Məhkəmə qərarları › İş №2-1(118)-846/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-846/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-846/2023 07.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “ona Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia qaldıraraq “ona Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, Zaheer Adnan Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə 08 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqarasiya Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Miqarasiya Xidmətinin rəisi 3-cü dərəcəli dövlət Miqrasiya xidməti müşaviri İsmayıl Abdullayevin 20 sentyabr 2022-ci il tarixli, ******* nömrəli qərarı ilə müraciətin icrasından imtina edilmişdir. Hesab edir ki inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki tərəfindən bütün zəruri sənədlər Dövlət Miqrasiya Xidmətinə təqdim olunmuşdur. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsində göstərilən əsasla (Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda) müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Müraciətin icrası ilə əlaqədar İddiaçı direktoru olduğu “X5” MMC-nin fəaliyyətinin tərəflərindən araşdırılması zamanı o, şirkət olaraq ünvan 1 ünvanında ümumi sahəsi 40 kv/m olan obyekt icarəyə götürdüklərini, aylıq 200 manat icarə haqqı ödədiklərini və 4 nəfər işçisinin olduğunu, MMC-nin avtomobil mühərriklərinin təmiri sahəsində fəaliyyət göstərdiklərini qeyd etmişdir. Əlavə olaraq o, fəaliyyətləri ilə bağlı formal sənədlər, yəni 102 manat vergi və 595 manat əmək haqqından tutulma (DSMF) ilə bağlı sənədlər təqdim etmişdir. Eyni zamanda araşdırma zamanı faktiki olaraq “X5” MMC-nin cari fəaliyyətinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Beləliklə yuxarıda qeyd olunanlar nəzərə alınaraq Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, 8557482-L nömrəli qərarı ilə Zaheer AdnanGafoor Abdula Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə prosesi gedişində iddiaçı 26 iyul 2023-cü il tarixli qərarla xx.xx.2022-ci il tarixdə ******* nömrəli MYİ-nin verilməsindən imtina ilə bağlı qərar qəbul edilməsinə baxmayaraq ölkə ərazisini tərk etməkdən boyun qaçırdığına görə İnzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsinə əsasən 400 manat məbləğində cərimə edilməklə 90 saat ərzində ölkə hüdudlarından kənara inzibati qaydada kənara çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətinə məhdudlaşdırılması qərara alınmış, iddiaçı ölkə hüquqlarından kənara çıxarılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş və bildirmişdir ki, iddiaçı müraciət edib, aldadılıb, deyiblər ki, müsbət cavab verilib, gələn kimi 3 gün saxlanılıb, sonra deportasiya edilib. İnzibati icraatın materialları istənsədə təqdim edilməmişdir. Hesab edir ki, iddiaçının deportasiya edilməsi hazırkı iddiaya baxılmasına maneə yaratmır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş və bildirmişdir ki, şəxs 2022-ci il sentyabr qərarında nəzərdə tutulmuş müddətdə ölkəni tərk etmədiyi üçün 575.1.6 maddə ilə ölkə ərazisindən kənarlaşdırılmışdır. İddiaçı ölkə ərazisini tərk edib, yenidən daxil ola bilərdi. Məhkəmələrin icraatında müvəqqəti xarakterli müdafiə barədə çox işlər olmuşdur. Yekun qərara kimi həmin şəxslərə toxunmamışdırlar. Müvəqqəti xarakterli müdafiə barədə ərizə ilə müraciət edə bilərdi. Bundan əlavə miqrasiya xidmətinin diskression səlahiyyəti var ki, şəxsə ölkədə yaşamağa 1 ilə qədər icazə verilə bilər. 2022ci il sentyabr ayından sonra qərar çıxsa belə iddiaçının xeyrinə heçnə dəyişmir. Faktiki olaraq icrasız olur. Şəxs aldadılmamışdır. Onsuz da qanunsuz yaşayıb. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı ona Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsini istəyir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 26 iyul 2023-cü il tarixli qərarla xx.xx.2022-ci il tarixdə ******* nömrəli MYİ-nin verilməsindən imtina ilə bağlı qərar qəbul edilməsinə baxmayaraq ölkə ərazisini tərk etməkdən boyun qaçırdığına görə İnzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsinə əsasən 400 manat məbləğində cərimə edilməklə 90 saat ərzində ölkə hüdudlarından kənara inzibati qaydada kənara çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətinə məhdudlaşdırılması qərara alınmış, iddiaçı ölkə hüquqlarından kənara çıxarılmışdır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinə əsasən: Maddə 47. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) qaydası 47.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. 47.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsini almaq üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət edirlər. 47.3. 18 yaşına çatmamış uşağın Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsi valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında alınır. 47.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə ərizə-anket və tələb olunan digər sənədlər elektron müraciət formasında təqdim edilə bilər. 47.5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır. 47.6. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında 10 iş günü ərzində rəy verir. 47.7. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən 10 iş günü ərzində müvafiq rəy bildirilmədikdə, bu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir. 47.8. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması icazənin verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir. 47.9. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddəti bitənədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazənin müddəti uzadılmamışdırsa və ya belə uzadılma üçün ərizə qəbul edilməmişdirsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. 47.10. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müvafiq məlumatların toplanması və rəylərin alınması, müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin fərdi olaraq doldurulması və verilməsi, habelə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə əlaqədar müraciət etmiş, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış və ya belə icazənin verilməsindən imtina edilmiş, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi ləğv edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması X3 Sistemi vasitəsi ilə həyata keçirilir. Maddə 48. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi 48.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. 48.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalı və bu barədə onlara yazılı məlumat verilməlidir. 48.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edildikdə, təkrar müraciətə həmin imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra baxılır. 48.4. Bu Məcəllənin 48.3-cü maddəsində göstərilən şəxslər ölkədə qanuni əsaslarla qaldıqları və ya yaşadıqları müddət ərzində müvafiq icra hakimiyyəti orqanına təkrar müraciət edərlərsə, yalnız müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsinə əsas olan halın aradan qalxdığını təsdiq edən sənədi təqdim edirlər. Maddə 49. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddəti 49.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə, bu Məcəllənin 45.1.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, ərizəçinin müraciətində göstərilən, lakin 1 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər. 49.2. Bu Məcəllənin 45.1.2-ci maddəsində göstərilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 3 ildən çox olmayan müddətə uzadıla bilər. 49.2-1. Bu Məcəllənin 45.1.5-ci maddəsində göstərilən əsasa görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün müraciət etmiş şəxsə icazə vəsiqəsi verilərkən onun həmin müraciət üzrə əlaqəli olan ailə üzvünə verilmiş icazə vəsiqəsinin etibarlılıq müddəti nəzərə alınır. 49.3. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddəti uzadıldıqda, vəsiqə yenisi ilə əvəz edilir. Maddə 50. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) hallar 50.1. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 50.1.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 46.8-ci maddəsi nəzərə alınmaqla); 50.1.4. pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda; 50.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 50.1.6. əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda; 50.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; 50.1.7-1. bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə; 50.1.8. 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda; 50.1.9. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə; 50.1.10. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 50.1.11. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə; 50.1.12. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda; 50.1.13. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə 50.2. Bu Məcəllənin 50.1.4-cü, 50.1.5-ci, 50.1.6-cı və 50.1.12-ci maddələri ilə müəyyən edilmiş müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina halları insan alverindən zərər çəkmiş hesab olunan və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir. Yuxarıda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi və müddətinin uzadılması qaydaları müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçının Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildiyinə və icra edildiyinə görə ona müvəqqəti yaşamaq üçün icazənin verilməsi faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt hesab ediləcəkdir. Belə ki, İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 65.1.5-ci maddəsinə əsasan faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt etibarsız sayılır. Məhkəmə hesab edir ki, iddiaçının barədə qəbul edilmiş və icra olunmuş 26 iyul 2023-cü il tarixli Qərar və onun hüquqi nəticələri qüvvədə olduğu müddətdə iddiaçının “ona Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi” tələbi mümkün hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar