Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-839/2021 15.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Hakim Mirzəyeva Leyla Eytibar qızının sədirliyi ilə, Davudova Nigar Şaban qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı cavabdehə Giləzi qəsəbəsində yerləşən Xızı rayon istehsal isehlak kooperativinin balansında olmuş 3 saylı yeməkxana binasının yerdə koordinatlarının (döngə nöqtələrinin) müəyyən olunması, texniki sənədlərin və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ünvanın verilməsi barədə hərkətlərin edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı iddia qaldıraraq cavabdehə Giləzi qəsəbəsində yerləşən Xızı rayon istehsal isehlak kooperativinin balansında olmuş 3 saylı yeməkxana binasının yerdə koordinatlarının (döngə nöqtələrinin) müəyyən olunması, texniki sənədlərin və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ünvanın verilməsi barədə hərkətlərin edilməsi öhdəliyinin qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxxx 2021-ci il tarixdə məhkəməyə iddiaçının nümayəndəsi və vəkili Vəkil İddiaçı adından verilmiş iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizəsi daxil olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsinin qaytarılmasına dair ərizəsi tərəflərin hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmur və prosesual qanunvericiliyin tələblərinə zidd deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-839/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-839/2021
15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver