Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-834/2020 08.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştrakı ilə, İddiaçıcavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi və onun 1969-1971-ci illərdə Sumqayıt 44 saylı Dövlət X2 əyani təhsil aldığı müddətləri və əmək kitabçasında qeyd olunan işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı yaşa görə sosial müavinət alır. Əmək pensiyası almaq üçün bir neçə ay sığorta stajı çatmır. Odur ki, o, xx xxxxxxxx 1969-cu ildən xx xxxx 1971-ci ilə kimi Sumqayıt 44 saylı Dövlət X2 əyani təhsil almağına dair diplomun surətini DSMF–nun Şamaxı rayon şöbəsinə təqdim edərək xahiş etmiş ki, pensiyasına yenidən baxılaraq ona əmək pensiyası təyin olunsun. DSMF–nun Şamaxı rayon şöbəsi xx.xx.2020-ci il tarixdə **********751 saylı məktubla ona əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Əsas bu qoyulmuş ki, xx xxxxxx 2006-cı il tarixdən qüvvədə olan Əmək pensiyaları haqqında qanunun 21–ci maddəsinin tələbinə görə təhsil müddəti sığorta stajına daxil edilmir. Mən bu normanın ona münasibətdə tətbiq olunmasını əsaslı hesab etmir. Bu əsasdan məhkəməyə müraciət etməyi məqsədəmüvafıq hesab edir. Belə ki, o xx.xx.1954–cü il tarixdə Şamaxı rayonu Mərzəndiyə kəndində anadan olmuş, 15 yaşında, yəni xx xxxxxxxx 1969-cu ildə Sumqayıt 44 saylı Dövlət Texniki Peşə məktəbinə daxil olub xx xxxx 1971-ci ilə kimi orada əyani təhsil almış, Hətta günün birinci yarısında oxumuş, ikinci yarısında işləmişdir. İşlədiyi müəssisə əmək haqqı olaraq məktəbə hər ay 60 rubl pul ödəmişdir. Əyani təhsil müddətinin onun sığorta stajına hesablanmaması isə onun pensiya hüquqlarının birbaşa pozulmasıdır. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67–ci maddəsinin “ğ”bəndinə əsasən ali ,orta ixtisas , texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. O, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş qanunun müəyyən etdiyi sığorta stajnı qazanmışdır. Yeni verilmiş qanun isə vətəndaşların vəziyyətini ağırlaşdırdığı halda geriyə qüvvəsi yoxdur. Belə hesab edir ki, DSMF-nun Şamaxı rayon şöbəsinin ona pensiya təyin etməkdən imtinası əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesində eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Şamaxı rayonu Mərzəndiyə kəndində yaşayan İddiaçı xx xxxxxxxx 1969-cu il tarixdən xx xxxx 1971–ci il tarixə kimi Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət X4 Komitəsinin Sumqayıt şəhəri 44 saylı X2 təhsil aldığı dövrün sığorta stajına daxil edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqmda “ Qanunun 21-ci maddəsində əyani təhsilin sığorta stajına daxil edilməsi nəzərdə tutulmadığı üçün vətəndaşın ərizəsinə imtina verilmişdir. Eyni zamanda 52 saylı atestatda vətəndaşın atasının adı Şaməddin deyil, Mameddin yazılmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edilir. Məhkəmənin xx.xx.2020-ci ildə keçiriləcək iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştrakı təmin edilməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati mübahisəyə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti, Sumqayıt 44 saylı X1 bitirdiyi 52 nömrəli Attestatın notarial qaydada təsdiqlənmiş surəti, əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surəti, DSMF-nun Şamaxı şöbəsinin xx.xx.2020-ci il tarixli, **********1 nömrəli imtina məktubu və etiraz ərizəsivə digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********1 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb sosial sığorta stajının az olması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir kimi qiymətləndirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-ci il tarixinə qədər - ümumi iş stajı, xx xxxxxx 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin xx xxxxxx 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı xx xxxxxx 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Bununla isə müəyyən edilir ki, iddiaçının təhsil aldığı müddətin onun “ümumu iş stajına” daxil edilməsi məsələsinə xx xxxxxx 2006-cı il tarixli Qanunla deyil, həmin Qanundan əvvəl müvafiq qanunvericiliyin müddəalarına əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Sadalanan maddi hüquq normalarından da göründüyü kimi, iddiaçı 1969-1971-ci illərdə X2, təhsil aldığından həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarının tələbindən göründüyü kimi, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanların təhsil müddəti onların iş stajına daxil edilməlidir. İddiaçının təhsil müddətlərinin onun iş stajına daxil edilməsi təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquq olduğundan məhkəmə hesab edir ki, iddiaçının peşə məktəbində təhsil aldığı illər onun sosial sığorta stajına daxildir. Həmçinin cavabdeh inzibati orqan qeyd edir ki, iddiaçının 52 saylı attestatında atasının adının Şaməddin deyil, Mameddin kimi yazılmasına dair gətirdiyi arqumenti məhkəmə əsassız hesab edir. Belə ki, iddiaçının atasının adının birinci hərfinin texniki səhf olaraq qeyd olunması iddiaçının hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əmək kitabçasına görə Ağakərim Şəfiyevin əmək stajı 28 il təşkil edir. (2 il təhsil, 26 il əmək stajı). Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2020-ci ilin iyul ayınadək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 64 il 6 aydır. Ağakərim Şəfiyev xx.xx.1954-cu il təvəllüdlü olduğundan o, yaşa görə əmək pensiyası hüququ xx.xx.2018-ci il tarixində, yəni qanuna görə 64 yaşında bu hüququ əldə etmiş olur. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilərək İddiaçı 1969-1971-ci illərdə 44 saylı Sumqayıt X2 təhsil aldığı müddəti və əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi dövrləri sosial sığorta stajına daxil edilərək, xx.xx.2018-ci il tarixindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1969-1971-ci illərdə 44 saylı Sumqayıt X2 təhsil aldığı müddəti və əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi dövrləri sosial sığorta stajına daxil edilərək, xx.xx.2018-ci il tarixindən ona yaşa görə əmək pensiyasının təyin edilməsiöhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-834/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-834/2020
08.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver