Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-834/2021 06.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, X3 Mehrəli qızının katibliyi ilə, İddiaçı, Cavabdeh təşkilatın nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin 1 saylı Regional ərazi filialına qarşı ona xx.xx.2014-cü ildən əlilliyə görə əmək pensiya təyin edilməsi və ödənilməmiş vəsaitin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı 15.072020-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2014-cü ildən əlilliyə görə əmək pensiya təyin edilməsi və ödənilməmiş vəsaitin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin xx xxxx 2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qeyd olunan iddia tələbi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(118)-1135/2020 saylı qərarı ilə təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-200/2021 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(118)-1135/2020 saylı qərarı ləğv edilərək, yenidən baxılması üçün məhkəməyə geri qaytarılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(118)-1135/2020 saylı qərarının ləğv edilməsinə əsas kimi mübahisənin predmetinin iddiaçıya təyin edilmiş “ailə başçısının itirməsinə görə pensiyanın- əlilliyə görə pensiya ilə əvəz olunması” ilə bağlı olduğu tədqirdə, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə iddiaçıya “ailə başçısının itirməsinə görə” pensiyanın təyin edilməsi ilə bağlı baxılması olmuşdur. Halbu ki, mübahisənin predmeti iddiaçıya “ailə başçısının itirməsinə görə” pensiyanın təyin edilməsi ilə bağlı olmamışdır. Ona görədə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən inzibati iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsində hazırki, iddia tələbi yenidən araşdırlarkən, məlum olmuşdur ki, İddiaçı xx.xx.2020-ci ildə ailə başçısının itirməsinə görə pensiya təyin edilmişdir. Hal hazırda həmin pensiyanın məbləği 600 manatdan yuxarıdır. İddiaçı məhkəmədə izahat verərək, ona təyin edilmiş ailə başçısının itirməsinə görə pensiya növünün əlilliyə görə təyin olunacaq pensiya ilə əvəz edilməsindən ibarət olmamasını bildirmişdir. Lakin məhkəmə tərəfindən ona hüquqi yardımın göstərilərək, iddia tələbinə dəqiqləşdirilmə verməsi təklif olunsada o, heç bir dəqiqləşdirmə ərizəsinin yazmayacağını bildirdi və iddia tələbinin ona xx.xx.2020-ci ildə ailə başçısının itirməsinə görə təyin edilmiş pensiyaya gədər, əlilliyə görə ona təyin edilə biləcək pensiya məbləğinin ödəniılməsindən ibarət olmasını qeyd etdi. Belə ki, iddiaçının bildirdiyinə görə onun 2014cü ildən etibarən əlilliyə görə pensiya almaq hüquq olmasına baxmayaraq, həmin hüquqdan yararlanmamışdır. xx.xx.2020-ci ilə gədər ona əlilliyə görə müavinat ödənilirdi, lakin sonradan ona ailə başçısının itirməsinə görə pensiya təyin edilməsi səbəbindən əlilliyə görə müavinatın verilməsi dayandırılmışdır. Hesab edir ki, xx.xx.2020-ci ildən öncəki illərə görə onun üçün nəzərdə tutulmuş və 2-ci qrup əlillərə ödəniləcək pensiya məbləğini almaq hüququ var. Ona təyin edilmiş ailə başçısının itirməsinə görə pensiyanın əlilliyə görə nəzərdə tutulmuş pensiya ilə dəyişdirilməsinə etiraz edir. Belə ki, ailə başçını itirdiyinə görə hər ay 600-700 manat civarında, əlilliyə görə pensiya təyin ediləcəyi tədqirdə 250 manat civarında pensiya alacağı səbəbindən pensiyasının dəyişdirilməsinə razı deyil. İddiaçı istəyinin xx.xx.2020-ci ilə qədər ona əliliyə görə nəzərdə tutulmuş pensiya məbləğinin ödənilməsindən ibarət olduğunu bildirmişdir. Cavabdeh təşkilatın nümayəndəsi X2 iddiaya qarşı etiraz edərək, bildirmişdir ki, vətəndaşa pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən müvafiq qanunvericiliyə uyğun olaraq ailə başçısını itirməsinə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2020-ci ildən pensiyanın məbləği 604,20 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İİ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajə olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 34-cü maddəsinə əsasən iddiaçının ona təyin ediləcək pensiya növlərinin dəyişdirilməsi ilə bağlı ərizə ilə müraciət etmək hüquq var. Lakin yeni növ pensiyanın təyin edilməsi əvvəlki pensiyanın icrasını dayandırır. Bundan başqa ailə başçısının itirməsinə görə iddiaçıya təyin edilmiş pensiyadan qabaq ki, dövr üçün əlilliyə görə pensiya məbləğinin ödənilməsi yalnız pensiya növünün dəyişdirilməsi zamanı həyata keçirilə bilər. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilmədiyindən iddia mümkün iddiadır. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının tələbi xx.xx.2014-cü ildən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ona ödənilməsindən ibarətdir. İddiaçı hesab edir ki, ona xx.xx.2020-ci ildən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilənədək əlilliyə görə əmək pensiyası hüququ olduğundan iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya xx.xx.2014-cü ildən əlilliyə görə əmək pensiyasının təyinindən və fərqin ödənilməsndən imtinasının əsasını onun həmin dövrlərdə inzibati orqana müraciət etməməsi və vətəndaşa pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən qanunvericiliyə uyğun olaraq ailə başçısını itirməsinə görə əmək pensiyası təyin edilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. İş materialları araşdırılarkən, müəyyən edilmişdir ki,X4 1994-cü ilin sentyabr ayında Sumqayıt Şəhəri Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ərizə ilə müraciət edərək, ona əlilliyə görə müavinatın təyin edilməsini xahiş etmişdir.xx xxxx 2020-ci ildə İddiaçı DSMFnin Sumqayıt şəhər şöbəsinə müraciət edərək, ona ailə başçısının itirməsinə görə pensiyanın təyin edilməsini xahiş etmişdir. Sonradan, yəni xx.xx.2020-ci ildə İddiaçı yenidən DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət edərək, ona xx.xx.2020-ci ilə qədər ödənilmiş əlilliyə görə müavinatın dayandırılmasına etiraz etmiş və həmin ərizədə bildirmişdir ki, onun xx.xx.2014-cü ildən etibarən əlilliyə görə əmək pensiyası almaq hüququ var. Qeyd olunan sənədlərin təhlilidən, o cümlədən iddiaçının məhkəmədə verdiyi şifahi izahatından məlum olur ki, iddiaçı xx.xx.2020-c ilədək təyin edilmiş ailə başçısının itirməsinə görə pensiya aldığı müddətədək, daha doğrusu onun əlilliyə görə pensiya hüquqununu yarandığı xx.xx.2014-cü ildən xx.xx.2020-ci ildək olan dövrlər üzrə Qanunda nəzərdə tutulmuş pensiya məğləğinin ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan tələbə baxılması üçün İddiaçı xx.xx.2014-cü ildən-xx.xx.2020-ci ildək əlilliyə görə nəzərdə tutulmuş pensiya məbləğinin alınması üçün gərək ona əlilliyə görə pensiya təyin edilsin. Lakin İddiaçı ailə başçısının itirməsinə görə xx.xx.2020-ci ildə pensiya təyin edildiyinə görə, ona həmin müddətdən qabaqki müddətə əlilliyə görə pensiyanın təyin edilməsi mümkün deyil. Başqa sözlə desək İddiaçı ona ailə başçısının itirməsinə görə pensiyanın təyin edildiyi xx.xx.2020-ci ildən etibarən əlilliyə görə nəzərdə tutulmuş pensiyanı almaq hüququ itirmişdir. Ona görədə “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsində vətəndaşın ona təyin ediləcək pensiyanın bir növündən digər növünə dəyişdirilməsi üçün seçim hüququ verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Qanunvericiliyin tələbləri baxımından İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi və ona ödənilməmiş vəsaitin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması mümkün deyil. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi və ona ödənilməmiş vəsaitin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-834/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-834/2021
06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver