Məhkəmə qərarları › İş №2-1(118)-846/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-846/2025

20.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-846/2025 20.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin bərpa edilməsi) GİRİŞ HİSSƏ X3-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 20 iyun 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun İİ dərəcə əlilliyin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2006-cı ildən 2021-ci ilin fevral ayınadək 2-ci dərəcəli əlillik və təqaüd təyin edilmiş, 2021-ci ilin fevral ayında isə əlillik təyinatından imtina edilmiş və təqaüd verilməsi dayandırılmışdır. Cavabdeh təşkilata əlillik təyinatının bərpa edilməsi barədə ərizə ilə müraciət etmiş, 3-17-4/2-B-8279/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubla ona imtina edilmişdir. Hesab edir ki, dövlət orqanlarının, habelə başqa orqanların və məmurların laqeydliyinə, səhvinə görə sıravi və əlil vətəndaş məsuliyyət daşımamalı və onların işində olan səhvlər və çatışmamazlıqlar sıravi və əlil vətəndaşın hesabına düzəldilməməlidir. Cavabdeh orqanın hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq, özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”. Göründüyü kimi, iddiaçıya inzibati xx.xx.2021-ci il tarixdən inzibati orqan tərəfindən imtina verilmiş, iddiaçı həmin imtinadan 2 il 6 aydan sonra məhkəməyə müraciət etdiyindən iddia tələbinin mümkün sayılmaması bardə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3191/2024-cü il tarixli qərardadı (X5) ilə “İddiaçı əlilliyinin müəyyən edilməsi ilə bağlı müraciətinə 1 (bir) ay müddətində yenidən baxılaraq, müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi” qərara alınmışdır.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunur ki, məhkəmə qərardadına əsasən, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının poliklinika şöbəsinin 0531003AAKV1 nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.

6. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında suallar qoyulmuşdur.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X7 X2” X4 məhkəməyə təqdim etdiyi T733/2024 saylı ekspert rəyində komissiya aşağıdakı nəticəyə gəlmişdir: İddiaçı iş materiallarındakı tibbi sənədlərinə əsasən, əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Sumqayıt 1 nömrəli xəstəxanasının poliklinika şöbəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində qeyd edilmiş diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilsə də, şəxsin DTSERA-da istər xx.xx.2024-cü tarixində, istərsə də, hazırki əyani müayinələri zamanı “C5-C6 fəqərələri səviyyəsində osteoxondroz, C3-C4 fəqərələri səviyyəsində sağda pondiloartroz” kimi göstərilmiş həkim-nevroloqun obyektiv müayinə zamanı yuxarı və aşağı ətraflarda hipotrofıya, parez, hərəkət məhdudluğu izlənilməmiş, yerişi sərbəst olmuş, yuxarı “Barre” sınağı “mənfi” qeyd edilmiş, vətəndaş aqravasiya etdiyi üçün əzələ gücünü qiymətləndirmək mümkün olmamış, əlillik təyinatına əsas verən nevroloji defısit müəyyən edilməmişdir. Odur ki, diaqnoz nəzərə alınmaqla əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən olunmadığından əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bəndini aid etmək mümkün olmadı.

8. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında suallar qoyulmuşdur.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X7 X2” X4 məhkəməyə təqdim etdiyi T181/2025 saylı ekspert rəyində komissiya aşağıdakı nəticəyə gəlmişdir: Vətəndaş İddiaçı adına müvafiq tibb müəssisəsinin tərtib etdiyi Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: M42-Onurğanın osteoxondrozu. Onurğanın yayılmış osteoxondrozu; Ağırlaşma: G82.3- Süst tetraplegiya. Tetraparez iki tərəfli radikulopatiya; Yanaşı xəstəliklər: Z98.8- Digər dəqiqləşdirilmiş cəm hi müdaxilədən sonrakı vəziyyətlər. C5-C6,C6-C7 fəqərəarası disk yırtığının xaric edilməsi c\ə sonrakı vəziyyət; H35.0- Fon retinopatiyaları və retinal damar dəyişiklikləri. OU-Angiopatiya; İlO- Essensial (birincili) hipertenziya. Arterial hipertenziya İİ dərəcə əlavə risk İİ; M51.O-Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri. (G99.2). Th3-Th4, Th4-Th5, Th5-Th6, L5-S1 fəqərəarası disklərin yırtıqları; El 1-İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet İİ tip orta ağır forma; M43.1-Spondilolistez. L2-L5 Spondilolistez; M51.1-Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopariya ilə. L2- L3, L3-L4, L4-L5 foraminal protruziyalar. M48.0-Spinal stenoz. Bel nahiyəsində onurğa kanalının stenozu” diaqnoz xəstənin anamnestik, kliniki, laborator- instrumental müayinələri əsasında qoyulsa da. xx.xx.2024-cü il tarixdə DTSERA-də əyani müayinəsi, eləcə də məhkəmə-tibbi müayinəsi zamanı yuxarı və aşağı ətraflarda hipotrofıya, parez, hərəkət məhdudluğu, yerişin pozulması izlənilməmişdir.

10. Məhkəmənın iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

11. Məhkəmənın iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ

İİ. İddianın növü və mümkünlüyü

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

13. İddiaçı məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixə xeyrinə inzibati akt qəbul edilməsini tələb etdiyindən qaldırdığı iddia məcburetmə növündə iddiaya uyğundur. İddiaçının xəstəliyi xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, qiymətləndirmənin nəticəsinin iddiaçıya təqdim edildiyi (bildirildiyi) tarix və iddiaçıya hüquqi müdafiə vasitələri izah edildiyi müəyyən edilmir.

14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

15. Hazırki iddia məcburetməyə dair iddiadır. Məhkəmə həmin əlilliyin növbəti müddətə təyin edilməsindən imtinanı inzibati aktın qəbulundan imtina kimi qiymətləndirir.

16. Beləliklə, iddia mümkündür.

İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

17. İddiaçıya: - xx.xx.2014-cü il tarixdə İİ dərəcə əlillik bir il müddətinə təyin olunmuşdur (Səbəbi: Ümumi xəsətlik, diaqnoz: Onurğanın diffuz yayılmış osteoxondrozu. C5-6, L4-5 səviyyəsində, onurğa beyninin deko-sı c5-6, C6-7 fərəqəarası disk yırtığının çıxarılması, Sağ tərəfli radikulopatiya). - xx.xx.2015-ci il tarixdə İİ dərəcə əlillik bir il müddətinə təyin olunmuşdur (Səbəbi: Ümumi xəsətlik, diaqnoz: Onurğanın diffuz yayılmış osteoxondrozu. Spondiloartrit. C6-C7 fərəqəarası disk yırtığının çıxarılması, C5-7 dorsal osteofitlərin xaric edilməsi. Onurğa beynin dekompensasiyası). - xx.xx.2016-cı il tarixdə İİ dərəcə əlillik beş il müddətinə təyin olunmuşdur (Səbəbi: Ümumi xəsətlik, diaqnoz: Onurğanın diffuz yayılmış osteoxondrozu. Spondiloartrit. C6-C7 fərəqəarası disk yırtığının çıxarılması, C5-7 dorsal osteofitlərin xaric edilməsi. Onurğa beynin dekompensasiyası). - xx.xx.2021-ci il tarixdə Göndərişin natamam doldurulması - Səbəb: 2015-dən xəstə olmasına baxmayaraq, 1 gün də olsun stasionar müalicəsi yoxdur. Ağır diqanoz (tetparez) yazılmasına baxmayaraq, xx.xx.2021-ci ildə sağlamlıq arayışı təqdim edərək, B kateqoriyalı sürücülük vəsiqəsi alıb, diaqnoz şübhə doğurur səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. - xx.xx.2021-ci il tarixdə Səbəb: Xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə stasionar bərpa müalicə kursu yetərli deyil, ixtisaslaşmış müayinə və müalicənin davam olunmasına ehtiyac var. Xəstənin əsas diaqnozunun ağırlaşması reyestr məlumatı aktiv sürücülük vəsiqəsi ilə uyğunsuzluq yaradır səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. -xx.xx.2024-cü il tarixdə diaqnoz öz təsdiqini tapmaması-Səbəb: Diaqnoz təsdiqini tapmadı qərarı qəbul edilmişdir.

İV. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bəndinə sasən, əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 2.1-ci bəndinə əsasən, göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bəndinə əsasən, Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bəndinə əssən, tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir; - 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. - 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7.terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq, aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. - 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. - 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; - 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.1.2-ci bəndinə əsasən, göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. - 3.4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. - 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İV. Məhkəmənin mövqeyi

22. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

23. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıya 2006-cı ildən 2021-ci ilin fevral ayınadək 2-ci dərəcəli əlillik və təqaüd təyin edilmiş, 2021-ci ilin fevral ayında isə əlillik təyinatından imtina edilmiş və təqaüd verilməsi dayandırılmışdır. Cavabdeh təşkilata əlillik təyinatının bərpa edilməsi barədə ərizə ilə müraciət etmiş, 3-17-4/2-B-8279/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubla ona imtina edilmişdir.

24. Cavabdeh iddiaçıya əlillik təyin etməsindən imtina edərkən, onda olan diaqnozun əlillik təyinatına əsas vermədiyini qeyd etmişdir.

25. Məhkəmə bu halı araşdırmaq üçün xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmətibbi ekspertizası təyin edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- X7 X2” X4 ekspertlərinə tapşırmışdır.

26. Məhkəməyə təqdim edilmiş T733/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı iş materiallarındakı tibbi sənədlərinə əsasən, əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Sumqayıt 1 nömrəli xəstəxanasının poliklinika şöbəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində qeyd edilmiş diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilsə də, şəxsin DTSERA-da istər xx.xx.2024-cü tarixində, istərsə də, hazırki əyani müayinələri zamanı “C5-C6 fəqərələri səviyyəsində osteoxondroz, C3-C4 fəqərələri səviyyəsində sağda pondiloartroz” kimi göstərilmiş həkim-nevroloqun obyektiv müayinə zamanı yuxarı və aşağı ətraflarda hipotrofiya, parez, hərəkət məhdudluğu izlənilməmiş, yerişi sərbəst olmuş, yuxarı “Barre” sınağı “mənfi” qeyd edilmiş, vətəndaş aqravasiya etdiyi üçün əzələ gücünü qiymətləndirmək mümkün olmamış, əlillik təyinatına əsas verən nevroloji defısit müəyyən edilməmişdir. Odur ki, diaqnoz nəzərə alınmaqla əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən olunmadığından əlillik dərəcəsinin təyini zamanı, ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bəndini aid etmək mümkün olmadı.

27. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X7 X2” X4 ekspertlərinə tapşırılmışdır.

28. Məhkəməyə təqdim edilmiş T181/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı adına müvafiq tibb müəssisəsinin tərtib etdiyi Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: M42-Onurğanın osteoxondrozu. Onurğanın yayılmış osteoxondrozu; Ağırlaşma: G82.3- Süst tetraplegiya. Tetraparez iki tərəfli radikulopatiya; Yanaşı xəstəliklər: Z98.8- Digər dəqiqləşdirilmiş cəm hi müdaxilədən sonrakı vəziyyətlər. C5-C6,C6-C7 fəqərəarası disk yırtığının xaric edilməsi c\ə sonrakı vəziyyət; H35.0- Fon retinopatiyaları və retinal damar dəyişiklikləri. OU-Angiopatiya; İlO-Essensial (birincili) hipertenziya. Arterial hipertenziya İİ dərəcə əlavə risk İİ; M51.O-Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri. (G99.2). Th3-Th4, Th4-Th5, Th5- Th6, L5-S1 fəqərəarası disklərin yırtıqları; El 1-İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet İİ tip orta ağır forma; M43.1-Spondilolistez. L2-L5 Spondilolistez; M51.1-Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopariya ilə. L2-L3, L3-L4, L4-L5 foraminal protruziyalar. M48.0-Spinal stenoz. Bel nahiyəsində onurğa kanalının stenozu” diaqnoz xəstənin anamnestik, kliniki, laborator- instrumental müayinələri əsasında qoyulsa da. xx.xx.2024-cü il tarixdə DTSERA-də əyani müayinəsi, eləcə də məhkəmə-tibbi müayinəsi zamanı yuxarı və aşağı ətraflarda hipotrofıya, parez, hərəkət məhdudluğu, yerişin pozulması izlənilməmişdir.

29. Məhkəmə qeyd edir ki, əlillik meyarının müəyyən edilməsi cavabdeh inzibati orqanın diskresion səlahiyyətinə aiddir. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz.

30. Məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər, çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

31. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

32. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir.

33. Baxılan işdə cavabdehin öz diskression səlahiyyətlərini həyata keçirərkən qanunvericliyin tələblərinə zidd davranaması müəyyən edilmir.

34. Cavabdeh iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina edərkən iddiaçıda olan diaqnozun əlillik təyinatına əsas vermədiyini qeyd etmiş, məhkəmə isə bu halı yoxlamaq üçün ekspertizanın keçirilməsini qərara almış və təqdim edilmiş ekspert rəyi ilə cavabdehin imtinasının əsaslılılığı öz təsdiqini tapmışdır.

35. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan, iddia rədd edilməlidir.

36. İPM-in: 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X3-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar