Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-847/2025 20.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh YYYna qarşı iş üzrə (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh YYYna qarşı “52 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələblərinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. A seriyalı, 427127 nömrəli diplomdan görünür ki, X4 7 sentyabr 1984-cü il tarixdə Azərbaycan SSR Sumqayıt şəhər 35 nömrəli OTPM-ə daxil olmuş, 15 iyul 1987-ci il tarixdə peşə məktəbini bitirmişdir.
2. “Səthi aktiv maddələr” zavodu kadrlar şöbəsinin 22 may 2012-ci il tarixli, 05/450 nömrəli arayışdan görünür ki, X4 21 sentyabr 1989-cu il tarixdən 28 oktyabr 2003-cü il tarixədək Sumqayıt Səthi Aktiv Maddələr zavodunun epoksid qətran sexinin soyuducu su dövriyyəsi sistemi sahəsində maşinist, ammonyakla soyuducu kompressor sexinin 315-ci şöbəsində buxarlanma aparatçısı, xlorparafin 470, superplastifikator və dəmir xlorid turşusu sexinin 315-ci şöbəsində maşinist vəzifəsində işləyib.
3. AZ-İ seriyalı, 925767 nömrəli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, X2 və X4 15 mart 2014-cü il tarixdə nikahlarını bağlamışlar.
4. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu Kadrlar şöbəsinin 2 mart 2020-ci il tarixli, 18 nömrəli arayışından görünür ki, X4 “Azərkimya” İB-nin keçmiş “Səthi Aktiv Maddələr” zavodunda işlədiyi müddətdə 7 sentyabr 1995-ci il tarixdən – 1 noyabr 1995-ci il tarixədək, 1 sentyabr 1999-cu il tarixdən – 30 sentyabr 1999-cu il tarixədək, 1 aprel 2000-ci il tarixdən – 30 aprel 2000-ci il tarixədək, 1 avqust 2000-ci il tarixdən – 31 avqust 2000-ci il tarixədək, 1 fevral 2001-ci il tarixdən – 28 fevral 2001-ci il tarixədək, 1 may 2001-ci il tarixdən – 31 may 2001-ci il tarixədək, 1 avqust 2001-ci il tarixdən – 31 avqust 2001-ci il tarixədək, 1 fevral 2002-ci il tarixdən – 28 fevral 2002-ci il tarixədək, 17 fevral 2003-cü il tarixdən – 28 fevral 2003-cü il tarixədək, 19 mart 2003-cü il tarixdən – 26 mart 2003-cü il tarixədək, 23 aprel 2003-cü il tarixdən – 31 may 2003-cü il tarixədək, 1 avqust 2003-cü il tarixdən – 31 avqust 2003-cü il tarixədək, 1 iyul 2004-cü il tarixdən – 31 iyul 2004-cü il tarixədək, 1 aprel 2005-ci il tarixdən – 30 aprel 2005-ci il tarixədək, 1 iyun 2005-ci il tarixdən – 30 iyun 2005-ci il tarixədək, 1 avqust 2005-ci il tarixdən – 31 avqust 2005-ci il tarixədək, 8 yanvar 2006-cı il tarixdən – 31 yanvar 2006-cı il tarixədək, 1 aprel 2006-cı il tarixdən – 30 aprel 2006-cı il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur.
5. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu Kadrlar şöbəsinin 2 mart 2020-ci il tarixli, 33 nömrəli arayışından görünür ki, X4 27 avqust 1987-ci il tarixdən 14 yanvar 1988-ci il tarixədək tam iş günü “Azərkimya” İB-nin keçmiş “Üzvi-Sintez” zavodunun 5 saylı istehsalatın duz məhsulunun təmizlənməsi sexində aparatçı işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan mineral duzlar istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.
6. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu Kadrlar şöbəsinin 2 mart 2020-ci il tarixli, 34 nömrəli arayışından görünür ki, X4 21 sentyabr 1989-cu il tarixdən 31 may 1990-cı il tarixədək tam iş günü “Azərkimya” İB-nin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun epoksid qətranı sexinin soyuducu və su dövriyyəsi sistemi sahəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının X bölməsinin 3 bəndinin 2110A030-1754a şifrinə əsasən 2 saylı siyahısında sadalanan ammonyak soyuducu bölmələrin işçiləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.
7. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu Kadrlar şöbəsinin 2 mart 2020-ci il tarixli, 35 nömrəli arayışından görünür ki, X4 1 iyun 1990-cı il tarixdən 31 mart 1995-ci il tarixədək tam iş günü “Azərkimya” İB-nin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun ammonyak soyuducu kompressor sexində aparatçı işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının X bölməsinin 3 bəndinin 2110A030-1754a şifrinə əsasən 2 saylı siyahısında sadalanan ammonyak soyuducu bölmələrin işçiləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.
8. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu Kadrlar şöbəsinin 2 mart 2020-ci il tarixli, 36 nömrəli arayışından görünür ki, X4 1 aprel 1995-ci il tarixdən 27 oktyabr 2003-cü il tarixədək tam iş günü “Azərkimya” İB-nin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun xlorparofin – 470, superplastifikator və dəmir-xlorid turşusu sexinin soyuducu bölməsində maşinist işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının X bölməsinin 3 bəndinin 2110A030- 1754a şifrinə əsasən 2 saylı siyahısında sadalanan ammonyak-soyuducu bölmələrin işçiləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.
9. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu Kadrlar şöbəsinin 2 mart 2020-ci il tarixli, 37 nömrəli arayışından görünür ki, X4 28 oktyabr 2003-cü il tarixdən 30 sentyabr 2004-cü il tarixədək tam iş günü “Azərkimya” İB-nin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun xlorparofin – 470, superplastifikator və dəmir-xlorid turşusu sexində karbonizasiya aparatçısı işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan xlor, onun birləşmələri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.
10. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu Kadrlar şöbəsinin 2 mart 2020-ci il tarixli, 38 nömrəli arayışından görünür ki, X4 8 oktyabr 2004-cü il tarixdən 31 dekabr 2005-ci il tarixədək tam iş günü “Azərkimya” İB-nin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun natrium karbonat və karbooksimetil selluloza sexində quruducu və nəqliedici aparatçı, neytrallaşma aparatçısı işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının X bölməsinin 2 bəndinin 2110A020 şifrinə əsasən 2 saylı siyahısında sadalanan 1 nömrəli siyahıda sadalanmış kimya məhsullarının hazırlanması istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.
11. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu Kadrlar şöbəsinin 2 mart 2020-ci il tarixli, 39 nömrəli arayışından görünür ki, X4 1 yanvar 2006-cı il tarixdən 30 iyun 2010-cu il tarixədək tam iş günü “Azərkimya” İB-nin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun natrium karbonat və karbooksinetilselluloza sexində neytrallaşma aparatçısı işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının 8 bölməsinin 8.3.2 bəndinə əsasən siyahıda sadalanan 1 nömrəli siyahıda sadalanmış kimya məhsullarının hazırlanması istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.
12. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu Kadrlar şöbəsinin 2 mart 2020-ci il tarixli, 40 nömrəli arayışından görünür ki, X4 1 iyul 2010-cu il tarixdən 13 aprel 2012-ci il tarixədək tam iş günü “Azərkimya” İB-nin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun natrium karbonat və sulfid istehsalı sexində neytrallaşma aparatçısı işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının 8 bölməsinin 8.3.2 bəndinə əsasən siyahıda sadalanan 1 nömrəli siyahıda sadalanmış kimya məhsullarının hazırlanması istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.
13. Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şöbəsində “Sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə” 5 mart 2020-ci il tarixli, 04 nömrəli məlumat kitabçası.
14. YYY tərəfindən İddiaçı göndərilmiş 26 dekabr 2023-cü il tarixli, 3-17-1/2-Y- 305989/2023 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd edilən məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (15 il 5 ay 29 gün (27 avqust 1987-ci il – 14 yanvar 1988-ci il, 1 iyun 1988-ci il – 5 avqust 1988-ci il, 21 sentyabr 1989-cu il – 6 sentyabr 1995-ci il, 2 noyabr 1995-ci il – 31 avqust 1999-cu il, 1 oktyabr 1999-cu il – 31 mart 2000-ci il, 1 may 2000-ci il – 31 iyul 2000-ci il, 1 mart 2001-ci il – 30 aprel 2001-ci il, 1 iyun 2001-ci il – 31 iyul 2001-ci il, 1 sentyabr 2001-ci il – 31 yanvar 2002-ci il, 1 mart 2002-ci il – 16 fevral 2003-cü il, 1 mart 2003-cü il – 18 mart 2003-cü il, 27 mart 2003-cü il – 22 aprel 2003-cü il, 1 iyun 2003-cü il – 31 iyul 2003-cü il, 1 sentyabr 2003-cü il – 27 oktyabr 2003-cü il, 28 oktyabr 2003-cü il – 1 iyul 2004-cü il, 1 avqust 2004-cü il – 30 sentyabr 2004-cü il, 1 oktyabr 2004-cü il – 1 aprel 2005-ci il, 1 may 2005-ci il – 31 may 2005-ci il, 1 iyul 2005-ci il – 31 iyul 2005-ci il, 1 sentyabr 2005-ci il – 31 dekabr 2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məlumat üçün bildirilmişdir ki, MT-İ ******* nömrəli əmək kitabçanın surətində və “Etilen- Polietilen zavodu”nun 22 may 2022-ci il tarixli, 05/450 nömrəli arayışında 21 sentyabr 1989cu il – 13 aprel 2012-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyi qeyd olunub. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı 7 sentyabr 1995-ci il – 1 noyabr 1995-ci il, 1 sentyabr 1999cu il – 30 sentyabr 1999-cu il, 1 aprel 2000-ci il – 30 aprel 2000-ci il, 1 avqust 2000-ci il – 31 avqust 2000-ci il, 1 fevral 2001-ci il – 28 fevral 2001-ci il, 1 may 2001-ci il – 31 may 2001-ci il, 1 avqust 2001-ci il – 31 avqust 2001-ci il. 1 fevral 2002-ci il – 28 fevral 2002-ci il, 17 fevral 2003-cü il – 28 fevral 2003-cü il, 19 mart 2003-cü il – 26 mart 2003-cü il, 23 aprel 2003-cü il – 31 may 2003-cü il, 1 avqust 2003-cü il – 31 avqust 2003-cü il, 1 iyul 2004-cü il – 31 iyul 2004-cü il, 1 aprel 2005-ci il – 30 aprel 2005-ci il, 1 iyun 2005-ci il – 30 iyun 2005-ci il, 1 avqust 2005-ci il – 31 avqust 2005-ci il, 8 yanvar 2006-cı il – 31 yanvar 2006-cı il, 1 aprel 2006-cı il – 30 aprel 2006-cı il tarixləri arasındakı dövrlər ərzində (ümumilikdə 1 il 5 ay 13 gün) öz hesabına məzuniyyətdə olduğu müəyyən olunmuşdur. Bu fakt “Etilen-Polietilen zavodu” tərəfindən 29 noyabr 2023-cü il tarixli birgə Aktla təsdiq edilmişdir. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə öz hesabına məzuniyyətində olduğu və əmək haqqı ödənilməyən, işləmədiyi müddətləri iş stajınıa daxil etmək mümkün deyil. Eyni zamanda, tərəfindən Mərkəzi Filiala 1 sentyabr 1984-cü il – 9 iyun 1987-ci il tarixləri arasındakı dövr üzrə təhsil aldığı müddətin əyani olubolmamasını təsdiq edən sənədlər təqdim edilmədiyi üçün həmin dövrü iş stajına daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
Cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
15. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu tərəfindən təqdim edilmiş arayışlar (§4-12);
16. AZ-İ seriyalı, 925767 nömrəli “Nikah haqqında şəhadətnamə” (§5);
17. Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şöbəsində “Sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə” 5 mart 2020-ci il tarixli, 04 nömrəli məlumat kitabçası.
18. Paşayeva (Yusifova) Maya Maşalah qızına məxsus ИТ-İ seriyalı, ******* nömrəli “Əmək kitabçası”.
19. “Səthi aktiv maddələr” zavodu kadrlar şöbəsinin 22 may 2012-ci il tarixli, 05/450 nömrəli arayış (§2).
20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə X3 təyinatı departamenti tərəfindən “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodunun sabiq işçisi İddiaçı təqdim etdiyi sənədlərdəki məlumatların dəqiqləşdirilməsi məqsədilə tərtib edilmiş akt.
21. YYY tərəfindən İddiaçı göndərilmiş 26 dekabr 2023-cü il tarixli, 3-17-1/2-Y- 305989/2023 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubu (§14).
22. A seriyalı, 427127 nömrəli diplom (§1). Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
23. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 30 aprel 2024-cü il tarixli, 3-29-63/2-346/2024 nömrəli və 15 oktyabr 2024-cü il tarixli, 3-29-63/2-761/20024 nömrəli məktublarından görünür ki, Yusifova (Paşayeva) Maya Maşalah qızı 1 sentyabr 1984-cü il tarixdə 35 nömrəli Sumqayıt Peşə Məktəbinin “NÖC və A üzrə çilingər işini bacaran aparatçı” ixtisasına qəbul olmuş və 15 iyul 1987-ci il tarixdə məktəbi əyani formada bitirmişdir. Onun adına yazılmış A 427127 nömrəli diplom təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
24. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh YYYna (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab edərək, ona 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
25. İddia tələbinin dəlilləri işin hallarına istinad edilməklə (§1-14) onunla əsaslandırılmışdır ki, hazırda iddiaçının ümumi əmək stajı, zərərli sahədə topladığı staj ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmağına əsas verdiyi üçün iddiaçı cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh pensiya təmin etməkdən imtina edərək, bu barədə 26 dekabr 2023-cü il tarixli cavab məktubu göndərmişdir. Həmin məktubda cavabdeh guya iddiaçının ümumi stajının 20 ildən az olduğunu qeyd etmiş, onun TPM-də əyani təhsil aldığı dövrü nəzərə almamış. Hətta əmək müqaviləsi əsasında işlədiyi bəzi dövrləri də nəzərə almamışdır. Halbuki iddiaçının işlədiyi dövrdə öz hesabına müəssisə tərəfindən məcburi buraxıldığı dövrlər də ümumi əmək stajına daxil edilirdi və həmin müddətin ümumi staja daxil edilməməsi barədə normativ akt sonradan qəbul olunmuşdur. Cavabdehin imtinası tam əsassızdır. Belə hesab edir ki, iddiaçının əmək stajı 52 yaşından güzəştli əsaslarla əmək pensiyasına çıxmağına əsas verdiyi üçün cavabdehin imtinası əsassız sayılmalı və onun üzərinə bu vəzifə olaraq qoyulmalıdır.
26. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2, 14, 35-ci maddələrinə istinad olunmuşdur.
27. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
28. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
29. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
30. Etirazın əsasları: Hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: Bildirilir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (16 il 4 ay 14 gün (27 avqust 1987-ci il – 14 yanvar 1988-ci il, 1 iyun 1988-ci il – 5 avqust 1989-cu il, 21 sentyabr 1989-cu il – 7 sentyabr 1995-ci il, 2 noyabr 1995-ci il – 31 avqust 1999-cu il, 1 may 2000-ci il – 31 iyul 2000-ci il, 1 sentyabr 2000-ci il – 31 yanvar 2001-ci il, 30 aprel 2001-ci il, 1 iyun 2001-ci il – 31 iyul 2001-ci il, 1 sentyabr 2001-ci il – 31 yanvar 2002-ci il, 1 mart 2002-ci il – 16 fevral 2003-cü il, 1 mart 2003-cü il – 18 mart 2003-cü il, 27 mart 2003-cü il – 22 aprel 2003-cü il, 1 iyun 2003-cü il – 27 iyul 2003-cü il, 1 sentyabr 2003-cü il – 27 oktyabr 2003-cü il, 28 oktyabr 2003-cü il – 30 iyun 2004-cü il, 1 sentyabr 2004-cü il – 30 sentyabr 2004-cü il, 1 oktyabr 2004-cü il – 1 aprel 2005-ci il, 1 may 2005-ci il – 31 may 2005-ci il, 1 iyul 2005-ci il – 31 iyul 2005-ci il, 1 sentyabr 2005-ci il – 31 dekabr 2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 14 il 1 ay 10 gün (27 avqust 1987-ci il – 14 yanvar 1988-ci il, 1 iyun 1990cı il – 31 mart 1995-ci il, 1 aprel 1995-ci il – 6 sentyabr 1995-ci il, 2 noyabr 1995-ci il – 31 avqust 1999-cu il, 1 may 2000-ci il – 31 iyul 2000-ci il, 1 sentyabr 2000-ci il – 31 yanvar 2001-ci il, 1 mart 2001-ci il – 30 aprel 2001-ci il, 1 iyun 2001-ci il – 31 iyul 2001-ci il, 1 sentyabr 2001-ci il – 31 yanvar 2002-ci il, 1 mart 2002-ci il – 16 fevral 2003-cü il, 1 mart 2003-cü il – 18 mart 2003-cü il, 27 mart 2003-cü il – 22 aprel 2003-cü il, 1 iyun 2003-cü il – 27 iyul 2003-cü il, 1 sentyabr 2003-cü il – 27 oktyabr 2003-cü il, 28 oktyabr 2003-cü il – 30 iyun 2004-cü il, 1 oktyabr 2004-cü il – 1 aprel 2005-ci il, 1 may 2005-ci il – 31 may 2005-ci il, 1 iyul 2005-ci il – 31 iyul 2005-ci il, 1 sentyabr 2005-ci il – 31 dekabr 2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. İddiaçının MT-İ ******* nömrəli əmək kitabçasının surətində və “Etilen-Polietilen zavodu”nun 22 may 2022-ci il tarixli 05/450 nömrəli arayışında onun 21 sentyabr 1989-cu il – 3 aprel 2012-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyi qeyd olunub. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının iş stajına aid məlumatlarının yerində dəqiqləşdirilməsi zamanı 7 sentyabr 1995-ci il – 1 noyabr 1995-ci il, 1 sentyabr 1999-cu il – 30 sentyabr 1999-cu il, 1 aprel 2000-ci il – 30 aprel 2000-ci il, 1 avqust 2000-ci il – 31 avqust 2000-ci il, 1 fevral 2001-ci il – 28 fevral 2001-ci il, 1 may 2001-ci il – 31 may 2001-ci il, 1 avqust 2001-ci il – 31 avqust 2001-ci il, 1 fevral 2002 – 28 fevral 2002-ci il, 17 fevral 2003-cü il – 28 fevral 2003-cüi l,19 mart 2003-cü il - 26 mart 2003-cü il, 23 aprel 2003-cü il – 31 may 2003-cü il, 1 avqust 2003-cü il – 31 avqust 2003-cü il, 1 iyul 2004-cü il – 31 iyul 2004-cü il, 1 aprel 2005-ci il – 30 aprel 2005-ci il, 1 iyun 2005-ci il – 30 iyun 2005-ci il, 1 avqust 2005-ci il – 31avqust 2005-ci il, 8 yanvar 2006-cı il – 31 yanvar 2006-cı il, 1 aprel 2006-cı il – 30 aprel 2006-cı il tarixləri arasındakı dövrlər ərzində (ümumilikdə 1 il 5 ay 13 gün) onun öz hesabına məzuniyyətdə olduğu müəyyən edilmişdir. Bu fakt “Etilen-Polietilen zavodu”nun arxivçisi və Mərkəzi Filialının mütəxəssisi tərəfindən 29 noyabr 2023-cü il tarixli birgə Aktla təsdiq edilib. Eyni zamanda bildirilmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim etdiyi 427127 nömrəli diplomda onun 1 sentyabr 1984-cü il – 9 iyun 1987-ci il tarixləri arasındakı dövr ərzində təhsil aldığı müddətin əyani olub-olmamasını barədə heç bir qeydin mövcüd olmaması və təsdiq edən sənədlər təqdim edilmədiyi üçün həmin dövrü iş stajına daxil etmək mümkün olmamışdır.
31. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 1.0.8, 7, 9.1, 9.8, 21.1, 21.2, prosessual hüquqi əsası kimi İPM-in 47.2-ci maddəsinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
32. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.
33. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazda qeyd olunan dəlillərə (§30) əsaslanaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...
42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
35. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
36. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
37. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
38. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı, həmçinin onun vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, etirazın dəlilləri ilə razılaşmadığını, iddianın təmin edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
39. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
40. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
41. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
42. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
43. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq:
44. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...
45. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
M a d d ə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər
9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
M a d d ə 1. Əsas anlayışlar (-) 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. (-)
M a d d ə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. (-)
46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydaları
“4. Sosial sığorta stajının hesablanması
4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: ...
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; …”
47. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. ...
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri
Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası
İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
48. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarı
1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
49. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 10. Peşə təhsili müəssisəsi ... 10.7. Peşə təhsili müəssisələrində təhsilalma əyani formada həyata keçirilir.
50. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ...
51. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
52. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
53. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.
54. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının 1 yanvar 2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının1 yanvar 2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının (1 nömrəli siyahı üzrə) mövcud olması.
55. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.
56. İş materialına iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışları təqdim edilmişdir. Bu arayışlarda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir.
57. Hazırkı inzibati iş üzrə iddiaçı bildirir ki, cavabdeh tərəfindən əyani təhsil aldığı dövrü, həmçinin əmək müqaviləsi əsasında işlədiyi bəzi dövrləri də nəzərə alınmamışdır. Halbuki iddiaçının işlədiyi dövrdə öz hesabına müəssisə tərəfindən məcburi buraxıldığı dövrlər də ümumi əmək stajına daxil edilirdi və həmin müddətin ümumi staja daxil edilməməsi barədə normativ akt sonradan qəbul olunmuşdur. Göstərilənlərə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
58. Cavabdehin etirazı isə iki dəlildən ibarətdir: 1) İddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az təşkil edir. 2) attestatın surətində iddiaçının əyani təhsil alması barədə məlumat əks olunmamışdır.
59. Cavabdehin ilk dəlili ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir.
60. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
61. Həmin Qanunun 21.2.-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddətlər də daxil edilir.
62. Etirazda qeyd olunmuşdur ki, iddiaçının MT-İ ******* nömrəli əmək kitabçasının surətində və “Etilen-Polietilen zavodu”nun xx.xx.2022-ciil tarixli 05/450 nömrəli arayışında onun 21 sentyabr 1989-cu il – 3 aprel 2012-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyi qeyd olunub. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının iş stajına aid məlumatlarının yerində dəqiqləşdirilməsi zamanı 7 sentyabr 1995-ci il – 1 noyabr 1995-ci il, 1 sentyabr 1999-cu il – 30 sentyabr 1999-cu il, 1 aprel 2000-ci il – 30 aprel 2000-ci il, 1 avqust 2000-ci il – 31 avqust 2000-ci il, 1 fevral 2001-ci il – 28 fevral 2001ci il, 1 may 2001-ci il – 31 may 2001-ci il, 1 avqust 2001-ci il – 31 avqust 2001-ci il, 1 fevral 2002 – 28 fevral 2002-ci il, 17 fevral 2003-cü il – 28 fevral 2003-cüi l,19 mart 2003-cü il - 26 mart 2003-cü il, 23 aprel 2003-cü il – 31 may 2003-cü il, 1 avqust 2003-cü il – 31 avqust 2003-cü il, 1 iyul 2004-cü il – 31 iyul 2004-cü il, 1 aprel 2005-ci il – 30 aprel 2005-ci il, 1 iyun 2005-ci il – 30 iyun 2005-ci il, 1 avqust 2005-ci il – 31avqust 2005-ci il, 8 yanvar 2006-cı il – 31 yanvar 2006-cı il, 1 aprel 2006-cı il – 30 aprel 2006-cı il tarixləri arasındakı dövrlər ərzində (ümumilikdə 1 il 5 ay 13 gün) onun öz hesabına məzuniyyətdə olduğu müəyyən edilmişdir. Bu fakt “Etilen-Polietilen zavodu”nun arxivçisi və Mərkəzi Filialının mütəxəssisi tərəfindən 29 noyabr 2023-cü il tarixli birgə Aktla təsdiq edilmişdir.
63. Məhkəmə xüsusilə qeyd edir ki, hüquq norması ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydaları olub, hər işə görə ayrıca tövsif olunmamalıdır.
64. Hazırkı işdə cavabdeh 1995-2006-cı ilədək olan tarixlərdə hər ilə münasibətdə olan dövrləri toplamaqla iddiaçının ümumilikdə 1 il 5 ay 13 gün öz hesabına məzuniyyətdə olduğuna istinad etmişdir ki, qeyd olunan dəlil heç bir normativ əsası mövcud deyil.
65. Cavabdeh tərəfindən təqdim edilmiş etirazında istinad olunmuş kassasiya instansiya məhkəməsinin qərarlarında isə hazırkı dəlilə dair birbaşa heç bir mövqe bildirilməmişdir.
66. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – “ƏM”) qüvvəyə mindiyi 1 fevral 1999-cu il tarixədək qüvvədə olmuş “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən qohumluq borcunun yeridə yetirilməsi ilə bağlı ailə; məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə və digər üzrlü səbəblərə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər qanunvericilikdə nəzərdə tutulan hallarda işçilərin arzusu və tərəflərin qarşılıqlı razılığı ilə verilir (maddə 29-30).
67. Həmin Qanunun 2-ci maddəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi, habelə qanunda nəzərdə tutulan hallarda orta aylıq əmək haqqı saxlanılır. Həmin müddət işçinin əmək stajına (həmçinin ixtisası üzrə) daxil edilir. Bundan əlavə, ƏM-in 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
68. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlər isə təqvim üzrə heç bir halda və ümumilikdə 6 aydan artıq olmamışdır.
69. Cavabdehin ikinci dəlili ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir.
70. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununun 10.7-ci maddəsinə əsasən, peşə təhsili müəssisələrində təhsilalma əyani formada həyata keçirilir.
71. Göründüyü kimi, norma dispozitiv məzmunlu deyildir və adıçəkilən Qanunda qiyabi sözü belə işlədilməmişdir.
72. İPM-in: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri 15.1. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir.
73. Nəzərə alınmalıdır ki, çəkişməli məhkəmə hüququ prinsip etibarilə mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos İspaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Məhkəmənin özü çəkişmə prinsipinə riayət etməlidir (Clinique des Acacias və digərləri Fransaya qarşı, § 38; Andret və digərləri Fransaya qarşı (qərardad).
74. A seriyalı, 427127 nömrəli diploma əsasən iddiaçı 7 sentyabr 1984-cü il tarixdə Azərbaycan SSR Sumqayıt şəhər 35 nömrəli OTPM-ə daxil olmuş, 15 iyul 1987-ci il tarixdə peşə məktəbini bitirmişdir.
75. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğusuna cavab olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi bildirmişdir ki, Yusifova (Paşayeva) Maya Maşalah qızı 1 sentyabr 1984-cü il tarixdə 35 nömrəli Sumqayıt Peşə Məktəbinin “NÖC və A üzrə çilingər işini bacaran aparatçı” ixtisasına qəbul olmuş və 15 iyul 1987-ci il tarixdə məktəbi əyani formada bitirmişdir. Onun adına yazılmış A 427127 nömrəli diplom təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir.
76. Belə ki, hazırkı halda iddiaçının attestatının mötəbərliyi mübahisələndirilmir və Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuşdur. Qeyd edilənlərə əsasən onun qiyabi formada peşə təhsilin alınması qeyri-mümkündür.
77. Bununla da müəyyən olunur ki, cavabdeh orqanın 1 sentyabr 1984-cü il tarixdən 9 iyun 1987-ci il tarixədək təhsil aldığı dövrlər ilə bağlı dəlili də əsassız olmuşdur.
78. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazını yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir, həmçinin aşağıdakıları bildirir.
79. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
80. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
81. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddia əsaslı olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında qərar qəbul edilməsi öhdəliyi cavabdehlərə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
82. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu 18 yanvar 2020-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova