Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-840/2021 02.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X5 (işləməyən, Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Əli Məmmədov küçəsi fərdi yaşayış evində yaşayan) iştirakl ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş 26 may 1995-ci il tarixli, 95/110 saylı ayrıc aktına əsasən iddiaçının istifadəsinə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ərazisində yerləşən 0.90 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş 26 may 1995-ci il tarixli, 95/110 saylı ayrıc aktına əsasən iddiaçının istifadəsinə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ərazisində yerləşən 0.90 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ərazisində yerləşən 3 hektara yaxın torpaq sahəsi və onun üzərindəki tikili İddiaçı babası X1 məxsus olmuşdur. Sovet hakimiyyəti qurulan zaman həmin torpaq sahəsi ondan geri alınmış, lakin torpaq sahəsi babasının faktiki istifadəsində qalmışdır. 1962-ci ildə babası vəfat etmiş və yenə də torpaq sahəsi onun övladları və nəvələrinin istifadəsində qalmışdır. 1995-ci ildə iddiaçının anası Sona Mahüseyn qızı Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edərək həmin torpaq sahəsinin geri qaytarılmasını xahiş etmişdir. İddiaçının anasının müraciətindən sonra həmin əraziyə baxış keçirilmiş və həqiqətən iddiaçının babası Mahüseyn Hüseynova məxsus köhnə xarabalığın olduğu müəyyən edilmişdir. Beləliklə də, göstərilən ərazinin iddiaçının anasına və onun övladlarına ayrılmasına etiraz edilməmiş və bununla bağlı 26 may 1995-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 95/110 nömrəli ayrıc aktı tərtib edilmişdir. Eyni zamanda bağ sahəsinin yerləşmə sxemi də tərtib edilmişdir. Həmin torpaq sahəsinin ayrılmasına dair göstərişlər aşağıdakı formada müəyyən edilmişdir: AB xətti asfalt yola 20,0 metr məsafədə paralel ayrılmalı, AB=90,0m. “B” nöqtəsi mövcud mərtəbəli binanın şərq hissəsindən 4B m məsafədə yerləşir. BV xətti AB xəttinə 90 dərəcə bucaq altında ayırmalı, BV= 100,0 m. BQ xətti AB xəttinə paralel ayırmalı, QA xətti BV xəttinə paralel ayırmalıdır. İddiaçının atası vəfat etdikdən sonra həmin torpaq sahəsi onların, yəni övladlarının istifadəsində qalmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 01.05.1995ci il tarixli məktubla Bağlar Təsərrüfatı İdarəsinin rəisi R.Zeynalzadəyə müraciət olunaraq qeyd edilən 0,90 ha torpaq sahəsinin iddiaçının anası və övladlarına ayrılması barədə müvafiq sənədləşmənin aparılması xahiş olunmuşdur. Bundan sonra həmin 0,90 ha torpaq sahəsinə dair adlarına müvafiq nömrəli orderlər verilmişdir. Lakin 15 iyun 2018-ci il tarixdə evdə baş vermiş yanğın zamanı həmin sənədlər yanaraq məhv olmuş və bu səbəbdən iddiaçı DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək orderlərin arxiv nüsxələrinin verilməsini xahiş etmişdir. İdarədə isə qeyd olunan əraziyə aid yalnız iddiaçının anasıının adına 0.12 ha torpaq sahəsi üzrə 169v/5 nömrəli orderin mövcud olduğu bildirilmişdir. Bundan sonra Bakı şəhəri 35 saylı Notariat Kontoruna müraciət edərək anasından qalmış miras əmlakı üzrə vərəsəlik dairəsinin müəyyən edilməsi xahiş etmiş və vərəsələik dairəsi müəyyən edilərək həmin (0,90 ha) miras əmlaka dövlət reyestrindən çıxarışın verilməsi Notariat Kontoru tərəfindən AR ƏMDKY DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən xahiş olunmuşdur. Lakin müraciət müsbət həllini tapmamış və buna səbəb olan hər hansı bir əsasla bağlı rəsmi cavab verilməmişdir. Təkrar müraciətdən sonra 21.06.2019-cu il tarixdə cavab verilmiş və həmin məktubda müraciətimin icrasından imtina olunduğu bildirilmişdir. Buna səbəb kimi torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlərin ərizəyə əlavə edilmədiyi, torpaq sahəsində fərqli ölçülərdə bir neçə istixana və tikili mövcud olduğu, həmin istixana və tikilinin bir hissəsinin mərhum babası X1 ayrılmış 0,90 ha torpaq sahəsinin üzərinə düşdüyü, torpaq sahəsinin X12 sovxozunun Abşeron rayonun istifadəsində saxlanılmış kənd təsərrüfatı-icarə torpaqlarının üzərinə düşdüyü, torpaq sahəsi ləğv edilmiş DTXK tərəfindən Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-7181 nömrəli şəhadətnamə ilə X2 istifadəsinə verilmiş 9,43 ha torpaq sahəsinin daxilində yerləşdiyi və mərhum babası Mahüseyn Hüseynova ayrılmış 0,90 ha torpaq sahəsi JN-7181 A (4.306 ha) hissəsinə düşdüyü göstərilmişdir. Halbuki, 0,90 ha torpaq sahəsi ayrıc aktı ilə iddiaçıya və ailəsinə 1995-ci ildə verilmiş, imtinaya əsas kimi göstərilən JN-7181 A (4.306 ha) şəhadətnamə isə Güloğlan Məmmədova 2005-ci ildə verilmişdir. Həmin şəhadətnamənin verilməsinə əsas Abşeron rayon İcra Hakimiyyəti Başçısının 083 saylı sərəncamı olmuşdur. Məhz bu baxımdan iddiaçı Abşeron rayon Məhkəməsində həmin sərəncamın etibarsız hesab olunması barədə iddia qaldırmışdır. Həmin iddia tələbi ilə bağlı məhkəmə 21 oktyabr 2019-cu il tarixdə tikinti-texniki ekspertizası təyin etmiş və mülki iş Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Keçirilmiş tikinti-texniki ekspertizasının nəticəsinə dair məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş birinci və ikinci suallar üzrə “1995-ci il 26 may tarixli 95/110 saylı ayrıc aktında qeyd olunan istinad nöqtələrinin faktiki vəziyyətdə dəyişilməsini nəzərə alaraq, kameral şəraitdə aerofoto materiallarından istifadə edərək ayrıc aktında göstərilən 0,90 ha torpaq sahəsinin coğrafi yerləşmə mövqeyini müəyyən etməyin mümkün olduğu”, habelə “kameral şəraitdə aerofoto materiallarından istifadə edilərək coğrafi yerləşmə mövqeyi müəyyən edilmiş 1995-ci il 26 may tarixli 96/110 saylı ayrıc aktında göstərilən 0,90 ha torpaq sahəsi ilə ilkin torpaqayıram sənədlərinə və faktiki istifadə vəziyyətinə əsasən JN-7181 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüquqna dair şəhadətnamə” əsasında üçüncü şəxsin icarəsində olan 9.43 ha toıpaq sahəsi ilə üst-üstə düşmədiyi” müəyyən edilmişdir. Baxmayaraq ki, Sumqayıt İnzibati Məhkəməsi iddianı icraata qəbul edərək xeyli araşdırma aparmış və ekspertiza təyin etmiş, lakin ekspertizanın rəyindən sonra işin Bakı İnzibati Məhkəməsinə aidiyyəti olduğunu əsas gətirərək işi 21.07.2020-ci il tarixli qərardadla həmin məhkəməyə göndərmişdir. İnzibati iş Bakı İnzibati Məhkəməsinə göndərildikdən sonra hakim Aytən Oruczadəci il tarixli qərardadla iddianı mümkün saymamışdır. İddianın mümkün saymamasını isə AR ƏMDKY DƏDRX-nin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə müraciət etməməkləri əlaqələndirmişdir. Daha sonra 30.11.2020-ci il tarixdə AR ƏMDKY DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək 0,90 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi 16.12.2020-ci il tarixli məktubla müraciətinin icrasından imtina edərək, o cümlədən torpaq sahəsinin Abşeron rayon ərazi hüdudları daxilində yerləşdiyini əsas tutaraq 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etməyini məqsədəmüvafıq hesab etmişdir. Bundan sonra 18.12.2020-ci il tarixdə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək 0,90 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasını xahiş etdir. Lakin 08.01.2021 -ci il tarixli məktubla müraciətinin icrasından imtina edilmişdir. Buna səbəb kimi torpaqayırma qərarının, eləcə də bağ sahəsinin icarə müqaviləsi və ya orderinin təqdim edilməməsi, eyni zamanda 0.90 ha toıpaq sahəsinin Abşeron rayon İcra Hakimiyyəti Başçısının 01.04.2005-ci il tarixli, 083 saylı sərəncamı ilə X3 həmin tarixdə 99 il müddətinə icarəyə verilmiş JN-7181 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”də qeyd olunan 9.43 ha torpaq sahəsinin JN-7181A konturundakı 4.306 ha hissəsinə düşdüyü, həmin hissədə X3 məxsus istixana mövcud olduğu, qeyd olunan torpaq sahəsinin keçmiş Zirə Südçülüktərəvəzçilik Sovxozunun Abşeron rayonun istifadəsində saxlandığı, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ərazisində yerləşdiyi və qeyd olunan toıpaq sahəsi ilə bağlı mübahisənin olduğu göstərilmişdir. Cavabdeh DƏDRX-nin 4 saylı Abşeron rayon Ərazi İdarəsinin imtinası tam qanunsuz və əsassızdır. Belə ki, imtina məktubunda qeyd olunan halların heç bir hüquqi əsası yoxdur. Mübahisə edilən 0.90 ha torpaq sahəsi bağ sahəsidir və həmin torpaq sahəsinin bağ təyinatlı olmasına dair ayrıc aktı mövcuddur. Həmin torpaq sahəsinin hüquqi qeydiyyata alınmasına əsas olan bütün zəruri sənədlər cavabdeh orqana təqdim edilmiş və imtina üçün hər hansı bir əsas mövcud olmamışdır. Bundan başqa 2- 1(118)-93/2020 saylı inzibati iş üzrə keçirilmiş tikinti-texniki ekspertizanın nəticəsinə dair ekspert rəyi ilə X3 icarəyə verilmiş torpaq sahəsi ilə 0.90 ha torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, Abşeron rayonunun istifadəsində saxlanılmış, keçmiş Zirə Südçülük-tərəvəzçilik sovxozunun ərazisində yerləşən 0,90 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə 18 dekabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur İddiaçının sözügedən 0.90 ha torpaq sahəsinə dair çıxarış və texniki pasportun verilməsi ilə bağlı Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış Bakı səhəri 35 savlı notariat ofisinin 21.09.2020-ci il tarixli X-329 nömrəli vərəsəlik məktubu, Baqlar təsərrüfatı idarəsinin rəisi R.Zeynalzadə cənablarına ünvanlanmış 18/03-8/393 savlı 01.06.1995-ci il tarixli müraciət məktubu, torpaq sahəsinin təhkim aktı və plan-sxeminin sürətinin təqdim edildiyi müəyyən edilmişdir. Sənədlər araşdırılarkən məlum olmuşdur ki, Sona Mahüseyn qızı və ailə üzvlərinə baq sahəsi ayrılması üçün müraciət olunan 0.90 ha torpaq sahəsinə dair təqdim etdiyi Bakı Səhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Bas İdarəsinin ayrıc aktına Bakı Səhər İcra Hakimiyyətinin torpaqayırma qərarı, eləcə də ləğv edilmiş X4 və İstismarı Birliyi tərəfindən bağ sahəsinin istifadəyə verilməsi barədə icarə müqaqviləsi və va order əlavə edilməmişdir.Daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyqun olubolmamasını müəyyənləşdirmək üçün müavinə baxışı keçirilmişdir və aşağıdakı çatışmazlıqlar aşkar edilmişdir: X11 tərəfindən göstərilən Sona Mahüseyn qızı və ailə üzvlərinin adına baq sahəsi kimi qeydiyyata alınması iddia olunan 0.90 ha torpaq sahəsi, Abşeron rayonu İcra Hakimiyyəti Başçısının 01.04.2005- ci il tarixli, 083 saylı sərəncamı ilə X3 həmin tarixdən 99 il müddətinə icarəyə verilmiş JN-7181 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”də olan 9.43 ha torpaq sahəsinin JN- 7181A konturundakı 4,306 ha hissəsinə düşür. Həmin hissədə X3 məxsus istixana mövcuddur.Qeyd olunan torpaq sahəsi keçmiş Zirə Südçülük-tərəvəzcilik Sovxozunun Abşeron rayonunun istifadəsində saxlanılmış, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ərazisində yerləşir,Qeyd olunan torpaq sahəsi ilə bağlı mübahisə vardır. İş materiallarında olan : -Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 19.07.2018-ci il tarixli S- 64 arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1931-1933-cü illərə dair Bakı şəhəri Suraxanı rayonu üzrə doğum haqqında bərpa kitablarında 1921-ci ilin İİ yarımilliyində doğulan Sona Mahüseyn qızının təvəllüdü qeyd olunur : atası qrafasında Mahüseyn Malikəjdər oğlu, anası qrafasında X14 göstərilmişdir. - AZ-İ № 951226 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, Sona Mahüseyn qızı 30.03.1996-cı ildə vəfat etmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 26 may 1995-ci il tarixli 95/110 nömrəli ayrıc aktından görünür ki, Sona Mahüseyn qızı və onun övladlarına Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ərazisində yerləşən 0.90 ha torpaq sahəsi naturada ayrılmışdır. - 07.05.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Abşeron rayonu, Zirə- Südçülük sovxozunun ərazisində yerləşən, iddiaçıya aid təqdim etdiyi sənədlər arasında 0.90 ha torpaq sahəsinə dair qanunvericiliyə uyğun olaraq hüquqmüəyyənedici sənədlər və həmin torpaq sahəsi barədə elektron kadastr bazasında melumat aşkarlanmamışdır. Əlavə olaraq qeyd olunur ki, məhkəmə tərəfindən təqdim olunmuş 1995-ci i! 26 may tarixli 95/110 saylı ayrıc aktında qeyd olunan istinad nöqtələrinin faktiki vəziyyətdə dəyişilməsini nəzərə alaraq, kameral şəraitdə aerofoto materiallarından istifadə edərək ayrıc aktında göstərilən 0.90 ha torpaq sahəsinin coğrafi yerləşmə mövqeyini müəyyən etmək mümkündür. Kameral şəraitdə aerofoto materiallarından istifadə edilərək coğrafi yerləşmə mövqeyi müəyyən edilmiş 1995-cl İ! 26 may tarixli 96/110 saylı ayrıc aktında göstərilən 0.90 ha torpaq sahəsi ilə ilkin torpaqayırma sənədlərinə və faktiki istifadə vəziyyətinə əsasən JN-7181 nömrəli "Torpaqdan müvəqqəti istifadə huququna dair şəhadətnamə əsasında üçüncü şəxsin icarəsində olan 0.43 ha torpaq sahəsi üst-üstə düşmür. - ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 30.04.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki,məhkəmənin iddiaçıya aid təqdim etdiyi sənədlər arasında 0.90 ha torpaq sahəsinə aid qanunvericiliyə uyğun olaraq hüquqmüəyyənedici sənədlər və həmin torpaq sahəsi barədə elektron kadastr məlumat bazasında məlumat aşkarlanmamışdır. Məhkəmə tərəfindən təqdim olunmuş 1995-ci il 26 may tarixli 95/110 saylı ayrıc aktında qeyd olunan istinad nöqtələrinin faktiki vəziyyətdə dəyişilməsini nəzərə alaraq kameral şəraitdə aerofoto materiallarından istifadə edərək ayrıc aktında göstərilən 0.90 ha torpaq sahəsinin coğrafi yerləşmə mövqeyini müəyyən etmək mümkündür. Kameral şəraitdə aerofoto materiallarından istifadə edilərək coğrafi yerləşmə mövqeyi müəyyən edilmiş 1995-ci il 26 may tarixli 95/110 saylı ayrıc aktında göstərilən 0.90 ha torpaq sahəsi ilə ilkin torpaqayırma sənədlərinə və faktiki istifadə vəziyyətinə əsasən JN-7181 nömrəli ‘Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” əsasında üçüncü şəxsin icarəsində olan 9.43 ha torpaq sahəsi üst-üstə düşmür. -Abşeron rayon İcra Hakimiyyəti Başçısının 01 aprel 083 saylı sərəncamından görünür ki, keçmiş Zirə tərəvəzçilik-südçülük sovxozun ərazisində, örüş sahədən ibarət olmaqla Dövlət 'Torpaq Fondu kimi uçota alınmış torpaqdan kənd təsərrüfatı məqsədilə X3 9,43 hektar 99 il müddətinə icarə qaydasında torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilməsi və torpaqdan istifadə edilməmişdən əvvəl tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində qeydə alınması və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə alınmasının təmin edilməsi barədə sərəncam verilmişdir. -Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti tərəfindən verilmiş 19.08.2002-ci il tarixli məktubdan görünür ki, aparılmış araşdırma zamanı sözügedən torpaq sahəsinə dair arxiv sənədləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən X7 və İnkişafı Birliyi ləğv olunaraq, həmin idarənin arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verilmişdir.Bu səbəbdən aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməyiniz məqsədəmüvafiqdir. - aprel 2005-ci il tarixli icarə müqaviləsindən görünür ki, həmin müqavilə icarəyəverən X9 icarəçi X3 Abşeron rayon İcra Hakimiyyəti tərəfindən 01 aprel 2005-ci il tarixli 083 saylı sərəncam əsasında 9.43 hektar torpaq sahəsinin icarəyə verilməsi barədədir. - 21.06.2018-ci il tarixli yanğın haqqında aktdan görünür ki, yanğın nəticəsində yaşayış evinin içindəki bütün əşyalarla birlikdə evdə olan torpaq səndələri yanaraq sıradan çıxmışdır. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri 35 saylı notariat ofisinin 303 nömrəli 12 iyun 2021-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri 35 saylı notariat ofisində 30 mart 1996-cı ildə vəfat etmiş Sona Mahüseyn qızının vərəsəsi oğlu- İddiaçı ərizəsi əsasında 24 iyul 2018-ci il tarixdə vərəsəlik işi açılmışdır. Digər vərəsələr barədə məlumat yoxdur. Vərəsə İddiaçı miras əmlaka dair hüquqmüəyyənedici sənəd təqdim etmədiyi üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6085/2020 nömrəli 19.05.2021-ci il tarixli cavab məktubunda bildirilirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair 2-1(112)-6085/2020 inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15.10.2020-ci il tarixli Qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan apelyasiya şikayəti verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasəlar sadalanmışdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən həmin əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (8.0.5); 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (8.0.7) nəzərdə tutulmuşdur. İddiaçı iddia tələbinin əsası kimi Bakı şəhər İcra Hakimiyyəti Memarlılq və Şhərsalma İdarəsi tərəfindən tərtib və təsdiq edilmiş ayrıc aktına və həmin idarənin Bağlar və Təsərrüfat İdarəsinə ünvanladığı 01.06.1995-ci il tarixli 18/03-8/393 saylı məktubuna istinad edir. İstinad olunan ayrıc aktının məzmunundan görünür ki, həmin akt torpaq sahəsinin instrumental təriqilə ölçülərək ayrılması, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş döngə nişanlarının qoyulması barədədir. Məktubda isə Memarlıq və Şəhərsalma Baş İdarəsi göstərilən ərazinin ata bağı kimi Sona Mahüseyn qızına və onun övladlarına ayrılmasına etiraz etməməsi və ayrıc aktının göndərilməsi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, Memarlıq və Şəhərsalma Xidməti torpaq ayıran orqan deyildir və bu səlahiyyət həmin xidmətin funksiyalarının çərçivəsi xaricindədir. Məhkəmə qeyd edir ki, cavabdeh imtinasını iki dəlillə əsaslandırır: 1) iddiaçının mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin təqdim edilməməsi və 2) iddiaçının iddia etdiyi torpaq sahəsinin X2 icarəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi. Birinci dəlilə münasibətdə məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi torpaq ayrıc aktı hüquqmüəyyənedici sənəd deyildir və iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas ola bilməz. İkinci dəlillə bağlı məhkəmə hesab edir ki, həmin dəlil hazırki iddia tələbi əvvəllər məhkəmə araşdırmasını predmeti olarkən alınmış ekspert rəyi ilə təkzib edilmiş, yəni mübahisəli torpaq sahəsinin X2 icarəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı mübahisəli torpaq sahəsinə hüquqmüəyyənedici sənəd təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir. İddiaçının nümayəndəsi həmin sənədlərin evdə ba verən yanğın zamanı məhv olunduğunu bildirsə də, bu hal iddianın təmin edilməsi üçün əsasə ola bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 1999-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yerquruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər.Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər.Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır. Hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrlə yaranır. Beləliklə, göstərilən normaların məzmunundan göründüyü kimi, qanunverici hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi şərtlərini, torpaq sahəsi üzərində hüquqların yaranmasının ümumi əsaslarını və digər məsələləri dəqiq müəyyənləşdirmişdir İddiaçının və ya mərhum anasının torpaq sahəsi üzərində hüququnun müəyyən edilməsi üçün əsaslardan biri, yəni torpağın ayrılmasına dair qərar (sərəncam, əmr və s.) mövcud olmadığından onun həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasına dair iddiası təmin edilməməlidir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı verdiyi imtina cavabı mahiyyətcə qanuna zidd olmamışdır. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-840/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-840/2021
02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver