Məhkəmə qərarları › İş №2-1(118)-843/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-843/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-843/2021 20.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli, 123 nömrəli qərarı ilə qulluq illərinə görə verilən əlavə əmək haqqının təqaüdə çıxdığı vaxtdan hesablanıb tam məbləğdə ödənilməsinin cavabdehin üzərinə qoyulması və pulun ödənilməsi ilə bağlı zəruri sənədlərin cavabdehə təqdim olunması vəzifəsinin üçüncü şəxslər kimi qoyduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddia qaldıraraq Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli, 123 nömrəli qərarı ilə qulluq illərinə görə verilən əlavə əmək haqqının təqaüdə çıxdığı vaxtdan hesablanıb tam məbləğdə ödənilməsinin cavabdehin üzərinə qoyulması və pulun ödənilməsi ilə bağlı zəruri sənədlərin cavabdehə təqdim olunması vəzifəsinin üçüncü şəxslər kimi qoyduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx xxxxx 2021-ci il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq iş üzrə sənədlərin baxılması üçün aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi İddiaçı vəsatəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı işin aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə cavabdehin vəsatətini, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddia tələbi öhdəliyin icrası növündə baxılan iddialara aid olmaqla Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı yönəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Göründüyü kimi qeyd edilən norma ümumi norma rolunu oynayır və İnzibati Prosessual Məcəllənin 8.1-ci maddəsində qeyd olunan xüsusi hallar hazırkı işdə mövcud olmadığına görə, iddiaya həmin məcəllənin 8.1.4-cü maddəsinə uyğun olaraq baxılmalıdır. İPM-nin 8.1.4-ci maddəsinin tələbinə görə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli, 123 nömrəli qərarı ilə qulluq illərinə görə verilən əlavə əmək haqqının təqaüdə çıxdığı vaxtdan hesablanıb tam məbləğdə ödənilməsinin cavabdehin üzərinə qoyulması və pulun ödənilməsi ilə bağlı zəruri sənədlərin cavabdehə təqdim olunması vəzifəsinin üçüncü şəxslər kimi qoyduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə baxılması ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinin səlahiyyətinə aid olmadığından, iş aidiyyəti üzrə baxılması üçün səlahiyyətli məhkəməyə, yəni Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8, 80 və 85 -ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli, 123 nömrəli qərarı ilə qulluq illərinə görə verilən əlavə əmək haqqının təqaüdə çıxdığı vaxtdan hesablanıb tam məbləğdə ödənilməsinin cavabdehin üzərinə qoyulması və pulun ödənilməsi ilə bağlı zəruri sənədlərin cavabdehə təqdim olunması vəzifəsinin üçüncü şəxslər kimi qoyduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə 2-1(118)-843/2021 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar