Məhkəmə qərarları › İş №2-1(118)-841/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-841/2021

29.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-841/2021 29.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Şamaxı rayonu, Mərzəndiyə kəndində yaşayan) İddiaçı cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı cavabdehin 04 fevral 2021-ci il tarixli **********78 saylı imtinasının əsassız hesab olunması və zəbt sahəsi kimi iki qat ölçüdə pay torpaqdan çıxılmaqla iddiaçının mülkiyyətinə verilmiş 0,80 ha torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 04 fevral 2021-ci il tarixli **********78 saylı imtinasının əsassız hesab olunması və zəbt sahəsi kimi iki qat ölçüdə pay torpaqdan çıxılmaqla iddiaçının mülkiyyətinə verilmiş 0,80 ha torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Torpaq islahatı haqqında“ Qanunun tələblərinə əsasən Şamaxı rayonu Mərzəndiyə kəndində hər bir subyektə 0,64 ha torpaq payı verilməsi nəzərdə tutulmuşdur. İddiaçının ailəsi 12 nəfərdən ibarət olması nəzərə alınaraq onlara 7,68 ha torpaq sahəsi verilməli olmuşdur. Amma istifadə etdikləri 0,80 ha zəbt olunmuş torpaq sahəsi iki qat ölçüdə pay torpağından çıxılaraq cəmi 6 ha torpaq sahəsi verilmişdir. Bununla da həmin zəbt olunmuş torpaq sahəsi fakitiki olaraq onun və ailəsinin mülkiyyətinə verilmişdir. Hazırda da həmin torpaq sahəsi onun istifadəsindədir. O, həmin torpaq sahəsini öz adıda dövlət qeydiyyatına aldırmaq üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh heç bir tutarlı əsas olmadan 08 fevral 2021-ci il tarixdə **********01 saylı məktubla ona imtina cavabı vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, ididaçı tərəfindən qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılarkən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 nömrəli qərarı ilə onun 12 nəfər ailə üzvlərinə 6.0 ha pay torpağının verilməsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpağa mülkiyyət hüququna dair 29 iyul 1998-ci il tarixdə JN 0066, kod 41014028 nömrəli Dövlət aktının tərtib edildiyi müəyyən edilmişdir. Göründüyü kimi, Aqrar İslahat Komissiyasının qərarına əsasən mülkiyyətə yalnız 6.0 ha torpaq sahəsi verilmişdir. Zəbt olunmuş 0.80 ha torpaq sahəsinə hər hansı bir mülkiyyət sənədi verilməmişdir. İddiaçı iddia etdiyi 0.80 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında:' Azərbaycan Respublikası qanununun 8-ci və 10-cu maddələrində nəzərdə tutulmuş hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edə bilmədiyinə görə, həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınamz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkün olmuşdur. İş materiallarında olan : - Şamaxı rayon Mərzəndiyə kənd X3 Komissiyasının 25 fevral 1998-ci il tarixli 16 nömrəli protokolundan görünür ki, Sabir qəsəbə üzrə nümayəndəlik tərəfindən tərtib olunmuş əhalinin siyahısı 173 ailə 881 nəfər təsdiq edilməsi, vətəndaşların normadan artıq istifadə etdikləri həyətyanı sahələr onların mülkiyyətinə veriləcək torpaq payından çıxarılması, mövcud 988 ha torpaq sahəsinin; dövlət mülkiyyətinə saxlanan torpaq 380 ha, bələdiyyə mülkiyyətinə verilən torpaq 312,7 ha, o cümlədən ümumi istifadə olan torpaq 297,2 ha, ehtiyat fondu 140 ha, yaşayış məntəqələrinin perspektiv inkişafı üçün 11,5 ha, xüsusi mülkiyyətə verilən cəmi 637,3 ha bundan 637,3 ha həyətyanı sahədən ibarət təsdiq edilməsi qərar alınmışdır. - Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 saylı protokolundan çıxarışdan görünür ki, Dövlət Yerquruluşu mütəxəssisi tərəfindən hazırlanmış baş plan sxem üzrə püşkatma aparmaq üçün yerli X2nın qərarı əsas hesab edilmişdir. Vətəndaşların normadan artıq istifadə etdikləri həyətyanı sahələr onların mülkiyyətinə veriləcək torpaq payından çıxılması qərara alınmışdır. - Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 saylı protokolundan görünür ki, Şamaxı rayon Mərzəndiyə kənd X3 komissiyasının 25 fevral 1998-ci il tarixli Ovçulu kənd X3 Komissiyasının və 12 mart 1998-ci il tarixli Çaylı kənd X3 komissiyasının 10 mart 1998-ci il tarixli qərarlarının təsdiq edilməsi qərara alınmışdır. - Şamaxı rayon Mərzəndiyə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair Şamaxı rayon X2 tərəfindən tərtib edilmiş 27 dekabr 2008-ci il tarixli cədvələ 1 saylı əlavədən görünür ki, həmin cədvəldə İddiaçı və onun ailə üzvlərinin adları qeyd olunmuşdur. - JN-066 KOD 41014028 seriyalı dövlət aktından görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 saylı qərarı ilə verilmiş 6,0 hektar torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinə verilmişdir. -JN-077a KOD 41014028 seriyalı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 saylı qərarına əsasən İddiaçı və onun ailə üzvlərinə 0.13 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Məhkəmənin sorğusuna əsasən Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 09.07.2021-ci il tarixli ş-06-1347 saylı cavab məktubdan görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 nömrəli qərarına əsasən Şamaxı rayonu Mərzəndiyə kəndi ərazisində adambaşına 0,22 ha suvarılan, 0,44 ha dəmyə ərazilərdən olmaqla ümumilikdə 0,66 ha pay torpaq sahəsi ayrılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı müraciətinə cavab olaraq onun iddia etdiyi 0.80 ha torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilmədiyinə görə cavabdeh tərəfindən müraciətin təmin olunmasının mümkün olmadığı bildirilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə, Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanununun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 25.06.1999-cu il tarixli 695-İQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina halları göstərilmişdir. Məhkəmə qeyd edir ki, təqdim edilmiş Şamaxı rayomn Mərzəndiyyə kənd X3 Komissiyasının qərarı ilə vətəndaşların normadan artıq faktiki istifadə etdikləri torpaq sahəsinin onların pay torpaqlasrın çıxılmasından qərara alınsa da, sonrakı mexanizm, yəni həyətyanı torpaq sahələrinin mülkiyyətə alınması proseduru müəyyənləşdirilməmişdir. Bundan başqa iş materialları ilə idiaçının faktiki istifadəsində həqiqətən 0.80 ha torpaq sahəsi olması və həmin torpağın onun pay torpağından çıxılması öz təsdiqini tapmadı. İddiaçı tərəf məhkəmə araşdırması zamanı mübahisə obyekti olan 0.80 ha torpaq sahəsi üzərində hüquqların yaranması üçün əsas hesab edilə biləcək hər hansı hüquqmüəyyənedici sənəi təqdim edə bilmədi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı 0,80 hektar torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar