Məhkəmə qərarları › İş №2-1(118)-835/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-835/2021

18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-835/2021 18.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, 11-ci mikr-n, ev 21 mənzil 55-də yaşayan), Cavabdehin nümayəndəsi X1 (DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialında mütəxəssis işləyən) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialına qarşı 10 dekabr 1992-ci il tarixdən 03 fevral 1998-ci il tarixədək “Nurlu Əllər” kiçik müəssisəsində, 12 sentyabr 1998-ci il tarixdən 20 dekabr 2003-cü il tarixədək “Xəzər” kafesində, 18 yanvar 2004-cü il tarixdən 26 dekabr 2007-ci il tarixədək Azmənzilsənaye Təmir Tikinti Birliyinin Ağcabədi Təmir Tikinti İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01.09.1979-cu il tarixdən 26.07.1984-cü il tarixədək AZNK institutunda oxuduğu illərin və Sumqayıt şəhər Azmənzilsənaye Təmir Tikinti Birliyinin Ağcabədi Təmir Tikinti İdarəsində 18.01.2004-cü il tarixdən 26.12.2007-ci il tarixədək işlədiyi işllərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 18.02.2019-cu il tarixli qərar ilə iddia qismən təmin edilərək iddiaçının 01.09.1979-cu il tarixdən 26.07.1984-cü il tarixədək AZNK institutunda oxuduğu illərin və Sumqayıt şəhər Azmənzilsənaye Təmir Tikinti Birliyinin Ağcabədi Təmir Tikinti İdarəsində 18.01.2004-cü il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi işllərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 09.07.2019-cu il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin 18.02.2019-cu il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 12.08.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək iddiaçının 01.09.1979-cu il tarixdən 26.07.1984-cü il tarixədək AZNK institutunda oxuduğu illərin və Sumqayıt şəhər Azmənzilsənaye Təmir Tikinti Birliyinin Ağcabədi Təmir Tikinti İdarəsində 18.01.2004-cü il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi işllərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 27.01.2021-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin 12.08.2020-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 10 dekabr 1992ci il tarixdən 03 fevral 1998-ci il tarixədək “Nurlu Əllər” kiçik müəssisəsində, 12 sentyabr 1998-ci il tarixdən 20 dekabr 2003-cü il tarixədək “Xəzər” kafesində, 18 yanvar 2004-cü il tarixdən 26 dekabr 2007-ci il tarixədək Azmənzilsənaye Təmir Tikinti Birliyinin Ağcabədi Təmir Tikinti İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin prosessual hüquq varisi kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi Filialını cəlb etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, xx.xx.1962-ci ildə anadan olmuşdur. 01.09.1979-cu ildən 26.07.1984-cü ilə kimi M.Əzizbəyov adına Neft və Kimya İnistitutunda oxumuşdur. 13.09.1984-cü ildən 08.10.1984-cü ilə kimi CKE “Elkor” firmasında mühəndis-konstruktor işləmiş, 14.11.1984-cü ildən 26.06.1986-cı ilə kimi hərbi xidmətdə olmuşdur. 08.08.1986-cı ildən 02.06.1988-ci ilə kimi Boruprokat sexində, 03.10.1988-ci ildən 10.12.1990-cı ilə kimi Sumqayıt “Monoqrafiyada usta, 13.02.1989- cu ildən 17.07.1990-cı ilə kimi Sumqayıt Kauçukremstroy Trestində, 15.05.1991-ci ildən 17.07.1991-ci ilə kimi “Sumqayıt” Təsərrüfat hesablı kiçik müəssisədə 2-ci dərəcəli qəlibçi, 01.07.1991-ci ildən 01.10.1991-ci ilə kimi Kooperativ “Kemekçi Trest № 1-də, 15.10.1991-ci ildən 15.01.1992-ci ilə kimi Mİİ-AZAL-da, 27.04.1992-ci ildən 07.12.1992-ci ilədək Sumqayıt şəhər elektrik təchizatı şəbəkəsi müəssisəsində Mexanik vəzifəsində, 10.12.1992-ci ildən 03.02.1998-ci ilə kimi “Nurlu Əllər” KM-də direktor vəzifəsində, 12.09.1998-ci ildən 20.12.2003-cü ilə kimi “Xəzər” kafesində inzibatçı, 18.01.2004-cü ildən 26.12.2007-ci ilə kimi “Azmənzilsənaye” Təmir-Tikinti Birliyinin Ağcabədi Təmir-Tikinti idarəsində usta vəzifəsində işləmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının rəyinə əsasən xəstəliyi ilə əlaqədar olaraq 08.02.2018-ci ildən ona üçüncü dərəcəli əlillik təyin olunmuşdur. Bununla bağlı o, əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin onun kifayət qədər sosial sığorta stajı və pensiya kapitalının olmaması bildirilərək imtina cavabı verilmişdir. Belə ki, cavabdeh orqan onun 10.12.1992-ci ildən 03.02.1998-ci ilə kimi “Nurlu Əllər” KM-də direktor vəzifəsində, 12.09.1998-ci ildən 20.12.2003-cü ilə kimi “Xəzər” kafesində inzibatçı, 18.01.2004-cü ildən 26.12.2007-ci ilə kimi “Azmənzilsənaye” Təmir-Tikinti Birliyinin Ağcabədi Təmir-Tikinti idarəsində usta işlədiyi müddəti onun sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. Bununla bağlı iddiaçı iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və izah etdi ki, iddiaçının iddia etdiyi dövrlərdə qeyd olunan müəssisəlrədə işləməsi başqa sübutlarla yəni işə daxil olma və azad olunma barədə əmrlərlə, əmək haqqı cədvəlləri ilə təsdiq edilmədiyindən həmin dövrün sosial sığorta stajına daxil edilməsi yolverilməzdir. Bundan başqa əvvəlki məhkəmə araşdırması zamanı iddiaçının təqdim etdiyi əmək kitabçasında onun Azmənzilsənaye Təmir Tikinti Birliyinin Ağcabədi Təmir Tikinti İdarəsində işləməsi ümumiyyətlə qeyd edilməmişdir. Həmin qeyd sonradan əlavə edilmişdir. Bu səbəbdən cavabdeh orqan müvafiq qeydi əsassız hesab edir və həmin dövrü də sosial sığorta stajına daxil etməkdən imtina edir . Belə olan halda isə onun əlilliyə görə əmək pensiyası almaq hüququ yaranmamış olur. İş materiallarında olan : - İddiaçı aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1962-ci il təvəllüdlüdür. -TSEK tərəfindən verilmiş məlumatdan görünür ki, İddiaçı 08.02.2018-ci il tarixdə üçüncü dərəcəli əlillik təyin edilmişdir. -iddiaçıya aid əmək kitabçasının surətindən görünür ki, o, 10.12.1992-ci ildən 03.02.1998-ci ilə kimi “Nurlu Əllər” KM-də direktor vəzifəsində, 12.09.1998-ci ildən 20.12.2003-cü ilə kimi “Xəzər” kafesində inzibatçı, 18.01.2004-cü ildən 26.12.2007-ci ilə kimi “Azmənzilsənaye” Təmir-Tikinti Birliyində usta işləmişdir. -DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 28.03.2018-ci il tarixli məktubdan görünür ki, İddiaçı əlilliyə görə əmək pensoyasının təyin olunması üçün tələb olunan 13200 manat pensiya sıorta kapitalına qarşı fərdi hesabının sığorta hissəsində 9234.98 manat pensiya kapitalının olmaması səbəbindən ona əliliyə görə əmək pensiyasının təyin olunması qanina ziddir. Məhkəmənin sorğusuna cavab olaraq 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, “Azərmənzilsənayetəmirtikinti” Birliyinin tərkibində Ağcabədi Təmir Tikinti İdarəsi 23 noyabr 2011-ci il tarixdə vergi uçotuna alınmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir . -Dövlət Arxivinin Sumqayıt filialının verdiyi cavab məktublarından görünür ki, “Nurlu Əllər” kiçik müəssisəsi, “Xəzər” kafesi və Sumqayıt şəhər “Azərmənzilsənayetəmirtikinti” Birliyinin tərkibində Ağcabədi Təmir Tikinti İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi lll qrup əlilliyi olan şəxslərə əmək pensiyasının təyin olunması üçün 2 şərtə uyğun gəlməsi tələb olunur : 1) 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. bu iki şərtin hər ikisi mövcud olmalıdır, əks halda vətəndaşa əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtia edilməlidir. Qanunun yuxarıda göstərilən tələbinə görə İddiaçı əlilliyə görə əmək pesniyasının təyin olunması üçün 13 il 4 ay ((55-15) x 4 ; 12) sosiaıl sığorta stajı tələb olunur. İddiaçının əmək kitabçasında göstərilən mübahisəsiz dövr 11 il 4 ay 9 gün təşkil edir, yəni ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-cı il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1 -ci bəndinə əsasən əmək stajı iş. xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən ış stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının 10.12.1992-ci ildən 03.02.1998-ci ilə kimi “Nurlu Əllər” KM-də direktor vəzifəsində, 12.09.1998-ci ildən 20.12.2003-cü ilə kimi “Xəzər” kafesində inzibatçı, 18.01.2004-cü ildən 26.12.2007-ci ilə kimi “Azmənzilsənaye” Təmir-Tikinti Birliyində usta işləməsi əmək kitabçasında qeyd olunmasına baxmayaraq bunu təsdiq edən başqa heç bir sübut, o cümlədən işə qəbul edilməsi və ya azad edilməsi barədə əmrlər və ya əmək haqqı cədvəlləri əldə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin dövrlərin İddiaçı sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi əsassız hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar