Məhkəmə qərarları › İş №2-1(118)-845/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-845/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-845/2023 20.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X9 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı mərhum əri X1 kimi aldığı 1400 manat məbləğində pulun hər ay ona ödənilməsi, xx.xx.2020-ci il tarixdən qərar qanuni qüvvəsini aldığı müddətdə ödənilməmiş 649 manat məbləğində pulun hesablanaraq birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək mərhum əri X1 kimi aldığı 1400 manat məbləğində pulun hər ay ona ödənilməsi, xx.xx.2020-ci il tarixdən qərar qanuni qüvvəsini aldığı müddətdə ödənilməmiş 649 manat məbləğində pulun hesablanaraq birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X7 ilə 17 dekabr 2017-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 25 dekabr 2018-ci il təvəllüdlü Asena adlı qız övladları anadan olmuşdur. X7 2016-cı il tarixdə Azərbaycan Ali Hərbi Məktəbinin “Kəşfiyyat” bölməsini bitirərək leytenant rütbəsi almış və ilk təyinatı Naxçıvan Muxtar Respublikasında 217 №li Hərbi hissəsində tağım komandiri vəzifəsində xidmət keçməsi üçün Qıvraq kəndinə göndərilmişdir. 2019-cu il tarixdən N №li hərbi hissəsində baş leytenant rütbəsində kəşfiyyat bölük komandirinin müavini vəzifəsini icra etmişdir. Müharibə başladıqdan sonra onu guya siyasi işlər üzrə müavin təyin edərək Qarabağa müharibəyə göndərmişlər. Belə ki, o müharibə dövründə də kəşfiyyatçı vəzifəsini icra etmişdir. Bütün 44 günlük müharibədə iştirak edən əri xx.xx.2020-ci il tarixədək döyüşmüş və bu tarixdə qəhrəmancasına döyüşdə şəhid olmuşdur. Belə ki, həyat yoldaşı X7 müharibədə göstərdiyi qəhrəmanlığa görə vaxtından əvvəl kapitan rütbəsinə yüksəlmişdir. Ölümündən sonra o, “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, Fizuli və Xocavənd uğrunda medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 1/B-16768 nömrəli arayışından məlum olur ki, kapitan X7 xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə həlak olaraq şəhidlik zirvəsinə yüksəlmişdir. O isə Fizuli, Cəbrayıl, Zəngilan və Xocavənddə döyüşmüşdür. O, həyat yoldaşının ölümündən sonra kəşfiyyatçının aldığı maaşla bağlı Baş Kəşfiyyat idarəsinə, Naxçıvan MR-da əlahiddə orduda olan vəzifəli şəxslərə ərizə ilə müraciət etsə də, bu günədək cavab verilməmişdir. O, sonradan başa düşmüşdür ki, kəşfiyyatçı maaşı 1400 manat olduğu halda nə səbəbdən onun guya siyasi işlər üzrə komandir müavini vəzifəsinə keçirilərək müharibəyə göndərilmişdir. O, hazırda 851 manat aylıq məvacib alır, halbuki, bu məbləğ 1400 manat olmalı idi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iş materiallarında olan N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 8446 nömrəli məktubundan və ona əlavə edilmiş əmrdən çıxarışlardan görünür ki, mərhum X7 N nömrəli hərbi hissədə 3-cü xüsusi təyinatlı bölük komandirinin şəxsi heyət üzrə müavini vəzifəsində xidmətdə olarkən N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 236 nömrəli əmri ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdur. N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 15/221 nömrəli məktubundan göründüyü kimi mərhum X3 tutduğu N nömrəli hərbi hissənin 3-cü xüsusi təyinatlı bölük komandirinin şəxsi heyət üzrə müavini vəzifəsi “kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Müdafiə nazirinin 2020-ci il tarixli müvafiq nömrəli əmri ilə təsdiq edilmiş kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları vəzifələrinin siyahısına daxil edilməmişdir. İş materiallarında olan : - 003242 və 007478 seriyalı vəsiqələrdən görünür ki, X6 və övladı X10 şəhid ailəsi üzvüdür. - N saylı hərbi hissənin xx.xx.2020-ci il tarixli əmrindən görünür ki, baş leytenant X4 nazirinin müavini - X13 komandirinin 16 oktyabr 2020-ci il tarixli əmri ilə xüsusi təyinatlı bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyin edildiyinə gorə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Şahbuz şəhəri) gəlmiş hesab edilməsi, 16 oktyabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxıl edilməsi, bütün növ təminatlara qoyulması və vəzifəsinin icrasına başlanılması əmr edilmişdir. -N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, kapitan X2 tutduğu N nömrəli hərbi hissənin 3-cü xüsusi təyinatlı bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsi Azərbaycan Respublikası müdafiə nazirinin 2020-ci il tarixli müvafiq (məxfi) əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşları vəzifələrinin siyahısına daxil edilməmişdir. -N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 236 nömrəli əmrindən görünür ki, baş leytenant X7, 3-cü dərəcəli xüsusi təyinatlı bölük komandirinin şəxsi heyət üzrə müavini Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdur. - AZ-İİ 084864 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində partlayış travması, bir neçə qarın boşluq orqanının travması səbəb ilə həlak olmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarından aydın olur ki, iddiaçının mərhum həyat yoldaşı X7 25 iyul 2016cı il tarixdə N nömrəli hərbi hissədə 1-ci mexanikləşdirilmiş taborun qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi qərargah bölüyünün kəşfiyyat tağım komandiri vəzifəsində xidmətə başlamışdır. Daha sonra 3-cü taborun qərargah rəisinin kəşfiyyat üzrə köməkçisikəşfiyyat tağımının komandiri vəzifəsi təyin etdirmək üçün N nömrəli hərbi hissəyə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə kəşfiyyat bölük komandirinin müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə həmin vəzifədən Müdafiə Nazirinin müavini, X14 Komandanının xx.xx.2020-ci il tarixli 0153 nömrəli əmriu ilə N nömrəli hərbi hissənin xüsusi təyinatlı bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyin edilmiş və N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 234 saylı əmri ilə Xüsusi Təyinatlı Komandanının əməliyyat tabeliyinə ezam edilmiş , xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarına cəlb edilmiş və xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin N saylı əmri ilə E.Babaxanovun Xocavənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan mərmi partlaması nəticəsində həlak olduğuna görə bütün növ təminatlardan çıxarılmışdır. Hazırda iddiaçı kəşfiyyatçı üçün nəzərdə tutulan kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını tələb edir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanun: 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. 2.0.3. ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. 28.1 Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu: 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. 14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. 20.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mərhum əri uzun müddət kəşfiyyat böküyü kpomadnirinin köməkçisi, müavini kimi xidmət etsə də, Vətən müharibəsi dövründə xüsusi təyinatlı bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyin edilmiş və həmin vəzifədə xidmət etdiyi dövrdə döyüş tapşırığını icra edərkən həlak olmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericilikdə birbaşa göstərilən kompensasiyanın kəşfoyyat subyektlərinə verilməsi nəzərədə tutulduğundan və mərhum E.Babaxanovun həlak olduğu zaman kəşfiyyat subyekti hesab edlmədiyindən iddia tələbinin təmin olunması üçün qanuni əsas müəyyən edilmir. Azərbaycan Respublikası İPM-nin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı mərhum əri Kapitan X1 kimi aldığı 1400 manat məbləğində pulun hər ay ona ödənilməsi, xx.xx.2020ci il tarixdən qərar qanuni qüvvəsini aldığı müddətdə ödənilməmiş 649 manat məbləğində pulun hesablanaraq birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar