Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-841/2022 05.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “Sumqayıt şəhəri, Sülh küçəsi, Karvan Ticarət Mərkəzinin ətrafında yerləşən, ümumi sahəsi 5,61 kvadrat metr torpaq sahəsinin, Sumqayıt şəhəri, Bakı küçəsi, avtovağzalın qarşısında yerləşən ümumi sahəsi 5,61 kvarat metr olan torpaq sahəsinin, Sumqayıt şəhəri, Koroğlu küçəsi, Sumqayıt Dövlət Universitetinin (İİ Korpus) qarşısında yerləşən, ümumi sahəsi 5,61 kvadrat metr olan torpaq sahəsinin və Sumqayıt şəhəri, 45-ci məhəllə, N.Nərimanov küçəsi, “Pioner” ticarət mərkəzinin ətrafında yerləşən, ümumi sahəsi 5,61 kvadrat metr olan torpaq sahəsinin 3 il müddətinə icarəyə verilməsi üçün yeni müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: ünvan 2nda baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “Sumqayıt şəhəri, Sülh küçəsi, Karvan Ticarət Mərkəzinin ətrafında yerləşən, ümumi sahəsi 5,61 kvadrat metr torpaq sahəsinin, Sumqayıt şəhəri, Bakı küçəsi, avtovağzalın qarşısında yerləşən ümumi sahəsi 5,61 kvarat metr olan torpaq sahəsinin, Sumqayıt şəhəri, Koroğlu küçəsi, Sumqayıt Dövlət Universitetinin (İİ Korpus) qarşısında yerləşən, ümumi sahəsi 5,61 kvadrat metr olan torpaq sahəsinin və Sumqayıt şəhəri, 45-ci məhəllə, N.Nərimanov küçəsi, “Pioner” ticarət mərkəzinin ətrafında yerləşən, ümumi sahəsi 5,61 kvadrat metr olan torpaq sahəsinin 3 il müddətinə icarəyə verilməsi üçün yeni müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə sonuncu məhkəmə hazırlıq iclası 05 may 2022-ci il tarixdə keçirilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddianın baxılmadan geri qaytarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi iddianın geri qaytarılmasına etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması onun yenidən eyni tələb ilə məhkəməyə müraciət etməsini istisna etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, qərara aldı : İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-841/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-841/2022
05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver