Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-838/2021 08.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin 2 saylı regional ərazi filialına qarşı “hüququnun yarandığı 14.05.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilərək, hazırki günədək ödənilməmiş fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin 2 saylı regional ərazi filialına qarşı iddia qaldıraraq “hüququnun yarandığı 14.05.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilərək, hazırki günədək ödənilməmiş fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Xaçmaz rayonu, Köhnə Xudat kəndində anadan olmuşdur. 14.05.2020-ci il tarixdə onun yaşa görə pensiya hüququyaranmışdır. Bu səbəbdən pensiya təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına ərizə ilə müraciət etmişdir.Fondun 2 saylı regional ərazi filialı tərəfindən ona verilən cavab məktubunda guya onun 25 il sığorta stajının olmaması göstərilərək pensiya təyin edilməsindən imtina edilmişdir. Filial tərəfindən verilmiş imtina qanunsuz və əssasızdır.21.11.2014-cü il tarixində tərtib edilmiş ******* nömrəli, əmək kitabçasının dublikatında 25 il 3 ay 15 gün sığorta stajıvardır.Bundan əlavə o, 14.05.1974-cü il tarixdən 03.05.1976-cı il tarixədək 1 il 11 ay 19 gün müddətində Sovet Sosialist Respublikaları İttifaqında həqiqi hərbi xidmətdə olmuşdur.Eyni zamanda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 12.10.2020-ci il tarixli, DA-00353-2020 nömrəli “arxiv arayışı”na əsasən o, 03.08.1976-cı il tarixdə “L.Şmidt” adına Maşınqayırma Zavoduna 290/k nömrəli əmrlə işə qəbul olunmuş və 22.07.1980-cı il tarixdə 188/k nömrəli əmrlə işdən azad olunmuşdur. Bununla da qeyd olunan müəssisədə 3 il 11 ay 19 gün sığorta stajının olduğu öz əksini tapır.Göründüyü kimi onun ümumilikdə 31 il 2 ay 23 gün sığorta stajımövcuddur. Lakin DSMF-nin regional ərazi filialı ona heç bir qanuni əsas olmadan imtina vermişdir. Onun əmək kitabçasının dublikatı Əmək kitabçasının forması və onun tərtibatı haqqında Qaydalara uyğun şəkildə tərtib olunmuşdur. Həmin əsasnamənin 3.10-cu bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir.Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır.Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur.Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı özünün təqdim etdiyi iddia ərizəsində bildirmişdir ki, guya 10.09.1980-ci ildən Xaçmaz "xxxx" ASC-də işləməyə başlamış və 21.12.2005-ci il tarixədək orda işləməyə davam etmişdir. Bundan əlavə o yenə də iddia ərizəsində qeyd etmişdir ki, ona yaşa görə pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına müraciət etmiş, lakin filial 1997-ci ildən 2005-ci ilədək Xaçmaz "xxxx" ASC-də əmək haqqı almadığından qeyd edilən illəri sığorta stajı kimi təyin etmək mümkün olmadığını bildirmişdir.Bu səbəblə də ona yaşa görə pensiya təyin edilməsi mümkün olmamışdır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 14.05.2020-ciil tarixində ərizə ilə cavabdehə müraciət etmiş, lakin yaşa görəəmək pensiyasının təyin edilməsi üçün şəxsin yetərli qədər sosial sığorta stajına malik olmaması və 01.01.2006-cı il tarixindən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmamasıaşkarlanmış və şəxsə imtina məktubu göndərilmişdir.Belə ki, iddiaçı iddia ərizəsində 03.08.1976-22.07.1980-ci illərdə L.Şmidt adına maşınqayırma zavodunda, 10.09.1980-ci il tarixdən Xaçmaz "xxxx" ASCdə işləməyə başladığını və 21.12.2005-ci il tarixədək orda işləməyə davam etdiyini bildirmişdir. İşə əlavə olunmuş qarşılıqlı yoxlama aktında 1991-2005-ci il tarixədək iddiaçının qazandığı əmək haqları öz əksini tapmışdır. Arayışdan da göründüyü kimi, şəxs yalnız 1991-1992, 1993-cü ildə 7 ay, 1994,1995-ci illərdə, 1996-cı ilin 10 ayı üzrə, 1997-ci ilin yanvar və aprel aylarında əmək haqqı almışdır. İddiaçının 1997-2005-ci illərdə ümumiyyətlə əmək haqqı almadığı göstərilmişdir. Bununla yanaşı X1 yaşa görə əmək pensiyasıtəyin edilməsi tələbinə dair analoji işi üzrə Sumqayıt İnzibati Məhkəməsində qəbul edilmiş qərarda iddiaçının tələbi rədd edilmişdir. Məhkəmə qərar qəbul edərkən əsaslandığı hallardan biri də iddiaçının əmək haqqını əks etdirən arxiv arayışında əmək haqqı aldığı ayların sayları da olmuşdur.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən şəxsə yaşa görə pensiya təyin edilməsindən imtina vermə əsaslarından biri kimi 01.01.2006-cı il tarixdən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının kifayət etməməsi qeyd edilmişdir.Belə ki, X8 (PAS) əsasən iddiaçının 1992-ci ilə qədər və 1992-2006-cı illər arası pensiya kapitalı olmamış, eynilə 2006-cı ildən sonra da pensiya kapitalı olmamışdır.Halbuki lazım olan pensiya kapitalı 28800 manatdır. X11 əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun,pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Odur ki, şəxsin həm sosialsığorta stajı, həm də pensiya kapitalı yoxdur. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi əlavə olaraq bildirdi ki, cavabdehə təqdim edilmiş imtina məktubunda “əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar” sözləri texniki səhv olaraq yazılmışdır. İddiaçı inzibati orqana yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar müraciət etmişdir. Cavabdehin nümayəndəsi X4 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakısənədlər əlavə olunmuşdur: -AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə tarixdə Xaçmaz rayonu, Köhnə Xudat kəndində anadan olmuşdur. -0174510 saylı əmək kitabçasının dublikatından görünür ki, iddiaçı 10.09.1980-ci il tarixdən 21.12.2005-ci il tarixədək Xaçmaz "xxxx" ASC-də sürücü vəzifəsində işləmişdir. -Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin 12 oktyabr2020-ci il tarixli, DA-00353-2020 saylı arxiv arayışından görünür ki, “L.Şmidt adına Maşınqayırma Zavodu” arxiv fondunda mühafizə edilən şəxsi heyət üzrə əmr kitablarında İddiaçı (əmr 290/k, 03 avqust 1976-cı il) 13 nömrəli sexin yonucu şagirdi vəzifəsinə qəbul edildiyi,(əmr 539/k, 22 dekabr 1976-ci il) 13 nömrəli sexə neftmədən alətləri sahəsinin yonucu şagirdinə 2-ci dərəcə təhkim edildiyi, (əmr 188/k, 22 iyul 1980-ci il) işdən azad olunduğu qeyd olunmuşdur. -Məhkəməyə sorğu əsasında daxil olmuş Xaçmaz "xxxx" ASC-nin əmrlərindən görünür ki, İddiaçı 10.09.1980-ci il tarixli, 75 nömrəli əmrlə sürücü işinə qəbul edilmiş, 21.12.2005-ci il tarixli 28 nömrəli əmrlə işdən azad edilmişdir. -Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz rayon Dövlət Arxivinin 02 iyun 2021-ci il tarixli 608 saylı məktubunda “X12” ASC-nin sənədlərinin arxivə təhvil verilmədiyi qeyd edilmişdir. -İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 15 fevral 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Məhkəməyə sorğu əsasında daxil olmuş İddiaçı əmək haqqı cədvəllərindən görünür ki, həmin cədvəllərdə iddiaçının 1981-ci il tarixdən 1997-ci il tarixədək aldığı əmək haqqlarının aylar üzrə məbləğləri qeyd olunmuşdur. ƏSASLANDİRMAHİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. İddiaçıya məxsus əmək kitabçasının dublikatında onun 10.09.1980-ci il tarixdən 21.12.2005-ci il tarixədək Xaçmaz "xxxx" ASC-də işlədiyi qeyd edilmişdir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinasının əsası kimi iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajına malik olmaması, onun əmək kitabçasında qeyd edilmiş 10.09.1980-ci ildən 21.12.2005-ci ilədək Xaçmaz "xxxx" ASCdə işlədiyi dövr üzrə həmin müəssisədə qarşılıqlı yoxlama aparıldığı və yoxlama zamanı 1997-ci ildən sonra ümumiyyətlə əmək haqqı almadığının müəyyən olunduğu qeyd edilmişdir. Beləliklə cavabdeh inzibati orqan iddiaçıyayaşa görə əmək pensiyası təyinatı məsələsinə baxarkən onun 1997-ci ildən sonra "xxxx" ASC-də işlədiyi dövrü sosial sığorta stajı kimi nəzərə almamışdır. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki iş üzrə iddiaçının 10.09.1980-ci ildən 21.12.2005-ci ilədək "xxxx" ASC-də işləməsi onun əmək kitabçasında öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. "xxxx" ASC-nin sənədlərinin arxivə verilməməsi vəhəmin sənədlərin müəsissənin özündə də saxlanılmaması cavabdeh inzibati orqan tərəfindən iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyinedilməsindən imtina üçün əsas deyildir. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan 10.09.1980-ci ildən 21.12.2005-ci ilədək "xxxx" ASC-dəişlədiyi dövr onun iş stajı kimi nəzərə alınmalıdır. Qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, beləşərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görəəmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəməhesab edir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı 14.05.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilərək, hazırki günədək ödənilməmiş fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin 2 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı 14.05.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilərək, hazırki günədək ödənilməmiş fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin 2 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-838/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-838/2021
08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver