigiyena qaydalarına əməl etməklə, ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməyə icazə verilir. Beləliklə, mövcud qanunvericiliyin tələblərinə görə meşə fondu sahələri üzərində hər hansı fiziki və hüquqi şəxslərin mülkiyyət hüququnun tanınmasına və onların adına daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın verilməsinə icazə verilmir. Habelə, qanunvericiliyin yol verdiyi həddə meşə fondu torpaqlarının bərpası məqsədilə icarə, eyni zamanda elmi-tədqiqat, mədəni- sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə zamanı meşə fondu torpaqları üzərində əsaslı tikintilərin quraşdırılmasına qadağa mövcuddur. Bundan əlavə iddiaçının ərizəsinə əlavə etdiyi Xaçmaz rayon icra hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 180 saylı sərəncamından çıxarışda İddiaçı MMC-yə istirahət evlərinin tikintisinə icazə verilmişdir. Qeyd edilməlidir ki, meşə fondu torpaqları dövlətin müstəsna səlahiyyətindədir və onun hüquqi vəziyyətinin tənzimlənməsi yuxarıda göstərilən normativ hüquqi aktlara əsasən səlahiyyət bölgüsü ilə mərkəzi icra hakimiyyəti olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilmişdir. Meşə fondu torpaqlarında əsaslı tikinti işlərinin aparılmasının qadağa olunması tələbini də nəzərə alaraq, bildirilməlidir ki, icra hakimiyyəti orqanlarının müvafiq sahədə hər hansı qərar və ya sərəncam vermək səlahiyyəti mövcud deyildir. Nəticə olaraq, Xaçmaz rayon icra hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 180 saylı sərəncamı onun səlahiyyətləri xaricində olduğu üçün etibarsız sayılır. İddia tələbində iddiaçı tərəfin əsaslandığı digər sənəd olan xx.xx.2012-cı il tarixli “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı"nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşının da imzası olduğu üçün Nazirliyin müvafiq tikintilərə razılığının olduğu bildirilmişdir. Sözügedən aktda imzası olan Hüseyn Adıgözəlov həmin dövrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnamənin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti (bundan sonra - Xidmət) meşə fondundan istifadə, onun mühafizəsi, qorunması, meşəsalma və meşələrin bərpası sahəsində (bundan sonra müvafiq sahə) dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - Nazirlik) strukturuna daxil olan qurumdur. Göründüyü kimi meşə fondu torpaqlarının istifadəsi sahəsində səlahiyyətli qurum Meşələrin İnkişafı Xidməti təyin olunmuşdur. Nazirliyin digər qurumu olan Regional Ekologiya və X2 müvafiq sahədə hər hansı hüquqmüəyyənedici sənədə imza çəkmək və bu sahədə siyasəti formalaşdırmaq səlahiyyəti yoxdur. Meşə fondu torpaqlarında hər hansı əsaslı tikintinin aparılması qanunvericiliyə zidd olduğu üçün iddiaçı tərəfin göstərdiyi sənədlərin də heç bir qanuni qüvvəsi mövcud deyildir. Eyni zamanda həmin tikintilər üzərində iddiaçının mülkiyyət hüququnun tanınması dövlətin bu sahədə olan maraqlarına ziddir. Bundan əlavə iddiaçı tərəfin əsaslandığı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 28- ci maddəsi ümumilikdə turizm və rekreasiya təyinatlı torpaqları nəzərdə tutur. Dövlət meşə fondu torpaqları turizm-rekreasiya məqsədilə həmin torpaqların təyinatına uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş şərtlərlə və həddlərdə istifadəyə verilir. Yəni, Torpaq Məcəlləsinin 28-ci maddəsində hər hansı ziddiyyətli məqam mövcud deyildir. İddiaçı qeyd edir ki, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 49-cu maddəsinə əsasən meşə fondundan istifadə zamanı meşə istifadəçilərinin meşədən istifadə müddətində meşə fondundan istifadə ilə bağlı məqsədlər üçün müəyyən edilmiş qaydada tikililər, qurğular, oduncaq saxlamaq üçün yerlər düzəltmək hüququ vardır. Göstərilən müddəa tamamilə doğrudur və həmin müddəada “müəyyən edilmiş qaydada” ifadəsi işlədilmişdir. Müəyyən edilmiş qaydalar da yuxarıda göstərilən Nazirlər Kabinetinin müvafiq qərarı və ona əsasən Nazirlik tərəfindən təsdiq edilən müqavilə formasıdır. iddiaçı tərəf müqaviləni imzalayarkən orada olan bütün şərtlərlə razılaşdığı barədə iradə ifadəsini nümayiş etdirmişdir. Müqaviləni imzaladıqdan sonra müqavilədə göstərilən bəndin əksinə davranması və bunun üçün alternativ yollar axtarması müqavilənin məqsədinə tamamilə zidd davranışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddia öhdəliyin icrası haqqında iddiadır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizim və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə müqavilə"nin 2-ci bəndində əsaslı tikinti işlərinin aparılması nəzərdə tutulmamışdır. Bundan əlavə, talvar və camaşırxana binası layihəyə uyğun inşa edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinasın əsaslı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə xx.xx.2015-ci il tarixli, 01 saylı, Yalama MMBM ilə Xan Yurdu MMC arasında 10 il müddətinə bağlanmış müqavilə əsasında Yalama Meşə mühafizəsi və bərpası müəssisəsinin Yalama meşəbəyliyinin 17 kvartalının 2 və 4 bölməsindən meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən istirahət-rekreasiya məqsədilə 2.0 ha torpaq sahəsi Xan Yurdu MMCyə ayrılmışdır. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 180 saylı Sərəncamından çıxarışa əsasən Xan Yurdu MMC-yə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti ilə bağladığı xx.xx.2005-ci il tarixli 270 saylı müqaviləyə əsasən ölkədə turizmin inkişafına köməklik üçün Yalama Meşəsinin 17-ci kvartalının 4-cü bölməsində icarəyə götürdüyü 1 ha torpaq sahəsində turizm məqsədilə mövsümi istirahət evlərinin tikintisinə icazə verilmişdir. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının xx.xx.2012-ci il tarixli, 241 a saylı istismara qəbul aktı ilə Xaçmaz rayon ərazisində yerləşən fərdi istirahət düşərgəsi obyekti istismara qəbul edilmişdir. Həmçinin iş materiallarına Xan Yurdu MMC-yə məxsus turizm üçün nəzərdə tutulmuş istirahət evlərinin layihəsi əlavə edilmişdir. İddiaçı tərəfin vəsatəti nəzərə alınaraq işin hərtərəfli araşdırılması üçün məhkəmənin 2-1(118)-273/2023 saylı xx.xx.2023-cü il tarixli Qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6272 saylı ekspert rəyi məhkəməyə təqdim edilmiş , rəydə tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, tədqiq olunan obyektin faktiki vəziyyətdə olan texniki parametrləri ilə həmin obyekt üzrə baxış zamanı müəyyən edilmiş məlumatlar (ölçüləri sahəsi, planlı yerləşməsi sə s.) müqayisə edilərkən Xaçmaz rayonu, Nabran kəndi ərazisində (keçmiş Yalama MMBM, indiki Quba RMTM-nin Xudat meşəbəyliyinin 1 saylı dolayının 17-ci kvartalının 2 və 4-cü bölməsində) yerləşən istirahət mərkəzindəki talvar və camaşırxana binasının həmin tikililərə dair tərtib edilmiş layihəyə uyğun olduğu müəyyən edilmişdir. Göründüuyü kimi iddiaçı səlahiyyətli orqanların razılığı ilə tikinti işləri aparmış, həmin tikililər müvafiq olaraq istismara qəbul edilmişdir. Lakin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əsaslı tikinti işlərinin aparılması qanunvericiliyin tələbinə uyğun olmamışdır. Bu isə tikintiyə icazə vermiş inzibati orqanın müvafiq qərarının qanunsuz olmasından irəli gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Meşə Məcəlləsinə əsasən: Maddə 1. Əsas anlayışlar Bu Məcəllədə işlədilən əsas anlayışlar aşağıdakılardır: meşə — bioloji cəhətdən qarşılıqlı əlaqəli və öz inkişafında bir-birinə təsir göstərən, torpağın, suyun, ağac, kol və ot bitkilərinin, heyvanların, mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin vəhdəti; meşə fondu sahələri — meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələri. qeyri-meşə torpaqları — meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar, habelə meşə fondunun sərhədləri daxilində yerləşən digər torpaqlar; Maddə 6. Meşə fondu, meşə fondunun torpaqları və sahələri Azərbaycan Respublikasının ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir. Meşə fondunun sərhədləri meşə fondunun torpaqlarını digər torpaqlardan ayıran hüdudlarla müəyyən edilir. Torpaqların meşə fonduna daxil edilməsi və oradan çıxarılması Azərbaycan Respublikasının meşə qanunvericiliyi və torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Meşə torpaqlarına meşə bitkiləri ilə örtülü olan torpaqlar və bu bitkilərlə örtülü olmayan, lakin meşələrin bərpası üçün nəzərdə tutulmuş torpaqlar (meşələşməmiş qırma sahələri, yanğın yerləri, seyrəkliklər, talalar, qurumuş ağaclıqlar, tinglik sahələri, çətiri birləşməmiş meşə əkinləri və digərləri) aid edilir. Qeyri-meşə torpaqlarına meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar (kənd təsərrüfatı torpaqları, meşə mərzləri, yollar altında olan torpaqlar və digər torpaqlar), habelə meşə fondunun sərhədləri daxilində yerləşən sair torpaqlar (bataqlıqlar, daşlıqlar, qayalıqlar yerləşən və istifadə üçün əlverişsiz başqa torpaq sahələri) aid edilir. Meşə fondunun sahələrinə meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələri aid edilir. Meşə fondu sahələrinin sərhədləri meşə təsərrüfatı işarələri ilə naturada nişanlanmalı və plan-xəritə materiallarında (meşə xəritələrində) göstərilməlidir. Maddə 10. Meşə istifadəçiləri Meşə fondu sahələrindən istifadə hüququ verilən fiziki və hüquqi şəxslər meşə istifadəçiləridir. Maddə 11. Meşə fondu üzərində mülkiyyət Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Maddə 12. Fiziki və hüquqi şəxslərin yaşıllıqlar üzərində mülkiyyət hüquqları Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrində yerləşən yaşıllıqlar, qanunvericiliklə digər hallar müəyyən edilmədikdə, onların xüsusi mülkiyyətinə aid edilir. Göstərilən yaşıllıqlar üzərində sahiblik, istifadə və sərəncam hüquqları Azərbaycan Respublikası meşə qanunvericiliyinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq mülkiyyətçi tərəfindən həyata keçirilir. Maddə 14. Meşə fondu sahələrindən istifadə hüququ Meşə fondu sahələrindən istifadə hüququ meşələrin çoxfunksiyalı mahiyyəti nəzərə alınmaqla həyata keçirilir (müxtəlif şəxslər tərəfindən və müxtəlif məqsədlər üçün eyni vaxtda istifadə). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. Bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda meşə fondu sahələrindən istifadə hüququna dair mülki və torpaq qanunvericiliklərinin normaları tətbiq edilir. Maddə 15. Meşə fondu sahələrindən istifadə hüququnun əsasları Meşə fondu sahələrindən istifadə hüququnun əsasları aşağıdakılardır: müqavilələr; məhkəmə qərarları; bu Məcəllə ilə yol verilən digər əsaslar. Meşə sahələrindən istifadə hüququ, kütləvi servitut istisna olmaqla, meşə fondu sahələrinin icarə müqaviləsinin dövlət qeydiyyatından keçdiyi, meşəqırma bileti, order, meşə bileti alındığı vaxtdan əldə edilir. Maddə 36. Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərin tikinti yerlərinin razılaşdırılması Meşələrin vəziyyətinə və bərpasına təsir edən, habelə bu Məcəllənin 37-ci maddəsində nəzərdə tutulan obyektlərin tikinti layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanır və həmin sənəd dövlət ekoloji ekspertizasından keçirilməklə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır. Meşələrin vəziyyətinə və bərpasına təsir edən mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin fəaliyyətə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir. Meşələrin vəziyyətinə və bərpasına təsir edən mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır. Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll edilir. Maddə 72. Meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-sağlamlışdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları ....Meşə fondu sahələrindən elmi tədqiqat mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin tələblərindən görünür ki, meşə fondu torpaqları dövlətin müstəsna mülkiyyətindədir və meşə fondu torpaqlarının özgəninkiləşdirilməsi imperativ qaydada qadağan edilir. Meşə fondu sahələrindən elmi tədqiqat mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydalarına əsasən :

2. Mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər (bundan sonra meşə istifadəçisi adlandırılır) meşə fondu sahələrindən Azərbaycan Respublikası Meşə Məcəlləsinə uyğun elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etməlidirlər. Təqdim olunmuş ərizə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır və imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq bir ay müddətindən gec olmamaqla meşə istifadəçisi ilə müqavilə bağlanılır. İş materiallarına əlavə edilmiş meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə xx.xx.2015-ci il tarixli, 01 saylı, Yalama MMBM ilə Xan Yurdu MMC arasında 10 il müddətinə bağlanmış müqavilədə istifadəçinin öhdəliklərinə aid edilmişdir: İstifadə üçün müəyyən olunmuş sahədə və onun əhatəsində heç bir əsaslı tikinti aparmadan meşə fondu torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, özbaşına qırıntıya yol vermədən, meşədə yanğına qarşı təhlükəsizlik, sanitariya-gigiyena qaydalarına əməl etməklə ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etmək. Lakin iddiaçı tərəfindən müqavilənin sözügedən bəndi pozulmuş, iddiaçı tərəfindən əsaslı tikinti işləri aparılmışdır. Xaçmaz rayon icra hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 180 saylı sərəncamından çıxarışda İddiaçı MMC-yə istirahət evlərinin tikintisinə icazə verilmiş olsa belə, məhkəmə üçüncü şəxsin etirazında qeyd etdiyi dəlilləri əsaslı hesab edir, eyni zamanda iddianın rədd edilməsi üçün əsas hesab edir. Üçüncü şəxs qeyd edir ki, “..meşə fondu torpaqları dövlətin müstəsna səlahiyyətindədir və onun hüquqi vəziyyətinin tənzimlənməsi yuxarıda göstərilən normativ hüquqi aktlara əsasən səlahiyyət bölgüsü ilə mərkəzi icra hakimiyyəti olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilmişdir. Meşə fondu torpaqlarında əsaslı tikinti işlərinin aparılmasının qadağa olunması tələbini də nəzərə alaraq, bildirilməlidir ki, icra hakimiyyəti orqanlarının müvafiq sahədə hər hansı qərar və ya sərəncam vermək səlahiyyəti mövcud deyildir.” Bundan əlavə üçüncü şəxsin qeyd edir ki, “iddia tələbində iddiaçı tərəfin əsaslandığı digər sənəd olan xx.xx.2012-cı il tarixli “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı"nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşının da imzası olduğu üçün Nazirliyin müvafiq tikintilərə razılığının olduğu bildirilmişdir. Sözügedən aktda imzası olan Hüseyn Adıgözəlov həmin dövrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnamənin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti (bundan sonra - Xidmət) meşə fondundan istifadə, onun mühafizəsi, qorunması, meşəsalma və meşələrin bərpası sahəsində (bundan sonra müvafiq sahə) dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - Nazirlik) strukturuna daxil olan qurumdur. Göründüyü kimi meşə fondu torpaqlarının istifadəsi sahəsində səlahiyyətli qurum Meşələrin İnkişafı Xidməti təyin olunmuşdur. Nazirliyin digər qurumu olan Regional Ekologiya və X2 müvafiq sahədə hər hansı hüquqmüəyyənedici sənədə imza çəkmək və bu sahədə siyasəti formalaşdırmaq səlahiyyəti yoxdur.” Məhkəmə üçüncü şəxsin dəlillərinin əsaslı və qanunvericiliyə uyğun olduğunu hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, qeyd edilənlər cavabdeh inzibati orqanın imtinası üçündə əsas təşkil edir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mülkiyyət hüququna dair reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Göründüyü kimi cavabdeh inzibati orqanın hərəkətləri və imtinası qanunvericiliyə uyğun olmuşdur və ona görə də məhkəmə hesab edir ki iddia rədd edilməlidir. Lakin məhkəmə bir məqama münasibət bildirməyi zəruri hesab edir. Beləki iş materiallarından görsənir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur və mübahisə predmeti olan qeyri yaşayış sahəsinin tikintisinə xeyli miqdarda vəsait xərcləmişdir. Eyni zamanda səlahiyyətli orqanlardan müvafiq razılıqlar əldə etdiyi üçün tikililərə mülkiyyət hüququ əldə etməsi üçün qanuni gözləntiləri vardır. Hazırkı iddianın təmin edilməməsi isə onun hüquqlarının pozulması ilə nəticələnir. Lakin məhkəmə hesab edir ki, bu vəziyyətin yaranmasına əsas səbəbkar tikintiyə icazə verən inzibati orqanın qanunsuz hərəkətləri və qərarları olmuşdur. İnzibati məhkəmə icraatında məhkəmə tərəflərə hüquqi yardım etməli və mümkün hüquq müdafiə vasitələrini izah etməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın rədd edilməsinin əsasını cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz olmaması təşkil edir. Lakin iddiaçının torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı müvafiq hüquq müdafiə vasitələrindən istifadə etməsi, bu mümkün olmadıqda isə müvafiq inzibati orqanlardan ziyana görə kompensasiya tələb etməsi istisna edilmir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar