Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-8351/2025 25.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2nə qarşı iş üzrə (Açar sözlər: məcburi köçkün statusu və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, İddiaçının qanuni nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh X2nə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı cavabdeh X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2009-cu il təvəllüdlü İddiaçı 1993-cü ildə Qubadlı rayonundan məcburi köçkün düşmüş X3 ailəsində dünyaya gəlmişdir. X6 02 oktyabr 1982-ci ildə Qubadlı rayonunun Həkəri kəndində anadan olmuş və Qubadlı rayonunun işğalı zamanı 1993-cü ildə məcburi köçkün düşərək ailəsi ilə birlikdə Sumqayıt şəhərində məskunlaşmışdır. Ailəsi məcburi köçkün düşdükdən sonra illər ərzində çətin şəraitdə, maddi çətinliklər içərisində yaşamışdır. X1 2008-ci ildə anası Məmmədova Dünya Kərim qızı ilə ailə həyatı qurmuş, atasının Məmmədova Dünya Kərim qızı ilə birliyindən xx.xx.2009-cu il təvəllüdlü İddiaçı dünyaya gəlmişdir. Qubadlı rayonundan məcburi köçkün düşdüyü üçün X1na X2 tərəfindən 16 sentyabr 2009-cu il tarixli, 209202 nömrəli məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmiş və həmin vəsiqənin surəti iddia ərizəsinə əlavə edilmişdir. Hazırda iddiaçı xx.xx.2009-cu il təvəllüdlü İddiaçı 17 yaşı var və orta məktəbdə təhsil alır. İddiaçı orta məktəbi bitirdikdən sonra unversitetlərə sənəd verərək tələbə adını qazanmaq istəyir. İddiaçı xx.xx.2009-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşı kimi AB № ******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Yuxarda qeyd etdiyi kimi iddiaçı orta məktəbdə yaxşı təhsil alır və orta məktəbi bitirdikdən sonra unversitetə sənəd verəcək. İllərdir ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəsisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqım ödəməkdən azad edilməsi barədə” müvafiq sərəncamına əsasən məcburi köçkün statusuna malik olan vətəndaşlar təhsil haqqını ödəməkdən azad edilmişlər. Hazırda Azərbaycan Respublikası Prezidentinin 7 may 2024-cü ıl 1154-ViQD “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun, 14.8-1.6 “Dövlət ali və orta ixtisas təhsil müəsisələrində ödənişli formada təhsil alan Qaçqınların və məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” müvafiq Qanununa əsasən məcburi köçkün statusuna malik olan vətəndaşlar təhsil haqqını ödəməkdən azad edilmişlər. Gələcəkdə iddiaçı ali məktəbə ödənişli əsaslarla daxil olarsa, ailənin maddi durumu onun təhsil almağı üçün tələb olunan təhsil haqqının ödənilməsinə imkan vermir. İddiaçının isə uşaqlıqdan arzusu ali təhsil alaraq dövlətə, cəmiyyətə yararlı vətəndaş olaraq xidmət etmək olub. Bu məqsədlə məcburi köçkün övladı olaraq sözügedən sərəncam və Qanunun ona da şamil edilməsi üçün eyni zamanda gələcəkdə ermənilərin torpaqlarımızı işğal etməsi nəticəsində onların da əziyyət çəkdiyini sübut etmək, ermənistana qarşı qanunvericiliyin tələblərinə uyğun iddialar vermək və digər hallarda təqdim etmək üçün məcburi köçkün vəsiqəsi ilə təmin edilməsi barədə Qanuni nümayəndəsi olan X1 Azərbaycan Respublikası Qaçqınların və X5 uzrə Dövlət Komitəsinə müraciət etdi. X2 3-36-3/2-M-12018- 48/2025/12924 nömrəli 25.09 2025-cİ il tarixli imtina məktubu ilə iddiaçı xx.xx.2009-cu il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina olunmuşdur. Həmin məktubda imtinanın əsası kimi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) ’’məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qayda”ların 4.1.6-cı bəndinə istinad edilərək qeyd olunmuşdur ki, məcburi köçkün statusu və onu təsdiq edən sənəd Valideyinlərdən atası “məcburi köçkün”statusuna malik olan və hər iki valideyinin qeydiyyatı daimi yaşayış yen üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikası şəsxiyyət vəsiqəsini almış uşaqlara təqdim edilir. İmtina məktubunda iddiaçıya istəyinin müsbət həll olunmasının imkan xaricində olduğu, buna səbəb anası Məmmədova Dünya Kərim qızının qeydiyyatı ünvan 1 ünvanında qeydiyyatda olduğundan İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsindən imtina edilmişdir. Həmçinin atasına bildirilmişdir ki, sözügedən məsələ ilə bağlı müvafiq məhkəmə qərarı olduqda övladına məcburi köçkün statusunu təsdiq edən vəsiqə veriləcəkdir. Bu səbəbdən də iddiaçı və qanuni nümayəndəsi olan atası məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının atası 1993-cü ildə Qubadlı rayonundan məcburi köçkün düşmüş və bunu təsdiq edən məcburi köçkün vəsiqəsi komitə tərəfindən ona təqdim edilmişdir. Eyni zamanda onun ailəsi X8 Müharibəsi zamanı ev eşiklərini itirərək uzun müddətdir ki, məcburi köçkünlük həyatı yaşamaqla böyük əzab əziyyət çəkmişlər. X1 02 oktyabr 1982-ci ildə Qubadlı rayonunun Həkəri kəndində anadan olmuş, 1993-cü ildə həmin kənddən məcburi köçkün düşmüş kəndindən məcburi köçkün düşməsi barədə və iddiaçı ilə atasının dövlət tərəfindən məcburi köçkünlərə verilən yemək xərci müavinatı almağı ilə bağlı Qubadlı RİH-nin Muradxanlıkənd İƏD üzrə nümayəndəsinin 29 sentyabr 2025-ci il tarixli, 5-62-23/2-127/2025 saylı arayışları ərizəyə əlavə olunur. İddiaçının anası Məmmədova Dünya Kərim qızı ünvan 2 ünvanında qeydiyyatdadır. X2 həyat yoldaşı Məmmədova Dünya Kərim qızının Qubadlı rayonuna qeydiyyata alınması üçün müraciət etsə də cavabında işğaldan azad olunmuş rayonlara qeydiyyata alınmanın mümkün olmayacağı bildirilmişdir. Bu səbəbdən də anası Məmmədova Dünya Kərim qızı Qubadlı rayonuna qeydiyyata düşə bilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2009-cu il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi iddiaçı və ailəsi üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, ailəsinin maddi durumu olduqca ağırdır ki, bu səbəbdən də əgər gələcəkdə iddiaçı ödənişli əsaslarla universitetə daxil olarsa təhsili haqqı məsələsi həll edilməsə təhsil almaq hüququndan məhrum olacaqdır. Eyni zamanda iddiaçıya məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi gələcəkdə Ermənistanın bizə qarşı törətdiyi müharibə cinayətlərindən əziyyət çəkmiş bir insanın olmasını sübut edəcək sənətdir.
3. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 9.1, 9.3, 14.1, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1, 12.2, 14.3, 34.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.
b) Tərəflərin iştirakı və izahatları
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
9. Qubadlı Rayon İcra Hakimiyyəti başçısının Muradxanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-62-23/2-127/2025 nömrəli arayışında qeyd edilmişdir ki, X6 1993-cü ildə məcburi köçkün düşmüş və ünvan 3 ünvanında müvəqqəti məskunlaşmışdır. X6 və övladları xx.xx.2009-cu il təvəllüdlü İddiaçı, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü Rəsul Rəşad oğlu dövlət tərəfindən onlara verilən adam başına 60 manat, cəmi 180 manat yemək xərci müavinatı alırlar.
10. İddiaçının X1na məxsus AA 209202 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən o, Qubadlı rayonundan məcburi köçkündür.
11. xx.xx.2008-ci il tarixli, AZ-İ 442120 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X6 və Soltanova (nikahdan sonra Məmmədova) Dünya Kərim qızı xx.xx.2008cü il tarixdə nikaha daxil olmuşlar.
12. xx.xx.2009-cu il tarixli, AZ-İİ 294486 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı X1, anası isə Məmmədova Dünya Kərim qızıdır.
13. X2nin xx.xx.2025-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
14. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.
15. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
16. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
b) Tətbiq edilən hüquq
17. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
18. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalarının: Əsas anlayışlar: Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış yeri sayılır. 4.1-ci bəndinə əsasən “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. 4.2-ci bəndinə əsasən “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
20. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.
21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ona məcburi köçkün statusu və vəsiqəsinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş sonuncu xx.xx.2025-ci il tarixli məktubla müraciətin icrasından “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalarının 4.1.6-cı bəndinə əsasən imtina etmişdir.
22. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)” anlayışı “Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs” olaraq müəyyən edilmişdir.
23. Hazırkı mübahisəyə münasibətdə məcburi köçkün statusunun və həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtinanın əsası kimi cavabdehin istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən edilmişdir.
24. Qaydaların istinad edilən həmin bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun.
25. Hazırkı işdə iddiaçıya münasibətdə 1-ci və 3-cü şərtlərin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir.
26. Cavabdeh tərəfindən verilmiş imtinanın əsas dəlili iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərtin ödənilməməsi ilə bağlıdır. Yəni, hazırkı iş üzrə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir. Belə ki, iddiaçının anası Sumqayıt şəhərində qeydiyyatdadır.
27. Göründüyü kimi, iddiaçının anasının daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu Sumqayıt şəhəri işğal olunmuş ərazi olmadığından Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt ödənilməmişdir.
28. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının iddia tələbi əsaslı sayıla bilməz.
29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X2nə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
30. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh X2nə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli